«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə204/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   200   201   202   203   204   205   206   207   ...   212

FRANSUAZA SAQAN

624


lə ri ni xatırlaya bilmirdi. Bircə ondan əmin idi ki, yu xa rı da 

ad la rı  çəkilən planların həyata keçməsi onlara də ni zə, ya 

da Afrikaya istirahətə getməyə, yaxud Paris ət ra fın da yay 

üçün ev kirələməyə imkan verəcəkdi. Etyen od 

lu-alov lu 

da nı şa raq hansısa İkinci Ambrauzanı təsvir et mə yə ça lı şır-

dı (ortaya qoyulan pul ona qarşı bir idi)… Bu at, heç şüb-

hə siz ki, sabah Sen-Kludakı at yarışlarında qa lib gə lə cək di. 

Lü si lin cibində yetim kimi təkcə qalmış minfranklıq kağız 

ar tıq Etyenə  tərəf diyirlənib getmək istəyirdi. Amma elə 

bu an haradansa Antuan peyda oldu. O, şən və ehtiraslı 

gö rü nür dü. Lüsili öpərək iki viski sifariş etdi. Ayın iyirmi 

al tı sı olduğunu nəzərə alsaydılar, bu yalnız bir məna verə 

bi lər di: nəsə qeyri-adi hadisə baş verib.

– Nə olub? – Lüsil maraqlandı.

– Mən Sire ilə danışdım, – Antuan dedi.

Lüsilin gözlərində təəccüb oxundu.

– Hə də, Sire, «Revey»nin redaktoru. O, səni işə gö tü-

rür. Onlarda arxivdə iş var.

– Arxivdə?

– Bu, çox maraqlı işdir, toz-torpaqlı da deyil. Sənə ay-

da yüz min ödəyəcəklər. Məncə, başlanğıc üçün pis deyil.

Lüsil dalğın baxışlarla ona baxdı. Amma elə o dəqiqə 

də gecə  nə barədə danışdıqlarını xatırladı. Onlar qərara 

gəlmişdilər ki, Lüsilin indiki həyat tərzi düzgün deyil. O, 

mütləq nə iləsə məşğul olmalıdır. Lüsil işlə bağlı fikri ruh 

yüksəkliyi ilə  qəbul etmişdi. Hətta gələcək iş günlərinin 

«sa kit» səhnəsini də  xəyalında canlandırmağa çalışmışdı. 

Dü şün müşdü ki, qəzetdə iş tapacaq. Xidməti pillədə get-

dik cə daha yuxarılara qalxaraq, qadın problemləri haq-

qın da yazan məşhur jurnalist olacaq. Əlbəttə, bunun üçün 

çox iş ləmək lazım gələcəkdi, amma onun mətanəti və 

əzm karlığı yetərdi. O, mütləq uğur qazanacaqdı. Son 

ra 


onlar qəzetin kirayə haqqını ödədiyi dəbdəbəli bir mən-

zi lə köçəcəkdilər – axı evlərində müxtəlif adamları  qə bul 

etməli olacaqdılar... Mütləq ildə bir aylıq da olsa, bu qar-

ma qa rışıqlığın  əlindən qaçacaq və Aralıq dənizinə  gə zin-

tiyə yollanacaqdılar. Lüsil bu haqda elə həyəcanla da nı şır-

dı ki, bu istəyə əvvəlcə şübhə ilə yanaşan Antuan da işlə 

ma raqlanmağa başladı. Bir məsələ  də vardı… Lüsil xam 

xə yal lar qurmağa başladığı vaxt kim onun arqumentləri 

qar şısında davam gətirə bilərdi ki?



MƏĞLUBİYYƏT ZƏNGİ

625


Lüsil indi Antuana baxa-baxa fikrə getmişdi… Aman 

Al lah, görəsən, dünən o, nə içmişdi, necə bir kitab oxu-

muş du ki, bu cür söhbətə girişmişdi? Hər halda, indi o, nə 

özündə dünənki  şöhrətpərəstlik duyğusunu hiss edir, nə 

də hansısa yüksək mərtəbəyə çatmaq üçün inadkarlıq du-

yur du. İşləməyə isə intihar etməkdən də az həvəsi vardı.

– Belə bir jurnal üçün bu, yaxşı  əməkhaqqıdır, – An-

tuan əlavə etdi.

O, lovğalıqdan, az qala, partlayacaqdı. Lüsil təəssüf 

his si ilə ona baxdı. Bəli, Antuan gecə söhbətini ciddi qə-

bul etmişdi. Yəqin ki, Lüsilə yer tapmaq üçün bütün Parisi 

bir-birinə vurmalı olmuşdu. 

Parisdə  işsizlikdən  əziyyət çəkən və darıxmaqdan 

dep res siyaya düşən xeyli kübar qadın var idi. Onlardan 

istənilən biri lap döşəmə yumaq üçün pul ödəməyə ra zı 

olardı, təki bu döşəmələr hansısa bir nəşriyyatın, qə ze tin, 

ya da model evinin döşəməsi olsun. Amma bu baş dan xa-

rab Sire ona – avaraçılıqdan başqa bir şey haqqında xəyal 

qur mayan bir adama pul ödəməyə razılaşmışdı. Həyat 

çox qəribədir. Lüsilin dodaqlarında təbəssüməbənzər bir 

ifa də peyda oldu.

– Sən sevinmirsən? – Antuan soruşdu.

– Bu, çox yaxşı  xəbərdir, – Lüsil qaşqabağını sal la ya-

raq cavab verdi.

Antuanın baxışlarında maraq sezildi. O bilirdi ki, Lü sil 

gecələr verdiyi qərarlara görə, adətən, gündüzlər he yif si-

lənir. Bundan başqa, o, bunu da bilirdi ki, qızın bu ba rə-

də danışmağa cəsarəti çatmayacaq. Lakin Antuan əmin 

idi: Lüsil kimi həyat tərzi keçirərək darıxmamaq müm kün 

deyil. Bir müddət belə yaşadıqdan sonra o yo ru la caq dı. 

Hətta Antuanın özündən də... Bir tərəfdən də da xi lin də ki 

səs deyirdi ki, evin gəlirinə  əlavə ediləcək yüz min frank 

onların maddi vəziyyətini yaxşılaşdıracaq. O, bir çox ki şi-

lərə xas olan optimizmlə Lüsilin hər ay o qə dər də baha 

ol mayan bir paltar aldığını xəyalında can lan dı rır dı. Ola bil-

sin, bu paltarlar məşhur modelyerlərin əsə ri ol ma sın, am-

ma Lüsilə çox yaraşacaqdı: onun bədən qu ru lu şu gözəl idi. 

İşlədikdən sonra Lüsil taksi ilə gəzə, adam arasına çı-

xa bilərdi. Sonra yavaş-yavaş dünyada baş verənlərlə, si-

ya sət lə maraqlanacaqdı; insanlara qarşı marağı oya 

na-



FRANSUAZA SAQAN

626


caq dı.  Əlbəttə, evə qayıtdığı vaxt Antuanın yuvasında 

giz lə nən balaca heyvancığaz kimi mənzildə onu göz lə yən 

Lü si lin varlığına ehtiyac hiss edəcəkdi. O, ki 

tab lar la və 

mə həb  bətlə yaşayan bu qəribə qadın olmadan da rı xa caq-

dı. Am ma yenə də özünü daha sakit hiss edəcəkdi. Çünki 

Lü si lin donub-qalmış  həyatında bu gündən başqa heç nə 

möv cud deyil, sabah isə, ümumiyyətlə, süpürülüb atılıb. 

Bu isə Antuanı qorxudur, hətta təhqir edirdi. O, özünü çə-

ki liş meydançasında dekorasiya kimi hiss edirdi. Onu da 

bi lir

 

di ki, həmin dekorasiyanı sonuncu kadr çəkildikdən 



son ra mütləq yandıracaqlar.

– Nə zaman başlamaq lazımdır? – Lüsil soruşdu.

İndi o, həqiqətən də, gülümsəyirdi. Doğrudan da, ni-

yə də sınamasın ki? Nə zamansa – gəncliyində işləyirdi axı.

Düzdür, onun üçün çox darıxdırıcı olacaqdı, amma 

bu nunla bağlı bütün təəssüratları Antuanla bölüşmək o 

qə dər də vacib deyildi.

– Dekabrın əvvəlində... beş-altı gündən sonra. Sən se-

vi nirsən?

Lüsil inamsızlıq dolu baxışlarını ona zillədi. Doğ ru dan-

mı, Antuan elə fikirləşirdi ki, belə bir şey Lüsili se vin di rə 

bilər? Lüsil artıq onda sadizm əlamətləri hiss edir di. Am-

ma Antuanın elə günahsız görkəmi var idi ki və ver di yi 

sual elə sadəlövh səslənirdi ki... Lüsil ciddi gör kəm alıb 

ba şını tərpətdi:

– Hə,  əlbəttə. Haqlısan, uzun müddət belə davam 

edə bilməzdi.

Antuan stolun üstündən əyilərək onu elə coşqunluqla, 

elə zərif öpdü ki, Lüsil hər şeyi başa düşdü. Anladı ki, ru-

hun da nə baş verirsə, Antuana gün kimi aydındır. Onda 

Lü sili kəşf etmək bacarığı var və bu, qızın içində qəribə bir 

yüngüllük yaratdı. O istəmirdi ki, Antuan onunla bağlı xə-

yal qırıqlığına uğrasın. Digər tərəfdən də Antuanın onunla 

oy na ması xoşuna gəlmirdi.

Axşam evə çatan kimi Antuan əlinə  qələm alaraq 

riya zi hesablamalara girişmişdi. Onun gəldiyi nəticələr 

ümid verici idi. Hər halda, o, hər  şeyi nəzərə alırdı. Həm 

mənzil kirəsini, telefon pulunu, həm də gündəlik tə lə bat-

ları. O, belə bir qənaətə gəlmişdi ki, qazandığı yüz minin 

sa yə sində Lüsil həm yaxşı geyinə, həm nəqliyyat pulunu 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə