Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə72/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

 
292 
şahid  durmuş  bəndə  ilə  pis  rəftar  oluna  bilərmi?!  Bəli, 
kimsədə Allahın rəhmətini dərk etməyə qüvvə yoxdur! 
 
“İlahi 
və 
Səyyidi, 
fəəsəlukə 
bil-qudrətil-ləti 
qəddərtəha 
və 
bil-qəziyyətil-ləti 
hətəmtəha 
və 
həkəmtəha, və ğələbtə mən ələyhi əcrəytəha ən  təhəbə 
li  fi  hazihil-ləyləti,  və  fi  hazihis-saəti,  kullə  curmin 
əcrəmtuhu, və kullə zənbin əznəbtuhu, və kullə qəbihin 
əsrərtuhu,  və  kullə  cəhlin  əmiltuhu,  kətəmtuhu  əv 
ələntuhu əxfəytuhu əv əzhərtuhu” 
 
(“Ey Məbudum, ey Ağam! Səni təqdir etdiyin qüdrətə 
verdiyin  fərmana,  çıxardığın  o  hökmə  and  verirəm  ki, 
icra  edildiyi  kəsə  qalib  oldu  və  Səndən  batdığım 
günahları  bu  gecə  bu  saat  bağışlamağını,  yol  verdiyim 
xətalardan, gizlində gördüyüm  çirkin  işlərdən, gizli və 
aşkar nadanlıqlarımdan keçməyini istəyirəm.”) 
 
Duanın  əvvəlində  günahlar  və  onların  təsirləri 
müfəssəl  şəkildə  bəyan  olundu.  Duanın  bu  hissəsində 
bir daha gizli və aşkar günahlar yad edilir.  
Bəli,  cümə  axşamıdır,  dua,  sızıltı,  peşmanlıq,  tövbə 
axşamı! 
 
Sarınmışam eşq ipinə  
Gəlmişəm ümid qapına. 
Günah da çox, çəkir geri,  
Boğur xəcalətin təri. 
Ağartmışam günah yolu,  
İş də söz də xəta dolu. 


 
293 
Düz bir ömür yardan uzaq 
İllər yanıb varaq-varaq. 
Açılsa rəhmət qucağı 
Yanasıdı eşq ocağı. 
Amma bu eşqə var hələ  
Nə vaxt könül gələr dilə? 
Açılsa qara pərdələr  
Dörd bir yanda nələr, nələr! 
Kəsib yolu yağı düşmən,  
Gendə qalıb çiçək, çəmən. 
Düşmən edə hər nə acıq, 
Nəzər salsan, yollar açıq! 
 
“Və  kullə  səyyiətin  əmərtə  biisbatihəl-kiraməl-
katibin, əlləzinə vəkkəltəhum bihifzi ma yəkunu minni, 
vəcəəltəhum  şuhudən  ələyyə  məə  cəvarihi,  və  kuntə 
Əntər-rəqibə  ələyyə  min  vəraihim  vəşşahidə  lima 
xəfiyə  ənhum,  və  birəhmətikə  əxfəytəhu  və  bifəzlikə 
sətərtəhu  və  ən  tuvəffirə  həzzi  min  kulli  xəyrin 
ənzəltəhu, əv ihsanin fəzzəltəhu, əv birrin nəşərtəhu, əv 
rizqin  bəsəttəhu,  əv  zənbin  təğfiruhu,  əv  xətəin 
təsturuhu” 
 
(“Hər  çirkin  işi  qeyd  etməyi  kərim  yazanlara  əmr 
etdin,  məndən  baş  verənlərin  qeyd  edilməsini  onlara 
tapşırdın,  onları  da  əzalarımla  birlikdə  mənə  şahid 
qərar verdin, Özün onlardan daha artıq müraqib oldun, 
onlardan  gizli  qalana  şahid  oldun,  rəhmətinlə  məxfi 
saxladın, fəzilətinlə örtdün. Səndən nazil etdiyin hər bir 
xeyirlə  ehsanla,  yağdırdığın  ruzilərlə  bağışladığın 


 
294 
günahlar 
və 
örtdüyün 
xətalarla 
nəsibimi 
kamilləşdirməyini istəyirəm.”) 
YAZAN MƏLƏKLƏR VƏ BƏDƏN ƏZALARI 
Əməllərin  mələklər  tərəfindən  yazılması  və  bədən 
üzvlərinin bu günahlara şahidliyi Qurani-Kərim ayələri 
ilə təsdiq olunmuş həqiqətdir: 
“Sizin  üstünüzdə  gözətçi  mələklər  -  yazan  və 
hörmətli  olan  mələklər  vardır.Onlar  sizin  nə 
etdiklərinizi bilirlər.”
371
  
“Nəhayət,  onlar  Cəhənnəmə  gəldikdə  qulaqları, 
gözləri və dəriləri etdikləri əməllər barəsində onların 
əleyhinə şəhadət verəcəkdir.”
372
  
“Qiyamət  günü  dilləri,  əlləri  və  ayaqları  etdikləri 
əməllər 
barəsində 
onların 
əleyhinə 
şəhadət 
verəcəklər.”
373
  
“Bu  gün  onların  ağızlarını  möhürləyirik.  Etdikləri 
əməllər  barəsində  onların  əlləri  bizimlə  danışar, 
ayaqları isə şəhadət verər.”
374
  
“Dediyin  hər  sözü  onun  yanında  durub  gözləyən 
vardır.”
375
  
“Məhz o gün yer öz hekayətini söyləyəcək.”
376
  
“...Allah, 
Onun 
peyğəmbəri 
və 
möminlər 
əməllərinizi  görəcəklər.  Siz  qeybi  və  aşkarı  bilən 
                                                 
371
 “İnfitar”, 10-12. 
372
 “Fussilət”, 20. 
373
 “Nur”, 24. 
374
 “Yasin”, 65. 
375
 “Qaf”, 18. 
376
 “Zilzal”, 4. 


 
295 
Allahın  hüzuruna  qaytarılacaqsınız,  O  da  sizə  nə 
etdiklərinizi xəbər verəcəkdir.”
377
  
Əlbəttə  ki,  bütün  bu  deyilənlər  kafirlərə  və  peşəkar 
günahkarlara  aiddir.  Çünki  günahlardan  tövbə  edib 
iman  gətirənlər  rəhmət  əhlidirlər  və  onların  keçmiş 
günahlarını şahidlər xatırlamaz.  
Həzrət  Əli  (ə)  buyurur:  “Tövbə  edib,  tövbəsi  qəbul 
olunan kəsin əzalarına günahlarını örtmək əmr olunar. 
Torpağa buyurular ki, onun günahlarını gizləsin. Yazan 
mələklərin isə yazdıqları yadlarından çıxarılar.”
378
  
İmam  Sadiq  (ə)  buyurur:  “Allah  xalis  tövbə  edən 
bəndəsinə  məhəbbət  göstərər,  günahlarını  dünya  və 
axirətdə örtər. Mələklər yazdıqları günahları unudar və 
Qiyamətdə  Allahla  görüşdükləri  vaxt  heç  bir  günaha 
şahid dura bilməzlər.”
379
  
 
Ya Rəbbiya Rəbbiya RəbbiYa İlahi  Səyyidi  
Məvlayə    malikə  riqqi,  ya  mən  biyədihi  nasiyəti,  ya 
əlimən  bizurri    məskənəti,  ya  xəbirən  bifəqri   
faqətiya Rəbbiya Rəbbiya RəbbiƏsəlukə bihəqqikə 
 qudsikə  əzəmi sifatikə  əsmaikə ən təcələ əvqati 
minəl-ləyli  vən-nəhari  bizikrikə  məmurətən,    bi 
xidmətikə  məvsulətən,    əmali  indəkə  məqbulətən
hətta  təkunə  əmali    əvradi  kulluha  virdən  vahidən
  hali  fi  xidmətikə  sərmədən,  ya  Səyyidi,  ya  mən 
ələyhi  muəvvəli,  ya  mən  iləyhi  şəkəvtu  əhvali,  ya 
Rəbbiya Rəbbiya Rəbbi” 
                                                 
377
 “Tövbə”, 105. 
378
 “Səvabul-əmal”, 179. 
379
 “Biharul-ənvar”, 6-28. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə