Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə70/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

 
284 
yaxşıdır.  Çünki  təsbihin  savabı  baqi,  Süleymanın 
mülkü isə fanidir.”
365
  
Mərhum  Səduq  “Səvabul-əmal”  kitabında  belə  bir 
maraqlı rəvayət nəql edir:  
İsmail  ibn  Yəsar  deyir  ki,  İmam  Sadiq  (ə)  buyurdu: 
“Süstlükdən  çəkinin.  Çünki  Allahınız  mehribandır  və 
az  əmələ  görə  çox  əta  edər.  Əgər  bir  şəxs  ona  vacib 
olmadığı  halda  məhəbbətlə  iki  rəkət  namaz  qılsa  və 
məqsədi yalnız Allahın razılığını qazanmaq olsa, Allah 
onu Behiştə daxil edər. Allahın razılığı üçün bir dirhəm 
sədəqə  verən  şəxs  də  Behiştə  daxil  edilər.  Bir  gün 
qəlbən  oruc  tutan  və  bu  işlə  Allahın  razılığını 
qazanmaq istəyən şəxs də Behişt sakinidir.”
366
  
Həzrət  Əli  (ə)  Həzrət  Peyğəmbərdən  (s)  belə  bir 
rəvayət nəql edir: “Allah üçün Adəm övladından daha 
dəyərlisi  yoxdur.  Soruşdular  ki,  mələklər  daha  dəyərli 
deyilmi? Həzrət buyurdu: «Mələklər Günəş və Ay kimi 
ibadətə məcburdurlar.» 
Azadlıq  və  ixtiyar  insana  verilmiş  nemətdir.  Əgər  o, 
bu nemətdən düzgün istifadə edərsə Allahın rəhmət və 
kəramətindən faydalanar.  
MÜHÜM BİR HƏDİS 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Namaz  dinin 
sütunudur və onun on xüsusiyyəti var: çöhrənin zinəti, 
qəlbin nuru, cismin rahatlığı, qəbirdə ünsiyyət, rəhmət 
gətirən,  asimanın  çırağı,  Qiyamətdə  əməl  tərəzisinin 
ağırlığı,  Allahın  razılığı,  Behiştin  dəyəri,  Cəhənnəm 
                                                 
365
 “Rəbiul-asar”. 
366
 “Biharul-ənvar”, 93-253. 


 
285 
oduna  maneçilik.  Hər  kəs  namaz  qılsa  dini  abad  edir, 
hər kəs namazı tərk etsə dini viran qoyur.” 
Doğrudan  da,  böyük  bir  zəhmət  tələb  etməyən  iki 
rək’ət namazda bu qədər faydanın olması insanı heyran 
qoyur! 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Hər  hansı  namazın 
vaxtı  çatarkən  bir  mələk  nida  edər:  “Ey  camaat! 
Kürəklərinizdə  (günahlar  vasitəsilə)  yazdığınız  odu 
namazla söndürün!” 
İMAM SADİQ (Ə) VƏ QORXMUŞ KARVAN 
Həzrət Musa  ibn  Cəfər  (ə)  buyurur:  “İmam Sadiq  (ə) 
bir  karvanla  hərəkət  etdiyi  zaman  xəbər  gəlir  ki, 
qarşıda quldurlar pusqu qurub. Karvandakılar qorxuya 
düşüb  İmama  (ə)  deyirlər:  “Bizim  bir  qədər  malımız 
var. Qorxuruq ki, quldurlar qarət edə. Bu mallara yiyə 
dursanız,  bəlkə  Sizə  görə  toxunmadılar.”  İmam  (ə) 
buyurdu:  “Nə  bilirsiniz,  bəlkə  onlar  məni  gözləyir?” 
Karvan əhli İmamdan bir tədbir görməsini istədi. İmam 
(ə) buyurdu: “Mallarınızı elə bir şəxsə tapşırın ki, dövr 
etdirib  çoxaltsın  və  bir  vaxt  sizə  artıqlaması  ilə 
qaytarsın!”  Soruşdular  ki,  kimə  tapşıraq?  İmam  (ə) 
buyurdu  ki,  aləmlərin  Rəbbinə.  Dedilər  ki,  Ona  necə 
tapşıraq?  İmam  (ə)  buyurdu:  “Niyyət  edin  ki,  Allah 
quldurların  şərrini  sovuşdursa,  malınızın  üçdə  birini 
sədəqə  verəcəksiniz.”  Karvan  əhli  razılaşdı.  İmam  (ə) 
buyurdu:  “Artıq  Allahın  amanındasınız,  yolunuza 
davam edin.”  
Karvan  hərəkətə  başladı.  Bir  qədər  getmişdilər  ki, 
quldurlar yolu kəsdi. Amma quldurbaşı birbaşa İmama 
(ə)  yaxınlaşdı,  onun  əlindən  öpüb  dedi:  -  “Yuxuda 


 
286 
Həzrət  Peyğəmbəri  (s)  gördüm,  sizin  haqqınızda 
tapşırıq  verdi.  Sizi  mənzil  başınadək  düşmənlərdən 
qorumaq  istəyirik.”  İmam  (ə)  buyurdu:  “Sizə  ehtiyac 
yoxdur. 
Sizin 
şərrinizi 
bizdən 
uzaqlaşdıran 
başqalarının da şərrindən uzaqlaşdırar.” 
Karvan  sağ-salamat  mənzilə  çatdı.  Karvan  əhli 
malının  üçdə  birini  sədəqə  verib  sonradan  elə  bir 
qazanc  əldə  etdi  ki,  heyrətə  düşdü.  İmam  Sadiq  (ə) 
buyurdu:  “Allahla  müamilənin  bərəkətini  gördünüz, 
indi bu işi davam etdirin.”
367
  
İMAM RİZA (Ə)-IN MƏKTUBU 
Mötəbər  rəvayətçilərdən  olan  Bəzənti  nəql  edir  ki, 
İmam  Riza  (ə)  oğlu  Həzrət  Cavada  (ə)  Xorasandan 
Mədinəyə  göndərdiyi  məktubda  yazırdı:  -  “Oğlum, 
mənə xəbər çatıb ki, sən evdən çıxanda xidmətçilər səni 
kiçik 
(arxa) 
qapıdan 
ötürürlər. 
Onlar 
xəsis 
olduqlarından bir kəsə xeyir verməyini istəmirlər. Mən 
bir  ata  və  İmam  olaraq  sənin  böyük  qapıdan  gedib-
gəlməyini  istəyirəm.  Bayıra  çıxanda  özünlə  dinar-
dirhəm  götür  ki,  möhtaclara  kömək  edə  biləsən. 
Əmilərin kömək istədikdə əlli dinardan az vermə. Artıq 
vermək istəsən azadsan. Əgər bibilərin ağız açsa, iyirmi 
beş dirhəmdən az vermə. Çox vermək istəsən azadsan. 
Allahdan səni «məqama» çatdırmağını istəyirəm. Əl tut 
və Allah tərəfindən kasıblıqdan qorxma!” 
Əgər  Allahın  övliyaları  belə  böyük  mərhəmət 
sahibidirlərsə,  görün  Allah  necə  rəhmət  sahibi 
olmalıdır!? 
Bəli, 
məhz 
Allah-Taalanın 
sonsuz 
                                                 
367
 “Biharul-ənvar”, 93-120. 


 
287 
mərhəmətinə  ümid bəsləyərək,  Həzrət Əli (ə) belə dua 
edir: “Xeyr, biz Səni belə tanımırıq!” 
 
Həyhatə  ma  zalikəz-zənnu  bikə    ləl-mərufu  min 
fəzlikə    la  muşbihun  lima  amətəl  bihil  muvəhhidinə 
min  birrikə    ihsanikə  fəbilyəqini  əqtəu  ləv  la  ma 
həkəmtə  bihi  min  təzibi  cahidikə    qəzəytə  bihi  min 
ixladi  muanidikə  ləcəəltənnarə  kulləha  bərdən   
səlamən,    ma  kanə  liəhədin  fiha  məqərrən    la 
muqamən,  lakinnəkə  təqəddəsət  əsmaukə  əqsəmtə  ən 
təmləəha minəl kafirinəminəl cinnəti vənnasi əcməinə 
 ən tuxəllidə fihəl  muanidinə Əntə cəllə sənaukə 
qultə mubtədiən tətəvvəltə bil-inami mutəkərrimən
əfəmən  kanə  muminən  kəmən  kanə  fasiqən  la 
yəstəvun” 
 
(“Əvvəldə  dediklərim  Sənin  bəndələrə  nəvazişindən 
çox-çox uzaqdır, Səni belə zənn etmirik, Sənin fəzlindən 
belə  münasibət  gözlənilmir.  Bu,  tovhid  əhlinə  etdiyin 
ehsan və yaxşılıqlarına uyğun gəlmir. Yəqin bilirəm ki, 
kafirlərə  əzab  fərmanın,  düşmənlərinə  əbədi  odda 
qalmasına hökmün olmasaydı, Cəhənnəm başdan-başa 
salamatçılıq  yeri  olar,  bir  nəfər  də  orada  yerləşməzdi. 
Amma Sən ki, adların müqəddəsdir və and içmisən ki, 
Cəhənnəmi kafir cinlər və insanlarla dolduracaqsan, öz 
uca  həmd-sənan  ilə  bunu  da  buyurmusan  ki,  mömin 
günahkarla birdirmi? Xeyr, bərabər deyil.”) 
MEHR-MƏHƏBBƏT AĞUŞU 
Allaha pərəstiş edən övliyalar belə güman etməyiblər 
ki,  Allah  onları  cəzalandırar.  Qurani-Kərimdə  özünü 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə