Dövlət satınalmaları haqqında



Yüklə 128,38 Kb.
səhifə11/50
tarix09.03.2023
ölçüsü128,38 Kb.
#102166
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
245-IIQ Dövlət satınalmaları haqqında

TENDER PROSEDURLARI


Maddə 28. Malgöndərənlərin (podratçıların) tenderə təqdim etdiyi sənədlər

28.1. Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) satınalan təşkilata aşağıdakı sənədləri təqdim edir:


tenderdə iştirak etmək üçün ərizə;
iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar istisna olmaqla); 48
tender təklifi;
malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
28.2. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər dedikdə aşağıdakılar nəzərdə tutulur:
malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (ehtiyac olduğu halda);
malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
28.2-1. Tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda, iddiaçı bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulan tender təklifinə işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları (konkret subpodratçının adı göstərilməklə) göstərməlidir.49
28.3. Malgöndərən (podratçı) öz tender təklifini bu Qanunda müəyyənləşdirilmiş qaydada hazırlayaraq tender prosedurunun başlanmasına ən azı bir bank günü qalmış tender keçirənə təqdim etməlidir. Bu müddətdən gec təqdim olunmuş tender təklifi açılmadan malgöndərənə (podratçıya) qaytarılır və onun tenderdə iştirakına yol verilmir.
28.4. Bu Qanunun 28.1-ci maddəsində göstərilən sənədlər (tender təklifi istisna olmaqla) satınalan təşkilata tender prosedurunun başlanmasına azı 7 bank günü qalmış təqdim olunmalıdır. Satınalan təşkilat bu sənədlərin hər hansı birinə və ya bir neçəsinin çatışmadığı, yaxud bu sənədlərin hər hansı birində və ya bir neçəsində dəyişikliyə ehtiyac olduğu qənaətinə gələrsə, sənədlər təqdim olunduqdan ən çoxu 2 bank günü sonra çatışmayan sənədi hazırlamağı yaxud bu sənədlərdə müvafiq dəyişiklik aparmağı malgöndərənə (podratçıya) təklif etməlidir. Bu halda sənədlər malgöndərən (podratçı) tərəfindən tam şəkildə və müvafiq düzəlişlərlə tender prosedurunun başlanmasına azı üç bank günü qalmış satınalan təşkilata təqdim olunur.
28.5. Bu maddədə göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə, satınalan təşkilat tenderdə iştirak etmək istəyən malgöndərəni (podratçını) iddiaçı kimi qeydə alır.


Maddə 29. İştirak haqqının və tender xərclərinin ödənilməsi50


29.1. Bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. İştirak haqqının ümumi məbləğini tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat müəyyən edir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər tenderdə iştirak haqları hesabına ödənilir. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın sərəncamında qalır (büdcədən maliyyələşən təşkilatlarda dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödənilir.
29.2. Bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalar zamanı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərənlər (podratçılar) tərəfindən iştirak haqqı dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həmin portalın operatoruna ödənilir.
29.3. Bu Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləği, ödənilmə və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Yüklə 128,38 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə