Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   2   3   4   5   6   7   8   9   ...   36

5

rəmz olmasaydı kitablara sonralar qoyulmuş incəsənət muzası (ilahəsi) adlarının rəmzləri kitabın məzmununun rəmzinə

uyğun gəlməyə də bilərdi. Amma biz hər muza adının rəmzi ilə kitabın məzmunu arasında vəhdəti görürük.

Birinci kitab-Klio. Yunanlılar onu qabaqlar qəhrəmanlıq nəğməsi ilahəsi saymışlar; klassik dövrdə ona tarix ilahəsi

kimi baxmışlar. Daimi əlaməti papirus və ya perqament lüləsi olmuşdur.4 Bu rəmz tarixin ilk kitabının mətləbinə,

üstündə tarix yazılmış ilk papirus lüləsinə tam uyğun rəmzdir.

İkinci katib - Yevterpa (Evterpa). Lirik poeziya hamisi sayılır. İki fleytalı gənc qadın şəklində təsvir olunur. Bu

ilahə həssaslıq rəmzi sayılır ("Mifoloji lüğət", səh. 267). Bu həssaslıq rəmzi ərindən incik düşüb şikayətli olan və gənc

yaşında ölən Fərnasp qızı Kassandanın niskilini, eləcə də Kambisin zorla evləndiyi və hirsli vaxtında vurub öldürdüyü

bacılarının nakamlığını təmsil edir.

Üçüncü kitab-Taliya (və ya Faliya). Yüngül paltar geymiş, sol əlində komik maska, o biri əlində çoban çomağı

(bəzən sağ əlində dəf), başında uzun xovlu məxmərdən çələngi olan qız şəklində təsvir olunur. ("Mifoloji lüğət", səh.

228). Kambisin özü ilə birlikdə Misir yürüşünə apardığı və orada həmişə istehzalarına hədəf olduğu kiçik bacısı da

Kambisin ağılsız işlərini komik kəskinliklə lağa qoyur.

Dördüncü kitab - Melpomena. Faciə ilahəsidir. Əvvəllər ümumən nəğmə, sonralar kədərli nəğmə ilahəsi

sayılmışdır. Uca boylu, başı sarıqlı, üzüm tənəyi yArpaqından tacı, ayağında altıqalın başmaqları, bir əlində faciə

maskası, o birində qılınc və ya toppuz tutmuş bir qız.

Dördüncü kitabda tutaşdığı düşməni tam məhv etməyincə ondan əl çəkməyən, düşmənə qarşı mübarizədə köməyinə

gəlməyən qonşulardan da intiqam alan, haqsızcasına çəkişib haqq məhkəməsində məğlub olan və ölüm cəzası alan

yaxın qohumunun kəsilmiş kəlləsindən şərab içmək üçün cam kimi istifadə edən; özlərinin azadlıqlarını, vətən

azadlığını uca tutan döyüşkən iskitlər bu faciə mələyinə oxşayırlar. Onlar da silahlı döyüşə həmişə hazırdılar.

Beşinci kitab-Terpsixora. Yunanca mənası "rəqs xoşlayan"dır. Rəqs və bəzən xor nəğməsi ilahəsi. Əlində lira olan

gənc qız şəklində təsvir olunur. ("Mifoloji lüğət", səh. 234).

Bu kitabın rəmzi mənalarından biri ilk hadisələrdəcə üzə çıxır. Hellespont şəhərlərindən olan Perinf nə Daranı sayır,

nə də Strimonda yaşayan peonlarla yola gedir. Perinflilər şəhər darvazaları qarşısında qərargah qurub peonları təkbətək

döyüşlərə çağırırlar. Onlar iki vuruşmada peonlara qalib gəlib, sevincdən peon (xor nəğməsi) oxuyurlar. Bu kitabın

ikinci rəmzi fars qoşunlarının Fragiyaya (indiki Bolqarıstana), Makedoniya və İoniyaya girməsi ilə sözün həqiqi

mənasında əhalinin rəqsə qalxması deyil, qəbilələrin ölkədən köçürülməsi, qaçqınların didərgin düşməsi-xalqın dinc

həyatdan məhrum olub ayağa qalxması ilə bağlıdır.

Altıncı kitab-Erato. Yunanca mənası "əziz", "mehriban" deməkdir. Erato məhəbbət və erotik poeziya ilahəsidir.

Kitabdakı hadisələr göstərir ki, fars ordusunun Elladaya münasibəti kobud, erotik, işğalçı münasibət kimi dərinləşir və

belə şəraitdə Erato (ehtiras) yalnız siyasi zorakılıq mənasında qəbul oluna bilər.

yeddinci kitab-Polihimiya (və ya Polimiya). Yunanca "zəngli himnli" mənası verir. Terpsixora kimi Polihimniya da

qabaqlar rəqs ilahəsi sayılsa da, sonralar pantomim mahnı rəmzi daşımışdır. Təsvirdə heç bir əlaməti yoxdur, yalnız

başına örtük salır. Görünür, bu rəmz Kserksin çoxsaylı, daha mükəmməl təchiz olunmuş qoşunla Elladanı sıxışdıraraq

onun başına böyük müsibət gətirməsi rəmzidir.

Səkkizinci kitab - Uraniya. Bu ad Afroditanın təmiz, ülvi məhəbbətini bildirən epitetdir. Uraniya, eyni zamanda

Astronomiya ilahəsi sayılır. Əlində göy qlobusunu tutan gənc qız sifətində təsvir olunur ("Mifoloji lüğət", səh. 249)

Doqquzuncu kitab - Kalliopa. Yunanca "gözəl səsli" mənası verir. Doqquzlar sırasında Kalliopa sonuncu və

hamıdan yaşlı ilahədir. Klassik dövrdə epik poeziya ilahəsi sayılmışdır. Yazı üçün qədim və mum sürtülmüş taxta onun

daimi əlamətləri olmuşdur (Mifoloji lüğət, səh. 111).

"Tarix"in sonuncu iki kitabında, görünür, Ellada göylərini bürümüş buludların dağılması, Ellada səmasında

ulduzların parlaması və soluğu genişlənən incəsənət ilahələrinin gözəl səslə oxunması rəmzi vardır.

"Tarix"in hər kitabının ardıcıllığından, onların vəhdətindən görünür ki, 2500 il bundan qabaq yaranmış bu misilsiz

abidəni yalnız Parsa- Ellada müharibələri ilə məhdudlaşdırmaq mümkün deyil Abidə eramızdan qabaq da, sonrakı

əsrlərdə də, indi də mütərəqqi və ədalətli adamların gözündə əsasən ilkin mənbə kimi, çox yerləri şəxsən görüb, çox

hadisələr haqqında özünün öyrəndiyi məlumata əsaslanan, heç kəsdən heç bir məlumat ala bilməyəndə öz

mühakiməsinə, özünün tədqiqatına arxalanıb aydın və real şərhlər verən bir ensiklopedik müəllifin yadigar qoyduğu

qaynaq kimi etibarlı olmuşdur. Nöqsanlarına, bəzi qeyri dəqiqliyinə, faktik səhvlərinə baxmayaraq, "Tarix" yarandığı

dövrdən lap yeni dövrə qədər sınaqlardan çıxmış doğruçu, obyektiv, geniş məzmunlu, möhtəşəm bir abidə kimi

ucalmışdır.

Herodotun böyüklüyü yalnız onun tarix, coğrafiya və etnoqrafiya biliklərinin ensiklopedik əzəməti ilə ölçülmür.

Herodotu böyük ədib kimi də qiymətləndirirlər. Zamanəsinin tarixçiləri də, coğrafiyaşünasları, etnoqrafları, filosofları

da "quru", yalnız faktların dili ilə danışmağı və yazmağı zəiflik, təxəyyül kasıblığı sayırmışlar. Onlar ən yaxşı ədiblər

kimi obrazlı düşünmüşlər, bədii əsərlər səpkisində konflikti sevmişlər, dialoqlar yaratmışlar, süjeti intizar doğuran

yollarla aparmışlar. Bundan başqa, məşhur şairlərin dastanlarından, şerlərindən, xalq hikmətlərindən, ən çox əsatir,

əfsanə, rəvayət, dastan və nağıllardan istifadə etmişlər. Herodot "Tarix"i də bu baxımdan dünya xalqları folkloru

toplusu hüququnda əvəzsizdir-indi çap olunan belə topluların kökü "Tarix"ə gedib çıxır.

"Tarix" Qafqaz ardı, Qafqaz, Qara dəniz (Evksin Pontu) sahilləri, Uralboyu. Orta Asiya (qədim Xarəzm, Parfiya-

Barda) ərazisində yaşamış xalqların yeni eradan qabaqkı abidələrinə, onların müştərək xüsusiyyətlərinə də yenidən

baxmağa imkan verir. Herodotun sıxıb-sıxıb yığcam "əfsanə" şəklinə saldığı "Astiaq", "Tomiris" əfsanəsi, əslində, 11-

12 süjet şaxəsi olan ilk qəhrəmanlıq dastanı kimi təzədən oxunmasını və açılmasını gözləyir. Herodotun toxuna

bilmədiyi qədim Part yazılarında "qusan" (sonrakı ozan) sənətinin qeydə alınması qədim dastan ifaçılığının köklərini

məhz Herodot "Tarix"i işığında da axtarmaq zərurəti yaradır. Bu əvəzsiz mənbə midiyalıların şərəf və şöhrətini, dövlət




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə