Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

9

belə bir kəlam da söyləyir: Heraklidlər öz intiqamını Qigesin beşinci nəslinin dövründə alacaqlar. Fəqət, lidiyalılar da,

onların hökmdarı da bu kahinin kəlamının möhləti çatana qədər heç nəyə məhəl qoymayırlar.

14. Mermnadlar Heraklidlərin əlindən aldıqları hakimiyyətə beləcə sahib olurlar. Qiges də taxta çıxıb Delfə heç də

az miqdarda hədiyyə göndərmədi (Delfə daha çox gümüş şeylər nəzir verən odur). Qiges gümüşdən başqa saysız-

hesabsız qızıl: da nəzir etmişdi. Müxtəlif şeylər sırasında 30 talant ağırlığında altı qızıl krater xatırlanmağa layiqdir.

Bütün bunlar korinflilərin xəzinəsində saxlanılır. Əslində, bu, korinflilərin dövlət xəzinəsi olmayıb, Eyetion oğlu

Kipselə məxsusdur. Mən bilən, bu Qiges barbarlar içində birinci olaraq (Frigiya hökmdarı Qordi oğlu Midasdan sonra)

Delfə nəzir demişdir. Axı, Midas da hədiyyələr gətirmişdi, özü də məhz üstündə əyləşib məhkəmə qurduğu hökmdar

taxtını. Bu diqqətəlayiq taxt Qigesin kraterləri qoyulan yerdəcə durur. Amma Qigesin bağışladığı bu qızıl və gümüş

qabları delflilər nəzir verənin adına münasib olaraq Qiqadam adlandırırlar. Qiges hakimiyyət başına keçəndən sonra

Miletin və Smirnanın üstünə yürüş edib Kolofon şəhərini alıb. Bununla belə, Qiges özünün 38 illik hökmranlığı12

ərzində heç bir böyük iş görməyib. Biz də onun haqqında çox danışdığımız üçün indi nəslinə keçə bilərik.

15. Mən bu adamdan sonra hakimiyyət sürmüş Qiges oğlu Ardisi yada salıram. Ardis Priyenanı istila edib Miletin

üstünə müharibəyə getmişdir. Onun hakimiyyəti zamanı köçəri iskitlər tərəfindən özlərinin daimi məskənlərindən

qovulmuş kimmerilər Asiyaya soxulub Sardanı (akropoldan başqa) tutmuşlar.13

16. Ardisin 49 illik hökmdarlığından sonra taxt irsən onun oğlu Sadiatta keçib ki, o da 12 il hökmranlıq edib.

Sadiattın da varisi Aliatt olub. O, (Deyokun nəvəsi) Kiaksarla və midiyalılarla müharibəyə başlayıb. Sonra kimmeriləri

Asiyadan qovub, Kolofonun müstəmləkəsi olan Smirnanı tutub və Klazomenanın üstünə yüyürüb. O, Klazomenadan

qayıtmalı olub, lakin heç də istədiyi kimi yox, bəlkə böyük itki verməklə.

17. Onun hakimiyyət sürdüyü dövrdə xatırlanmağa daha çox layiq olan işlər bunlardır: hələ atasının başladığı

müharibəni davam etdirərək, Miletlə döyüşə girmişdir. Miletin muhasirəsini də belə təşkil etmişdir: ordunun Miletə

qarşı yürüşünü zəmilərdə taxılın dəyən vaxtına salmışdır. Tütək, pektida,14 zil və bəm ahəngli fleyta səsləri altında

hərəkət edirmiş. Miletlilərin torpağına çatanda nə evləri yandırıb dağıtmış, nə qapıları sındırmışdır, əksinə, onlara heç

toxunmamışdır. Yalnız ağacları kəsdirmiş, zəmidə taxılı məhv etdirib geri dönmüşdür. Şəhəri mühasirəyə almağın ona

xeyri yox idi, çünki miletlilər dənizdə üstün idilər. Lidiya hökmdarının evlərə münasibətinə gəldikdə isə, evləri ona

görə uçurmamışdı ki, miletlilər orada yaşamağa imkan tapıb, öz zəmilərini yenidən becərməyə başlayanda o, təzədən

yürüşə çıxsın və buraları bir də viran qoysun.

18. Lidiya hökmdarı dalbadal on bir il bu cür müharibə aparmışdır. Bu illər ərzində miletlilər öz torpaqlarında iki

dəfə böyük məğlubiyyətə uğramışlar: bir dəfə Limeneydə, bir dəfə də Meandr dərəsində. Bu on bir ilin altısı miletlilərlə

müharibə aparan Ardis oğlu Sadiattın lidiyalılar üzərində hakimiyyəti dövrünə düşür (axı, müharibəni bu Sadiatt

başlamışdır). Qalan beş ildə Sadiatt oğlu Aliatt müharibə aparmış və yuxarıda xatırlatdığım kimi, müharibəni atasından

qəbul edib, canla-başla davaya girişmişdir. Bu müharibədə təkcə xioslulardan başqa heç bir İoniya şəhəri miletlilərə

yardım etməmişdir. Xioslular da vaxtı ilə gördükləri köməyin əvəzini qaytarıb onlara köməyə gəlmişlər. Əvvəllər isə

bütün miletlilər xioslularla birlikdə erifralılara qarşı müharibə aparmışlar.

19. Müharibənin on ikinci ilində lidiyalıların ordusu zəmiləri yenidən yandırdıqda belə bir hadisə üz verir: zəmilər

yanmağa başlayan kimi külək alovu Afinanın Asses ləqəbi daşıyan məbədgahına sarı qovur. Alova bürünmüş məbəd

yanır. Lidiyalılar bu hadisəyə əvvəllər heç əhəmiyyət vermirlər. Amma ordu Sardaya qayıdanda Aliatt xəstələnir.

Xəstəlik getdikcə uzanır və özgəsinin məsləhətinə görəmi, yoxsa öz qərarına görəmi, hökmdar Delfə elçilər göndərir ki,

gedib xəstəlik barədə kahindən sorğu-sual eləsinlər. Elçilər Delfə gələndə Pifiya cavab verir ki, onlar Afinanın Milet

torpağındakı yandırılmış Asses məbədini bərpa etməyincə allah onlara heç bir bəyan verməyəcəkdir.

20. Belə bir hekayəti özüm Delfdə eşitmişəm. Delflilər isə buna belə bir əlavə də edirlər: Miletin o vaxtkı tiranı

Frasibulun yaxın dostu Kipselin oğlu Periandr kahinin Aliatta verdiyi cavabı öyrənir. O, Frasibula kahin barədə xəbərçi

göndərir ki, əvvəlcədən tədbirlər görsün. Miletlilər bunu belə söyləyirlər.

21. Miletlilər deyirlər ki, Aliatt isə Pifiyanın cavabını alaraq, məbədi yenidən tikib qurtarana qədər Frasibulla və

miletlilərlə barışıq bağlamaq üçün dərhal carçı göndərir. Beləliklə, hökmdar elçisi Miletə gəlir. Hər şey haqqında

əvvəlcədən xəbərdar edilən və Aliattın niyyətini bilən Frasibul da belə kələk işlədir. O, şəhərdəki bütün taxılı (həm

özününkünü, həm də ayrı-ayrı vətəndaşlarınkını) bazar meydanına aparmağı əmr edir və miletlilərə buyurur ki,

müəyyən işarə veriləndə şən kef məclisi düzəldib mahnılar oxumağa başlasınlar.

22. Frasibul bunu ona görə belə etmiş və belə əmr vermişdi ki, Sardadan gələn carçı meydançada böyük taxıl

tığlarını və adamların kef-damaqla dolandıqlarını görüb Aliatta bu barədə xəbər versin. Doğrudan da, belə olur. Carçı

bütün bunları görür, sonra Lidiya hökmdarının tapşırığını Frasibula çatdıraraq Sardaya qayıdır. Mən də öyrəndim ki,

sülh hər hansı başqa bir səbəbə görə deyil, Frasibulun göndərdiyi xəbərə görə bağlanmışdır. Axı, Aliatt bu haqq-hesaba

arxalanırdı ki, Miletdə bərk aclıqdır, buna görə də əldən düşmüş xalqın bədbəxtliyi həddini aşır. İndi isə o, Miletdən

geri dönən carçıdan gözlədiyinin tamam tərsinə olan məlumat eşidir. Bundan sonra sülh bağlayır və bu müqaviləyə

əsasən onlar dostluğa və bir-biri ilə ittifaqa qədəm qoyurlar. Aliatt da Assesdə Afinaya bir məbəd əvəzinə iki məbəd

tikdirir, özü də xəstəlikdən qurtarıb sağalır. Aliattın miletlilərə və Frasibula qarşı apardığı müharibənin aqibəti belə

olmuşdur.

23. Kahinin qeybdən verdiyi xəbəri Frasibula çatdıran Periandr Kipselin oğlu idi. Periandr Korinfin tiranı olmuşdur.

Korinflilərin dediyinə görə (bu hekayəti lesboslular da təsdiq edirlər) Periandrın başına qəribə bir iş gəlir. Mefimndən

olan Arion Tenar yaxınlığında bir delfinin üstündə dənizdən sahilə çıxır. O, Periandr zəmanəsinin əvəzsiz kifara çalanı

olmuş, ilk difiramb15 yazıb ona ad vermiş və bunun Korinfdə xorla oxunmasını öyrətmişdir.

24. Elə bu Arion da vaxtının böyük qismini Periandrın yanında keçirib, sonra su yolu ilə İtaliya və Sikeliyaya

getmək qərarına gəlir. Orada böyük sərvət qazanır və sonra Korinfə qayıtmaq istəyir. O, Tarantdan yola düşür, amma




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə