Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə36/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   28   29   30   31   32   33   34   35   36

37

209. Aras çayını keçəndən sonra Kuruş massaget torpağında bax belə bir yuxu görür. Şaha belə gəlir ki, deyəsən o,

Güştəspin böyük oğlunu görüb. Bu oğlanın da çiyinlərində qanadlar bitib, bir qanadı Asiyaya, o biri Avropaya kölgə

salır. Arsam oğlu Güştəspin də ən böyük övladı Ağamənlər nəslindən Dara idi ki, o vaxt iyirmi yaşlarında bir gənc idi

(və bu gənc hələ yeniyetməliyindən hərbi xidmətə yaramadığı üçün Parsada qalmışdı). Kuruş ayılıb gördüyü yuxunun

mənasını düşünməyə başlayır. Şah belə hesab eləyir ki, yuxunun mühüm mənası var. Sonra o Güştəspi gətirməyi

buyurur və təkidlə ona deyir: "Güştəsp! Sənin oğlun mənim və hökmranlığımın əleyhinə fitnə-fəsad üstündə ifşa

olunmuşdur. Mən bunu dəqiq bilirəm və haradan törədiyini sənə deyəcəyəm. Allahlar məni himayə edirlər və məni

təhdid edən bəlanı əvvəlcədən mənə açırlar. Bax, dünən gecə mən sənin böyük oğlunu yuxuda gördüm və gördüm ki,

çiyinlərindən bitmiş qanadların biri Asiyanın, o biri Avropanın üstünə kölgə salır. Mənim yuxumdan, hər halda

tamamilə aydın olur ki, oğlun mənə sui-qəsd hazırlayır. Ona görə də mümkün qədər tezliklə Parsaya qayıt və mən

düşmən ölkəsini tabe edib geri, evə qayıdana qədər onu mənim qarşımda cavab verməyə hazırla".

210. Kuruş Daranın onun əleyhinə xəyanət fikrinə düşdüyünü güman edərək belə deyirdi. Amma allahlar bu yuxu

vasitəsi ilə hökmdarın özünün massaget torpağında öldürüləcəyini və şahlığın Daraya keçəcəyini açmaq istəyirdilər.

Güştəsp isə şaha belə cavab verir: "Şah! Sənin ömrünə qəsd edən fars kaş ki, heç doğulmasın! Belə bir fars varsa, o,

tezliklə məhv olacaqdır! Axı, farsları qul vəziyyətindən azadlığa sən çıxartmısan, özgə xalqlara bac verənləri hamının

ağası eləmisən. Oğlumun iğtişaş fikrinə düşdüyünü yuxuda görmüsənsə, onda mən onu sənin ixtiyarına verərəm:

onunla istədiyin kimi rəftar elə!" Güştəsp şaha belə cavab verir. Sonra o, Aras çayını keçərək Parsaya qayıdır ki,

(Kuruşu yarıtmaq üçün öz oğlunu keşikçilərin nəzarətində saxlasın).

211. Kuruş da bu dəmdə qoşunla birlikdə bir günlük məsafə qədər Arasın o tayına irəliləyib, sonra Krezin məsləhət

gördüyü kimi hərəkət eləyir. Şah həmin yerdə ancaq zəif döyüşçülər qoyub, qoşunun ən yaxşı hissələri ilə yenə Arasa

doğru çəkilir. Onda massaget qoşununun üçdə bir hissəsi Kuruşun qoyub getdiyi döyüşçülərə hücum edib, cəsurcasına

müqavimət göstərmələrin" baxmayaraq onları qırır. (Qələbədən sonra) massagetlər farsların qərargahında qalmış

yeməkləri görüb kef etməyə başlayırlar. Doyunca yeyib çaxır içir, sonra yıxılıb yatırlar. Bu vaxt farslar gəlib düşmənin

böyük hissəsini qırır, xeyli də əsir alırlar. Əsirlər içərisində Tomirisin oğlu, massagetlərin sərkərdəsi Sparqapis də

vardı.


212. Hökmdar Tomiris öz qoşununun və oğlunun taleyindən xəbər tutub Kuruşun hüzuruna belə sözlərlə xəbər

aparmaq üçün adam göndərməyi buyurur: "Ey qana susamış Kuruş! Bu qələbənlə öyünmə. Sən mənim oğluma şərəfli

döyüş zamanı silah gücünə deyil, dəmi başınıza vuranda sizin özünüzü də ağılsızlaşdıran, (içdikcə) farsların nalayiq

nitqlər seli püskürməyə başladığı üzüm tənəkinin meyvəsi sayəsində - bax bu acı vasitəsi ilə, hiyləgərliklə qalib gəldin.

Bu belə! İndi də mənim xeyirxah məsləhətimə qulaq as: oğlumu mənə ver və massaget qoşununun üçdə bir hissəsini

həyasızlıqla məhv etməyə nail olsan da, mənim torpağımdan sağ-salamat çıxıb get. Belə eləməsən, massagetlərin

tanrısı Günəşə and içirəm ki, nə qədər acgöz olsan da, səni, həqiqətən, qanla doyduracağam".

213. Lakin Kuruş carçının sözlərinə heç məhəl qoymur. Çaxırın dəmi hökmdar Tomirisin oğlu Sparqapisin

başından çıxandan sonra, o özünün müsibətli vəziyyətini anlayıb buxovdan azad olunmasını Kuruşdan xahiş edir. Azad

olunan və əlləri açılan şahzadə dərhal özünü öldürür. O, məhz belə həlak olur.

214. Tomiris isə Kuruşun onun məsləhətinə qulaq asmadığını görərək bütün ordusu ilə farslara hücuma keçir. Mən

belə hesab edirəm ki, barbarların öz aralarındakı vuruşmaların ən kəskini bu döyüş olmuşdur. Yeri gəlmişkən deyim ki,

o döyüşün gedişi haqqında öyrəndiklərim bunlardır. Deyilənə görə, əvvəlcə rəqiblər qarşı-qarşıya durub uzaqdan ox

atırmışlar. Ox ehtiyatı qurtarandan sonra xəncər və nizə çəkərək əlbəyaxa döyüşə atılmışlar. Düşmənlər uzun müddət

vuruşmuş və heç bir tərəf geri çəkilmək istəməmişdir. Nəhayət, massagetlər qalib gəlmişlər. Demək olar ki, bütün fars

qoşunu döyüş meydanında qırılmış, Kuruşun özü də həlak olmuşdur. O, tam 29 il şahlıq etmişdir, Tomiris də çaxır

tuluğunu insan qanı ilə doldurtdurub, öldürülmüş farslar arasında Kuruşun meyitini tapmağı buyurmuşdur. Kuruşun

meyiti tapılanda hökmdar onun başını tuluğa soxmağı əmr etmişdir. Bundan sonra o, ölünü təhqir edərək belə

danışmağa başlamışdır: "Mən sağ qalıb, döyüşdə səni məğlub etsəm də, sən oğlumu hiyləgərcəsinə əsir almaqla, hər

halda, məni məhv etmisən. Buna görə də əvvəlcədən hədələdiyim kimi bax, indi səni qanla doydururam". Kuruşun

ölümü haqqında çoxlu hekayətlər içərisində bu, mənə daha gerçək göründü.

215. Massagetlər də iskitlər kimi geyinirlər və iskitlərə oxşar həyat sürürlər. Onlar süvari və piyada qoşun

dəstələrində vuruşurlar (həm atlı, həm piyada). Onların da, adətən, yayları, nizələri və döyüş baltaları var. Onlarvqn hər

şeyi qızıl və misdəndir. Amma onlar bütün nizələrin, oxların və döyüş baltalarının metal hissələrini misdən hazırlayıb,

baş geyimlərini, kəmərlərini və aşırmalarını qızılla bəzəyirlər. Atlara da yaxalıq sayağı mis zireh taxırlar. Üzəngilərə,

yüyən ağızcıqlarına və üzlüklərə qızıldan bəzək vururlar. Onlarda dəmir və gümüş heç işlədilmir, çünki bu ölkədə

həmin metallara qətiyyən rast gəlinməz. Bunun əvəzinə orada mis və qızıl boldur.

216. Massagetlərin adətləri barədə bunları demək lazımdır: onlarda hər kişi ancaq bir arvad alır, amma bu arvadlarla

hamılıqla yaşayırlar. Axı, ellinlərin iskitlərdəki bu adət haqqında hekayətləri daha çox massagetlərə aiddir. Belə ki, bir

massaget hər hansı bir arvada meyl salanda özünün sadağını onun alaçığından asıb həmin qadınla arxayıncasına

əlaqəyə girir. Massagetlər insan ömrü üçün heç bir hədd qoymurlar. Lakin onlarda kimsə lap qocalana qədər ömür

sürərsə, onda bütün qohumları yığılıb qocanı qurban kəsirlər, ətini də başqa qurbanlıq heyvan əti ilə birlikdə bişirib

yeyirlər. Belə ölüm onlarda böyük xoşbəxtlik sayılır. Hər hansı xəstəlikdən ölmüş adamı isə yeməyib torpağa

tapşırırlar. Bununla yanaşı, yaşlı olub xəstəlikdən ölənləri qurban kəsmək mümkün olmadığı üçün bu bədbəxtlik sayılır.

Massagetlər taxıl əkmirlər, maldarlıqla və balıq ovlamaqla (Aras çayında isə balıq son dərəcə boldur) dolanırlar, bir də

süd içirlər. Onların səcdə etdikləri bircə allah var ki, o da Günəşdir. Onlar Günəşə at qurbanı kəsirlər və bunun da

mənasını belə yozurlar ki, ən sürətli allaha dünyada ən iti yerişli heyvanı qurban vermək lazımdır.



38

İzahlar

1 Herodotun e. ə. 484-cü ildə doğulduğunu təsdiq edən fakt var. Roma imperatoru Neronun vaxtında yaşamış bir

yazıçı qadının dediyinə görə Peloponnes (Dardanel)  müharibəsi başlananda (431) Herodotun 53 yaşı varmış.

Ölümünün e. ə. 424-cü ili keçmədiyini də bir neçə fakt əsasında təxmin edirlər: I. Herodot eginalıların 431-ci ildə

sürgün edildiklərini göstərdiyi halda, onların 424-cü ildə məhv edildikləri haqda məlumat vermədiyinə görə tarixçinin

bu hadisəyə qədər yaşamadığı güman olunur. 2. Herodot Kserksin oğlu II Daranın hakimiyyət başına keçməsini

göstərməmişdir. Bu, e. ə. 425-ci ilə düşdüyündən Herodotun həmin vaxta qədər yaşamadığını düşünürlər. 3. F. Q.

Mişşenkonun fikrincə, tamaşası 425-ci ildə olmuş "Axarnyanlar" komediyasının müəllifi Aristofan Herodot "Tarix"inə

parodiya yazmışsa, onda "Tarix" bu ilə qədər yazılıb tamamlanmış olmalıydı. Bu faktlar Herodotun 431-424-cü illər

arasında öldüyünü təxmin etməyə imkan verir.

2 Eridan-Q. A. Stratanovskinin izahına görə Po çayı nəzərdə tutulur.

3 Kassiteridaya Lehim Dağları da deyilir, Q. A. Stratanovski indiki Britaniya adalarının nəzərdə tutulduğunu təxmin

edir.

4 Mifoloji lüğət. Leninqrad, 1961, səh. 119 (rus dilində).



5 B. P. Kuturman bu adı "izonomi" şəklində yazıb "yasalar önündə eşitmək", yəni "qanunlara əməl etmək"

mənasında izah etmişdir.

6 Qırmızı dəniz və Bizim dənizimiz - burada İran körfəzi və Aralıq dənizi.

7 yunanların barbarlarla müharibəsinə onların qarşılıqlı incikliyi səbəb olmuşdur... Herodot tarixi hadisələri tez-tez

şəxsi pislik və onun intiqamı ilə izah edir.

8 Lidiyalıların dili Hett - Liviya qrupuna, ya da Hett - Lidiya yarım-qrupuna aid edilir. Lidiyalılar e. ə. 1234-1225-

ci illərə yaxın olan Misir yazılarında Misirə hücum etmiş "dəniz" xalqları içərisində "turşa" adı ilə xatırlanırlar.

9 Herodot Kiçik Asiyanın qərb sahillərində yerləşən yunan qəbilələrinin yalnız bir hissəsini xatırladır. yunan

qəbilələri Hett qəbilələrinin süquta uğramasından sonra (e. ə. 1170-ci ilə yaxın) Kiçik Asiyada yerləşmişlər, Qabaqca

eolilər, sonra yunanlar, axırda dorilər gəlmişlər.

10 Herodot şəcərə göstərəndə öz sələflərinə-özündən əvvəlki müəlliflərə arxalanır: üç nəsil, yüz ilə bərabərdir.

11 Bu cümlənin əsli Herodotda belədir. "Qadın öz xələtini soyunan anda layiq olduğu hörməti itirir".

12 Qiges e. ə. təxminən 654-cü ildə kimmerilərlə vuruşda həlak olmuşdur.

13 İskitlər e. ə. təxminən 720-ci ildə indiki qərbi Türkmənistandan Qara dəniz sahillərindəki çöllərə gəlmiş, sonra

623-cü ilə yaxın Midiya hökmdarı Kiaksarın torpaqlarının çoxunu istila etmişlər.

14 Pektida - 20 simlik çalğı aləti.

15 Difiramb - Dionisin təxəllüsü, sonralar allahın və ya qəhrəmanın şərəfinə oxunan nəğmənin adı olmuşdur.

16 Krez yunanların gözündə ellinfildirsə, lidiyalıların gözündə Krezin hökmdarlığı Lidiya dövlətinin çiçəklənməsi

və parlaması dövrüdür, delflilərin gözündə isə o, kahinlik nüfuzunun pərəstişkarıdır.

17 Bu, Herodotun səhvidir. Solonun səyahəti 594-584-cü illərə düşür. Krez isə 560-cı ildən hakimiyyət sürməyə

başlamışdır. Ona görə də Solon Krezlə görüşə bilməzdi. Solonun 569-cu ildən 526-cı ilə qədər hakimiyyət sürmüş

Amasisin (misircə Ab-mose) görüşünə getməsi də xronologiyaya zidd gəlir.

18 yunanlarda günahı yuma mərasimi belə olmuşdur: qatilin əllərinə heyvan (çoşqa) qanı töküb, sonra qanlının

günahdan təmizlənmə timsalı kimi əlindəki (çoşqa) qanını silərlərmiş. Bundan sonra da allahların rəhmə gəlməsi üçün

qurban verib dua oxuyarlarmış. Qatilin üstünə düşən günah qabaqca qohumlara cəza gətirir, sonra bütün şəhərə yayılıb

hamıya bəla verirmiş.

19 Herodotun "Tarix"indəki şer parçalarının bu və bundan sonrakı bəzi mətnləri "Tarix"i türkcəyə çevirmiş Perihan

Kuturmanın kitabından götürülmüşdür: "Herodot tarixi", birinci basqı, İstanbul, 1973, səh. 28 P. X.

20 "Herodot tarixi", İstanbul, 1973, səh. 29.

21 "Herodot tarixi". İstanbul, 1973, səh. 32.

22 "Herodot tarixi", İstanbul, 1973, səh. 32.

23 E n o m a t i-Sparta qoşununda 25-36 adamın bir-birinə andı ilə təşkil edilən hissə.

24 T r i a k a d-30 nəfərlik bölük.

25 Sissitiya-spartalılarda bir süfrədə xörək yemək.

26 Eforlar - Bir il möhlətinə 5 adamdan ibarət seçilmiş heyət. Görünür, qabaqlar məhkəmə hakimi vəzifəsini yerinə

yetirmişlər, sonralar nəzarət və yoxlayıcı vəzifəsi daşımışlar.

27 Gerontlar - Ağsaqqallar şurası (və ya məsləhəti). 28 adamdan ibarət olmuşdur. Bu şura iki hökmdarla birlikdə

Spartanın ali hakimiyyət orqanı olmuşdur.

28 "Herodot tarixi", İstanbul, 1973, səh. 33.

29 "Afinanın Alsa ləqəbi daşıyan" sözləri Herodot "Tarix"inin rus didinə F. Q. Mişşenko tərcüməsinin II cildindəki

izahdan götürülmüş, Q. A. Stratanovskinin tərcüməsində "ləqəb" sözü atılmış, "Afinanın Aleya məbədi" şəklində

getmişdir. P. X.

30 Dorilərin-hilleylər və dimanlar adlı iki qəbiləyə bölünməsinə uyğun olaraq iki də rəhbəri (hökmdarı) olmuşdur;

onlar qoşunun iki hissəsinin başında durmuşlar.




39

31 "Herodot tarixi", İstanbul, 1973, səh. 33.

32 Aqatoerqlər-Spartanın 300 atlı qoşun birləşməsini sıralarından hər il çıxarılıb xaricə səfir göndərilən beş nəfər.

33 Bu çayın adı Alis şəklində də yazılır.

34 Q. A. Stratanovskinin tərcüməsində bu cümlə belədir: " Üarğ... daje otdal im svoix sınovey v obuçenie iskustvu

strelğbı iz luka". F. Q. Mişşenkonun tərcüməsindəki mətnin bundan iki fakt fərqi var: "Kiaksar... poruçil im malğçikov

dlə obuçeniə əzıku ix i strelğbe iz luka". Demək, Mişşenko tərcüməsini yaxşı qavrayan və onun təcrübəsindən gen-bol

istifadə edən Stratanovski "Tarix"in istifadə etdiyi nüsxəsinin mətnindəki bu parçada "dil öyrənmək" sözü görmədiyi

üçün onu öz tərcüməsinə salmamış, qeyri-müəyyən "oğlanlar" anlayışını müəyyənləşdirərək onları Kiaksarın öz

oğlanları, anlayışına keçirmişdir. Mətnin məzmunu bu dəyişikliyin şüurlu və doğru olduğunu təsdiq edir. Belə ki,

Kiaksar öz oğullarını iskitlərə tapşırmışdı, iskitlər də hökmdardan təhqir gördükləri üçün oğlanların birini kəsərək, ətini

ov quşlarının ətinə qataraq bişirib süfrəyə qoydurmuş və qaçıb Lidiya hökmdarına sığınmışlar. Kiaksar bu şəxsi

intiqama intiqamla əvəz qaytarmaq üçün qaçqın iskitləri tələb edib onları geri ala bilməyəndə Lidiya ilə müharibəyə

qalxmışdır. Uzanan müharibə axırda barışıqla qurtardığından belə barışıqlar çox vaxt qohumluqla

möhkəmləndirildiyinə görə Lidiya hökmdarı öz qızını Kiaksarın salamat qalmış tək oğlu Astiaqa ərə vermişdir. Demək,

nə Kiaksardan təhqir görən ovçu iskitlər bu təhqirin intiqamını almaq üçün Midiya cavanlarından hər hansı zadəgan

oğlunu kəsərdilər, nə də Kiaksar hər hansı bir kübarın oğlunun intiqamı üçün Lidiya dövləti ilə müharibəyə girərdi.

Stratanovski mətnin bu hissəsinə daha həssas yanaşmışdır. Nüsxə fərqləri midiyaşünaslığımızda etnos, dil fərqləri kimi

şişirdilmiş və ondan siyasi məqsədlə istifadə edilmişdir.

35 Meles şiri haqqında Lidiya əfsanəsidir. Sardanın heraldik heyvanı (bəlkə də qədim totem) olmuşdur. Belə şirlər

Lidiya sikkələrinin üstünə basılarmış.

36 "Herodot tarixi", İstanbul, 1973, səh. 39.

37 Krez e. ə. 546-cı ildə əsir alınmışdır.

38 Yeddi sayının lidiyalılarda müqəddəs sayıldığı təxmin edilir. "Kitabi-Dədə Qorqud" dastanında oğuzluq sayı (iki

otuz-60, üç otuz-90, üç otuz, bir on-100 və s) olduğu kimi lidiyalıların da iki yeddi anlayışını müqəddəs yeddilik

sayının təkrarı kimi başa düşmək olar. Tonqal üstündə oturub qurban verən Krezin güldan üstündə şəkli vardır.

39 Fələk - Tale.

40 F. Q. Mişşenko bu adı yunan əlifbası ilə belə yazır: Deiokes. Rus tərcümələrində "Deiok", "Deioka" şəklində

yazılır. P. X.

41 F. Q. Mişşenkonun izahatında "buslar" yunan əlifbası transkripsiyasına görə bousilər" şəklində yazılır. P. X.

42 Herodotun midiyalıları qəbilələrə bölməsi özünü doğrultmur. Onun qəbilə kimi sadaladığı adlar peşə-sənət

növünə görə mümkün olan bölgüdür. Herodot Misir əhalisi haqqında yazanda, oranı daha yaxşı öyrəndiyinə görə,

əhalisini sənət-peşə mənsubiyyəti əsasında yeddi silkə (təbəqəyə) bölmüşdür: kahinlər, döyüşçülər, sığır otaran

naxırçılar, donuzabaxanlar, xırda alverçilər, tərcüməçilər və meyxanaçılar. "...Bu təbəqə adları sənət növündən

götürülmüşdür" (II, 164). Hərbçilərdən heç kəs hərbi işdən başqa "heç bir sənətlə məşğul olmur" (II, 165). Bu təbəqədə

sənəti oğul atadan öyrənir.

Midiyada cəmiyyətin məhz təbəqələrə bölünməsi "Mahabharata" dastanı ilə müqayisədə daha aydın görünür; onun

da ictimai fonunda dörd təbəqə görünür: 1. Brəhmənlər-müqəddəs ocaqların xidmətçiləri; 2. Kşatriya-hərbçilər (şad

bəylər); 3. Vayşilər. Buraya üç təbəqə daxildir: tacirlər (alverçilər), sənətkarlar və əkinçilər; 4. Şudra-muzdurlar və

qullar (bax: "Maxabxarata", "Ramayana", M., 1974, səh. 7).

Herodotun Midiyada saydığı altı qəbilə də altı sənət-peşə növünə görə təbəqə bölgüsüdür, Misirdəki kahinlərdən

"hər hansı biri ölərsə, oğlu onun varisi olur" (II, 37) deyən Herodot Misirdə kahinlik peşəsinin irsi olduğunu təsdiq

etmişdir. Midiyadakı baş kahinlər də öz sənətlərini irsən oğullarına vermişlər. Misirdə heç bir qadının kahin olmasına

icazə verilmədiyi kimi Midiyada da kahin atanı kahin oğul əvəz etmişdir.

43 Meotida - indiki Azov dənizi.

44 Kolxida - indiki Abxaziya; F a s i s - indiki Rion çayı.

45 Bu məlumat Midiyaya dair bəzi mənbələrdə Midiya dövlətinin məhv edilməsi kimi izah edilmişdir. Bu, yanlış

fikirdir.

46 Herodot Misir hökmdarı Sesostritin də Frakiyaya qoşun çəkdiyini və geri qayıdanda qoşun tör-töküntülərini

Kolxidada qaldığını göstərir (bax-II, 103, 104).

47 Apatur - api (apa) sözündəndir, iskitlərdə Babayın (Zevsin) arvadı da belə adlanır. Herodot onu Heya ilə

eyniləşdirir. P. X.

48 Kadmey qələbəsi. Təkbətək döyüşdə Eteokl ilə Polinikin ikisinin də ölümü nəzərdə tutulur və "Kadmey

qələbəsi" hər iki tərəfin məhv olması mənasını verən rəmzi ifadəyə çevrilir.

49 "Herodot tarixi", İstanbul, 1973, səh. 63.

50 Fırn terminini P. Kuturman işlətmişdir. Borçalı bölgəsində buna fırnı deyilir; indi kərpicdən tikilmiş, üstü tağ

şəkilli çörəkbişirən sobadır. P. X.

51 Mətnin dırnağa alınmış cümlələri P. Kuturmanın tərcüməsindən götürülmüşdür. Həmin cümlələr Q. A.

Stranovskinin tərcüməsində bir qədər dolaşıqdır. P. X.

52 Bel Zevsi-Burada Mərduk allahın adı əvəzinə yunan allahı Zevsin adı çəkilmişdir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə