Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   2   3   4   5   6   7   8   9   ...   36

4

səviyyəyə qaldıra bilməyəcəklər. Herodotu incəliklə öyrənmədən, onun verdiyi məlumatı başqa məxəzlərlə

əlaqələndirmədən, tutuşdurmadan türk xalqlarının qədimliyini təsdiq edən, amma son vaxtlar gözdən salınıb elmi

ədəbiyyata, demək olar ki, çox az cəlb olunan mənbələri bərpa etmək də çətin olacaqdır. Keçmişdə ən yaxşı tarixçilər

ən vacib olan tarixi sənədlərə üstünlük verməklə yanaşı, dilçiliyin, ədəbiyyatşünaslığın, memarlığın, etnoqrafiya və

coğrafiyaşünaslığın, sənətşünaslığın nailiyyətindən istifadə etmişlər. İndi sinkretik vəhdətdən qopub müstəqilləşən və

genişlənərək dərinləşən bu elm sahələri öz səylərini birləşdirməyə o qədər qəti addım atmadığından onların uğurları

səpələnmiş halda qalır. Son illərdə türklərin etnogenezi mövzusunda yazılmış bəzi kompilyativ əsərlərin müəllifləri

Herodot "Tarix"indəki bir sıra xalqların fars dilli, fars mənşəli olduğunu iddia edən mənbələri gen-bol nümayiş etdirib,

həmin xalqların türk mənşəyini göstərən mənbələrin adına belə etinasız yanaşır və rusdilli oxucuya ünvanlanmış

çoxtirajlı yazılarında yanlış, qərəzli mövqe tuturlar. Biz "Tarix"də Herodotun fars mənşəli, fars dilli xalqlar və uluslar

kimi tanıtmadığı iskitləri, ümumi saka adı altında verdiyi apasaqları, ortokoribanları, massaqları, "şişpapaqlı" Amırgey

sakalarını türk qəbilələri və ulusları kimi tədqiq etmiş mənbələri bərpa etməliyik. Herodot Kserks ordusunun piyada

qoşunundakı xalqları və ulusları sadaladıqdan sonra atlı qoşundakı xalq və ulusları sayır. Farslar başda olmaqla

onlardan sonra cəmi səkkiz xalq və ya qəbilənin adı çəkilir: midiyalılar, hindlilər, baktriyalılar, kaspilər, liviyalılar,

parikanlar, ərəblər və saqarlar (II, 86)). Müəllif açıq yazır: "yalnız təkcə bu xalqlar süvari qoşunda qulluq etmişlər"

(VII, 87). Doqquz etnik tərkibdən farsları qabağa çəkən Herodot əsərin bu yerində yalnız saqarların mənşəyindən və

dilində" xüsusi danışmağı lazım bilir. "Bunların (süvarilərin-P. X.) arasında saqarlar adlanan bir qəbilə də var. Bu,

mənşəyinə və dilinə görə fars ulusudur, ancaq geyimləri yarı fars, yarı pakti geyimidir" (VII, 85), Herodot qalan yeddi

xalq və ulusun mənşəyindən və dilindən söhbət açmayıb tək bir qəbilənin fars mənşəli və fars dilli olduğunu xüsusi

vurğu ilə söyləyirsə, demək, süvarilərin qalan yeddi xalqının heç biri fars dilli və fars mənşəli deyilmiş.

İkinci fakt. Tanınmış bəzi midiyaşünaslarımız I Daranın qayaüstü yazılarında və Herodot "Tarix"ində saka

tayfalarından ortokoribanların adının fars sözü "tiqrahauda"dan tərcümə edildiyini iddia etmişlər. Dərhal suallar doğur:

kim tərcümə etmişdir və hansı dilə tərcümə etmişdir? "Tarix" müəllifi bir tərcüməçi kimi nəzərdə tutulursa yeni sual

doğur; Herodot hansı dilə çevirmişdir? Herodotun doğma yunan dilində belə söz yoxdur. Bəs, Herodot "ortokoriban

sözünü hansı dildən götürə bilərdi, bu sözdən hansı xalqın etdiyi tərcümə kimi istifadəni özü üçün zəruri sayardı?

Cavab öz-özünə gəlir: "ortokoriban" ancaq sakaların dilində işlənən sözdür! "Tiqrahauda"-şişpapaq (bəlkə də

hulləpapaq) kimi tərcümə edilmiş söz isə fars sözüdür: "tiqrahauda" tərkibi; yəqin, "tiq"-ox sözündəndir. "Dəclə"

çayının "Tiqr" adı ilə də tanınmasını "tiq"-ox kimi düz axıb gedən çay sayanlar var. "Ortok-oriban" sözbirləşməsi

tərkibində Herodotun bizə çatdırdığı məna isə iki cur yozula bilər: 1. "ortası hündür" papaq. 2. Sözü bircə səsin

tələffüzü ilə fərqləndirib, "ortok-ari-ban" şəklində oxunmaq səlahiyyəti doğru olsa, onu "ortası təmiz (ar) və hündür"

papaq mənasında yozmaq mümkündür. Elə Herodot özü də bu sakaların papağının ortası qatlanmayan və hündür

papaqlar kimi təsvir etmişdir. Kimmerilərin bizə gəlib çatmış şəkillərindəki papaqlar da belədir. Bu izahdan sonra yenə

sual doğur: kim, kimdən tərcümə etməli idi? Tabe etdiyi qəbilə və xalqların adını daş üstündə yazdıran şahın mirzələri,

öz adını farsların dilində eşidən sakalar, yoxsa Herodot" Herodotun tərcümədə əli olmamışdır. Onun üslubunu bilirik:

bir sözün mənasını açan kimi onu hansı dildən götürdüyünü dərhal bildirir: "eoropat" yəni, "eor-ər (kişi), "pata",-

öldürən (ər öldürən, kişi öldürən, yəni amazon); "eksampey" sözünün, Kserks və Artakserk adlarının Herodotun

özündən gələn etimoloji izahı buna misal göstərilə bilər. Herodot ortokoribanları Daranın 10-cu satraplığında

midiyalıların yanında (və ya qonşusu kimi) göstərir. Midiyaşünaslar da ortokoribanların məskunlaşdığı bu yeri

fərqləndirirlər. Amma həmin tayfa "Tarix"də Baktriya sakaları ilə də bir yerdə göstərilir. Herodot onların papağının

adını çəkmir, amma papaqlarını təsvir edir. Bu təsvirin rusca tərcüməsi belədir: "Saki je... nosili na qolovax vısokie

ostroverxie törbanı, plotnıe, tak çto stoəli prəmo" (VII, 64). Bəzi tədqiqatçılar "tiqrahauda" sözünü "şişpapaq" kimi

tərcümə etmişlər, əslində, Herodot "ortokoriban" sözünü bütün tərkib hissləri ilə "düz və möhkəm duran hündür, ucu

şiş papaq" şəklində bütöv təsvir etmişdir. Belə papaq Midiyadakı 10-cu, Baktriyadakı 12-ci satraplıqdakı sakaları

fərqləndirən geyimdir; Baktriyadakı sakaların əsl adı da varmış, onlara Amirgey sakaları deyilir. Bu adı "amir",

"amıraq", "amraq", "amrıq", "amsaq" söz kökünə yaxınlaşdırmaq mümkündürsə, onları sakaların "əziz"i "əzizlənənləri"

saymaq olar. Türkcə "sak"-həssas, ayıq-sayıq; "sakçı"-keşikçi, qoruyucu; qədim sənədlərə görə "saka"-dağ ətəyi,

türkmən dili sözlüyünə görə yabanın haçalanan yeri, çayın ayrılan yeri (ayrıcı) mənası verirsə, assur, şumer, fars

yazılarına düşmüş bu sözləri mənsub olduğu dildən ayırıb fars lüğətinə qatmaq zorakılıq, mənəvi təxribatdır. Sakalar

çay ayrıclarında, çaylar arasında, çay qıraqlarında, dağ ətəklərində yaşadıqlarına görə özlərini belə adlandırmışlar.

Qədim türk ləhcələrində "saka" tələffüzündə işlənmiş söz indiki Azərbaycan türkcəsində "yaka" (yaxa) taləffüzünə

düşmüşdür. Özlərini "saka" adlandıran yakutların indiki adı "yaka" (yaxa) sözünün başqa xalqların tələffüzündə təhrifi

də sayıla bilər. "Saka" adına Mahmud Kaşğari lüğətindən bu yana doğru çox məşhur lüğətçilərin, onların sırasında

"Drevnetörkskiy slovarğ"ın, Tehran universitetinin lüğət şöbəsində Dehxudanın çap etdirdiyi cilid-cilid lüğətin

etimoloji izah imkanlarına biganə qalıb, onları saya salmamaq öz yanlış mülahizələrindən dönmək istəməyənlərin,

yumşaq desək, yersiz inadkarlığıdır. Avestanın dilində indiki dilimizdə işlənən sözlər tapıb orada dilimizin

"rudumentlərini" görən tədqiqatçı "türk dili" terminini o vaxt üçün qəbul etmirsə, həmin dilə nə ad verirsə-versin, onun

qədimliyi faktına qarşı dura bilməz. Herodot "Tarix"ini özündən qabaq və özündən sonrakı mənbələrlə vəhdətdə

öyrənmək sağlam və qiymətli tədqiqatlara yeni istiqamət verib, onu zənginləşdirər.

* * *


"Tarix"in əsli doqquz kitaba bölünmüşdür. Hər kitabın da müəllifin öz əli ilə paraqraflara (bəndlərə) ayrılmasına

şübhə yoxdur. Amma hər kitaba verilmiş adların müəllifin özünə deyil, əlyazmasını köçürən sonrakı xəttat, katib və ya

tərtibatçılara aid olduğu haqqında mülahizələr var. Bununla belə Herodotun özünün seçdiyi doqquzluq bölgüsündə



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə