Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   2   3   4   5   6   7   8   9   ...   36

6

quruculuğunda, ordu təşkilində nailiyyətlərini, sonralar itaət etdiyi farslardan tutmuş Asiya xalqlarına silah, geyim

nümunəsi verməsini, dövlət sərbəstliyini itirəndən sonra da adının tarixi sənədlərdən, dillərdən düşmədiyini göstərir.

İndi yad qəbilələr, özgə dövlət kimi gözdən salınmaqda olan Midiyanın da "Tarix"dəki şərəfini bərpa etməli, bu

dövlətin mədəniyyətinin köklərini yaxşı öyrənməliyik. "Qədim türk lüğət"ini açanda yazılı türk sənədlərində bir ucdan

sanskrit sözü çıxmasının səbəblərini səbrlə araşdırmalıyıq.

Tədqiqat göstərir ki, Herodot tarixən zamanımızdan uzaqlaşdıqca onun "Tarix"i Azərbaycan ədəbiyyatı və

mədəniyyətinə yaxınlaşmışdır. Herodotun dünya xalqlarına uzanmış qayğıkeş əli Nizami Gəncəvi kimi bir xalq

şeyxinin mərhəməti ilə çarpazlaşır. Nizami "Xəmsə"sində "İskəndərnamə"nin "İqbalnamə" hissəsi Liviya səhralarından

tutmuş, Nil boyunca, Hindistanın şərq ucqarlarına, Bibliyada da adı çəkilən yəcuc və məcuclara qədər Herodot

"Tarix"indən gələn coğrafi, etnik məlumat, əfsanə və rəvayətlərlə doludur. Bu da təbiidir, çünki İntibah dövrü

ədəbiyyatımızın beşiyi başında duran Nizami Gəncəvi antik yadigarları ehya etməyə bilməzdi. Makedoniyalı İskəndəri

Aralıq dənizinin şərq sahillərinə gətirib onu Misirə, Afrikaya və Hindistana aparan Nizami öz qəhrəmanının keçib

getdiyi yerləri yalnız Herodot "Tarix"inin verdiyi imkanlar əsasında təsvir edə bilərdi. Nizaminin "Tarix"lə tanışlığı da

iki yolla mümkün olardı: əsərin nüsxəsini yunan dilində, ya da xəlifə Mömünün təşkil etdiyi "elm evi"nə toplaşan

məşhur alimlərin ərəb dilinə tərcüməsini oxumaqla hər iki halda bu məxəzin Gəncəyə gəlib düşməsi və Nizamiyə

çatması mədəni əlaqələr tarixində böyük hadisə sayılmalıdır. Avropada Herodot irsinə maraq yeni və ən yeni dövrdə

(XIX-XX əsrlərdə) güclənmişsə, bütün yunan mədəniyyəti, onun sırasında Herodot "Tarix"i Şərq İntibahı dövründə

toplanmış və tərcümə olunmuşdur. Bunun səbəblərini araşdırmaq əvəzinə üstündən tələsik keçib getmək olmaz.

"İskəndərnamə"də Nizami utopiyasını müxtəlif mənbələrə bağlayırlar. Bu utopiyanın da Herodot "Tarix"indən su

içdiyinə güman yeri vardır. Hakimiyyəti ələ keçirmiş mağı öldürən yeddi fars əsilzadəsi beş gündən sonra yığışıb

quracaqları dövlət üsulundan danışında Herodot "Tarixi"nə görə Fərnəsp, Daranın Bisütun yazısına görə Suxra oğlu

Otan "hakimiyyəti bütün fars xalqına vermək" (III, 80) fikrini irəli sürüb bir adama tam hakimiyyət ixtiyarı

verilməsinin faciəsini Kuruş oğlu Kambisin timsalında sübut edərək xalq hakimiyyəti fikrini belə əsaslandırır: "Xalq

hakimiyyətinə gələndə o, elə özünün daşıdığı gözəl "İsonomiya"5 adının qüvvəsinə görə bütün başqa hakimiyyətlərdən

üstün görünür. Bundan başqa, hakimi-mütləqin əl atdığı hər hansı özbaşınalığa xalq hakimiyyəti yol verməz. Axı, xalq

püşk atıb dövlət vəzifələrini bölüşdürmək yolu ilə dövləti idarə edir; bu vəzifələrin də məsuliyyəti var, bütün qərarlar

isə xalq yığıncağından asılı olur. Beləliklə, təkhakimliyi məhv edib xalqı hakim etmək təklifini irəli sürürəm, çünki

bütün xeyir-bərəkət ancaq xalq idarəçiliyindədir".

Herodot təkcə Otanın deyil, başqa əsilzadələrin də dövlət quruculuğu təklifini ellinlərin təcrübəsi ilə müqayisədə

götürdüyünə görə onların bu mövzuda nitqini ellinlərin gözündə "qeyri-adi" hesab etmişdir. Nizaminin: təsvir etdiyi

utopik cəmiyyət də Otanın nitqinə yaxın "qeyriadilik"lə seçilən cəmiyyətdir.

Nizami Herodotla on yeddi əsrdən sonra "görüşmüşsə, Y. V. Çəmənzəminli zamanəmizii 20-30-cu illərində

görüşmüşdür. O, "Qızlar bulağı" romanının mənbələri içərisində Herodot "Tarix"inin adını çəkmişdir. Özünün sələfi

Nizami kimi, Çəmənzəminli də "Tarix" əsərinə enərək ədəbiyyatımızı qədim Asiya, xüsusən Misir folkloru ilə

zənginləşdirmişdir. İndi Misir- Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, tarixi əlaqələrin qədim köklərini də üzə

çıxarmağa ehtiyac vardır. Herodot gəzdiyi və gördüyü Kolxidada (indiki Abxaz elində) əqli misirli olan zəncilərə rast

gəlmiş, bunların əslini sübut edən faktlarla dönə-dönə maraqlanmışdır. Həmin misirlilərin kiçik bir qrupu indi də orada

yaşayır. Zəngi çayı və Zəngilan Herodotun dediyi: Misir hökmdarı Sesostris ordusundan tökülüb qalma zənci qara

(dərili) adamlarla bağlı olmalıdır. Zümrüd (və ya Simurq) quşu haqqında Azərbaycanda da yayılmış əfsanənin əsli,

Herodota görə, Qafqaz-Ərəbistan-Misir arealına bağlanır.

* * *


Herodot "Tarix"ini dilimizə çevirərkən onun rus dilində iki tərcüməsindən, türk dilinə Perihan Kuturmanın sonuncu

çevirməsindən istifadə etmişik. Rus alimi F. Q. Mişşenkonun tərcüməsi (Moskva, 1885-1888) iki hissəyə bölünür, dili

axıcıdır və canlı danışığa yaxındır. Bayan Perihan Kuturmanın tərcüməsi (İstanbul, 1973) də şirin dillidir, oxunaqlıdır

və bir qədər sərbəst tərcümədir. Q. A. Stratanovskinin rus dilinə tərcüməsi (Leninqrad, 1972) bir qədər mürəkkəbdir.

Bunları diqqətlə müqayisə edəndə aralarında üslub fərqindən başqa ciddi fakt fərqi nadir halda görünür. Buna görə də

biz Q. A. Stratanovski çevirməsini əsas götürüb o biri çevirmələrdən də yeri gəldikcə istifadə etmişik. Çətinə

düşdüyümüz yerlərdə o biri tərcümələrlə tutuşdurmalar aparmışıq və bunların yerini, mətn fərqini göstərmişik.

Kahinliyin bəyanı mövzusunda "Tarix"in Q. A. Stratanovski tərcüməsindəki mətnləri bizə tərcümə üçün çox ağır

görünəndə həmin mətnlərin daha sadə, aydın və anlaşıqlı çevirməsini B. P. Kuturmandan götürmüşük və ya F. Q.

Mişşenko tərcüməsinə də üz tutmuşuq.

Q. A. Stratanovski çevirməsinə əsaslanmağımızın səbəbi də budur: O. F. Q. Mişşenko çevirməsindən keçən uzun

illərdən sonra Bizans alimlərinin XV əsrdə Avropa ölkələrinə gətirdikləri əlyazma nüsxələri ilə tanış olmuşdur. Özünün

yazdığına görə həmin nüsxələr X-XV əsrlərə aid olub "Tarix"in antik mətnlərindən birinə söykənir. Q. A. Stratanovski

bunların arasındakı fərqi əsasən dialekt xüsusiyyətlərindən doğan məna çalarında görür. O, tədqiqat əsərlərinə əsaslanıb

bu nüsxələrin "Herodotun kiçik müasiri olan Fukididin istifadə etdiyi, nüsxədən" fərqlənmədiyinə zəmanət verir. Bütün

bunlardan başqa, Q. A. Stratanovski sələfi olan F. Q. Mişşenko tərcüməsindən başqa, alman dilindəki üç tərcüməyə, üç

məşhur izahata və Herodot haqqında xüsusi sözlüyə əsaslanmışdır. Buna görə, özümüzün bəzi izahlarımızı nəzərə

almasaq, mütəxəssis zərifliyi və geniş məlumat tələb edən izahatlar üçün Q. A. Stratanovskinin izahatının lazım olan

yerlərini tərcümə etmişik; bunun bəzilərini səhifə altına paylayanda mənbəyini nişan vermədən keçinmişik. Bu

izahatların özü də müəyyən mənbələrdən götürülmüşdür. Səhifəaltı izahların bəzisinin daha başqa mənbələrdən də

götürüldüyünü oxuculara bildirməyi borc sayırıq. Bütün mətn boyu adların düzgün yazılışı üçün əsaslandığımız əsas

tərcümədəki ad göstəricisi nəzərə alınmaqla, F. Q. Mişenkonun tərcüməsində yunan qrafikası ilə tərtib olunmuş adlar




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə