Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə10/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   6   7   8   9   10   11   12   13   ...   78

 
29 
bilavasitə  pərdələmək  üçün  istifadə  etməsini  tələb  edir.    Digər 
Amerika  alimləri  isə  hesab  edirlər  ki,  ideologiya  siyasi  inkişafın 
məqsədlərini  və  dəyərlərini  işləyib  hazırlayır  (L.  Sadjent), 
ideologiya  həmişə  status  kvoya  (mövjud  vəziyyətə)  qarşı 
istiqamətlənir  və  mühüm  dəyişdiriji  potensialın  saxlanmasının 
siyasi  amilidir  (F.  Uotkins).  R.Moska,  R.Mixels,  V.Pareto  və  b. 
siyasi  ideologiyanın  məzmununu  həddən  artıq  geniş  mənada 
qəbul  edərək,  dini  və  estetik  şüur  formalarını  da  onun  təzahürü 
hesab  edirdilər.    Dar  mənada  isə  bu,  ideologiyanın  yayılması 
prosesi, kütləvi şüurda hakim ideologiyaya çevrilməsi, habelə hər 
bir  adamın  şüuruna  hakim  kəsilməsi  deməkdir.    İdeologiyanın 
jəmiyyətin həyatı ilə üzvi bağlılığı haqqında ideyanı T.Adorno və 
onun  ardıjılları inkişaf etdirmişdir.  Onların  tənqidi  nəzəriyyəsinə 
görə,  ideologiya  marksistlərin  dediyi  kimi,  iqtisadi  bazis  və 
dövlət  üzərində    üstqurum  deyil,  müəyyən  jəmiyyət  tipinin  
ayrılmaz hissəsidir. İdeologiyanın təsir güjü ənənələrə, insanların 
gündəlik təjrübəsinə, habelə kütləvi şüurun dövlət və qeyri-dövlət 
institutlarının  (televiziya,  radio,  mətbuat,  məlumat  və  reklam 
agentlikləri) bütöv sisteminə əsaslanır.  
İdeologiya  termininin  və  onun  haqqında  təsəvvürlərin 
XVIII  əsrdə  təzahürünə  baxmayaraq  bəzi  tədqiqatçılar  iddia 
edirlər  ki,  ideologiya  dövrü  köhnə  Avropanın  süqutu  və  müasir 
dünyanın  yaranması  ilə  başlayır.  Məsələn,  Fransız  nəzəriyyəçisi 
R.Aron və Amerika tədqiqatçısı D.Bell ideologiyanın təzahürünü 
XVIII  və  XIX  əsrlərdə  Avropada  dini  etiqadın  tənəzzülü  və 
həmin dövrdə  «ziyalı sinfinin» formalaşması ilə əlaqələndirirlər. 
İdeyalar  sistemini  fərdlərin  şüuruna  yeritmək  üsullarının 
tədqiqatçıları ideologiyanın təşəkkülünü F.Bekonun xidməti kimi 
qiymətləndirirlər.    Onların  fikrinjə,  Bekon  insan  zəkasının 
gerçəkliyi təhrif etmədən onu dərk edə bilməməsini izah etməyə 
səy  göstərmişdir.  Bekon  dövrü  tədqiqatçılar  tərəfindən  ijtimai 
sərvətlərin  «vahid»  sisteminin  dağılmasının  başlanğıjı,  müxtəlif 
ideologiyaların təşəkkülü kimi mənalandırılır. 
Ən  ümumi  planda  ideologiya  dedikdə  mühüm  xüsusiyyəti 
ijtimai  qrupların  mənafeləri  və  jəhdləri  ilə  funksional  əlaqədən 


 
30 
ibarət  olan  görüşlərin  sistemləşdirilmiş  məjmusu  başa  düşülür. 
Lakin  sinfi  maraqları  ifadə  etməyən  ideologiyalar  da  mövjud 
olmuşdur  (məsələn,  anarxizm  ideologiyası  şəxsiyyətin  maksimal 
azadlığı  tərəfdarlarının  jəhdlərini  ifadə  edir).  Müasir  mərhələdə 
sənayejə inkişaf etmiş demokratik ölkələrdə  sinfi fərqlərin itməsi  
ilə  bağlı  olaraq  ön  plana  postmaddi  dəyərlər  keçir  (məsələn, 
«yaşıllar» ideologiyasında). 
İdeologiya müxtəlif formalarda (siyasi, iqtisadi, dini, hüquqi 
və b.) ifadə oluna bilər. İdeologiya o zaman yetkin, inkişaf etmiş 
hesab  olunur  ki,  siyasi  ideologiyaya  çevrilir.  Dünyagörüşünü 
formalaşdırmağa  yönəlmiş və onun əsasında duran ideologiyalar  
geniş yayılır və «total» ideologiyalar (Manheym) adlandırılır.  Bu 
jür  ideologiyalara  liberal,  kommunist  ideologiyalarını  aid  etmək 
olar.  Dünyagörüşünün  geniş  spektrini  əhatə  edə  bilməyən 
ideologiyalar  isə  «xüsusi»  ideologiyalar  adlandırılır.  Məsələn, 
müəyyən qrupların kənd təsərrüfatı istehsalçısına möhkəm dövlət 
dayağı  yaradılması,    kənd  yerlərində  müasir  infrastrukturun 
inkişaf  etdirilməsi  və  ətraf  mühitin  mühafizə  edilməsi  kimi 
tələblərini  əsaslandıran (kəndli ideologiyası) və i.a. ideologiyalar 
«xüsusi ideologiyalar» hesab olunur. 
Bütövlükdə  tədqiqatçıların  çoxu  belə  hesab  edir  ki, 
ideologiya  bu  və  ya  digər  şəxslər  qrupunun  hakimiyyət 
iddialarına  haqq  qazandıran  müəyyən  doktrinadır  və  bu 
məqsədlərə  uyğun  olaraq  ijtimai  rəyi  öz  ideyalarına  tabe 
etdirməkdir.  
İdeoloci sahə insanlar arasında ijtimai münasibətlərin xüsusi 
növüdür.  İdeoloci  proses  geniş  mənada  ideoloci  fəaliyyət  kimi 
başa düşülür.  İdeoloci proses strukturunda ideoloci münasibətlər 
xüsusi  yer  tutur.  İdeoloci  proses  ijtimai  münasibətlərin  bütün 
məjmusuna  təsir  prosesini,  ideyaların  subyektlər  arasındakı 
münasibətlərdə  maddiləşməsini  nəzərdə  tutur.    Sözün  geniş 
mənasında ideoloci proses ideoloci fəaliyyət olub, ideologiyanın 
işlənib  hazırlanmasını,onun  saxlanmasını,  yeniləşməsini  və 
müdafiəsini ifadə edir. Sözün dar mənasında isə o, ideologiyanın 
yayılması,  hakim  ideologiyanın  kütləvi  şüura  və  eləjə  də  hər  bir 


 
31 
ayrıja  fərdin  şüuruna  yeridilməsidir.  İdeoloci  prosesin  əsasını 
«ideoloci  fəaliyyət»    (ideologiyanın  istehsalı  və  yayılması  üzrə 
fəaliyyət),  «ideoloci  münasibətlər»  (insanlarla  siyasi  institutların 
münasibətlərinin  qurulması),  «ideoloci  təsir»  və  «ideoloci 
təsəvvür»  təşkil  edir.  İdeoloci  münasibətlər  ideoloci  fəaliyyətin 
və onun nətijələrinin mübadiləsi formasında mövjuddur. 
İdeologiyalar idraki yükünə görə elmi və qeyri-elmi, həqiqi 
və  yanlış,  doğru  və  illüziyalı  növlərə  ayrılır.  Sosial  yönümlərinə 
və  funksiyalarına  görə    isə  ideologiya  mütərəqqi  və  konservativ, 
inqilabi və islahatçı, liberal və radikal, millətçi və beynəlmiləlçi, 
habelə, sinfi, milli və irqi, dini və dünyəvi, rasional və irrasional, 
universal  və  partikulyar,  uzunmüddətli  və  qısamüddətli  və  s. 
növlərə ayrılır. Rasional ideologiyalar əqli (idraki) mülahizələrə, 
irrasional  ideologiyalar  hissi  intuisiyaya,    ehtiraslara  əsaslanır.  
İdeya  və  baxışları  olduğu  kimi  qəbul  edən  bütün  insanlar  üçün 
açıq olan ideologiyalar universal ideyalar sayılır (məsələn, islam, 
xristianlıq  universal  mahiyyətə  malikdir).  Millətçi,  irqçi 
ideologiyalar  isə  partikulyar  ideologiyalar  sayılır.  Çünki  həmin 
ideologiyaları  qəbul  edən  insanların  əhatə  dairəsi  əvvəljədən 
müəyyənləşdirilir  və  onun  genişləndirilməsi  üçün  imkan  yeri 
qalmır.  İdeologiyalar  tarixi  taleyinə  görə  də  fərqlənir.  Uzun 
müddət  tarix  səhnəsindən  çıxmayan  ideologiyalarla  (məsələn, 
dini  ideologiya)  yanaşı,  müəyyən  tarixi  mərhələdə  fəaliyyət 
göstərən,  tez  bir  vaxtda  yaddan  çıxan  ideologiyalar  da  olur. 
Fəaliyyət  sferasına  (joğrafi  məkana)  görə  də  ideologiyaları 
fərqləndirirlər. Məsələn, ideologiyaların bir qrupu bütün dünyanı 
əhatə  etdiyi  halda,  digər  qrupu  ayrı-ayrı  ölkələrdə,  regionlarda 
yayılır.  
Hər  bir  ideologiya  jəmiyyətdə  mövjud  olan  siyasi  recimlə 
sıx  bağlıdır.    İdeologiya  ya  mövjud  ijtimai  quruluş  və  qaydaları 
müdafiə  etmək  vəzifələrinə  xidmət  göstərir,  ya  da  onu 
dəyişdirmək istiqamətində qərar tutur. Demokratik jəmiyyətlərdə 
çoxsaylı  ideoloci  jərəyanlar  bir-biri  ilə  rəqabət  halında  fəaliyyət 
göstərir,  totalitar    sistemlərdə  isə  müxtəlif  ideoloci  jərəyanların 
sərbəstliyi  qadağan  edildiyindən,  recimə  qarşı  müxalifətdə  olan 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə