Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

(O^).  Sonuncu  yüzillikdə  bu  təbii  qazların  miqdarı  artmışdır. 
Atmosferə  əlavə  olaraq  qlobal  ekosistemin  təbii  komponenti 
olmayan  digər  qazlar  da  daxil  olur  (ən  əsası  insan  tərəfindən 
sintez ediən xlor-flüor üzvi birləşmələri, freonlar və s. aiddir). Son 
200  ildə,  xüsusiə  1950-ci  illərdən  sonra  insan  fəaliyyəti 
atmosferdə parnik effektli qazların konsentrasiyasının artmasına 
səbəb olur. Bu qaz qarışığı radiasiyanı udur və əks etdirir. Odur ki, 
Yerin iqliminə təsir etmək qabiliyyətinə malikdir. 
Turşulu (turş) yağışlar. Turşulu yağışlar ifadəsi ilk dəfə 
1872-ci  ildə  R.Smit  tərəfindən  qeyd  olunmuşdur.  Turşulu 
yağışların əsas komponentləri azot və kükürd oksidlərinin (SO
2
 və 
N0) aerozolları sayılır. Amonyak da (NH
3
) turşulu yağışların əsas 
komponentlərindəndir. 
Turşulu  yağışlar  həm  təbii,  həm  də  antropogen  mənşəli 
olur.  Turşulu  yağşların  əmələ  gəlməsinə  səbəb  olan  təbii 
mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə 
yanğınları,  biogen  ifrazatı,  torpağın  deflyasiyası  və  s.  aiddir. 
Avropa və Şimali Amerikada qazıntı yanacaqlarından çox istifadə 
olunduğundan  bu  ərazidə  dünyada  atmosferə  buraxılan 
maddələrin  70%-i  düşür  və  bu  turşulu  yağışın  əmələ  gəlməsinə 
səbəb  olur.  Turşulu  yağışın  əsas  yayıldığı  vilayətlər  -  sənaye 
rayonları  sayılır  (Şimali  Amerika,  Qərbi  Avropa,  Yaponiya, 
Koreya,  Çin,  Rusiyanın  sənaye  rayonları).  İndiyə  qədər  məlum 
olan  ən  turş  yağış  Kanadada  (pH  2,4)  və  ABŞ-m  Los-Anjelos 
şəhərində (pH 2,3) qeydə alınmışdır. 
Antropogen amillərin güclənməsi ilə əaqədar atmosferdə 
parnik  qazlarının  artması  onların  parnik  effektivliyini  də 
yüksəldəcəkdir. 
2100-cü 
ilə 
qədər 
yerüstü 
havanın 
temperaturunun təxminən 2°S artması gözlənilir. 
39 


2.3.4.
 
Azərbaycanda iqlim dəyişkənliyi 
İqlimin  tərəddüdü  və  dəyişkənliyi  problemi  müasir 
dövrdə  bəşəri  əhəmiyyət  daşıyır.  Azərbaycanın  ərazisində  il 
ərzində ən maksimal müsbət normalar fərqi müşahidə edilmişdir 
(0,77±0,39°).  1961-1990-cı  illərdə  orta  illik  temperaturlar 
Azərbaycan  ərazisində  0 2 - 0 , i n t e r v a l d a   artmışdır.  10  il 
ərzində (1990-2000) temperatur daha 0,4 l^S artmışdır. 1997-ci 
ildə  Azərbaycan  ərazisinin  təqribən  1/3-ni  əhatə  edən  leysan 
yağışları,  sel-subasma  hadisələri  15  nəfərin  həlakı  ilə 
nəticələnmişdir. 
Azərbaycan  Respublikası  tərəfindən  1992-ci  ildə 
BMT-nin Rio-de-Janeyroda (Braziliya) keçirilən “Ətraf mühit və 
inkişaf’  konfransında  “İqlim  dəyişmələri  üzrə  çərçivə 
konsepsiyası”-nı imzalamış, 1995-ci idə Milli Məclis tərəfindən 
ratifikasiya  edilmiş,  2000-ci  ildə  bu  Konvensiyanın  həyata 
keçirilməsi  mexanizmini  təyin  edən  Kioto  (Yaponiya) 
protokolunu  imzalanmışdır.  Konvensiyadan  irəli  gələn 
öhdəliklərin  yerinə  yetirilməsi  üçün  1997-ci  ildə  iqlim 
dəyişilmələri 
üzrə 
Dövlət 
Komissiyası 
yaradılmışdır. 
Respublikamızda 
parnik 
qazlarının 
azaldılması 
üçün 
texnologiyalara Milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində 
sistematik  müşahidələrin  hazırki  vəziyyəti  və  potensialı 
qiymətləndirilmişdir. 
Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa 
və  keçmiş  SSRİ  dövlətləri  ilə  birlikdə  parnik  qazlarının 
inventarlaşdırılmasmm  keyfiyyətlərinin  təkmilləşdirilməsi  üçün 
Milli  potensialın  yaradılması  üzrə  regional  layihəsinin  ilkin 
mərhələsində iştirak edir. Azərbaycan Respublikasının ərazisində 
atmosfer havasının mühafizəsi sahəsindəki vahid dövlət siyasəti 
müəyyənləşdirilir  və  həyata  keçirilir.  Atmosfer  havasının 
mühafizəsinə dair məqsədli dövlət proqramlarına və Azərbaycan 
Respublikasının  bu  sahədə  beynəlxalq  öhdəliklərinə  müvafiq 
olaraq atmosfer havasına zərərli 
40 


maddəbrin  atılmasının  azaldılması,  həmçinin  belə  azalmanın 
həyata keçirilmə müddətləri dövlət tərəfindən müəyyən edilir. 
2.3.5.
 
Tullantısız istehsal 
Hazırda  bir  çox  qabaqcıl  ölkələrdə  təbii  resurslardan 
səmərəli istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye 
komplekslərindən  tullantısız  məhsul  almağa  yönəldilən 
texnologiyadan geniş istifadə olunur. 
Elmi-texniki inkişaf dövrü olmasına baxmayaraq hələ də 
sənaye proseslərinə cəlb edilən xammalın yalnız 5- 10%-ə qədəri 
son məhsula çevrilir, qalan 90-95 %-ə qədəri isə tullantı kimi ətraf 
mühitə  atılır.  Deməli,  xammal  ənənəvi  sənaye  məhsullarının 
alınmasına yox, atılan tullantılara xidmət edir. Bununla əlaqədar 
istehsalın  ekolojiləşdirilmə-  sinə  böyük  ehtiyac  vardır.  Belə 
istehsalın  məqsədi  tullantıların  azaldılaraq  ləğv  edilməsi,  az 
tullantıh,  hətta  sənayenin  bəzi  sahələrində  tullantısız  istehsal 
yaratmaqdır. Hazırda bir çox alimlər ətraf mühitin mühafizəsində 
tullantısız  texnologiyaya  keçilməsini  vacib  sayırlar.  Tullantısız 
texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji 
strategiyası hesab olunur. 
Müasir  sənayedə  tullantılar  o  qədər  çoxdur  ki,  çoxlu 
sayda  təmizləyici  qurğuların  inşasına  böyük  ehtiyac  var.  Lakin 
nəzərə almaq lazımdır ki, təmizləyici qurğuların inşası çox vəsait 
tələb  edir,  hətta  istehsalın  dəyərini  üstələyir.  Ona  görə  də 
tullantıları  parçalamaq  yox,  onlardan  müxtəlif  məqsədlər  üçün 
istifadə etmək nəzərdə tutulur. 
Tullantılardan  tam  istifadə  edilməsi  qapalı  texnoloji 
proseslər  yaratmağı  tələb  edir.  Yəni  bir  tullantı  başqa  istehsal 
üçün xammal olur, xırda müəssisələr iri istehsal komplekslərində 
birləşir. Belə hallarda ətraf mühitin çikrləndirilməsi azalır, təbii 
sərvətlərdən istifadənin də səmərəsi yüksəlir. 
41 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə