Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin aparıcı elmi işçisi, p e. d. Aynur Zülfüqarova



Yüklə 203,44 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix30.03.2018
ölçüsü203,44 Kb.
#35516
növüDərs
1   2   3   4   5   6   7   8

Kimya məktəbdə 

 

85 



 

                                              H + O + H → H

2

O  


                                              2H

2

O → 2 H



2

 + O


2

 → 4H + 2O  

 

 

3-cü mövzu. Maddələrin biri- birinə çevrilməsi. Kimyəvi reaksiyalarda 

maddə kütləsinin saxlanılması qanunu. 

 

Təcrübə 3.1.  Bir parça yoğun mis  məftili tutqacla tutaraq lampa alovunda 2 dəq. 

qızdırırıq və onun rənginin qaraldığını müşahidə edirik. Reaksiyanın tənliyi:  

                           

2 Cu + O


2

  







t

  2CuO 


Qırmızı-narıncı         qara 

 

Təcrübə 3-2.  İki sınaq  şüşəsinin hər birinə 2-3 ml duru xlorid turşusu məhlulu 

tökür, birinin içərisinə azca mərmər (və ya təbaşir) parçası, o birinə isə Al (və ya 

Zn) parçası salırıq və müşahidə edirik. Hansı  sınaq  şüşəsində reaksiya  sürətli, 

hansında yavaş gedəcəkdir? Reaksiyaların getdiyini necə bilirik?  Reaksiyaların 

tənlikləri:    

                                   CaCO

3

 + 2HCl → CaCl



2

 + CO


2

 + H


2

O    


                                   2Al + 6HCl → 2AlCl

3

 + 3H



2

↑    


 

Təcrübə 3-3.Yarım çay qaşığı göydaş (CuSO

4

.5H



2

O) kristallarını kimya 

stəkanında həll edin və texniki tərəzinin sol gözünə qoyun. Tərəzinin həmin 

gözünə bir uzun(30-35sm) dəmir mıxı da qoyun və  çəkisini qeyd edin. Dəmir 

mıxı ehtiyatla stəkandakı məhlula salıb 2-3 dəqiqə gözlədikdən sonra çıxarıb onun 

səthində  qırmızı-narıncı    rəngin  əmələ  gəldiyini müşahidə edin (reaksiyanın 

getdiyini göstərən  əlamət).Yenidən tərəzini işə salın və  çəkinin dəyişmədiyini 

təsdiqləyin. Reaksiyanın sadələşdirilmiş tənliyi: 

 

CuSO


4

 + Fe → Cu + FeSO

 

Bu təcrübə ilə  həm reaksiyanın getməsi, həm də reaksiyada iştirak edən 



maddələrin kütləsinin dəyişmədiyi təsdiq olunur.  

 

 



4-cü mövzu. Hidrogenin alınması və varlığının təyini. 

 

Təcrübə 4.1.Qaz alınan cihazda hidrogenin alınması və varlığının təyini. 

Dərslikdəki şəklə uyğun olaraq sadə qaz alınan cihazı quraşdırın və reaksiya 



2-3(50-51)2015 

 

 



86

aparılan sınaq şüşəsinə(reaktora) ehtiyatla 2-3 Zn qırıntısı salın və ayırıcı qıfa 4-5 

ml duru xlorid turşusu tökün. Qazaparan borunun ucunu dəmir ştativə bərkidilmiş,  

ağzı aşağı çevirilmiş  sınaq şüşəsinin içinə tutun, sonra ayırıcı qıfın kranını açın 

(ayırıcı  qıf olmadıqda reaktorun ağzını içərisindən düzbucaqlı boru keçirilmiş 

tıxacla bağlamaq olar, bu halda reaktora HCl turşusu tökən kimi onun ağzını tez 

həmin tıxacla qapayırıq). 2-3 saniyə gözlədikdən sonra hidrogen qazı toplanmış 

sınaq  şüşəsinin ağzını barmağınızla tutub alova yaxınlaşdırın və barmağınızı 

götürün. Kiçik partlayışın eşidilməsi H

2

 qazının varlığını sübut edir (hidrogen 



qazının hava ilə qarışığı partlayıcıdır). 

    Təcrübənin mahiyyətinin yaxşı anlaşılması üçün onu aparan və müşahidə edən 

şagirdlərə aşağıdakı suallara cavab vermək təklif olunur:   

1.

 



Qaz toplanan sınaq şüşəsi niyə başıaşağı tutulur?   

2.

 



Hidrogen qazı toplanmış  sınaq  şüşəsini alova tutduqda nə üçün partlayış 

verir?   

3.

 

H



2

 qazı partlayışla yandıqda hansı reaksiya baş verir?  

4.

 

Hidrogen qazı alınan reaksiyada duzun da əmələ  gəldiyini hansı  təcrübə ilə 



yoxlamaq olar? 

 

Təcrübə 4.2. Hidrogenin sınaq şüşəsində alınması.  

Kiçik sınaq şüşəsinə  4-5  Zn metalı qırıntısı yerləşdirib üzərinə 3-4 ml 10% - li 

xlorid turşusu töküb maili vəziyyətdə tutun və qaz qabarcıqlarının çıxmasını 

müşahidə edın.Sonra, sınaq şüşəsinin ağzını lampa alovuna və ya  kibrit çöpünün 

alovuna tutun. Kiçik partlayış səsi eşidiləcəkdir.Əgər sınaq  şüşəsindən hava tam 

çıxıbsa təmiz hidrogen sakit, partlayışsız yanacaqdır.  

 

 



5-ci mövzu. Oksigenin alınması və təyini. 

 

Təcrübə 5.1. Hidrogen-peroksiddən oksigenin alınması. 

       Orta  ölçüdə  sınaq  şüşəsinə 2-3ml 3%-li hidrogen-peroksid (H

2

O



2

) məhlulu 

töküb üzərinə azca(bir çimdik) MnO

2

 tozu əlavə edir və  sınaq  şüşəsinin ağzına 



əvvəlcədən hazırlanmış közərmiş çöp tuturuq, çöpün alışıb yanması oksigenin 

çıxdığını sübut edir. (Laboratoriyada MnO

2

 olmadıqda hidrogen-peroksidin 



üzərinə  əvvəlki təcrübədə oksigen almaq üçün qızdırılan  KMnO

4

 qalığı  səpilə 



bilər). Reaksiyanın tənliyi:    

 

 



2 H

2

O



2    

 



2

MnO

   2H

2

O + O



↑ 

 



Yekunda  şagirdlərə sualla müraciət olnur: reaksiyanın gedişində istifadə edilən 

manqan(IV)-oksidin rolu nədən ibarətdir?  




Kimya məktəbdə 

 

87 



 

Praktik məşğələlər 

 

Praktik məşğələ1. Məktəb kimya kabinetinin laboratoriya avadanlıqları. 

Kimya kabinetində iş zamanı təhlükəsizik texnikası qaydaları. 

Məşğələ başlayana qədər  nümayiş stolunun üstünə  aşağıdakı laboratoriya 

avadanlıqları qoyulmalıdır:taxta və  dəmir tutqaclar, kiçik dəmir qaşıqlar,  şüşə 

çubuq, şpatel, asbest tor, spirt və qaz lampaları, sacayaq, farfor üçbucaq, taxta və 

dəmir  ştativlər, dəmir  ştativ üçün mufta, həlqə  və  sıxac, yuyucu fırça, müxtəlif 

ölçülü sınaq  şüşələri, yan borucuğu olan böyük sınaq  şüşəsi, U – şəkilli boru, 

yumrudib, yastıdib və konusvari kolbalar, ölçülü kolbalar və  sınaq  şüşələri, 

müxtəlif ölçülü kimya stəkanları, kiçik vanna və kristallizator, ölçülü və ölçüsüz 

müxtəlif həcmli silindrlər, yuyucu qablar, pipet, adi qıf, ayırıcı qıf , çini kasalar, 

həvəngdəstə, çini buta, müxtəlif ölçülü borular, saat şüşələri, dar və geniş  ağızlı 

şüşə qablar, termometrlər, rezin və mantar tıxaclar, rezin borular, qazometr, Kipp 

aparatı, Hofman cihazı, evdiometr, elektrik qızdırıcılari. 

        Bu  laboratoriya  avadanlıqları  şagirdlərə göstərilir və  hər birinin funksiyası 

qısaca izah edilir. Onların  şəkili və sxeminin  dərslikdə,  başqa  ədəbiyyatda 

verildiyi şagirdlərin nəzərinə çatdırılır.   

Laboratoriya avadanlıqları ilə tanışlıqdan sonra, bütün şagird cütlərinə  dərslikdə 

verilmiş  təhlükəsizlik texnikası qaydalarını öyrənmək tapşırılır. Öyrənmə 

vaxtı(12-15 dəq.) tamam olduqda  nəticələr müzakirə edilir və yaddaşda 

möhkəmləndirilir. 

Məşğələnin sonuncu mərhələsində müəllim dəmir ştativin dayağına həlqələrin və 

sıxacların bərkidilməsi və onların açılmasını, adi qıfın, sınaq  şüşəsinin və 

kolbanın  ştativə birləşdirilməsi və açılmasını, spirt və ya qaz lampası alovunun 

müxtəlif temperaturlu təbəqələrdən ibarət olmasını nümayiş etdirir. Alovun 

quruluşu öyrənilərkən uzun taxta çöplərdən və ya adi kibrit çöplərindən istifadə 

oluna bilər.  

      Dərs nəticələrin ümumiləşdirilməsi ilə yekunlaşdırılır. Sonda ev tapşırığı 

verilır: praktik məşğələnin gedişinə aid hesabat yazın, məşğələdə nələri müşahidə 

etdiniz, nələri öyrəndiniz?- suallarına cavab hazırlayın.  

 

 

Praktik məşğələ 2. Xörək duzunun qarışıqlardan təmizlənməsi. 

 

 



         Təcrübənin gedişi:    Əvvlcədən qarışıq hazırlanır: 2-3  xörək qaşığı  təmiz 

xörək duzuna yarım çay qaşığı quru, ələnmiş torpaq və bır o qədər də narın qum 

qatılır, yaxşıca qarışdırılır. Bu qarışıqdan 4-5 kimya stəkanının hər birinə yarım 

çay qaşığı tökülür və üzərinə su əlavə edilir,şüşə çubuqla ehtiyatla 




2-3(50-51)2015 

 

 



88

qarışdırılır(stəkanın daxili divarına toxunulmamalıdır). Su o qədər  əlavə 

olunmalıdır ki, duz tam həll olunsun. 

Stəkanlardakı məhlullar təşkil edilmiş şagird qruplarına paylanır.Qarışıqla birlikdə 

qrupların hər birinə həmçinin, bir boş stəkan (və ya kolba), bir şüşə çubuq , adi qıf 

və süzgəc kağızı da verilir.  İşi aparmaq üçün onlar aşağıdakı kimi 

təlimatlandırılır: süzgəç kağızını qatlayın və qıfa yerləşdirin (bunun necə edilməsi 

göstərilir, süzgəç kağızı  qıfın kənarından 0,5 sm aşağıda durmalıdır) və 

stəkanın(kolbanın) ağzına qoyun. Sonra şüşə çubuğu qıfın içindəki süzgəç kağızı 

üzərində ona toxunmaqla azca maili vəziyyətdə tutun və stəkandakı qarışığı 

yavaş-yavaş  şüşə çubuğunsəthi ilə axıdın(göstərilir). Qıfa tökülən qarışıq-maye 

qıfdakı süzgəc kağızının yuxarı kənarını aşmamalıdır.   

      Süzülmüş  şəffaf məhluldan bir qədərini çini kasaya töküb dəmir  ştativin 

həlqəsi üzərinə qoyur və spirt (və ya qaz) lampası ilə  qızdırıb 

buxarlandırırıq(bunun üçün lazım olan bütün materiallar qruplara verilir). 

Qızdırmanı  zəif alovda, kasacıqdakı mayeni şüşə çubuqla qarışdıra-qarışdıra 

aparın.  

       Evə tapşırıq:    işin qedişini və  təcrübə zamanı etdiyiniz  müşahidələrinizi 

hesabat şəklində yazın.     

 

Praktik məşğələ 3. Oksigenin alınması və xassələrinin yoxlanması. 

 

Resurs:  qaz alınan cihazın hissələri (böyük sınaq  şüşəsı, içərisindən düzbucaqlı 

şüşə boru keçirilmiş rezın tıxac, rezin şlanq, bir ucu sivri kiçik borucuq), dəmir 

ştativ, içərisində azca kömür,kükürd və fosfor olan  dəmirdən hazırlanmış    3 

kimya qaşığı, 3 kimya stəkanı  və ya kiçik bankalar, onların ağzını örtmək üçün 

şüşə lövhələr, quru taxta çöplər, KMnO

4

 kristalları, spirt (və ya qaz) lampası. Bu 



sadalanan resurslardan şagird qruplarının sayı qədər dəstlər hazırlanır.  

Təcrübənin gedişi:  verilmiş hissələrdən qaz alınan cihaz quraşdırılır. Reaktora 

onun 1/3-i qədər  KMnO

4

 kristalları yerləşdirib tıxacla bağlanır və cihazın kipliyi 



yoxlanır. Bunun üçün qazaparan borunun ucunu içində  su  olan  qaba  salır və 

reaktorun yuxarı hissəsini azca qızdırırıq, qızdırılmış hava sudan qabarcıqlar 

şəklində çıxırsa, deməli, cihazımız kipdir.   

Qazaparan borunun ucunu stəkanın (bankanın) dibinə yerləşdirib reaktorun 

KMnO

4

 kristalları olan hissəsini qızdırırıq. Təqribən bir dəqiqədən sonra közərmiş 



çöpü stəkanın ağzına tuturuq, əgər çöp alışıb yanırsa, deməli, stəkan oksigenlə 

dolmuşdur. Bu qayda ilə qalan 2 stəkanı da oksigenlə doldurur, hər üçünün ağzını 

şüşə lövhə ilə örtürük. Sonra növbə ilə  dəmir qaşıqlarda kömürü közərənədək, 

kükürd və fosforu isə yanmağa başlayanadək qızdıraraq oksigen olan stəkanlara 

salır, yanma proseslərini müşahidə edirik. Hər bir stəkanda yanma prosesi başa 

çatan kimi onları  şüşə lövhə ilə qapayırıq. Yanmalar qurtardıqdan dərhal sonra 




Kimya məktəbdə 

 

89 



 

kömür yandırılan stəkana duru əhəng suyu, kükürd və fosfor yandırılan stəkanlara 

isə bir qədər su və lakmus damcıları əlavə edib hansı dəyişikliklər baş verdiyini 

qeyd edirik.  



Ev tapşırığı: praktik işin gedişini qısaca yazın, dərslikdəki  KMnO

4

–dən oksigen 



alınan cihazın  şəklini dəftərinizdə çəkin və aşağıdakı suallara cavab hazırlayın:  

1.

 



Oksigen olan stəkanlarda közərmiş kömür, yananadək  qızdırılmış kükürd 

və fosfor nə üçün daha parlaq  alovla yanır?  

2.

 

Kömür yandırılan qaba əhəng suyu tökdükdə bulantı  əmələ gəlməsi necə 



izah oluna bilər? 

3.

 



Kükürd və fosfor yandırılan qablara lakmus məhlulu  əlavə edildikdə 

qırmızı rəng  alınmasının səbəbi nədir?  

4.

 

Qırmızı fosfor yandırıldıqda qabda ağ tüstü görünməsi necə izah 



edilməlidir?  

 

Praktik məşğələ 4. Tələb olunan  qatılıqda məhlulların hazırlanması. 



 

Təcrübə 4.1. Müəyyən  kütlə payına malik olan məhlulların hazırlanması. 

Dörd nəfərlık qruplar təşkil olunur, hər qrupa texniki tərəzi, çəki daşları, 

menzurka (yaxud, ölçü silindri) və su verilir. Sonra ayrı-ayrı qruplara xörək 

duzundan (və ya başqa duzdan) müəyyən qatılıqda - 10%-li, 12%-li, 16%-li, 18%-

li, 20% -li 200q məhlullar hazırlamaq üçün nə qədər duz və nə qədər su götürmək 

lazım olduğunu hesablamaq  tapşırılır. Hesablamaların düzgünlüyü yoxlanılır. 

Hesablanmış miqdarda duzu çəkmək,  suyun həcmini ölçmək və onları qarışdırıb 

həll etmək  tələb olunur. Yerinə yetirilən işlərə müəllim(və ya laborant) nəzarət 

edir, şagirdləri istiqamətləndirir.  

 

Təcrübə 4. 2. Müəyyən molyar qatılığa malik olan məhlulların hazırlanması.  

 

         Təşkil olunmuş ayrı–ayrı  qruplara 0,1, 0,2, 0,3, 0,4 və 0,5 mol/l 



qatılıqda 100 ml həcmində  məhlullar hazırlamaq üçün tərəzidə neçə qram duzu 

(NaCl, NaNO

3

  və ya başqa duz) çəkib suda həll etmək lazım olduğunu 



hesablamaq tapşırılır. Hesablamaların düzgünlüyü yoxlanılır və  həmin miqdarda 

duzların çəkilməsi  tələb olunur. Sonra hər qrupa içində yarısına qədər distillə 

suyu tökülmüş 100 ml-lik ölçü kolbası verilir və duzun kolbada necə  həll 

ediləcəyi izah edilir. Bundan sonra işin yerinə yetirilməsinə icazə verilir və  işin 

gedişi izlənilir. 

 

 



 

 



2-3(50-51)2015 

 

 



90

İstifadə  edilmiş  ədəbiyyat: 

 

1. Zülfüqarlı C.İ. Qeyri-üzvi kimyadan 

təcrübə  məşğələləri. Bakı, ADU-nun 

nəşriyyatı, 1955, 445 səh.  

2.Abbasov M., Abbasov V., Abışov N., 

Əliyev V. Kimya. Ümumtəhsil 

məktəblərinin 7-ci sinfi üçün dərslik. 

Bakı,”Aspoliqraf”, 2014, 96 səh. 

3. Abbasov M., Əliyev A. Kimya. 7-ci 

sinif. Müəllim üçün vəsait. Bakı, 

”Aspoliqraf”, 2014, 88 səh. 

4.Практикум по неорганической химии. 

Учеб.  пособие  для  студентов  биолог.–

хим. 


фак. 

пединститов. 

М., 

«Просвещение», 1978, 312 с. 



5.  Плетнер  Ю.В.  и  Полосин  В.С. 

Практикум  по  методике  преподавания 

химии.  Учеб.пособие  для  студентов 

хим. 


спец. 

пед. 


инст-ов. 

М., 


«Просвещение», 1977, 207 с.  

6.  Верховский  В.Н.  и  Смирнов  А.Д.  

Техника    химического    эксперимента. 

Пособие  для  учителей  т.1.  Изд.7-е, 

переработ. М., «Просвещение», 1973.  

7.  Верховский  В.Н.  и  Смирнов  А.Д.  

Техника    химического    эксперимента. 

Пособие  для  учителей  т.2.  Изд.6-е, 

переработ. М., «Просвещение», 1975.  

8. Bakı,”Aspoliqraf”, 2014,. 

Справочник  по химии. Для учащихся 

сред.школы.  М., «Просвещение», 

1970, 352 с.

 

 




Kimya məktəbdə 

 

91 



 

Акиф Алиев, Айнур Зулфугарова

 

 

Дидактические материалыдля проведения и организации лабораторных работ 

в VII классе

 

 

АННОТАЦИЯ  

 

В  статье  рассматривается  значение  использования  дидактического  



материала    при  проведении  лабораторных  работ  по  химии  в VII классе,  дается 

классифация  этих  работ.  Описывается  содержание  основных  демонстрационных, 

лабораторных опытов, а также опытов при организации практических занятий.

 

 



 

 

Akif Aliyev, Aynur Zulfugarova 

 

Didactic materials about the organizing and conducting laboratory works in chemistry in 

the seventh grade

 

 

ANNOTATION 

 

In the seventh grade for the chemistry lab training on issues relating to separate 

during the course of the importance of the use of didactic materials, are discussed their 

contents and methods of organization (demonstration experiments, laboratory 

experiments, experiments for practical workshop). 

The training material in here, publish in 2014 for the seventh year school’s line 

with the contents of school textbooks. 

 

 

 

 

Açar sözlər: didaktik material, kimyəvi eksperiment, nümayiş  təcrübə, laboratoria 

təcrübəsi, praktik məşğələ. 

 

Ключевые слова: дидактический материал, химический эксперимент, 

демонстрационный эксперимент, практическое занятие. 

 

Keywords: didactic materials, chemical experiment, demonstrated experience, lab 



experience, practical training.  

Yüklə 203,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə