Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin aparıcı elmi işçisi, p e. d. Aynur Zülfüqarova



Yüklə 203,44 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix30.03.2018
ölçüsü203,44 Kb.
#35516
növüDərs
1   2   3   4   5   6   7   8

Kimya məktəbdə 

 

73 



 

Bu da təcrübənin gözlənilən nəticəni verməməsinə səbəb olur, şagirdlərin kimyəvi 

təcrübələrə, ümumiyyətlə, kimya fənninə marağının azalmasına gətirib çıxarır. 

Nümayiş  təcrübələrin aparılmasında  əsas məqsəd nəzəri biliklərin isbat 

edilməsi və yaddaşda möhkəmləndirilməsidir. 

Laboratoriya təcrübələri - şagirdlər tərəfindən qısa müddətdə (5-7dəq) aparılır. 

Bunun üçün şagirdlər həmin təcrübələri nümayiş şəklində görməli və təcrübənin 

gedişinə aid təlimatı diqqətlə öyrənməlidirlər. Bu təcrübələr imkan olduqda fərdi 

və ya cütlər tərəfindən kimya kabinetində, reaktivlər və qablar məhdud olduqda 

isə 3-4 nəfərlik qruplar şəklində yerinə yetirilə bilər. Laboratoriya təcrübələri sadə 

və təhlükəsiz olmalıdır. Bu təcrübələrin aparılmasında mürəkkəb cihazlar və icra 

texnikasından istifadə olunmamalı, reaktivlər zəhərli, tez alışan və partlayış verən 

olmamalıdır.  

          Laboratoriya  təcrübələrinin aparılmasında  əsas məqsəd  şagirlərdə 

reaktivlərlə davranmaq, kimyəvi reaksiyaları aparmaq və onları idarə etmək 

vərdişləri yaratmaqdır. 

Praktik məşğələlər  - ümumtəhsil məktəblərində  şagirdlərin 1-2 dərs saatında 

müstəqil olaraq fərdi  şəkildə yerinə yetirdiyi məcburi kimya eksperimentidir. 

Praktik məşğələlərin aparılamasında məqsəd  şagirdlərdə kimyəvi təcrübələrin 

aparılması  vərdişlərini möhkəmləndirmək, vərdişləri praktikada yoxlamaq və 

onlara maddələrlə müstəqil davranmaq vərdişləri aşılamaqdır. Bu məşğələlərdə 

şagirdlər müxtəlif işləri yerinə yetirirlər: 

- maddələrin tərkibini təyin edir

- maddələrin xassələrinə aid nəzəri biliyi təcrübədə yoxlayır; 

- maddələri təlimatda verilmiş üsullarla alır; 

- maddələrin genetik əlaqələrinə aid çevrilmələri işləyir və təcrübələr aparır; 

- qarışıqdakı maddələri məlum üsullarla ayırır; 

- reaksiyaların getməsi şəraitini müəyyənləşdirir və s. 

            Praktik  məşğələlərin aparılmasını planlaşdırarkən müəllim  əvvəlcədən 

bilməlidir ki, şagirdlər bu praktik məşğələdə hansı  vərdişləri möhkəmləndirəcək 

və təkmilləşdirəcək, hansı yeni bacarıqları əldə edəcəkdir. Müəllim bunları dərsin 

əvvəlində şagirdlərin nəzərinə çatdırmalıdır. 

VII sinif üçün yeni kimya dərsliyinin məzmununa uyğun hər üç laboratoriya işinə 

aid kimyəvi təcrübələrin  aparılması üçün təlimatları təqdim edirik. 

 

Nümayiş təcrübələri. 

1-ci mövzü. Maddələr. Maddələrin xassələri. Qarışıqların ayrılması üsulları

1.1. Bulanıq sudan qarışıqların ayrılması. 

Resurs:  Kimya stəkanları, şüşə cubuq, kiçik qıf, süzgəc kağızları təbaşir və ya gil. 



2-3(50-51)2015 

 

 



74

Təcrübənin gedişi: bir stəkana yarısına qədər su töküb içərisinə bir qaşıq təbaşir 

tozu və ya gil əlavə edirik. Başqa bir stəkanın içərisinə ştativin həlqəsinə içərisinə 

süzgəc kağızı qoyulmuş (kağızın necə bükülməsini və  qıfa yerləşdirilməsini 

müəllim ayrıca göstərir)  şüşə  qıf yerləçdirirk.  Şüşə cubuq götürüb ucunu qıfın 

içərisindəki süzgəc kağızının bükülmüş qalın tərəfinə tutur və bulanıq suyu 

çubuğun üzəri ilə axıdırıq.  3-5 dəqiqədən sonta filtratı  şagirdlərə göstəririk. 



1.2. Kerosin( ağ neft) və su qarışığının ayrılması. 

Resurs.  Ayırıcı qıf, stəkan, kerosin. 

Təcrübənin gedişi:  Stəkanda kerosin və suyu qarışdırıb ayırıcı qıfa tökür və dəmir 

ştativə  bərkidir, alt hissəsəinə başqa stəkan qoyur və kranı açırıq, qıfdakı  ağır 

maye(su) damcılarla axacaqdır. Ağır maye təbəqəsi (su) tökülüb qurtardıqdan 

sonra kranı bağlayırıq. 



1.3. Su və spirt qarışığının ayrılması.  

Resurs:  Həlqəsi və tutqacı olan iki dəmir  ştativ, spirt və ya qaz lampası, Vürs 

kolbası, su soyuducusu, yumru dib və konus şəkilli kolbalar, termometr, allonj 

(bir ucu nazik deşikli düzbucaq şəkilli boru)  

Təcrübənin gedişi:  Distillə cihazını yığırıq. Vürs kolbasının yarısınadək adi su və 

spirt qarışığı (150 ml su və 50 ml spirt) töküb, kolbanın içərisinə qaynamanın gur 

getməməsi üçün 3-4 kapilyar borucuq yerləşdiririk. Vürs kolbasını içərisindən 100 

dərəcəlik bölgülü termometr keçirilmiş  tıxacla bağlayırıq. Termometrin civəli ucu 

kolbanın yan borusundan azca aşağı  səviyyədə olmalıdır. Soyuducunu Vürs 

kolbasına tıxacla birləşdirir, çıxış borusuna isə  allonj və konus şəkilli kolba 

qoyuruq. Soyuducunun rezin borusunu su kranına birləşdirir və çox da güclü 

olmayan su axını buraxırıq. Soyuducunun çıxış borusu su kranı  ləyəninin içində 

olur. Spirt lampasını yandırıb Vürs kolbasındakı qarışığı qızdırırıq. Termometrdə 

civə 80


o

C-yə çatdıqdan sonra  spirt buxarları soyuyaraq konusvari kolbaya damcı-

damcı töküləcəkdir. Spirt azca (25-30ml) yığıldıqda lampanı kənara çəkib spirtin 

iyini 2-3 sınaq şüşəsində şagirdlərə yoxlatdırmaq olar. 

 

 

2-ci mövzu. Kimyəvi reaksiya. Kimyəvi  tənlik. 



 

2.1. Maqnezium lentinin yandırılması. 

Resurs:  Spirt və ya qaz lampası, dəmir tutqac, qara eynək, böyük metal lövhə, 

maqnezium lenti, sumbata kağızı.                             

Təcrübənin gedişi: 10-15 sm uzunluğunda maqnezium lentinin səthini sumbata 

kağızı ilə  təmziləyib süzgəc kağızı ilə silirik, sonra onu böyük metal lövhənin 

üzərində tutaraq lampa alovunda yandırırıq. Yanan lent  ağ maqnezium-oksid 

tozuna çevrilir. Yanan parlaq Mg alovundan gözləri qorumaq üçün təcrübəyə 

başlayanda qara eynək taxılmalıdır. 



Yüklə 203,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə