Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin aparıcı elmi işçisi, p e. d. Aynur Zülfüqarova



Yüklə 203,44 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix30.03.2018
ölçüsü203,44 Kb.
#35516
növüDərs
1   2   3   4   5   6   7   8

Kimya məktəbdə 

 

83 



 

2)

 



Doymuş  və ifrat doymuş  məhlulların alnması.Maddələrin həll 

olunmasına tempraturun təsiri. 

Bir stəkana 30 ml su töküb üzərinə 0,1 q BaCl

2

 kristalları  əlavə edir və 



qarışdırırıq(duru məhlul), sonra duzun miqdarını 5 dəfə artırır və yenidən 

qarışdıraraq həmin stəkanda həll edirik(qatı  məhlul). BaCl

2

-nin yeni-yeni 



porsiyalarını  əlavə etməklə qarışdıra-qarışdıra həll edirik. Müəyyən miqdardan 

sonra daha həllolma baş verməyəcək. Həll olmayan duzun üzərindəki məhlul çox 

qatı  məhlul  və ya həmin temperaturda  doymuş  məhlul adlanır. Bu məhlula bir 

azca da  BaCl

2

 duzu əlavə edir, qarışdırır və onun daha həll olmadığını 



təsdiqləyirik. Stəkandakı  həmin məhlulu üzərində asbestli tor olan sacayağın 

üstünə qoyub qızdırır və  şüşə çubuqla qarışdırırıq. Məhlulun dibindəki duz həll 

olacaqdır. Sonda alınan bu məhlula ifrat doymuş məhlul deyilir.  

İfrat doymuş  məhlul olan stəkanı kran suyu ilə soyutduqa yenidən isti 

məhlulda həll olunmuş duz kristalları məhluldan ayrılacaqdır, dibə çökəcəkdir. 

3)

 



Bərk maddələrin suda həll olunmasının müxtəlifliyi. 

6 sınaq  şüşəsinə onların həcminin 1/3-i qədər distillə suyu töküb hər 

birinin üzərinə eyni miqdarda şəkər, NaNO

3

, NaCl, MgSO



4

, kömür tozu və narın 

qum  əlavə edirik. Sonra hər birinin ağzını barmağımızla tutub möhkəm 

çalxalayırıq. Həll olmayan maddələr dibə çökdükdən sonra, məhlulların üst 

hissəsindın pipetlə damcı götürüb böyük şüşə lövhə üzərinə keçiririk. Şüşə 

lövhəni dəmir  ştativin həlqəsi üzərinə qoyub spirt lampası alovu ilə ehtiyyatla 

qızdırırıq. Hansı maddə məhlulundan götürülən damcıların yerində daha çox bərk 

maddə qalığı  əmələ  gəldi? Hansı  sınaq  şüşəsindən götürülən damcıların yerində 

bərk maddə qalığı  əmələ  gəlmədi?Nə üçün? Suallar şagirdlərlə birlikdə 

aydınlaşdırılır və maddələrin suda necə həll olması barədə nəticə çıxarırıq. 

 

Laboratoriya təcrübələri 

 

1-ci mövzu. Maddə, maddələrin xassələri. Qarişıqların 

ayrılması üsulları. 

 

Təcrübə 1.1. Maddələrin fiziki xassələrinin öyrənilməsi.   

 Maddələrin fiziki xassələrinin öyrənilməsi üçün şagirdlər təlimatlandırılmalı və iş 

prosesində istiqamətləndirilməlidir. Bu məqsədlə onlara məqsədəuyğun tapşırıqlar 

verilir və təqdim olunan maddələrin xassələrinin müxtəlif cəhətdən  təsvir 

edilməsi tələb olunur. Məsələn:   

 1) 

Sizə      verilmiş maddələrin adi şəraitdə (otaq temperaturunda) aqreqat 



halını, iyini və rəngini təsvir edin. Maddələrin iyini yoxladıqda təhlükəsizlik 

texnikası qaydalarına əməl edin;  




2-3(50-51)2015 

 

 



84

2) Verilmiş maddələrin suda həll olmasını yoxlayın. Bunun üçün maddədən yarım 

çay qaşığı götürüb stəkana tökün və qarışdırın. Qarışdırmaq üçün qabı ehtiyatla 

silkələyir və ya şüşə çubuğu stəkanda  ehmallıca hərəkət etdiririk. Əgər bərk 

maddə yox oldu və ya azaldısa deməli maddə suda həll olandır. Sınaq şüşəsində 

həll olmanı onun ağzını  tıxacla kip bağlayıb bir neçə  dəfə başı  aşağı çevirib 

düzəlmək yolu ilə  də aparmaq olar. Təhlükəsilik baxımından, qarışdırmaq üçün 

sınaq şüşəsinin ağzını barmaqla tutub çalxalamaq olmaz.  

3) Maddələrin suya görə  təxmini sıxlığını  təyin etmək üçün ondan bir azca 

götürüb stəkandakı suya salıb müşahidə aparın. Əgər maddə suda batırsa, deməli, 

onun sıxlığı suyun sıxlığından (1 q/l ) çoxdur, əgər suda batmır,onun səthində 

qalırsa, suyun sıxlığından azdır. (Maddələrin dəqiq sıxlığını, qaynama və  ərimə 

temperaturunu və s. fiziki xassələrini xüsusi məlumat kitablarından öyrənmək 

olar).    

 

Təcrübə 1.2. Qarışıqların ayrılması üsulları. 

   Qarışıqdakı maddələri biri-birindən ayırmaq üçün onun tərkibindəki hər bir saf 

maddənin xassələrini bilmək vacib şərtdir. Məsələn, verilmiş  dəmir və kükürd 

tozlarının qarışığındakı  maddələri ayıra bilmək üçün şagirdlər dəmirin maqnitlə 

cəzb olunduğunu və suya tökdükdə batdığını bilməlidirlər. Onlar həmçinin 

bilməlidirlər ki, kükürdü maqnit cəzb etmir və o, suya tökuldükdə flotasiya edir, 

yəni suda üzür. Müəllim bunları  şagirdlərə dedikdən (və ya yazılı  şəkildə bu 

məlumatı onlara verdikdən) sonra təklifedir ki, dəmir və kükürdü onların 

qarışığından ayırmaq üçün plan tərtib edin və bu planı icra edin.  

 

2-ci mövzu . Maddələrin tərkibi və quruluşu. Molekullar və atomlar. 

 

 

Təcrübə 2-1. Atom və molekulların mil – kürəcik modellərinin hazırlanması.  



İki müxtəlif rəngdə plastilin,  3-4 sm uzunluğunda millər (plastik kütlədən

metaldan, taxtadan ola bilər) götürülür və  fərqli rəngdə plastilinlərin birindən 

kiçik ölçülü 18 ədəd (hidrogen atomu), o birindən isə böyük  ölçülü 14 ədəd 

(oksigen atomu) hazırlanır. Əvvəlcə 2 kiçik ölçülü və 2 böyük ölçülü kürəciklər 

öz aralarında birləşdirilib hidrogen və oksigen molekulları quraşdırılır. Sonra bir 

oksigen atomu kürəciyi  götürüb ona iki hidrogen atomu kürəcikləri elə 

birləşdirilir ki, millərin arasında 104,5 dərəcəlik bucaq əmələ gəlsin. Beləliklə, H

2



O

2

 və H



2

O molekullarının mil-kürəcik modelləri hazırlanmış olur.  

Hazırlanmış atom və molekulların modellərinin köməyi ilə  bəsit və mürəkkəb 

maddələrin əmələ gəlməsi və parçalanması reaksiyalarını   nümayiş etdirmək olar. 

Bu  reaksiyaların sxem–tənlikləri: 

 

                                              H + H → H



2

 

                                               O + O → O



2

 



Yüklə 203,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə