Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin aparıcı elmi işçisi, p e. d. Aynur Zülfüqarova



Yüklə 203,44 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix30.03.2018
ölçüsü203,44 Kb.
#35516
növüDərs
1   2   3   4   5   6   7   8

Kimya məktəbdə 

 

75 



 

2.2. Rəngsiz mayelərdən çöküntünün əmələ gəlməsi. 

Resurs.    Duru  sulfat  turşusu və ya onun duz məhlulu, barium-xlorid( və ya 

barium-nifrat, yaxud barium-hidroksid) məhlulu sınaq şüşələri. 



Təcrübənin gedişi:  sınaq  şüşəsində 2-3 ml sulfat  turşusu və ya onun  duz 

məhluluna bir  o qədər də bariumun həll olan duz məhlulu yaxud barium-

hidroksid məhlulu  əlavə edirik. Bu zaman ağ  rəngli çöküntü əmələ  gələcəkdir. 

Təcrübənin gedişində  əməliyyatın ardıcıllığı əhəmiyyət kəsb etmir.  



     2.3. Bərk maddədən və məhluldan qazın əmələ gəlməsi. 

Resurs: əhəngdaşı( və ya təbaşir) ,soda, duru xlorid və ya sirkə turşusu(3-5 faizli 

sirkə də götürülə bilər), kimya stəkanları.                                                   



Təcrübənin gedişi: iki kimya stəkanına onların həmçinin 3-dən 1-i qədər təbaşir 

tozu(və ya əhəngdaşı) və soda məhlulu tökür, növbə ilə hər ikisinin üzərinə 4-5 ml 

xlorid turşusu, yaxud sirkə  məhlulu  əlavə edirik. Hər iki halda qaz çıxdığı 

müşahidə olunur.  



    2.4. Parafinin  alovlanması. 

Resurs.  Sınaq  şüşəsi, taxta tutqac, yarısınadək su ilə dolu dəmir vedrə, parafin, 

spirt və ya qaz lampası.                                           

 

Təcrübənin gedişi:  xırda doğranmış parafinlə doldurulmuş  və tutqacla tutulmuş 

sınaq  şüşəsi qızdırılır, parafin şiddətli qaynadıqda nazik axınla içində su olan 

vedrəyə boşaldılır. Bu zaman parafiningur alov əmələ  gətirməklə yandığı 

müşahidə olunur. 



3- cü mövzu .Maddə kütləsinin saxlanması qanunu. 

3.1. Qapalı qabda şamın yandırılması. 

Resurs. Texniki tərəzi, böyük (500-750ml) kolbanın ağzının ölçüsündə olan tıxaca 

keçirilmış  ucu əsas gövdəyə paralel vəziyyətdə  əyilmiş  dəmir məftil(əyilmiş uc 

hissəsi şiş olur), kiçik şam parçası, iri dənəli qum, əhəng suyu, tərəzi daşları. 

Təcrübənin gedişi:  qızdırılıb yumşaldılan parafin məftilin  əyilmiş ucuna kolba 

yerləşdirilir və tərəzinin sol gözünə qoyulur, tərəzi daşları və qumla tarazlaşdırılır. 

Sonra məftilə taxılmış  şam həmin vəziyyətdə kolbadan çixarılır,  şamın fitili 

yandırılaraq gecikmədən kolbaya salınır və  tıxacla möhkəm qapanır.  Şam 

yanmada davam edir, tərəzinin tarazlığı isə  dəyişmir  Şam söndükdən sonra 

kolbanın divarlarında su damcıları görünür. Şamı  məftillə birlikdə  çıxardıb 

kolbaya  əhəng suyu tökülür. Çalxaladıqda  əhəng suyunun bulandığı müşahidə 

olunur. Deməli, kolbada şam yandıqda su və karbon qazı əmələ gəlmişdir.CO

2

də 


əhəng suyu ilə reaksiyaya girib həll olmayan ağ çöküntü CaCO

əmələ  gətirib. 



Reaksiya tənliyi yazılır. 

 

CO



+

 



Ca(OH)

2  


  

CaCO



+

 



H

2



 


2-3(50-51)2015 

 

 



76

Şam yananda reaksiya getməsinə baxmayaraq iştirak edən maddələrin ümumi  

kütləsi dəyişmədiyindən tərəzinin tarazlığı dəyişməyibdir. 

3.2. Barium - sulfat çöküntüsünün alınması. 

Resurs: Sulfat turşusunun həll olan duzunun (Na

2

SO



4  

və ya  K


2

SO

4



) məhlulu, 

barium-nitrat duzunun məhlulu, texniki tərəzi, çəki daşları, iri dənəli qum,  iki 

ədəd kiçik stəkan və ya kolba.  

Təcrübənin gedişi: stəkanın (kolbanın) birinə 4-5ml sulfat turşusunun həllolan duz 

məhlulu, digərinə isə bir o qədər də barium-nitrat duzunun məhlulunu töküb 

tərəzinin sol tərəfinə qoyur,  çəki daşları və qumla tarazlaşdırırıq. Sonra məhlulun 

birini o birinə  əlavə edirik, bu zaman ağ çöküntü görünəcəkdir Reaksiya gedən 

stəkanı  və boşaldılmış stəkanı yenidən tərəzinin sol tərəfinə qoyur, tarazlığın 

pozulmamasını müşahidə edirik. 



Qeyd:   Reaksiyanı aparmaq üçün  karbonat  turşusunun həll olan duz 

məhlullarından, kalsium-xlorid  və ya kalsium-nifrat məhlullarından da istifadə 

etmək olar. 

4-cü mövzu. Oksigen. Hava. Ozon. 

 4.1. Oksigenin alınması və toplanması. 

Resurs: Yastıdib kolba və ya yan borucuğu olan Vürs kolbası (yaxud yan 

borucuğu olan iri sınaq  şüşəsi), ayırıcı  qıf  keçirilmiş    tıxac, oksigeni toplamaq 

üçün silindrlər,  şüşə lövhələr, kristallizator (içərisində su olan ağzı geniş  şüşə 

qab), iki dəmir  ştativ, quru çöplər, 10 faizli hidrogen-peroksid məhlulu, 

manqan(IV) oksid (MnO

2

). 



Təcrübənin gedişi: Vürs kolbasını (və ya yan borucuğu olan iri sınaq şüşəsini) və 

oksigen toplanacaq slindri dəmir  ştativlərə  bərkidirik.  Slindr əvvəlcədən su ilə 

doldurulmalı  və başı  aşağı  kristallizatora qoyulmalıdır. Kolbaya bir çay qaşığı 

MnO


2

 kristalları yerləşdirib, içərisində 10 faizli  H

2

O

2



 olan ayırıcı  qıfı  tıxacdan 

keçirilmiş halda  kolbanın ağzına birləşdiririk. Ayırıcı  qıfın kranını azca açıb 

H

2

O



2

-ni damcı-damcı kolbaya axıdırıq. 10-15 saniyə gözləyir, hava çıxdıqdan 

sonra qaz aparan borunun ucunu su ilə dolu silindrin altına qoyuruq. Reaksiya 

tənliyini müəllimin istiqamətverici köməyi ilə şagirdlər yazırlar. 



 

4.2. Oksigenin kalium-xloratdan alınması. 

Resurs: 2 dəmir ştativ, spirt və ya qaz lampası, qaz alınan cihaz ( iri sınaq şüşəsi, 

düzbucaqlı borucuq keçirilmiş  tıxac, rezin şlanq və ucu sivri borucuqdan ibarət 

komplekt), O

2

-toplanacaq silindrlər, şüşə lövhəciklər, kristallizator, sınaq şüşələri, 



quru taxta çöplər, kalium- xlorat və manqan(IV) oksid (MnO

2

).  



Təcrübənin gedişi: Qaz alınan cihazı quraşdırır və onun kipliyini yoxlayırıq. 

Kalium –xlorat ilə manqan(IV) oksid kristallarını 2:1 nisbətində qarışdırıb 

reaktora yerləşdirir və maili şəkildə ştativə bərkidirik. Qazaparan borunun ucunu 

başıaşağı  ştativə  bərkidilmiş silindrn ağzına qoyur və reaktoru zəif alovla 




Yüklə 203,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə