Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə15/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   11   12   13   14   15   16   17   18   ...   216

üstünlük təşkil edən qaraşam (Larix) da yanğına dözümlüdür. Bu meşələrdə 

gövdəsi oda məruz qalmayan ağac tapmaq çətindir. 

Bitkilərdən  fərqli  olaraq  heyvanlar  əzələyə  malik  olub  daha  çox  daxili 

istilik  yaradır.  Əzələlər  güclü  və  aktiv  olduqca  heyvanlar  daha  çox  istilik 

toplayır.  Bitkilərdən  fərqli  olaraq  heyvanlar  olduqca  müxtəlif  imkanlarla 

daima və ya müvəqqəti olaraq şəxsi bədənlərində temperaturu nizamlayır. 

Bitkilər  aşağı  temperatura  morfoloji  cəhətdən  uyğunlaşaraq  həyati 

formalar yaradır. Məsələn, epiiltlər - ayrı bitkilərin üzərində bitərək torpaqda 

kökləri  olmur;  fanerofıtlər  (ağac,  kol,  lianlar)  tumurcuqları  qarın  səthində 

qalır  və  pulcuqlıı  örtüklə  mühafizə  olunur;  kriofitlər  -  çoxillik  ot  bitkiləri 

olub,  bərpa  tumurcuqları  kökümsovlarda,  kök  yumrularında,  soğanaqlarda 

yerləşir  və  torpağın  (geofitbr)  altında  olur;  terofitlər  -  birillik  bitkilər, 

əlverişsiz  mövsümün  başlanğıcında  məhv  olur,  onların  yalnız  toxum  və 

sporları ölmür. 

İqlim  yaşama  şəraitinə,  xüsusilə  temperatura  morfoloji  adaptasiya 

heyvanlarda da müşahidə olunur. Məsələn, bütün pələnglərdən  ən irisi olan 

amur  pələngi  -20...-40^C  temperaturda  sərt  şimal  şəraitində  yaşayaraq  qida 

maddələri  toplama  və  bədəninin  kütləsini  artırmaq  məcburiyyətində  qalır. 

Belə  qanunauyğunluğu  Berqman  irəli  sürmüşdür,  onun  fikrincə  istiqanlı 

heyvan  fərdlərinin  bədəninin  ölçüsü  onun  daha  soyuq  arealı  hissəsində 

yaşayan populyasiyası üçün səciyyəvidir. 

Heyvanların  həyatında  fizioloji  adaptasiya  daha  böyük  əhəmiyyət 

daşıyır, onlardan ən sadəsi akklimatizasiya (iqliməuyğunlaşma), yəni istiyə 

və  ya  soyuğa  dözümlülüyə  fizioloji  uyğunlaşma  hesab  olunur.  Məsələn, 

buxarlanmanı  artırmaq  yolu  ilə  çox  qızmaya  qarşı  mübarizə,  poyki-  lotcrm 

heyvanlarda bədənini qismən susuzlaşdırma və ya donma nöqtəsini aşağı salan 

xüsusi maddələrin toplanması yolu ilə, qomoyoterm heyvanlarda - maddələr 

mübadiləsinin dəyişməsi hesabına gedir. 

İki  cür  iqliməuyğunlaşma  ayırd  edilir:  1)  orqanizmlərin  maddələr 

mübadiləsinin dəyişməsi ilə gedən uyğunlaşma; 2) növün genetik quruluşunun 

dəyişilməsi  ilə  gedən  uyğunlaşma.  İqliməuyğunlaşma  populyasiya 

genefondunun zənginliyi ilə müəyyən olunur. 

İqliməuyğunlaşma  mədəni  bitkilər  və  heyvanlar  arasında  aparıldı-  qda 

süni  iqliməuyğunlaşma,  yabanı  bitki  və  vəhşi  heyvan  növləri  arasında 

(heyvanların  miqrasiyası,  bitkilərin  insan,  heyvan,  külək  və  s.  vasitəsilə 

təsadüfən  başqa  sahələrə  aparılması)  baş  verdikdə  isə 

təbii 

iqliməuyğunlaşma hesab olunur. 

İqliməuyğunlaşmanın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu 

olmuşdur.  İqliməuyğunlaşma  təlimini  İ.V.Miçurin  və  M.F.İvanov  inkişaf 

etdirmişlər. 



33 


Bitkilərdə iqliməuyğunlaşma həmişə arealın genişlənməsinə səbəb olur. 

Azərbaycanda  Amerika  aqavası,  palmanın  bir  neçə  növü,  at  şabalıdı, 

yapon  saforası,  yapon  əzgili  və  s.  bitkilər  iqlimə  uyğunlaşdırılmışdır. 

Azərbaycan  faunası  iqliməuyğunlaşma  nəticəsində  xeyli  dəyişmişdir 



(bataqlıq qunduzu, yenot, xallı maral və s.). 

Soyuqdan qorunmaq üçün daha radikal mühafizə forması mövcuddur: isti 

ölkələrə  miqrasiya  (quşların  köçməsi,  yüksək  dağ  keçisi  qışda  aşağı 

yüksəkliklərə enir və s.), qışlama - qış dövründə yuxuya gedir (marmot, dələ, 

boz  ayı,  yarasa-bunlar  bədənlərinin  temperaturunu  sıfır  dərəcəyə  qədər 

endirərək metabolizmi və bununla da qida maddələrindən istifadəni ləngidir). 

Heyvanların  əksəriyyəti  isə  inkişafını  dayandıraraq  hərəkətsiz  olur.  Bu 

hadisə  diapauza  adlanır  və  həşəratların  müxtəlif  inkişaf  mərhələsində 

(yumurta, sürfə, barama, hətta kəpənək) baş verir, lakin mülayim enliyin bir 

çox orqanizmləri (canavar, maral, dovşan və s.) bu dövrdə daha aktiv- həyat 

fəaliyyətində olur, bəziləri isə hətta çoxalır (şahzadə pinqvini). 

Beləliklə,  temperatur  mühüm  limitləşdirici  faktor  olub  orqanizm  və 

populyasiyalarda adaptasiya proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

2.2.2.

 

İşıq və onun orqanizmlərin həyatında rolu 

İşıq  mühüm  ekoloji  faktor  olub,  böyük  əhəmiyyət  kəsb  edir,  o,  foto- 

sintez prosesləri üçün enerji mənbəyi olub Yerin qeyri-üzvi bit^ci örtüyündən 

üzvi  birləşmələrin  yaranmasında  iştirak  edir.  İşıq  özünün  fiziki  xassələrinə 

görə heyvanların müxtəlif həyat proseslərində böyük və çoxşaxəli rol oynayır. 

Qeyd  etmək  lazımdır  ki,  ekologiyada  «işıq»  termini  dedikdə  günəş 

şüalanmasının bütün diapazonu nəzərdə tutulur, bura 0,05-dən 3000 nm-ə (1 

nanometr=10-^’mm)  qədər  və  daha  yüksək  dalğalı  uzunluqda  enerji  axını 

nəzərdə  tutulur.  Bu  radiasiya  axını  canlı  orqanizmlərin  həyatında  fiziki 

xassələrinə və ekoloji əhəmiyyətinə görə bir neçə sahəyə ayrılır. Bu sahələrin 

sərhədləri  (hüdudları)  aydın  deyil.  Ümumi  şəkildə  onları  aşağıdakı  kimi 

təsəvvür etmək olar: 



<150 nm - ionlaşma radiasiyası; 

150-400 nm - ultrabənövşəyi radiasiya (UB); 

400-800  nm  -  görünən  işıq  (müxtəlif  orqanizmlər  üçün  sərhədləri 

fərqlənir); 

800-1000 nm - infraqırmızı radiasiya (İQ). 

Bütün orqanizmlərin həyat fəaliyyəti proseslərini yerinə  yetirmək üçün 

daxil olan enerjinin əsas mənbəyi günəş radiasiyası sayılır, bu, Yerin enerji 

balansının 29,9%-ni təşkil edir. Yer səthinə düşən günəş enerji 



34 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə