Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə11/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   7   8   9   10   11   12   13   14   ...   216

siyaya  sədr  seçilir.  1963-cü  ildə  isə  H.Əliyevin  təşəbbüsü  ilə  Respublika 

'kəbiəti  Mühafizə  Cəmiyyəti  yaradılır.  Onun  uzun  illər  rəhbərlik  etdiyi  bu 

cəmiyyət  bitki  örtüyünün,  o  cümlədən  meşələrin  mühafizəsi  və  bərpası, 

həmçinin  respublikanın  ayrı-ayrı  rayonlarında  yaşıllaşdırma  üzrə  böyük 

tədbirlər həyata keçirilir. Məsələn, H.Əliyevin təşəbbüsü ilə Də- vəçi, Şamaxı, 

Zəngilan  və  Talışın  Zuvant  zonasının  arid  meşə-bitmə  şə-  riatində  püstə, 

badam,  saqqızağac,  eldar  şamı,  iydəyarpaq  armud  və  sərv  ağacından  ibarət 

salman bağlar, meşə-bağlar təqdirə layiqdir. Hazırda bu bağlardan bol məhsul 

yığılır. 

H.Ə.Əliyev öz təşəbbüsü ilə 1975-ci ildə yaratdığı «Azərbaycan təbiəti» 

elmi  kütləvi  jurnalın  baş  redaktoru  idi.  Son  25  il  ərzində  bu  dövri  nəşrdə 

(redaktoru  xalq  şairi  Məmməd  Arazdır)  respublikanın  bitki  örtüyünün 

vəziyyəti,  orada  gedən  pozitiv  və  neqativ  hallar,  ayrı-ayrı  bitki  növlərinin 

yayılması,  mühafizəsi  və  bərpası  haqqında  maraqlı  məlumatlar,  tövsiyələr 

verilir. 

Q.Ş.Məmmədov  meşə  ekosistemlərinin  məhsuldarlığına  təsir  göstərən 

ərazilərin  ekoloji  xüsusiyyətlərinin  aşkar  edilməsi,  meşə  torpaqlarının 

münbitliyinin bal və pul vahidi ilə qiymətləndirilməsinin ekoloji əsasları, meşə 

torpaqlarının 

meşə-meliorativ 

qruplaşdırılması 

və 


yeni 

əsasda 


xəritələşdirilməsi, münbitliyinin mühafizəsi və idarə edilməsi üzrə təkliflərin 

hazırlanması  istiqamətində  geniş  tədqiqatlar  aparmışdır.  Onların  nəticələri 

monoqrafiya,  kitabça  və  məqalələrdə  nəşr  edilmişdir  (Məmmədov,  1979, 

1991, 1997, 1998,2000 vəs.). 



Zoologiya sahəsi 

Azərbaycanda  zoologiya  elminin  tarixi  və  inkişafı  M.Ə.Musayevin 

(1987) məlumatına əsaslanaraq şərh olunur. 

Azərbaycanın çoxcəhətli faunası bir çox təbiətşünasların və səyyahların 

diqqətini  cəlb  etmişdir.  Hələ  eramızdan  əvvəl  IV-III  əsrlərdə  Qobustanda 

yaşayan  ibtidai  insanlar  qayalar  üzərində  Azərbaycanın  heyvanlar  aləminin 

müxtəlif nümunələrini - öküz, maral, at və s. təsvir edirdilər. 

Azərbaycanın heyvanlar aləmi haqqında ilk məlumatlara qədim yunan və 

Roma səyyahlarının (Herodot, Klavdi Elian), coğrafiyaşünasların (Əl-İstəhri, 

Rubruk,  Tavernye,  Oleari,  X-XII  əsrlər)  əsərlərində,  böyük  Azərbaycan 

şairlərinin  poemalarında  (Nizami,  XII  əsr;  Füzuli,  XVI  əsr)  və  s.-də  rast 

gəlmək olar. 

S.Q.Qmelinin  1770  və  1773-cü  illərdə  gəlişi  Azərbaycan  faunasının 

tədqiqinin  başlanğıcı  sayılmalıdır.  Görkəmli  təbiətşünaslardan  Menet-  rie, 

Qoqenaker,  Radde,  Ber,  Qrimm,  Kessler  və  başqaları  müxtəlif  vaxtlarda 

Azərbaycanda olmuş və tədqiqatlar aparmışlar. Onlar bir çox yeni 



24 


heyvan  növbri  təsvir  etmişlər.  1867-ci  ildə  Tillisdə  Qafqaz  muzeyi  təşkil 

olunmuşdur.  XIX  əsrin  ikinci  yarısından  etibarən  bu  muzeyin  işçiləri 

Azərbaycanın  müxtəlif  quberniyalarının  faunasını  tədqiq  etmiş  və  bir  sıra 

zərərli  gəmirici  növlərin,  çəyirtkəkimilərin  və  s.-nin  kənd  təsərrüfatında 

rolunu  müəyyənləşdirmişlər.  Burada  həm  də  zərərvericilərə  qarşı  mübarizə 

tədbirləri hazırlanır və aparılırdı. Bu muzeyin (indi Gürcüstan Dövlət Muzeyi) 

mövcud  olduğu  dövr  ərzində  burada  Azərbaycan  faunası  üzrə  ayrı-ayrı 

şəxslərin müxtəlif vaxtlarda yığdığı zəngin material toplanmışdır. 

Beləliklə,  XX  əsrin  əvvəllərinə  qədər  Azərbaycanın  heyvanlar  aləmini 

yalnız gəlmə alimlər öyrənirdi. 

1932-ci  il  Azərbaycanın  inkişaf  etməkdə  olan  zoologiya  elmi  üçün 

xüsusən  əlamətdar  oldu.  Həmin  ildə  hökumətin  qərarı  ilə  SSRİ  HA 

Zaqafqaziya  filialı  Azərbaycan  şöbəsinin  tərkibində  zoologiya  bölməsi 

yaradıldı. Onun tərkibində 2 seksiya fəaliyyət göstərirdi: quru və su faunası. 

Hazırda  Azərb.MEA  Zoologiya  İnstitutu  əməkdaşlarının  və  digər 

müəssisə  və  ali  məktəblərdə  çalışan  zooloqların  apardıqları  çoxillik 

tədqiqatların nəticəsində Azərbaycanın zəngin heyvanlar aləmindən (təxminən 

18 min heyvan növü) aşağıdakılar müəyyən edilmişdir: 

1500 növdən artıq ibtidai, 1200 növdən çox heyvanlarda parazitlik edən 

qurdlar (helmintlər), 300 növdən artıq fitohelmint, təxminən 290 növ rotatori, 

360 növdən çox xərçəngkimi, təqribən 14 min növ həşərat, 1100 növdən artıq 

hörümçəkkimi,  181  növ ilbiz,  101  növ  və  forma balıq,  10  növ  suda-quruda 

yaşayan, 54 növ sürünən, 348 növ quş, 97 növ mə- məli (o cümlədən 13 növ 

həşəratyeyən,  24  növ  yarasa,  29  növ  gəmirici,  2  növ  dovşan  kimi,  19  növ 

yırtıcı, 9 növ dırnaqlı, 1 növ kürəkayaqlı). Respublika faunasından 109 növ 

heyvan «Azərbaycanın Qırmızı kitabı»na daxil edilmişdir. 



25 


II

 

FƏSİL 

TƏBİİ MÜHİT VƏ EKOLOJİ FAKTORLARIN 

QANUNAUYĞUN TƏSİRİ 

2.1.

 

MÜHİT VƏ EKOLOJİ FAKTORLAR 

Yaşayış  mühiti  canlı  orqanizmləri  əhatə  edən  təbiətin  bir  hissəsi  olub 

onlarla  bilavasitə  qarşılıqlı  əlaqədədir.  Mühitin  tərkib  hissələri  və  xassələri 

çox  müxtəlif  və  dəyişkəndir.  Hər  bir  canlı,  daim  mürəkkəb  və  dəyişkən 

həyatına  uyğunlaşır  və  onun  dəyişkənliyinə  uyğun  olaraq  həyat  tərzini 

nizamlayır. 

Planetimizdə  canlı,  ona  xas  olan  şərait  ilə  bir-birindən  fərqlənən 

orqanizmlər  4  əsas  yaşayış  mühitini  mənimsəmişlər,  tik  dəfə  həyat  su 

mühitində  baş  vermiş  və  yaylmışdır.  Sonralar  canlı  orqanizmlər  yer  səthi- 

hava mühitinə yiyələnərək torpaq əmələ gətirmiş və orada məskən salmışlar. 

Dördüncü spesifik həyat mühiti isə canlı orqanizmlərin özü olmuşdur. Onların 

hər  biri  özündə  məskunlaşan  parazit  və  simbiontlar  üçün  tam  həyat  mühiti 

hesab olunur. 

Orqanizmlərin  mühitə  uyğunlaşması  adaptasiya  adlanır.  Adaptasiya 

qabiliyyəti həyatın əsas xassələrindən biridir, belə ki, həyatın mövcudluğunun 

mümkünlüyünü,  orqanizmlərin  çoxalıb  artmasını  təmin  edir.  Adaptasiya 

növlərin təkamülü gedişində baş verir və dəyişir. 

Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri 



ekoloji  faktorlar  adlanır.  Mühit  faktorları  olduqca  müxtəlifdir.  Onlar  canlı 

qruplaşmalar üçün vacib və ya əksinə, zərərli ola bilər, onların yaşamasına və 

çoxalmasına  səbəb  və  ya  mane  ola  bilər.  Ekoloji  faktorlar  üç  əsas  qrupa 

bölünür: abiotik, biotik və antropogen. 



Abiotik faktorlar bütün qeyri-üzvi mühit faktorların məcmusunu təşkil 

edib bitki və heyvanların həyatına və yayılmasına təsir göstərir. Onlar fiziki, 

kimyəvi və edafık faktorlara bölünür. 

Fiziki  faktorların  mənbəyi  fiziki  vəziyyət  və  ya  hadisə  (mexaniki, 

dalğalı  və  s.)  sayılır.  Məsələn,  temperatur,  əgər  o,  çox  yüksəkdirsə,  yanma 

(yanıq),  çox  aşağı  olduqda  isə  donma  (donuşluq)  baş  verir.  Temperaturun 

təsirinə digər faktorlar da təsir göstərə bilər, məsələn, suda-axın, quruda isə 

külək, rütubətlik və s. 

Kimyəvi faktorlar - mühitin kimyəvi tərkibi ilə əlaqədar təsir göstərir. 

Məsələn, suyun duzluluğu çox olarsa, su hövzəsində həyat olmaya bilər (Ölü 

dəniz), bununla belə saf suda dəniz orqanizmlərinin əksəriyyəti yaşaya bilmir. 

Quruda  və  suda  heyvanların  həyatı  kifayət  qədər  oksigenin  miqdarından 

asılıdır. 

26 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə