Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə13/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   9   10   11   12   13   14   15   16   ...   216

faktorlar adlanır. 

Dövri və qeyri dövri faklorların ayrılması orqanizmlərin həyat şəraitinə 

uyğunlaşmasının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. 

Hər bir faktorun orqanizmə müsbət təsiri yalnız müəyyən həddə (dozada) 

olur.  Dəyişkən  faktorun  təsirinin  nəticəsi  hər  şeydən  əvvəl  onun  təzahür 

gücündən asılıdır. Faktorun həm çatışmayan (az), həm də izafi miqdarda təsiri 

fərdlərin həyat fəaliyyətinə mənfi təsir göstərir. Faktorun əlverişli təsir gücü 

(dozası) müəyyən növün orqanizmi üçün ekoloji faktorun optimum zonası və 

ya  sadəcə  olaraq  optimumu  adlanır.  Optimumdan  kənara  çı.xma  (sapma) 

güclü olduqca həmin faktorun or- qainizmə məhvedici gücü də yüksək olur 

(pessimum  zonası).  Ekoloji  faktorun  maksimum  və  minimum  dözümlülük 

rolu  kritik  nöqtə  sayılır  və  bu  nöqtədən  kənarda  artıq  yaşayış  (həyat) 

mümkün olmayıb ölüm başlayır. Kritik nöqtələr arasındakı dözümlülük həddi 

hər hansı bir konkret faktora görə canlı orqanizmin ekoloji valentliyi adlanır. 

Müxtəlif növlərin nümayəndələri həm optimum vəziyyətinə, həm də ekoloji 

valentliyinə görə bir-birindən kəskin fərqlənir. 

Mühitin abiotik faktorlara münasibəti baxımından geniş ekoloji valentliyi 

göstərmək  üçün  faktorun  adına  «evri»  önşəkilçisi  əlavə  edilir.  Ev-  riterm 



növlər temperaturun böyük tərəddüdünə davam gətirən, evriqal orqanizmlər 

mühitin  duzluluğunun  və  kimyəvi  tərkibinin  çox  dəyişməsinə  dözən, 



evrioksibiontlar  suda  oksigenin  çox  dəyişməsinə  davam  gətirən,  evrion 

növlər  -  PH  mühitinin  çox  dəyişməsinə  davam  gətirən  növlər,  əksinə, 

faktorun böyük dəyişməsinə davam gətirə bilməyən və ya dar ekoloji valentlik 



«steno»  önşəkilçisi  ilə  qeyd  edilir.  Məs.,  stenoterm,  ste-  noqaf  stenotop, 

stcnooksibiont orqanizmlər. 

Ekoloji  faktorlar arasında həmçinin  limitləşdirici  faktorlar  ayrılır. Bu 

faktorlar  müəyyən  növ  üçün  ekstremal  hesab  olunan  şəraitdə  yaşamaq 

imkanını məhdudlaşdırır. 

Limitləşdirici  faktorların  əhəmiyyəti  haqqında  fikri  ilk  dəfə  XIX  əsrin 

ortalarında alman aqrokimyaçısı Y.Libix irəli sürmüşdür. O, göstərmişdir ki, 

limitləşdirilmiş  faktorlar  (məsələn,  istilik,  işıq,  su)  yalnız  faktorun  azlığı 

(çatışmazlığı)  deyil,  həm  də  onun  bolluğu  (izafıliyi)  ola  bilər.  Y.Libix 

«minimum» qanununu müəyyən etmişdir: məhsul minimum vəziyyətdə olan 

faktordan asılıdır. Məsələn, əgər  torpaqda faydalı  komponentlər bütövlükdə 

tarazlaşdırılmış sistem təşkil edirsə və yalnız fosfor minimum miqdardadırsa, 

bu  faktor  məhsulu  azalda  bilər.  Lakin  torpaqda  mineral  maddələr  optimal 

miqdarda  faydalı  olduğu  halda,  onların  hədsiz  çox  olması  da  məhsulun 

azalmasına səbəb olur. Deməli, faktorlar maksimum miqdarda olduğu halda 

da limitləşdirilmiş faktor ola bilər. 

Beləliklə, tələbatla (optimum miqdarla) müqayisədə özünün azlığı 



29 


(çatışmazlığı)  və  hədsiz  çoxluğu  (izafıliyi)  ilə  orqanizmin  inkişafını 

məhdudlaşdıran  faktorlar  Hmitləşdirici  faktorlar  adlanır.  Bəzən  bu 

faktorlara məhdudlaşdırıcı faktorlar da deyilir. Deməli, orqanizmlər ekoloji 

minimum  və  ekoloji  maksimumla  xarakterizə  olunur:  bu  iki  miqdar  (ölçü) 

arasındakı  diapazonu  tolerantlıq  hüdudu  (tolerantlıq  qanunu)  adlandırmaq 

qəbul  edilmişdir  (V.Şelford,  1913).  Y.Odum  (1975)  tolerantlıq  qanununu 

tamamlayan aşağıdakı məqamları göstərir. 

1.

 



Orqanizm  bir  faktora  görə  geniş,  digərinə  isə  dar  diapazonda 

tolerantlığa malik ola bilər. 

2.

 

Bütün  faktorlara  qarşı  geniş  diapazonluğa  malik  olan  orqanizmlər 



adətən geniş yayılmışdır. 

3.

 



Hər hansı növ üçün ekoloji faktorun biri üzrə şərait optimal deyilsə, 

digər ekoloji faktora qarşı da tolerantlıq diapazonu məhdudlaşa (darala) bilər. 

Məs.,  azotun  limitləşdirilmiş  miqdarı  zamanı  taxıl  bitkisinin  quraqlığa 

davamlığı  aşağı  düşür;  azotun  miqdarı  az  olduqda  solmanın  qarşısının 

alınmasına çox, azotun miqdarı çox olduqda isə nisbətən az su tələb olunur. 

4.

 



Çoxalma dövrü adətən kritik olur; bu dövrdə bir sıra mühit faktorları 

çox vaxt limitləşdirilmiş olur. 

Tolerant  orqanizmlər  ətraf  mühitin  əlverişsiz  dəyişkənliyinə  olduqca 

dözümlü növlər hesab olunur. 



2.2.

 

EKOLOJİ FAKTORLARIN ORQANİZMƏ TƏSİRİ 

2.2.1.

 

Temperatur 

Mühüm Hmitləşdirici faktorlardan hesab olunur. Temperatur daim təsir 

göstərən faktor sayılır; onun kəmiyyətcə göstəricisi geniş coğrafi, mövsümi və 

sutkalıq  müxtəlifliyi  ilə  səciyyələnir.  Belə  ki,  səhrada  qum  səthində 

temperatur  60®C-yə  qalxa  bilir.  Şərqi  Sibirdə  isə  havanın  minimum 

temperaturu mənfi VO^C-yə enir. Ümumiyyətlə, +50-dən -SO^C temperatur 

diapazonu  biosferdə  temperatur  şəraitin  fundamental  xarakteristikası  hesab 

olunur, hərçənd bu parametrlərdən sapmalar da olur. 

İqlim  zonalarına  görə  temperatur  rejimindəki  fərq  -  Arktika  və 

Antarktikanın  sərt  və  uzun  sürən  qışı  və  sərin  qısa  yayı  olan  qütb 

səhralarından,  yüksək  və  nisbətən  sabit  temperatur  ilə  seçilən  ekvator 

vilayətlərinə qədər yaxşı təzahür olunan konkret ərazinin temperatur şəraitinə 

dənizə  olan  yaxınlığı,  relyef  və  digər  faktorlar  təsir  göstərir.  Aşağı  en 

dairəsinin sahil vilayətində və ya rütubətli tropikada temperatur rejimi yüksək 

stabilliyi  ilə  fərqlənir.  Məsələn,  Ekvatorda  temperaturun  illik  dəyişmə 

amplitudu  cəmi  6*^0,  Konqo  çayı  hövzəsində  orta  aylıq  kontinental  fərqi 

-1-2®C təşkil edir. Halbuki, kontinental səhralarda tempera 

30 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə