Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə18/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   14   15   16   17   18   19   20   21   ...   216

Heyvanlar suyu içməklo qəbul edir, bu yolla suyun qəbul edilməsi hətta 

su heyvanlarına da xasdır. Suyun xaric edilməsi sidik, ilrazat (nəcis), həmçinin 

buxarlanma yolu ilə gedir. Bir çox orqanizmlər, xüsusən suda yaşayanlar suyu 

örtüyü  ilə  və  ya  sukeçirən  toxumasının  .xüsusi  hissəsi  ilə  alıb-qaytarmaq 

qabiliyyətinə malikdir. Bu yerüstü mühitin sakinlərinə də aiddir: rütubəti şeh, 

duman və yağış kimi mənbələrdən almaq bir çox bitkilər, onurğasız heyvanlar 

və amfıbiya üçün xarakterikdir. 

Heyvanlar  üçün  mühüm  su  mənbəyi  qida  sayılır.  Müxtəlif  mühitlərdə, 

coğrafi regionlarda su ilə təmin olunma şəraitinin geniş dəyişməsi nəticəsində 

orqanizmlərdə geniş xüsusi adaptasiya təkamülü baş vermişdir. Suyun ekoloji 

əhəmiyyəti müxtəlif tipli su hövzələrində suyun toplanması ilə məhdudlaşmır. 

Yer səthində yağıntılar böyük əhəmiyyət daşıyaraq su hövzəsinin su rejimini, 

torpağın rütubətliliyini və havanın rütubətliliyini müəyyənləşdirir. Yağıntılar 

olduqca  qeyri-bərabər  paylanmışdır.  Tropik  meşələrdə  yağıntıların  illik 

miqdarı 1000 mm-dən artıq (İmm yağıntımım--da 1 litr suya uyğundur), tropik 

qurşağın  səhralarında  200  mm-dən  az  (Saxara,  Cənubi  Koliforniya)  yağıntı 

düşür.  Respublikamızda  da  yağıntıların  miqdar  və  rejimi  müxtəlifdir. 

Yağıntıların  orta  illik  miqdarı  110  mm-dən  (Puta)  1750  mm-ə  (Kəkiran. 

Lənkəran) dəyişir. Yağıntılar mövsümə görə də kəskin dəyişir. 

Havanın  rütubətiiyi  (nəmliyi)  vahid  həcmdə  (Im^)  havada  olan  su 

buxarının  qramla  miqdarı  (mütləq  rütubət)  və  nisbi  rütubət  -  verilmiş 

temperaturda  havada  olan  su  buxarının  elastikliyinin  (təzyiqinin)  doymuş 

buxarın elastikliyinə (təzyiqinə) nisbətinin faizlə ifadəsidir. Havanın nəmliyi 

orqanizmə örtük vasitəsilə suyun daxil olması, həmçinin həmin yolla tənəffüs 

yolları ilə suyun xaric edilməsini müəyyənləşdirir. 

Tropik  yağışlı  meşələrin  alt  yaruslarında  -  100%  nisbi  rütubətlik 

şəraitində  su  itirməyə  uyğunlaşan  bitkilər  var,  səhrada  isə  hətta  uzunsür- 

məyən  quraqlıq  dövründə  belə  bəzi  bitkilərin  su balansı  pozulmur.  Bitkinin 

rütubətliyə adaptasiya üsullarından asılı  olaraq bir neçə ekoloji  qrup ayrılır: 

məsələn,  hiqrofitlər  -  olduqca  rütubətli  torpaqlarda  yüksək  rütubətinik 

şəraitində  bitən  bitkilər.  Bu  bitkilərin  əsas  xüsusiyyəti  onlarda  su  sərfinin 

qarşısını alan uyğunlaşmaların olmasıdır. Su hövzələrində sərbəst üzən və ya 

kökləri ilə hövzənin dibinə bərkimiş, tamamilə suya batmış su bitkiləri, bəzən 

yarpaqları və ya çiçəkləri suyun səthinə çıxır (üzür). İti axan çaylarda yaşayan 

bitkilər  reofitbr  adlanır  (məs.  liloder-  ma,  su  mamırı).  Hiqrofitlər  üçün 

katikula  buxarlanması  səciyyəvidir.  Bura  düyü  (çəltik),  papirusu  misal 

çəkmək olar; mezofitlər orta dərəcədə rütubətli torpaqlarda bitən bitkilər olub 



kserofitbrlə hiqrofitlər arasında keçid təşkil edir. Mezofitlərə əsasən ağac və 

kollar, xüsusilə çəmən bitkiləri (çəmən qırtıcı, üçyarpaq yonca, pişikquyruğu 

və s.). 

39 



kənd təsərrüfatı bitkilərinin  çoxu və alaqlar daxildir; Mezofıt qruplaşmaları 

müxtəlif  bitmə  şəraitlərində  müxtəlif  həyati  formalara  malik  olur. 

A.İ.Şennikov (1950) mezofıtləri 5 qrupa ayırır. 

1.

 



Həmişəyaşıl mezofıtlər - rütubətli tropiklərin ağac və kolları; 

2.

 



Qışı yaşıl ağac mezofıtləri - tropik və subtropik növlər olub, quraqlıq 

dövründə yarpaqlarını tökür və qeyri-aktiv vəziyyətə keçir

3.

 

Yayda yaşıl ağac mezofıtləri - mülayim zonanın ağac və kolları. Qış 



vaxtları yarpaqlarını tökür və donmuş hala keçir; 

4.

 



Yayda  yaşıl  ot  bitkiləri.  Qışa  yaxın  bərpa  tumurcuqlarından  başqa 

yerüstü hissələri quruyur

5.

 

Efemerlər  və  efemeroidlər  -  arid  zonada  məskunlaşır,  qısa  rütubətli 



dövr müddətində vegetasiya keçirir. 

Mezofitlər  məhdud su ilə təmin olunmağa və havanın temperaturunun 

dəyişkənliyinə uyğunlaşır. Onlarda hüceyrə şirəsinin osmotik təzyiqi kifayət 

qədər  yüksək olduğundan kök sisteminin  sorucu gücünü təmin edir.  Bunun 

sayəsində turqor vəziyyətini saxlamaq və fotosintez prosesinin getməsi üçün 

kifayət  qədər  su  olur.  İlin  əlverişsiz  mövsümlərində  qeyri-aktiv  vəziyyətə 

(«sakitliyə»)  keçməsi  mezofıtlərin  kompleks  faktorlara  adaptasiya 

olunmasıdır,  bu  faktorlardan  aparıcı  yeri  su  balansının  saxlanması  tutur. 

Kserofitlər - bir sıra uyğunlaşdırıcı əlamət və xassələrin köməyi ilə istiyə və 

susuzluğa  dözüb,  quraq  yerdə  yaşayan  bitkilərdir,  20-50%  su  itirildikdə 

solmağa  dözür.  Kserofitlər  əsasən  aşağıdakı  ekoloji-fızioloji  qrupları  əhatə 

edir.  Sukkulentlər  -  ətli  yarpaq  (aqava,  aloye),  yaxud  gövdəsi  (kaktuslar), 

kökü üst qatdan  yayılan, istiyə davamlı, lakin susuzluğa dözümsüz bitkilər; 

hemikserofitlor  -  kök  sistemi  qrunt  suyuna  çatan,  quraqlığa  davamlı,  lakin 

uzun  müddət  susuzluğa  dözməyən,  transpirasiya  və  maddələr  mübadiləsi 

intensiv  gedən  bitkilər.  Bura  çöldə  (bozqırda)  bitən  istiyə  davamsız  (məs. 

sürvə) və səhrada bitən istiyə davamlı (məs. dəvətikanı) bitkilər daxildir; 



Evkscrofitlər - kök sistemi yaxşı budaqlanan, lakin çox dərinə getməyən 

(məs. yovşan), susuzluğa və istiyə davamlı, maddələr mübadiləsi yavaş gedən 

bitkilər; 

Noykilokserofitlər  -  su  çatışmadıqda  (tərkibində  2-5%  su  olduqda) 

anabioz hala düşən, lakin tənəffüs tam mühafizə olduğu üçün hüceyrə təşkili 

pozulmayan bitkilər; 

Sklerofitlər - morfoloji əlamətlərinə və su balansını saxlamaq prinsipinə 

görə sukkulentlərə ziddir. Onlar orqan və toxumalarında su ehtiyatı toplamaq 

qabiliyyətinə malik deyil, əksinə azsulu olub xarici görünüşündən quru, sərt, 

şirəsiz  görünür.  Sklerofitlər  dehidratasiyaya  qarşı  möhkəm  toxumalarının 

olması ilə seçilir, onlar 25% su itirdikdə belə heç bir patoloji nəticəyə məruz 

qalmır. Bu dərəcədə susuzlaşma şə 



40 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə