Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə16/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   12   13   14   15   16   17   18   19   ...   216

sini  100%  qəbul  elsək, onun  təxminən  19%-i  atmosferdən  keçərkən  udulur, 

34%-i  geriyə  kosmik  fəzaya  əks  olunur,  47%-i  isə  düz  və  səpilən  radiasiya 

şəklində Yer səthinə daxil olur. 

İonlaşmış  radiasiyaya  kosmik  şüalar,  həmçinin  təbii  və  süni  radioak- 

tivlik  daxildir,  Yer  səthində  bu  radiasiyanın  orqanizmə  təsiri  əsasən  təbii 

radiasiya  fonu  ilə  bağlıdır.  Bizim  dövrümüzdə  bu,  texnogen  mənşəli 

radiasiyanın kəskin artması ilə əlaqədardır. 

Radiasiyanın  bioloji  təsiri  əsasən  subhüceyrə  səviyyəsində  (nüvə,  mi- 

toxondrin, mikrosom) baş verir. Müəyyən edilmişdir ki, belə təsir şüalanmanın 

dozasından  asılıdır:  kəskin  dozalarda  şüalanma  ilə  zədələnmə  effekti  stimul 

yaratmaqla əvəz olunur. İonlaşmış radiasiyanın genetik aparata təsiri (mitogen 

effekt)  məlumdur,  spektrin  bu  hissəsinin  ekoloji  aspekti  praktiki  olaraq 

öyrənilməmişdir. 

Ultrabənövşəyi  şüaların  daha  qısadalğalı  (200-280  nm)  zonası 

(«ultrabənövşəyi  C»)  dəri  tərəfindən  fəal  adsorbsiya  olunur;  'rəhlükəlik 

baxımından  UB-C  X  şüalara  yaxındır,  lakin  o,  praktiki  olaraq  ozon  ekranı 

(qatı)  tərəifndən  tamamilə  udulur.  UB  şüaların  sonrakı  zonası  dalğasının 

uzunluğu  280-320  nm  olan  UB-B  spektrin  daha  təhlükəli  hissəsi  olub 

kanserogen  təsir  göstərir.  UB-B  zonasının  əsas  hissəsi  də  ozon  ekranı 

tərəfindən  udulur;  Yer  səthinə  UB  şüaların  yalnız  təxminən  300  nm-  dən 

yuxarı uzunluqlu dalğaları çatır. Spektrin bu hissəsi böyük enerjiyə malik olub 

canlı orqanizmlərə, əsasən, kimyəvi təsir göstərir. UB şüalar qismən hüceyrə 

sintezi  proseslərini  stimullaşdırır.  UB  şüalanması  kənd  təsərrüfatı  cavan 

(körpə)  heyvanlarının  məhsuldarlığını  artırır.  Bu  şüaların  təsiri  altında 

orqanizmdə  Ca  və  P-un  mübadiləsini  tənzimləyən  və  bununla  da  skeletin 

minimal  böyümə  və  inkişafına  şərait  yaradan  D  vitamini  sintez  olunur.  D 

vitamininin  böyüməkdə  olan  cavan  heyvanlar  üçün  əhəmiyyəti  böyükdür. 

Odur  ki,  yuvalarda  doğulan  məməlilərin  çoxu  müntəzəm  olaraq  (çox  vaxt 

səhər çağları) yuvanın yaxınlığında günəşlə işıqlanan yerə aparılır. Tülkü və 

porsuqları buna misal göstərmək olar. Bir çox quşlar da bu məqsədlə «günəş 

vannası» qəbul edirlər. 

.UB  şüaların  təsiri  onun  dozasından  asılıdır:  artıq  şüalanma  orqanizmə 

mənfi təsir göstərir. Qısa dalğalı radiasiyaya qarşı xüsusilə bölünən hüceyrələr 

davamsız  olur.  Orqanizmlərin  UB  şüaların  yüksək  dozasına  qarşı 

ekranlaşmasına  uyğunlaşması  nəticəsində  bir  çox  növlərdə  bu  şüaları  udan 

tünd  piqmenllər  formalaşır.  İnsanda  günəş  altında  yanma  da  (qaralma)  bu 

qəbildəndir. 

UB şüalar (radiasiya) hidrosferdə də müəyyən əhəmiyyət kəsb edərək 65 

m  dərinliyə  qədər  keçir  (çatır).  Məsələn,  Antarktikada  buzda  məskən  salan 

yosunlara yayda buz qatının aşağı hissəsində, fitoplank- tona isə buzun altında 

kölgəli yerdə rast gəlinir. Bu «a» və «c» xlorofili- 

35 



nin UB şülarının təsirindən parçalanması ilə bağlıdır, fotosintezin pozulması 

C02-dən  istifadəni  azaldır,  bu  isə  okean  və  atmosfer  arasında  karbonun 

balansına təsir göstərir. 

Ultrabənövşəyi radiasiya yer səthinə çatan ümumi radiasiyanın təxminən 

5-10%-ni təşkil edir. 

Fotosintez  prosesində  işıq  enerji  mənbəyi  kimi  çıxış  edərək  ondan 

piqment  sistemində  (xlorofil)  istifadə  olunur.  Lakin  fotositezdə  spektrin  bir 

hissəsindən (380 nm-dən 760 nm-ə qədər) istifadə edilir, buna flzioloji aktiv 



radiasiya (FAR) deyilir. Bunların daxilində fotosintez üçün qırmızı- çəhrayı 

(600-700  nm)  və  bənövşəyi-mavi  (400-500  nm)  şüalar  daha  böyük 

əhəmiyyətə  malikdir,  sarı-yaşıl  şüalar  (500-600)  az  əhəmiyyət  daşıyaraq 

xlorofildaşıyan bitkilərə yaşıl rəng verir. 

Yaşıl  yarpaq  onun  üzərinə  düşən  şüa  enerjisinin  orta  hesabla  75%-ni 

udur. Lakin onun fotosintezə istifadə əmsalı yüksək olmayıb aşağı işıqlanma 

şəraitində 10%-ə qədər, yüksək işıqlanmada isə cəmi 1-2% təşkil edir. Qalan 

enerji istilik enerjisinə keçərək transpirasiyaya və başqa proseslərə sərf edilir. 

Fotosintezin  səviyyəsinə  təsir  göstərən  mühüm  xarici  faktorlar  - 

temperatur,  işıq,  karbon  qazı  və  oksigen  hesab  olunur.  Bitkinin  özünün 

səviyyəsində  bu  prosesə  xlorofılin  və  suyun  miqdarı  xüsusilə  yarpağın 

anatomiyası,  fermentlərin  konsentrasiyası  təsir  göstərir.  Mezofıt  bitkilərin 

yarpaqları  kserofıtlərə  nisbətən  az  şüaəksetdirmə  qabiliyyətinə  malikdir: 

kserofıtlərin qalın yarpaqları praktiki olaraq işıq keçirmir, bununla belə nazik 

mezofıt yarpaqlar görünən günəş şüalarının 20-40%-ni özündən keçirir. İşıq 

rejimi şəraitinə tələbatına görə bitkilər aşağıdakı ekoloji qruplara bölünür: 

1.

 

İşıqsevən bitkilər və ya heliofitlər - bura açıq sahələrin, daim işıqlanan 

yerlərin  (savanna,  səhra)  bitkiləri  daxildir.  İşıqsevən  bitkilərin  normal 

böyüməsi üçün intensiv günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. 

Meşə  zonasında  bu  bitkilərə  az  təsadüf  olunur.  İşıqsevən  bitkilərə 

bağayarpağı, suzanbağı, kəklikotu, günəbaxan, pambıq, qarğıdalı, kalış, şam 

ağacı, safora, akasiya, palıd, saqqızağac, dağdağan, badam, məryəmnoxudu və 

s.  daxildir.  İşıqsevən  bitkilər  bir  sıra  anatomik,  morfoloji  və  fizioloji 

xüsusiyyətlərə  malikdir:  nisbətən  qalın  yarpağının  sütunlu  və  süngər 

parenximinin  hüceyrələrində  50-300  xırda  xloroplast  olur.  Fotosintezin  və 

tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji 

xüsusiyyətləridir. 



2.

 

Kölgəsevər  bitkilər  və  ya  ssiofitlərə  - kölgəli meşələrin alt yarusu- 

nun, mağara və dərin suların bitkiləri aiddir; bu bitkilər düz günəş şüalarının 

güclü işıqlanmasma az tab gətirir. Şimal enliyarpaqlı və tünd iy- nəyarpaqlı 

meşələrin sıx çətri cəmi 1-2% FAR keçirə bilərək onun spek- 



36 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə