Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə12/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   8   9   10   11   12   13   14   15   ...   216

Edafık  və ya  torpaq  faktorları  - torpaqda  yaşayan orqanizmlərə təsir 

göstərən torpağın və dağ süxurlarının kimyəvi, fiziki və mexaniki xassələrinin 

məcmusu.  Torpaq  kimyəvi  komponentlərinin  (biogen  elementlərin), 

temperaturunun, rütubətliliyinin, strukturunun, humusun miqdarının və s.-in, 

bitkinin böyümə və inkişafına təsiri yaxşı məlumdur. 

Lakin orqanizmlərə yalnız abiotik faktorlar təsir göstərmir. Orqanizmlər 

qruplaşmalar  əmələ  gətirir.  Burada  onlar  qida  resursları,  ərazi  Liğrunda 

mübarizə  edir,  yəni  bir-birlərilə  rəqabət  mübarizəsinə  girir.  Bu  zaman 

növdaxili,  həm  də  xüsusilə  növarası  səviyyələrdə  yırtıcılıq,  para-  zitlik  və 

digər mürrəkəb qarşılıqlı əlaqələr yaranır. Bu isə canlı aləmin faktorları və ya 

biotik faktorlar hesab olunur. 

Biotik  faktorlar  canlı orqanizmlərin bir-birinə təsir formasıdır. Hər bir 

orqanizm  daim  bilavasitə  və  dolayısı  ilə  (bilvasitə)  digər  canlının  təsirinə 

məruz  qalır,  özünün  və  digər  növlərin  nümayəndələri  ilə  (bitki,  heyvan, 

mikroorqanizm)  əlaqəyə  girir,  onlardan  asılı  olur  və  onlara  təsir  göstərir. 

Orqanizmlərin  qarşılıqlı  əlaqələri  biosenozların  və  populyasiya-  larm 

mövcudluğunun əsası hesab olunur. 

Y.P.Xrustalyev  və  Q.Q.Matişeva  (1996)  görə  biotik  faktorlar  bir 

orqanizmlərin  həyat  fəaliyyətinin  digər  orqanizmlərin  həyat  fəaliyyətinə 

təsirlərinin  məcmusu  olmaqla  bərabər,  həm  də  cansız  mühit  məkanına 

təsiridir.  Cansız  mühitə  təsir  dedikdə,  orqanizmlərin  özlərinin  müəyyən 

dərəcədə  mövcud  olduğu  şəraitə  təsir  qabiliyyəti  başa  düşülür.  Məsələn, 

meşədə bitki örtüyünün təsiri altında xüsusi mikroiqlim və ya mikromü- hit 

yaranır,  bura  açıq  sahəyə  nisbətən  özünəməxsus  temperatur-  rütubət-  lik 

rejiminə  malikdir:  qışda  burada  havanın  temperaturu  bir  neçə  dərəcə  isti, 

yayda isə sərin və rütubətli olur. Ağacın koğuşunda, yuvalarda, mağaralarda 

da xüsusi mikromühit yaranır. 

Qarın altındakı mikromühiti xüsusi qeyd etmək lazımdır, buranın mühiti 

sırf  abiotik  təbiətə  malikdir.  50-70  sm  qalınlığından  az  olmayan  qarın 

istiləşdirmə təsiri nəticəsində, onun əsasında (dibində), təxminən 5 sm qatda 

qışda xırda heyvanlar - gəmiricilər yaşayır, belə ki, temperatur şəraiti (0...2^C) 

onlar üçün əlverişli sayılır. Belə effektə görə də qarın altında payızlıq taxılların 

cücərtiləri qalır. Güclü şaxtalardan qarın altında iri heyvanlar (maral, sığın) da 

qorunur. 

Eyni növün fərdləri arasında növdaxili qarşılıqlı əlaqələr qrup və kütləvi 

effektlə və növdaxili  rəqabətlə  yaranır.  Qrup və  kütləvi  effekt  dedikdə  eyni 

növ  heyvanların  iki  və  ya  daha  çox  fərdlərinin  birləşməsi  (toplanması)  və 

mühitdə  yerləşərək  effekt  yaratması  başa  düşülür.  Hazırda  belə  effektlər 

demoqrafik  faktor  adlanır.  Onlar  populyasiya  səviyyəsində  orqanizm 

qruplarının  say  dinamikasını  və  sıxlığını  səciyyələndirir,  bunun  əsasında 

növdaxili rəqabət durur və növarası rəqabətdən kökündən 

27 



Tərqlənir. Növarası əlaqələr olduqca müxtəlifdir. İki yanaşı yaşayan ayrı-ayrı 

növlər bir-birinə heç bir təsir göstərməyə də bilər, yaxud bir- birinə əlverişli 

(müsbət) və ya əlverişsiz (mənfi) təsir göstərir. Mümkün kombinasiya tipləri 

qarşılıqlı əlaqələrin müxtəlif növlərini əks etdirir: 

 

neytralizm - hər iki növ müstəqildir (sərbəstdir) və bir-birinə heç bir 



təsir göstərmir

 



rəqabət  - növlərdən hər biri digər növə əlverişsiz (mənfi,  pis) təsir 

göstərir; 

 

mutalizm  -  növlər  bir-birindən  ayrıldıqda  yaşaya  (mövcud  ola) 



bilməz; 

 



protokooperasiya (həmrəylik) - hər iki növ qruplaşma əmələ gətirir, 

qruplaşma onlar üçün faydalı olsa da, onlar ayrıldıqda da yaşaya (mövcud ola) 

bilər; 



 



kommensalizm  -  növün  biri  kommensal  olub,  bir  yerdə  yaşadığı 

başqa  növdən  fayda  alır,  digər  növ  isə  sahib  olub,  heç  bir  fayda  götürmür 

(qarşılıqlı dözüm); 

 



amensalizm  -  növün  biri  amensal  olub  digər  növ  onun  böyümə  və 

çoxalmasına təzyiq göstərir

 

parazitlik - parazit növ öz sahibinin böyümə və çoxalmasını ləngidir 



və hətta onu məhv edə bilər

 



yırtıcılıq - yırtıcı növ öz «qurbanına» (şikarına) hücum edir və onunla 

qidalanır. 

Növarası  əlaqələr  biotik  qruplaşmaların  (biosenozların)  mövcudluğu 

əsasında yaranır. 



Antropogen  faktorlar.  İnsan  cəmiyyətinin  fəaliyyət  forması  olub, 

orqanizmlərin  həyatına  birbaşa  təsir  göstərir  və  ya  dolayısı  ilə  yaşayış 

mühitinə  bilavasitə  təsir  göstərməklə.  Bəşəriyyət  tarixi  gedişində  ilk  əvvəl 

ovçuluğun  inkişafı,  sonralar  isə  kənd  təsərrüfatı,  sənaye,  nəqliyyat 

planetimizin təbiətini güclü dəyişmişdir. 

Canlı aləmə və bütvölükdə biosferə antropogen faktorların təsiri sürətlə 

artmaqda davam edir və hazırkı şəraitdə çox vaxt hakimlik edir. İndiki dövrdə 

Yerin  canlı  aləmi  və  orqanizmlərin  bütün  növlərinin  taleyi  praktiki  olaraq 

insan cəmiyyətinin əlində olub antropogen amillərin təbiətə təsirindən asılıdır. 

Ekoloji  faktorların  əksəriyyəti  vaxta  görə  keyfiyyətcə  və  kəmiyyətcə 

dəyişir.  Məsələn,  iqlim  faktorları  (temperatur,  işıqlandırma  dərəcəsi  və  s.) 

sutka, mövsüm, il ərzində dəyişir. 

Vaxta görə müntəzəm olaraq təkrarən dəyişən faktorlar dövri faktorlar 

adlanır. Bura iqlim faktorlarından başqa bəzi hidroloji faktorlar (qabarma və 

çəkilmələr,  bəzi  okean  axınları)  da  aiddir.  Gözlənilməz  baş  verən  faktorlar 

(vulkan püskürməsi, yırtıcıların hücumu və s.) qeyri dövri 



28 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə