Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə23/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   19   20   21   22   23   24   25   26   ...   216

pıılyasiyalarla  əlaqə  də  bir  o  qədər  sıx,  fərdlər  arasında  mübadilə  dərəcəsi 

böyük,  fərqləndirici  xüsusiyyətlər  isə  az  olar.  Yarımnöv  ranqının 

qruplaşmaları arasııfda fərq daha güclüdür, bu fərqlər ayrı-ayrı fərdlərin yalnız 

fizioloji  və  davranış  tərzi,  həm  də  onlarda  niorfoloji  tərzlərdə  nəs-  lən 

möhkəmlənmişdir.  Populyasiyların  müxtəlif  ranqları  (dərəcələr)  arasındakı 

əlaqələr növün vəhdətini və onun irsi fondunun zənginləşməsini təmin edir. 

Akademik S.S.Şvars təbii populyasiyalann ayrılmasına digər - tarixi-genetik 

cəhətdən  yanaşır.  Bu  baxımdan,  populyasiyaları  genetik  vahid  kimi  yalnız 

cinsi çoxalma və çarpaz mayalanma olan növlər üçün ayırmaq olar. 

Ölçüsünə görə karlik,  adətən lokal  və superpopulyasiyalar  ayırırlar. 

Superpopulyasiyalar başdan-başa geniş əraziləri əhatə edərək çoxlu miqdarda 

fərdlərdən ibarət olur. Populyasiyaları, həmçinin məkanca və yaş strukturuna

daimi  yerində  olan  və  ya  məskunlaşdığı  yeri  dəyişən  və  digər  ekoloji 

dərəcələrə görə ayırmaq olar. 

Müxtəlif  növlərin  populyasiyalarının  ərazi  sərhədi  bir-birinin  üstünə 

düşmür.  Geniş  populyasiya  sərhədinə  malik  olan  növlər  də  mövcuddur. 

Məsələn, hərəkətdə olan iri heyvan sayılan sığının bir populyasiyasmın zəbt 

etdiyi  ərazi  müxtəlif  bitki  örtüyünü  (müxtəlif  cinslərdən  ibarət  meşələr, 

tarlalar, çəmənlər, yarğanlar, çay yatağı və s.) özündə cəmləşdirir. 

Fərdlərin  mühitə  tələbatı  və  onun  ayrı-ayrı  faktorlara  qarşı  davamlığı 

qanunauyğun  və  əhəmiyyətli  dərəcədə  dəyişir.  Ontogenezin  müxtəlif 

mərhələlərində  yaşayış  yeri,  qida  tipi,  yerdəyişmə  xarakteri,  orqanizmlərin 

ümumi aktivliyi dəyişə bilər. Çox vaxt növ daxilində ekoloji yaş müxtəlifliyi 

növlər arasındakı fərqdən daha yüksək dərəcədə təzahür edir. 

Populyasiyanın  yaş  fərqləri  onun  ekoloji  müxtəlifliyini  və  bununla  da 

mühitə  müqavimətini  əhəmiyyətli  dərəcədə  gücləndirir.  Şəraitin  normadan 

artıq güclü kənara çıxması zamanı populyasiyada yaşamağa qabil fərdlərin bir 

hissəsinin qalması və populyasiyanın mövcudluğunun davam etməsi ehtimalı 

çoxalır. 

Populyasiyanın yaş strukturu uyğunlaşma xarakterinə malikdir. O, növün 

bioloji  xassələrinə  əsaslanır,  lakin  həmişə  ətraf  mühit  faktorlarının  təsir 

gücünü əks etdirir. 

3.2.

 

BİTKİLƏRDƏ POPULYASİYANIN YAŞ STRUKTURU 

Bitki  senopopulyasiyası  müəyyən  fitosenoz  daxilində  onun  fenotik 

vəziyyətindən  və  ekotopik  və  genetik  xüsusiyyətlərindən  asılı  olmayaraq 

növün bütün fərdlərini birləşdirir. Bitkilərdə senopopulyasiyanın yaş strukturu 

(yaxud konkret fitosenozun populyasiyasmın) yaş qruplarının nisbətilə təyin 

olunur. 


50 


Cücərtilər  -  toxumda  olan  ehtiyat  maddələrindən  və  xüsusi  as- 

simlyasiyanm  hesabına  qarışıq  qida  alır.  Bu  kiçik  bitkilər  üçün  rüşeym 

strukturun mövcudluğu səciyyəvidir: rüşeym kökün inkişafı başlayan ləpə və 

bir  qayda  olaraq  yaşlı  bitkilərdən  fərqli  olaraq  sadə  formalı  böyük  olmayan 

yarpaqlı biroxlu zoğdur. 

İlkin bitkilər “ (yuvenil bitkilər) - sərbəst qidalanmağa keçir. Bu bitkidə 

daha ləpə yoxdur, çox vaxt təkoxluluğunu saxlayır, yarpaqlar başqa formada 

olub yaşlı bitkilərə nisbətən xırdadır. 

İmmatur  bitkilər  -  yuvenil  bitkidən  yaşlı  vegetativ  bitkiyə  keçid 

əlamətlərə  malikdir.  Bunlarda  çox  vaxt  zoğun  budaqlanması  başlayaraq 

fotosintetik aparatın böyüməsinə şərait yaradır. 

Yaşlı  vegetativ  bitkilərdə  yeraltı  və  yerüstü  orqanların  strukturunda 

növün həyati forması üçün tipik əlamətlər meydana gəlir və vegetativ üzvün 

quruluşu  əsasən  generativ  vəziyyətə  uyğun  gəlir,  lakin  hələ  reproduktiv 

orqanlar yoxdur. 

Bitkinin generativ dövrə keçməsi təkcə çiçək və meyvələrin peyda olması 

ilə deyil, həm də orqanizmin dərin daxili biokimyəvi və fizioloji qurulması ilə 

təyin olunur. 

Cavan generativ bitkilər - çiçəkləyir, meyvə əmələ gətirir, yaşlı struktur 

formalaşmasının  yekunlaşması  gedir.  Bəzi  illərdə  çiçəkləmədə  fasilə  də  ola 

bilər. 

Ortayaşlı generativ bitkilər - adətən ən yüksək böyümə həddinə çatır, 

hər il böyük artım və toxum məhsulu verir. 



Qoca  generativ  bitkilər  -  reproduktiv  funksiyası  kəskin  aşağı  düşür, 

zoğvermə  və  köklərin  inkişafı  prosesi  zəifləyir.  Məhvolma  prosesləri  ye- 

nidənyaranma proseslərini üstələyir, dezinteqrasiya güclənir. Qoca  vegetativ 

(subsenil)  bitkilərdə  toxumvermənin  (meyvəvermə)  dayanması,  əzəmətliyi 

aşağı  düşür,  destruktiv  proseslər  güclənir,  zoğ  və  kök  sistemi  arasındakı 

əlaqələr zəifləyir, həyati formaların bəsitləşməsi nəzərə çarpa bilər, immatur 

tipli yarpaqlar peyda olur. 



Senil  bitkilər  -  son  dərəcə  zəif  olması,  ölçülərinin  azalması,  bərpa 

olunduqda  az  miqdarda  zoğun  olması  ilə  səciyyələnir,  bəzən  -  yuvenil 

əlamətlər görünür (yarpaqların forması, zoğların xarakteri və s.). 

Ölmüş fərdlər senil vəziyyətin son dərəcə təzahürüdür, bu zaman bitkidə 

təkcə ayrı-ayrı canlı toxumalar qalır. 

Populyasiyanın  fərdlərinin  yaş  vəziyyətinə  görə  bölünməsi  onun  yaş 

spektri adlanır. O, müxtəlif yaş səviyyələrinin nisbətini əks etdirir. 

Senopopulyasiya  əgər  bütün  yaş  qruplarından  (və  ya  ona  yaxın)  ibarət 

olarsa,  (konkret  növlərin  bəzi  yaş  vəziyyətləri,  məsələn,  immatur,  subsenil, 

yuvenil təzahür etməyə də bilər) ona normal senopopulyasiya  deyilir. Belə 

populyasiya asılı olmayıb toxum və vegetativ yolla özünü 

51 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə