Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə17/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   13   14   15   16   17   18   19   20   ...   216

tral tərkibini dəyişir. Bu meşələrin ssiofıtlərindən yaşıl mamırları, adi dovşan 

kələmi, armııdgülü və plaunu göstərmək olar. Ssiolıtlər heliofıt- lərə nisbətən 

yarpaqlarında az quru maddə saxlayır, hüceyrə şirəsinin qatılığı da aşağıdır, 

bunlarda xlorofil də az olur. 

Kölgəsevər  ağaclara  küknar,  ürəkyarpaq  cökə,  lıstıq,  qaraçöhrə  və  b. 

göstərmək olar. 

3. Kölgəyə davamlı bitkilər və ya fakültativ heliofitlər, bu və ya digər 

dərəcədə  kölgələnməyə  dözür,  işıqda  da  yaxşı  bitir:  bu  bitkilər  işıqlanma 

şəraitinin  dəyişməsilə  özünü  dəyişdirə  bilir.  Bu  qrupa  bəzi  çəmən  bitkiləri, 

meşəaltı  otlar  və  kollar,  meşə  talalarında,  kənarlarında,  qırıntı  sahələrində 

bitən bitkiləri aid etmək olar. 

İşıq  böyük  siqnal  əhəmiyyəti  də  daşıyaraq  orqanizmlərin  nizamlanma 

adaptasiyasına səbəb olur. Vaxta görə orqanizmlərin aktiviliyini tənzimləyən 

ən etibarlı siqnallardan biri günün uzunluğu - fotodövr hesab olunur. 

Fotodövrlük  günün  uzunluğunun  mövsümi  dəyişməsinə  orqanizmlərin 

reaksiyası  haidisəsidir.  Hər  hansı  bir  məkanda  ilin  eyni  vaxtında  günün 

uzunluğu həmişə eyni olur. Bu, bitkiyə və heyvana həmin en dairəsində ilin 

fəsilləri üzrə müəyyənləşməyə imkan yaradır, yəni çiçəklənmənin başlanğıcı, 

yetişkənlik  və  s.  Başqa  sözlə  -  fotodövrlük  canlı  orqanizmdə  fizioloji 

proseslərin ardıcıllığıdır. 

Fotodövrlüyü sadəcə gündüzün gecə ilə əvəz olunmasından asılı olan adi 

xarici sutkalıq ritmiərlə eyniləşdirmək olmaz. Lakin heyvanlarda və insanda 

həyat fəaliyyətinin sutkalıq tsiklliyi növün anadangəlmə xassəsinə keçir, yəni 

daxili (endogen) ritmiər təşəkkül tapır. 

Bu  ritmiər  orqanizmə  vaxtı  hiss  etməyə  kömək  edir,  orqanizmin  bu 

qabiliyyəti  «bioloji  saat»  adlandırılır.  Bu  başqa  yerlərə  köçdükdə  quşların 

günəşə  görə  hərəkətində  köməklik  göstərir  və  ümumiyyətlə,  təbiətin  daha 

mürəkkəb ritmiərində orqanizmlərə istiqamət verir. 

Fotodövrlük ünsiyyətcə möhkəmlənsə də, yalnız digər faktorlarla birlikdə 

(əlaqəli)  təzahür  edir  (məs.  temperaturla).  Əgər  «X»  günü  soyuq  keçirsə, 

bitkinin  çiçəklənməsi  gecikir  və  ya  yetişməkdə  olan  dövr  soyuq  keçdikdə 

kartofun  məhsuldarlığı  aşağı  düşür.  Subtropik  və  tropik zonalarda.  mövsüm 

üzrə  günün  uzunluğu  az  dəyişdiyindən  fotodövrlük  mühüm  ekoloji  faktor 

sayıla bilməz - onu quraqlıq və yağışlı mövsümlərin növbələşməsi əvəz edir. 

Yüksək dağlıq zonada isə temperatur əsas siqnal faktoru hesab olunur. 

Bitkilərdə  olduğu  kimi,  hava  şəraiti  poykiloterm  heyvanlarda  da  əks 

olunur, homoyoterm heyvanlar isə buna öz davranışlarının dəyişməsi ilə cavab 

verir: yuvasalma, miqrasiya və s.-nin vaxtı dəyişdirilir. 

İnsan yuxarıda göstərilən hadislərdən istifadə etməyi öyrənmişdir. 

37 



işıqlı günün uzunluğunu süni olaraq dəyişərək bununla da bitkinin çiçəkləmə 

və  meyvəvermə  vaxtını  dəyişmək  (qış  dövründə  istixanalarda  şitil,  hətta 

meyvə yetişdirmək), toyuqların yumurtalama qabiliyyətini artırmaq və s..olar. 

Canlı təbiət ilin mövsümləri üzrə Xopkinskinin bioiqlim qanununa uyğun 

olaraq  inkişaf  edir:  müxtəlif  mövsüm  hadisələri  (fenotarix)  yerin  en  və 

uzunluq  dairəsindən,  onun  dəniz  səviyyəsindən  yüksəkliyindən  asılıdır. 

Deməli, ərazi şimal, şərq və daha yuxarı ərazilərdə yaz gec, payız tez gəlir. 

Avropada en dairəsinin hər dərəcəsində mövsümi hadisələrin vaxtı üç gündən 

bir.  Şimali  Amerikada  isə  orta  hesabla  hər  bir  en  dairəsi,  hər  bir  uzunluq 

dairəsi və dəniz səviyyəsindən hər 120 m-də dörd gündən bir başlayır. 

Fenotarix  müxtəlif  kənd  təsərrüfatı  və  digər  təsərrüfat  işlərinin  plan- 

laşdırılmasmda böyük əhəmiyyət daşıyır. 



2.3.

 

ORQANİZMLƏRİN HƏYATINDA SUYUN ROLU 

Suyun miqdarı kəskin dəyişməyə məruz qalarsa (qabarma, çəkilmə), çox 

duzlu  sularda  osmotik  yolla  orqanizmlər  tərəfindən  itirilirsə,  ekoloji 

baxımdan,  həm  yerüstü,  həm  də  su  ərazilərində  limitləşdirici  faktor  hesab 

olunur. 

Su  canlı  orqanizmlərin  fəaliyyətində  mühüm  əhəmiyyətə  malikdir.  O, 

biokimyəvi  reaksiyalar  üçün  əsas  mühit,  protoplazmanm  vacib  tərkib 

hissəsidir. Qida maddələri orqanizmdə əsasən su məhlulu şəklində dövr edir, 

bu  şəkildə  də  orqanizmdən  dissimlyasiya  məhsulu  yüksək  dərəcədə  xaric 

edilir.  Su  bitki  və  heyvan  orqanizmlərinin  əsas  kütləsini  təşkil  edir; 

toxumalarda onun nisbi miqdarı 50-80%, bəzi növlərdə isə daha yüksək olur. 

Belə ki, meduzaların bədənində 95%-ə, bir çox molyuskların toxumalarında 

isə  92%-ə  qədər  su  vardır.  Hüceyrədaxili  və  hüceyrələrarası  mübadilə, 

hidrobiontlarda  isə  xarici  mühitlə  osmotik  qarşılıqlı  əlaqə  suyun  və  onun 

tərkibində  həll  olan  duzların  miqdarından  çox  asılıdır.  Heyvanlarda  qaz 

mübadiləsi  yalnız  rütubətli  səthin  mövcudluğu  şəraitində  mümkündür. 

Yerüstü 

orqanizmlərdən 

buxarlanma 

mühitlə 


istilik 

balansının 

formalaşmasında iştirak edir. 

Orqanizmin  mühitlə  su  mübadiləsi  bir-birinə  əks  olan  iki  prosesdən 

ibarətdir: orqanizmə suyun daxil olması və onun ətraf mühitə verilməsi. Ali 

bitkilərdə bu proses kök sistemi vasitəsilə torpaqdan suyun sorulması, onun 

həll olan maddələrlə birlikdə ayrı-ayrı orqanlara və hüceyrələrə aparılması və 

transpirasiya prosesi vasitəsilə xaric edilməsindən ibarətdir. Su mübadiləsində 

suyun  yalnız  5%-ə  qədəri  fotosintezə,  qalanı  isə  buxarlanmanın 

kompensasiyasına və turqorun saxlanmasına sərf olunur. 



38 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə