Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə1/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
  1   2   3   4   5   6   7   8   9   ...   243


Q.Ş.KAZIMOV

SEÇİLMİŞ ƏSƏRLƏRİ

10 cilddə


Q.Ş.KAZIMOV

SEÇİLMİŞ ƏSƏRLƏRİ

I cild

3



Q.Ş.Kazımov. Seçilmiş əsərləri. 1-ci cild. 560 səh.

Kitaba   müəllifin   «Əbdürrəhim   bəy   Haqverdiyevin 

dramaturgiya   dili   («Dağılan   tifaq»   pyesi   əsasında)», 

«Cəlil   Məmmədquluzadənin   sovet   dövrü   felyetonlarının 

dili»   monoqrafi-yaları,   tarix   və   dil   tarixi   problemlərinə 

həsr olunmuş (2001-2007) məqalələri daxil edilmişdir. 

  

2008


098

4602000000



N



 Qrifli nəşr

                       © «Nurlan», 

2008

4



GƏLƏCƏK SORAQLI YARADICILIQ

Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov XX 

əsr   Azərbaycan   filologiyasının   60-cılar   nəslinin   görkəmli 

nümayəndələrindəndir. Təmsil etdikləri elmə müqəddəs məbəd, 

etik səltənət, əxlaq mehrabı kimi baxmaq, istedadın və zəhmətin 

gücünə arxalanmaq, araşdırdıqları mövzunun ən dərin qatlarına 

enə  bilmək,   təkcə  bilik  ilə   yox,   həm   də  daxili   bir   şövqlə,  isti 

ürəklə,   coşqun   ilhamla   yazmaq   –   bu   nəslin   aparıcı 

nümayəndələrini   birləşdirən   ümumi   və   vahid   tipoloji   məziy-

yətlərdir. Onları  məhrəm  edən bir  mühüm   keyfiyyəti  də qeyd 

etmək olar: hərəsinin özünəməxsus tədqiqat sahəsi, fərdi elmi 

ədası, təhlil mədəniyyəti olsa da, onlar məhdud sahə mütəxəs-

sisləri   deyil,   çox   geniş   tədqiqatçılıq   imkanlarına   malik   olan 

filoloqlardır.  

Q.Kazımov geniş miqyaslı tədqiqat sahəsi və elmi maraq 

dairəsi olan alimdir. Onun müasir Azərbaycan dilinin quruluşuna, 

dil tarixi, bədii dil, üslubiyyat, etimologiya, leksikologiya, frazeo-

logiya məsələlərinə, yazılı abidələrə, aşıq yaradıcılığına, klassik 

və   çağdaş   yazıçılarımızın   sənətkarlıq   xüsusiyyətlərinə   dair 

qiymətli   kitab   və   məqalələri   vardır.  Müasir   Azərbaycan   ədəbi 

dilinin   inkişafında,   onun   leksik,   üslubi-semantik   və   qrammatik 

normalarının   zənginləşməsində     Cəlil   Məmmədquluzadə, 

Əbdürrəhim   bəy   Haqverdiyev,   Mirzə   İbrahimov,   Bayram 

Bayramov, İsa Hüseynov, Sabir Əhmədov, M.H.Şəhriyar, Hüseyn 

Arif, Söhrab Tahir, Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlu və b. 

söz   ustalarının   xidmətləri   onun   məqalə   və   kitablarında   əsaslı 

şəkildə şərh edilmişdir.

İstedadlı   alim-dilşünas   kimi   böyük   nüfuz   qazanan 

Qəzənfər   Kazımov   eyni   zamanda   gözəl   müəllim-pedaqoq   kimi 

tanınır. O, 50 ilə yaxın bir müddətdə Azərbaycan Dövlət Pedaqoji 

İnstitutunda   (indiki   ADPU-da)   və   digər   ali   təhsil   ocaqlarında 

çalışmış,   minlərlə   Azərbaycan   dili   və   ədəbiyyat   müəlliminin 

hazırlanmasında   bilavasitə   iştirak   etmişdir.   Ali   məktəblərin 

filologiya fakültələri və orta ümumtəhsil məktəblərinin müxtəlif 

5



sinifləri üçün onlarca proqram, dərslik, dərs vəsaiti onun alim-

pedaqoq zəhmətinin canlı görüntüləridir.

Qəzənfər Kazımovun indiyə qədər müxtəlif nəşriyyatlarda 

(təkrar nəşrlərlə) 56 kitabı, 300-dən artıq elmi və elmi-publisistik 

məqaləsi çap olunmuş, 50-dən artıq müəllifin kitabı onun elmi 

redaktorluğu ilə işıq üzü görmüş, həyatı və yaradıcılığı barədə 

140-a   qədər   məqalə   yazılmışdır.   Alimin   kitabları   həmişə   elmi 

ictimaiyyətin diqqətini cəlb etmiş və həmkarları – Bəkir Nəbiyev, 

Ağamusa   Axundov,     Zərifə   Budaqova,   Tofiq   Hacıyev,   Musa 

Adilov   kimi   dilçi   və   ədəbiyyatşünas   alimlər   tərəfindən   yüksək 

qiymətləndirilmişdir.

Bütün   bunlar   Qəzənfər   Kazımovu   XX   əsr   Azərbaycan 

dilçilərinin   ən   görkəmli,   seçilmiş   nümayəndələri   sırasına   daxil 

edir   və   ona   çoxcildlik   «Seçilmiş   əsərləri»ni     çap   etdirmək 

səlahiyyəti verir.

***

Qəzənfər Şirin oğlu Kazımov 1937-ci il mart ayının 3-də 

Cəbrayıl   rayonunun   Soltanlı   kəndində   ziyalı   ailəsində 

doğulmuşdur. Atası Şirin Allahverdiyev yaşadığı bölgənin sayılıb-

seçilən adamlarından olmuş,rus-tatar məktəbini bitirdikdən sonra 

müxtəlif vəzifələrdə çalışa-çalışa orta məktəbi, 1941-ci ilin iyul 

ayında isə Pedaqoji İnstitutu bitirmişdir. Şirin Allahverdiyev kənd 

orta   məktəbinin   direktorluğundan     orduya   çağırılmış,   1943-cü 

ildə cəbhədə həlak olmuşdur. Qəzənfər özündən kiçik bacısı və 

qardaşı   ilə   birlikdə   anasının   himayəsində   böyümüşdür.   Orta 

təhsilini Soltanlı kənd orta məktəbində almış, 1955-ci ildə V.İ.-

Lenin adına APİ-nin filologiya fakültəsinə qəbul olunmuşdur. Bir 

il sonra bu fakültə tarix-filologiya fakültəsinə çevrilmişdir.

Tələbəlik   illəri  Q.Kazımovun   qarşısında   geniş   ədəbi-

mədəni  üfüqlər  açır.  O,  Azərbaycanın   M.Rəfili,   Ə.Dəmirçizadə, 

Ş.Qurbanov,   İ.Şıxlı   kimi   görkəmli   alim   və   yazıçılarını   ilk   dəfə 

Pedaqoji İnstitutun auditoriyalarında görüb tanıyır. Bu ziyalılar, 

xüsusilə  yazıçı və şairlərlə keçirilən görüşlər, iştirakçısı olduğu 

mədəni tədbirlər onun yaddaşında  əbədi izlər buraxır. 1960-cı 

ildə ali təhsilini başa vurub, təyinatını Cəbrayıl rayonuna alır. İki 

6



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə