Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə31/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   212

("Bəxtsiz bala". Əta bəy - Hüseyn Ərəblinski, Tahirə - Gülbahar xanım) pyesini tamaşaya 

hazırlayıb. 

İlin sonlarında "Səfa" mədəni-maarif cəmiyyətinin fəaliyyəti acınacaqlı  vəziyyətə düşüb. 

Rəhbərlik üstündə daxili çəkişmələr, xəzinədar Kürsüsündə oturanların maliyyə pozuntularını 

nizamlaya bilməmələri və Bakıda daha güclü teatr dəstələrinin yaranması  nəticəsində "Səfa" 

truppası 1917-ci ilin lap ilk günlərindən fəaliyyətini rəsmi  şəkildə dayandırmaq məcburiyyətində 

qalıb. Əsilində isə truppa son tamaşasını 1916-cı ildə oynayıb. 

"Səfa" teatr truppası milli teatrımızın inkişafında, aktyorların və rejissorların vacib peşəkarlıq 

səriştələrinə yiyələnmələrində müəyyən səmərəli rol oynayıb. 

"Səfa" musiqi əsərlərinin vala yazılmasında xidmətlər və maddi yardım göstərib. 

"Səfa" truppası teatr aksessuranın genişlənməsi, dramaturqlarla və aktyorlarla müqavilə 

bağlanınası istiqamətində müəyyən faydalı islahatlar aparıb. 

"Səfa" truppası tabeliyində olduğu cəmiyyətin açdığı  və yardım göstərdiyi məktəblərdə, 

qiraətxanalarda teatr sənətinin geniş təbliğini qura bilib. 

 

 

"MÜDİRİYYƏT" 



TEATR TRUPPASI 

 

Əsilində bu truppanın tam adı  rəsmi sənədlərdə belə yazılıb: "Zülfüqar bəy və Üzeyir bəy 



Hacıbəyov qardaşlarının müdiriyyəti". Bəzən isə afişalarda və  qəzetlərdə  dəstənin adı "Hacıbəyov 

qardaşlarının müdiriyyəti" kimi verilib. Ən çox isə işlənən "Müdiriyyət" deyimi olub. 

Bakının ən güclü aktyorlarının toplandıqları "Müdiriyyət" truppası 1916-cı ilin avqustunda, 

əsasən, bəstəkar Üzeyir bəy Hacıbəyovun rəhbərliyi, təşəbbüsü və  səyi ilə yaradılıb. Truppaya ilk 

baş rejissor Abbasmirzə  Şərifzadə  dəvət edilib. Tezliklə  dəstə öz nizamnaMəsmə  əsasən, 

operalardan, operettalardan, faciələrdən və Komediyalardan ibarət sanballı repertuar yaratmağa 

başlayıb. Onlar kiçik vodevillər və məzhəkələr oynamaqdan bacardıqca imtina edirdilər. Üzeyir bəy 

ilk tamaşanı göstərməyə tələsmirdi və truppa son dərəcə ciddi teatral rejimi ilə çalışırdı. 

"Müdiriyyət" ilk pərdələrini sentyabrın 9-da opera teatrında Zülfüqar bəy Hacıbəyovun 

"Aşıq Qərib" operasının tamaşası ilə açıb. Noyabr ayının 10-da isə Tağryev teatrında "Yezid ibn 

Müaviyyə" (Curci Zeydanın romanı üzrə işləyəni Mehdi bəy Hacınski) dramı ilə yaradıcılığının yeni 

janrda fəaliyyətinə başlayıb. "Müdiriyyət" ilin sonuna kimi dörd opera və üç operetta premyerası və 

altı yeni dram tamaşası göstərib. Bununla da qısa müddətdə mövcud truppalar arasında aparıcılığı 

ələ ala bilib. Müsəlman təqvimində  səfər ayının başlanması ilə  əlaqədar olaraq teatr bir müddət 

opera və operetta oynamayıb. Bütün tamaşaların rejissorluğunu Abbasmirzə  Şərifzadə  və 

dirijorluğunu isə Üzeyir bəy Hacıbəyov etmişdilər. 

Musiqi  əsərləri bu ardıcıllıqla oynanılıb və onların hamısı ilin sonunadək təkrar-təkrar 

göstərilib. 



18 sentyabr. "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyov. 

23 sentyabr. "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov. 

26 sentyabr. "Şah Abbas və Xurşid banu", Üzeyir bəy Hacıbəyov. 

30 sentyabr. "Arşm mal alan", Üzeyir bəy Hacıbəyov. 

6 oktyabr. "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov. 

7 oktyabr. "Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov. 

20 dekabr. "Leyli və Məcnun", Üzeyir bəy Hacıbəyov. 

Üzeyir bəyin  əsərlərinin tamaşalarında Kərəmin və  Əslinin, Sərvərin və Gülnazın,  Şah 

Abbasın və Xurşid banunun, Əsgərin və Gülçöhrənin, Məcnunun və Leylinin partiyalarını 

Hüseynqulu Sarabski ilə  Əhməd Ağdamski oxuyublar. Onlar "Aşıq Qərib"də  Qərib və  Şahsənəm 




rollarının da daha yaxşı ifaçıları sayılıblar. Mirzağa  Əliyev Məşədi  İbad, Kəblə Hacı,  Ələkbər 

Hüseynzadə Soltan bəy rollarında şöhrət qazanıblar. 

"Müdiriyyət"in dram tamaşaları aktyor ansamblının ciddi və peşəkar işi, yeni rejissor təfsiri 

ilə seçilirdilər. "Yezid ibn Müaviyyə"də əsas rolları Abbasmirzə Şərifzadə (Yezid), Şura Olenskaya 

(Səlma), Xəlil Hüseynov (Şümür) oynayıblar. 

11 noyabr. "Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev. Rollarda tanınmış 

aktyorlardan Abbasmirzə  Şərifzadə (Qacar), Xəlil Hüseynov (Əliqulu xan), Bağır Cabbarzadə 

(İbrahim xan və İraklinin Katibi), Rza Darablı (Elçi) çıxış ediblər. 

18 noyabr. "Tariq ibn Ziyad", Əbdülhəq Hamid. Osmanlıcadan çevirəni Dadaş Bünyadzadə. 

Tariq rolunda səhnəyə Abbasmirzə Şərifzadə çıxıb. 



25 noyabr. "Dəmirçi Gavə", Şəmsəddin Sami. Osmanlıcadan çevirəni Səməd Mənsur. Gavə 

və Pərviz rollarında Abbasmirzə Şərifzadə və Rza Darablı. 



2 dekabr. "Qara bəla" ("Əkbər  şalı Hindu"), Namiq Kamal. Osmanlıcadan çevirəni Cəlil 

Bağdadbəyov.  Əsas rolları Abbasmirzə  Şərifzadə (Xosrov Mirzə), Mirzə Muxtar Məmmədov 

(Əkbər  şah),  Şura Olenskaya (Bəhrəvar banu), Yeva Olenskaya (Mehridil), Cəlil Bağdadbəyov 

(Əmir Axşild) oynayıblar. 



9 dekabr. "Dağılan tifaq" ("Qumarbazın axır günü" adı ilə), Əbdürrəhim bəy Haqverdiyev. 

Əsas obrazları  səhnədə Abbasmirzə  Şərifzadə (Nəcəf bəy),  Şura Olenskaya (Sona xanım), Xəlil 

Hüseynov (Cavad), Yeva Olenskaya (Nazlı xanım), Cəlil Bağdadbəyov (Səlim bəy), Rza Darablı 

(Həmzə bəy), Mehdi bəy Hacınski (Məşədi Cəfər), İbrahim Atakişiyev (Kərim) canlandırıblar. 



15 dekabr. "Bahadır və Sona", Nəriman Nərimanov. Baş rollarda Hüseyn Ərəblinski 

(Bahadır), Gülsabah xanım (Sona) və  Əbülfət Vəli (Dayı) çıxış ediblər. Tamaşa  Ərəblinskinin 

benefisinə hazırlaıbb. 

"Müdiriyyət" ötən ildə oynadığı  əksər  əsərləri 1917-ci üdə  təzə quruluşlarda yenə öz 

repertuarına daxil edib. Bu ildə opera və operettalara üstünlük verilib. Təzə quruluşlar arasında 

Hüseyn  Ərəblinskinin rejissorluq etdiyi "Məşədi  İbad" (23 fevral. "İsmailiyyə" binasında), 

Abbasmirzə  Şərifzadənin səhnə  təfsiri verdiyi Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan" (9 

mart. "Malı teatr"ın binasında. Orduxan bəy - Mirzağa  Əliyev. Bu rolu sonra Rza Darablı da 

oynayıb), "Leyli və  Məcnun" (8 dekabr. Tağıyev teatrında), Hüseynqulu Sarabskinin quruluşunda 

"Əsli və  Kərəm" (11 may. Opera teatrında), "Arşın mal alan" (5 avqust. Opera teatrında) 

tamaşaçıların daha çox xoşlarına gəlib. Tamaşalara dirijorluğu Üzeyir bəy və Zülfüqar bəy 

Hacıbəyovlar və Müslüm bəy Maqomayev ediblər. 

1917-ci ilin payızında Abbasmirzə  Şərifzadə özü "Müsəlman dram artistləri ittifaqı" (qısa 

şəkildə "Artistlər ittifaqı" yazılıb) müstəqil truppasını yaratdığı üçün "Müdiriyyət"dən ayrılıb. Ona 

görə  də truppaya baş rejissorluğu bir müddət Üzeyir bəy Hacıbəyov özü edib. Sonra, 1918-ci ilin 

ikinci yarısında bu vəzifəyə Hüseyn Ərəblinski dəvət olunub. Üzeyir bəy özünün bir neçə operasına 

və operettasma təzə quruluş verib. Hüseyn Ərəblinski baş rejissor təyin olunmamışdan əvvəl dəvətlə 

sıravi rejissor kimi "Arşın mal alan" (15 yanvar. Tağıyev teatrında), "Məşədi  İbad" (29 yanvar. 

Tağıyev teatrında), "Aşıq Qərib" (28 fevral), "Şah Abbas və Xurşid banu" (11 mart), "Əsli və 

Kərəm" (15 mart) musiqi əsərlərinə quruluşlar verib. 

Fevral ayında erməni daşnakları Tağıyev teatrını yandırdılar. Mart ayının 24-də isə Bakıda 

və Azərbaycanın digər bölgələrində  iğtişaşlar törətməyə başladılar. Bu hadisələrlə bağlı teatr 

xadimləri  şəhəri tərk etməli oldular. Üzeyir bəy Hacıbəyov  İrana getdi. O, vətənə oktyabr ayında 

qayıtdı  və  qısa müddətdə,  əsasən, Rusiyanın müxtəlif və  İranın bəzi  şəhərlərindən Bakıya gələn 

aktyorları bir yerə cəm edərək "Müdiriyyət"in bərpas;na və fəaliyyətinə nail oldu. 

May ayının 28-də Zaqafqaziya seymi dağılmış  və Azərbaycan Cümhuriyyəti yaranmışdı. 

Lakin Bakıdakı hadisələrlə bağlı milli hökumət müvəqqəti olaraq Gəncə  şəhərində  fəaliyyət 

göstərirdi. Hökumət payızda Bakıya köçürüldü. "Hökumət Teatrosu" ("Dövlət Teatrı") elan edilsə 

də, hələ onun rəsmi açılışı olmamışdı. Buna görə  də "Müdiriyyət" müstəqil fəaliyyətini davam 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə