larin kontagioz
tobiotini müəyyən etmiş, onun əsərləri isə taunla
mübarizəyə həsr olunmuşdur.
_ ______________________________ ___________ • •
XIX əsrin sonu XX əsrin əvvəlində L.Paster, R.Kox, I.I.Mcç- nikov,
D.İ.İvanovski və s. kimi görkəmli alimlərin tədqiqatları sayəsində epidemiyaların
infeksion təbiəti sübuta yetirildi, bir çox yoluxucu xəstəliklərin törədiciləri aşkar
edildi. Bütün bunlar epidemio- logiyanın elmi fənn kimi formalaşmasına imkan
yaratdı.
Yoluxucu
xəstəliklərin
epidemiologiyasımn
sonrakı
inkişafı
D.K.Zabolotnının (1866-1929) fəaliyyəti ilə bağlıdır. Onun tələbəsi görkəmli rus
epidemioloqu L.Y.Qromaşevski (1887-1979) infeksi- yanın yoluxma mexanizmi
haqqında təlimi işləyib hazırlamışdır.
Epidemiologiyanın inkişafına digər alimlər də böyük töhfə vermişlər.
Məsələn, E.N.Pavlovski (1884-1965) - transmissiv infek- siyaların təbii-ocaqlılığı
nəzəriyyəsini, V.D.Belyakov (1921-1996) - parazitar sistemlərin özünütənzimləmə
nəzəriyyəsini işləyib hazırlamışlar.
Qeyri-infeksion xəstəliklərin epidemiologiyası ilkin olaraq sərbəst elm kimi
bir çox alimlər tərəfindən (I.I.Yolkin, I.I.Roqozin, V.D.Belyakov və s.) mənfi
qarşılanmışdır. Onlar belə hesab edirdilər ki, qeyri-infeksion xəstəliklərin etioloji
amili törədicisi yoxdur. Digər müəlliflər (V.A.Başenin, V.M.Jdanov) isə başqa
mövqedə idilər. Həyat sübut etdi ki, qeyri-infeksion xəstəliklərin epidemio-
logiyası nəinki sərbəst yaşamağa, həmçinin əhalinin sağlamlığının bir çox
problemlərini müvəffəqiyyətlə həll etməyə qadirdir.
Yoluxucu xəstəliklərin epidemiologiyası
ümumi və xüsusi
• •
hissədən ibarətdir. Ümumi epidemiologiya yoluxucu xəstəliklərin profilaktikasının
ümumilikdə nəzəri, metodik, təşkilati və praktik əsasları, xüsusi epidemiologiya
isə ayrı-ayrı nozoloji formalar haqqında biliklərin məcmuyudur.
Ümumi
epidemiologiya
yoluxucu
(parazitar)
xəstəliklərdə
epidemik
prosesin
yaranmasının, inkişafının və sönməsinin ümumi qanunauyğunluqları sistemini və
bu xəstəliklərin profilaktikasının əsas prinsiplərini və onlarla mübarizə tədbirlərini
nəzərdə tutur. Ümumi epidemiologiyanın bölmələrinə aşağıdakılar aiddir:
epidemiologiyanın predmeti və metodları, epidemik proses haqqında təlim,
epidemioloji nəzarət, epidemioloji təhlil, epidemioloji diaqnostika, yoluxucu
(parazitar) xəstəliklərlə mübarizə və onlann profilaktikasının elmi və təşkilati
prinsipləri.
Xüsusi epidemiologiya - yoluxucu (parazitar) xəstəliklərin ayn-ayn
nozoloji
formalarında epidemik prosesin yaranmasının, inkişafının və
12
downloaded from KitabYurdu.org
Epidemiologiva
ümumi
tibb
elmi
kimi
əhalinin
xəstələnməsinin
aydınlaşdırılmasının səbəblərini, şərtlərini və mexanizmini, onun ərazi üzrə, müxtəlif
əhali qrupları arasında və məkan daxilində yayılmasını analiz yolu ilə öyrənir. Bu
sahədə əldə etdiyi nəticələri xəstəliklərin profilaktikası üsullarının hazırlanmasında
istifadə edir.
Yoluxucu
xəstəliklərin
epidemiologiyası
-
epidemik
prosesin
qanunauyğunluqları vo onun öyrənilmə metodları haqqında, həmçinin əhali
qruplarında yoluxucu xəstəliklərlə xəstələnmənin qarşısını almaq, əhalinin xəstələnmə
göstəricilərinin aşağı salınması və ayrı- ayrı infcksiyaların ləğv edilməsi məqsədi ilə
aparılan əksepidemik tədbirlər və onların yerinə yetirilməsi haqqında biliklər
sistemidir.
«Epidenıiologiya» anlayışının məzmunu
«Epidcmiologiya» sözü yunanca «epi» (üzərində), «demos» (əhali) və «loqos»
(elm) söz birləşmələrindən əmələ gəlmişdir.
«Epidemiologiya» terminin bir çox tərifləri verilmişdir. Ən yaxşısı Last
J.M.
(1988) tərəfindən verilmişdir: «Epidemiologiya cəmiyyətdə xəstəliklərin baş
verməsinin səbəblərinin vo yayılmasının xüsusiyyətlərini öyrənən elm olub alınmış
bilikləri səhiyyənin problemlərinin həll edilməsi üçün tətbiq edir».
Epidemiologiya epidemik prosesin inkişaf qanunauyğunluqlarını öyrənən
elmdir; bu elm insanlar arasında yoluxucu xəstəliklərin yayılma prosesini (infeksiya
mənbəyi, yoluxma mexanizmi və həssas orqanizm), sosial şəraitdən asılı olaraq yeni
yoluxmanın əmələ gəlməsini öyrənir.
Epidcmiologiyanın müasir tərifi ilk dəfə 1927-ci ildə D.K.Za- bolotnı
tərəfindən vermişdir. D.K.Zabolotnıya görə «Epidcmiologiya epidemiyalar haqqında
elmdir, epidemiyaların baş verməsinin və inkişafının, epidemiyaların yayılmasına
kömək edən şəraitlərin öyrənüməsi ilə məşğul olur, onlara qarşı mübarizə üsullarını
təklif edir».
Bu anlayış son illərə qədər epidcmiologiyanın mahiyyətini tam əks etdirirdi.
Lakin müasir dövrdə buna münasibət dəyişmişdir. Belə ki, əvvəllər çoxlu
epidemiyalar törədən, külli miqdarda insan tələfatına səbəb olan vəba, taun, səpgili
yatalaq və b. yoluxucu xəstəliklər artıq epidemiya törətmirlər, təbii çiçək xəstəliyi isə
tamamilə ləğv edilmişdir. Ona görə do, müasir epidcmiologiyanın vəzifəsi epidemik
prosesin intensivliyindən asılı olmayaraq insanlar arasında yoluxucu xəstəliklərin baş
verməsinin və yayılmasının səbəblərini öyrənməkdən ibarətdir.
14
downloaded from KitabYurdu.org