Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə105/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   117

isə  1  il  sonra  baş  verir.  Zədələnmə  yerində  diametri  15  mm  olan  ulduzvarı  çapıq 
əmələ gəlir. Proqnoz adətən qənaətbəxşdir. 
Müalicə.  Sürmə  preparatlarından  (solyusurmin),  delaqil,  monomisin, 
aminoxinol istifadə olunur. 
Laborator diaqnostika. Dağılmamış qabarcığın punktatı (seroz- hemorıagik 
ekssudat)  və  ya  dağılmış  xoradan  qaşmtı  müayinə  edilir.  Bakterioskopiya  üçün 
yaxmanı  Romanovski  üsulu  ilə  boyayırlar.  Bu  zaman  parazitin  protoplazması  göy 
rəngə,  nüvəsi  -  qırmızı-yaqut  rənginə  boyanır.  Xəstəliyin  ikinci  yarısında 
bakterioskopiya  nəticə  verə  bilməz.  Ən  etibarlı  metod  materialın  NNN  mühitinə 
əkilməsidir, az hallarda ağ siçanlarda bioloji sınaq qoyulur. Leptomonadlardan olan 
antigcnlə dəri-allcrgik sınağı aparılır ki, o da xəstəliyin ilk ayında müsbət olur. 
Profilaktik  tədbirlər.  Xəstəliyin  yayılmasının  qarşısını  almaq  məqsədilə 
xəstələrin  erkən  aşkarlanmasını  və  müalicəyə  cəlb  edilməsini  həyata  keçirirlər. 
Hünülərin  uçuş  yerlərində  yaşayış  məskənlərində  kütləvi  işləmə  (tiofos, 
heksaxloran)  aparmaq  lazımdır.  Fərdi  qorunmaq  üçün  dəriyə  repellentlərin 
çəkilməsi,  pəncərələrin  torlan-  ması,  yataq  miçətkənlərindən  istifadə  edilməsi 
məsləhət  görülür.  Son  vaxtlar  vaksinoprofilaktika  yerinə  yetirilir  ki,  o  da  dəri 
leyşma- niozunun hər 2 tipinə qarşı immunitet yaradır. 
Əkscpidemik  tədbirlər.  Leyşmaniozun  dəri  forması  ilə  xəstələr  müalicəyə 
cəlb  olunmalıdırlar.  İnfeksiyanın  hünülər  vasitəsilə  yoluxma  imkanını  aradan 
qaldırmaq  üçün  zədələnmiş  sahəni  örtən  sarğıların  (leykoplastır)  qoyulması, 
mənzildə hünülərin qırılması tövsiyə edilir. 
Kənd tipli (səhra) dəri Icyşmaniozu 
Kəskin invazion xəstəlik olub şəhər tipli dəri lcyşmaniozuna bənzəyir, lakin 
ondan  dəri  zədələnmələrinin  kəskin-iltihabi  xarakteri  ilə  fərqlənir.  Bu  forma 
Borovski  xəstəliyinin  2-ci  tipi  (kəskin  nekrozlaşan),  murqab,  pendin  xorası  da 
adlanır. 
Törədici.  Şəhər  tipli  dəri  leyşmaniozun  un  törədicisi  Leishmania  iropika 
major  (leyşmaniyanın  böyük  forması),  leyşmanial  mərhələnin  ölçüləri  (4-6*  1-3 
mkm)  L.  iropika  minora nisbətən  böyükdür.  Başqa  cəhətlərinə  görə  şəhər  tipli  dəri 
leyşmaniozu ilə oxşardır. 
İnvaziya mənbəyi. İnvaziya mənbəyi qumluq səhraların sakinləri olan vəhşi 
gəmiricilər - qum .siçanları: böyük, qırmızıquyruq siçanlar, 
309 
downloaded from KitabYurdu.org


həmçinin  nazikbarmaq  sünbülqaran  sayılır.  Böyük  qum  siçanının  leyşmaniyalarla 
yoluxması  70%-ə  çatır,  bəzi  biotoplarda  isə  başdan  başadır.  Lcyşmaniyaların 
gəmirici  populyasiyasında  sirkulyasiyası  Phlebotomus  cinsi  qansoran  hünülər 
vasitəsilə həyata keçir. 
İnvaziya  mənbəyinin  yoluxduruculuq  dövrü.  Gəmiricilər  spontan  olaraq 
leyşmaniozla  7,5  ay  ərzində  xəstələnirlər,  onların  qulaqları,  burnu,  göz  qapaqları 
zədələnir. Hünülər-hematofaqlar yoluxdurucu sayılırlar. Hünü qansoımadan 6-8 gün 
sonra  yoluxdurucu  olur.  26-  30°C  temperaturda  hününün  tam  metafoımozu  1  ay 
davam edir. 
Yoluxma  mexanizmi  və  yolu.  Yoluxma  mexanizmi  -  transmis-  sivdir. 
Parazit  gəmiricilərin  yuvalarında  yaşayan  Phlebotomus  cinsi  -  Ph.papatasii, 
Ph.sergenli, Ph. caucasicus hünülərinin hematofaq dişi fərdlərinin dişləməsi zamanı 
ötürülür.  Yoluxma  insanın  fəaliyyəti  nəticəsində  (səhra  və  yarunsəhraların 
məskunlaşması)  yaranmış  antıopurgik  ocaqlarda  baş  verə  bilər.  Hününün  uçuş 
radiusu - 1,5-2 km-ə çatır. 
Həssaslıq  və  immunitet.  Şəhər  dəri  leyşmaniozunda  olduğu  kimidir. 
İmmunitetin fərqləndirici cəhəti ondadır ki, səhra tipli dəri leyşmaniozunda o, daha 
tez (xəstəliyin başlanğıcından 2 ay sonra) yaranır və homoloji superinfeksiyaya qarşı 
davamlı rezistcntlik əmələ gəlir. 
Epidemik prosesin təzahürləri. Asiya ölkələrində (Hindistan, 
ÇXR), Afrikada (Saxara), həmçinin Ərəbistan yarımadası və Cənubi 
••  _____________  
Avropada  rast  gəlir.  MDB  ölkələrindən  Özbəkistan  və  Türkmənistan 
respublikalarında  müəyyən  rayonlarda  spoıadik  şəkildə  qeyd  olunur.  Dəri 
leyşmaniozundan fərqli olaraq, immunitet daha tez - xəstəliyin başlanğıcından 2 ay 
sonra  əmələ  gəlir.  Xəstəlikdə  mövsümilik  qabarıq  ifadə  olunur,  avqust-sentyabrda 
xəstəlik  halları  ən  yüksək  rəqəmə  çatır.  Ağır  epidemik  alovlanmalar  da  baş  verə 
bilər.  Kənd  (səhra)  tipli  dəri  leyşmaniozu  səhra  və  yarımsəhraların 
məskunlaşmasında  iştirak  edən  köçkünlər,  inşaatçılar,  geoloqlar  və  digər 
kontingentlər arasında qeydə alınır. Məskunlaşma yerlərinin ətrafında yerləşən kənd 
məntəqələrində də rast gəlir. 
İnkubasiya dövrü. 1-4 həftədir. 
Əsas klinik əlamətləri. Şəhər formasında rast gələn dəri zədəlon- mələrindən 
fərqli olaraq, kəskin nekrozlaşan formada qranulomalar üzə nisbətən daha çox aşağı 
ətraflarda yerləşirlər. Başlanğıc infiltrat kəskin-iltihab, fuıunkulabənzor xarakter alır, 
prosesin inkişafı tezləşmişdir - 1-3 həftədən sonra xoralaşma baş verir, bütün proses 

310 
downloaded from KitabYurdu.org


dişləmədən  xoranın  epitelləşməsinə  qədər  olan  müddət  2  aydan  6  aya  qədər  çəkir. 
Çapıqlar həmçinin atıofik xarakter, «ştamplı» forma  alırlar.  Müalicə  və proqnozu  - 
şəhər tipli leyşmanioza oxşardır. 
Laborator diaqnostika şəhər tipində olduğu kimi qoyulur. 
Profilaktik  tədbirlər.  Şəhər  tipli  dəri  lcyşmaniozunda  aparılan  profilaktik 
tədbirlərə əlavə olaraq, kənd leyşmaniozunun qarşısının alınması məqsədilə yaşayış 
məskənlərində və ya iş yerlərində (ekspedisiya, tikinti) 1,5-3 km radiusunda ətrafda 
gəmiricilərin  və  hünülərin  qırılmasına  yönəldilmiş  tədbirlərin  həyata  keçirilməsi 
vacibdir. 
Əkscpidemik  tədbirlər.  Şəhər  tipli  dəri  leyşmaniozunda  olduğu  kimi 
aparılrr.  Həmçinin  xəstənin  təbii  endemik  ocaqda  olmasını,  peşəsi  və  ya  onun  hər 
hansı endemik ocağa getməsini araşdırırlar. 
Visseral leyşmanioz 
Xronik  gedişli,  temperaturun  dövri  surətdə  artması,  proqress-  sivləşən 
qanazlığı, Ieykopcniya, qranulositopeniya, hepatosple- nomeqaliya və kəskin şəkildə 
arıqlama  ilə  səciyyələnir.  Xəstəlik  həmçinin  kala-azar,  uşaq  leyşmaniozu,  daxili 
leyşmanioz da adlandırılır. 
Visseral  leyşmaniozun  2  əsas  formaları  ayırd  edilir:  Hindistan  kala-azarı  və 
Aralıq dənizi. 
Törədici.Visseral  leyşmanioz  qamçılılara  aid  olan  Leishmania  donovani 
(infantum)  tərəfindən  törədilir,  onun  biologiyası  bəzi  fərqlər  istisna  olmaqla  şəhər 
tipli dəri leyşmaniozuna oxşardır. Bu fərqlər: Ieyşmanial formalar (qamçısız) visseral 
leyşmaniozda  dalaq,  qaraciyərin  qan  və  limfa  kapillyarlarının  endotel 
hüceyrələrində,  limfa  düyünlərində,  makrofaqlaıda,  sümük  iliyinin  mielositlorində 
(reti- kulo-endotelioz) aşkar edilirlər. 
İnvaziya  mənbəyi.  İnvaziya  mənbəyi  çaqqallar,  tülkülər,  oxlu  kirpilər,  qum 
siçanlarıdır. Onlar vasitəsilə invaziyanın rczervuarına sinantrop və ev heyvanları da 
(itlər, bəzən pişiklər də) cəlb olunurlar. 
Visseral  leyşmaniozun  Aralıq  dənizi  formasında  invaziya  mənbəyi  qismində 
itlər böyük epidemioloji təhlükə təşkil edirlər. 
İnvaziya  mənbəyinin  yoluxduruculq  dövrü.Visseral  leyşmaniozla  xəstə 
olan  heyvanlar  xəstəliyin  bütün  dövründə  yoluxdurucudurlar,  xüsusən  də 
keçiricilərin  dişləməsi  üçün  dəri  xoraları  əlçatan  olduqda.  İnfeksiya  yoluxmadan 
sonra 3-4 ay ərzində davam edə bilər və 
311 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə