DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
89
SAKİT MƏMMƏDOV: MÜASİR VƏ KLASSİK ÜSLUBUN SİNTEZİ
Rəssamın hər əsəri həm də müəmma və sezilməzliyi ilə fərqlənir. Sakit Məm-
mədovun istedadı məhz portretlərdə daha dolğun ifadə olunur, onun yaratdığı 
əsərlərin miqdarı isə rəssamın ağlasığmaz yaradıcı məhsuldarlığına sübutudur. 
Onun portretləri sanki psixoloji etirafl ar kimi tamaşaçını insan siması ilə baş-başa 
buraxır, onu düşündürür. Belə ki, rəssam bu simaları zamanın axınından qopara-
raq, əbədiyyət üçün həkk edib.
O, portretləri insan qəlbinə dərindən nüfuz edərək çəkir və bu, rəssamın əsl 
istedadının əsas fərqli xüsusiyyətidir. Lakin rəssamın yaradıcılığının ana xəttini 
qadın portretləri təşkil edir. S.Məmmədov zərifl iyi, safl ığı, nəcib ləyaqəti və ru-
hun gözəlliyini çatdıran xeyli sayda qadın simasını kətan üzərində canlandırıb.
Bilirsinizmi?
“Aktrisa”. 1996
“Küsmüş mələk”. 1998 
“Nərgiz”. 1997
İmpressionist rəssamların və Sakit Məmmədovun üslub tərzi arasında 
fərq nədədir?
Düşünün və izah edin
saxlanılır. Onun əsərləri Rusiya, Qərbi Avropa və ABŞ-da əksər muzey 
və  şəxsi  qalereyaları  bəzəyir.  Sakit  Məmmədov  –  yüksək  mənəviyyata 
və əxlaqa malik yaradıcı şəxsiyyətdir. O, yaratmaq və çox böyük müsbət 
enerji ilə dolu əsərlərini insanlara bəxş etmək üçün çalışmaqdadır.
Müəyyən edin
1. 
S.Məmmədovun əsərlərində kompozisiya, kolorit və mövzunun məz-
munu nədən ibarətdir?
Yaradıcı fəaliyyət
2. 
Tanınmış sima, məşhur insan və ya dostunuzun portretini çəkin. 
3. 
S.Məmmədovun  yaradıcılığı  haqqında  əlavə  məlumat  toplayın  və 
təqdimat hazırlayın.
Rəngli karandaşlar, pastel təbaşırlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar

S.Məmmədovun yaradıcılığının əsas xüsusiyyətləri nədən ibarətdir?
Özünüzü yoxlayın
LAYİHƏ


POL SEZAN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
90
Cavad
Mircavadov
Ömər Eldarov
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR
Mikayıl Useynov
1. 
Sənətkarların yaradıcılığını yadınıza salın, verilmiş əsərlərin 
hansı rəssam tərəf
indən yaradıldığını müəyyən edin.
Özünüzü yoxlayın
“Azad qadın” heykəli
“Növbədən qayıdanlar”. 1957
Bakı Musiqi Akademiyası
LAYİHƏ


POL SEZAN: KOMPOZİSİYA, FORMA VƏ RƏNG  
AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
91
Tahir Salahov
Fazil Nəcəfov
“Yüzilliklərin himni” silsiləsindən. 
1986
“Səadət”. 
Kompozisiya. 
1956. Tunc
2. 
Rəssamların  yaradıcılığı  və  yaratdığı  əsərlər  hansı  cərəyanı 
əhatə edir?
“Həyatın mərtəbələri”. 1988. Material: bürünc
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
92
3. 
Rəssamlar hansı növ və janrda fəaliyyət göstərmişlər?
“Goradildə”. 1966
“Novruz” silsiləsi – “Kəndirbazlar”
“Küsmüş mələk” 1998 
Fərhad Xəlilov
Sakit
Məmmədov 
Arif Hüseynov
LAYİHƏ


Kino sənətinin fantaziyası hər birimizi maraqlandırır, səhnənin 
sehri  valeh  edir,  animasiyalar  şənləndirir,  çəkdiyimiz  foto-
şəkillər  həyatımızı  maraqlı  və  rəngarəng  edir.  Lakin  biz 
heç düşünmürük ki, onların yaranma tarixi təsviri sənətdən 
başlayıb və eynilə onun kimi, təsvir, görüntülü obrazlar di lin-
də danışır. 
ƏTRAFIMIZDA 
OLAN RƏSSAM 
YARADICILIĞI
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
94
Tabloda təsvir edilən hər bir şey – 
rəs samın əl işidir. Tamaşanın mü-
əl lifi nin  kimliyi,  onda  rəssamın 
rolunun nədən ibarət olduğu bizə 
həmişə aydındırmı?
RƏSSAM VƏ
TEATR SƏNƏTİ
Tanış olun
Müasir təsviri sənət çoxcəhətli və çoxsimalıdır. Ənənəvi təsvir forma-
ları – rəsm, rəngkarlıq, heykəltəraşlıq ilə yanaşı, texnikanın doğurduğu 
yeni formalar meydana gəlir. Fotoqrafiya, kino, video… bunlara aiddir. 
Bu yeniliklərin meydana çıxması rəssamın təsviretmə və yaradıcılıq im-
kanlarını genişləndirir, çünki onlarda rəssam və rəssam baxışı istedadı 
var. Axı, rəssam təkcə rəsm çəkən deyil, həm də dünyanı özü kimi görən 
şəxsdir.
RƏSSAM VƏ SƏHNƏ. Teatr rəssamının işi rəngkarın və ya qrafikin 
işindən fərqlənir. Onlardan fərqli olaraq, teatr rəssamı kətan və ya kağız 
səthi ilə işləmir, o, tamaşanın yarandığı səhnə boşluğunda çalışır. Bu, 
bədii yaradıcılığın xüsusi növü – teatr-dekorasiya sənəti, yaxud sseno-
qrafiya  (səhnəqrafiya),  teatr  rəssamının  özü  isə  ssenoqrafdır.  Teatral 
vasitələrlə real dünya obrazının yaradılması rəssam-ssenoqrafın əsas və-
Mehriban Əfəndi. “Gecənin sirləri”
Qara Qarayev. “Yeddi gözəl” baletindən fraq-
ment. Azərbaycan Dövlət Akade mik Opera və 
Balet Teatrının balet truppasının ifası
Hansı Azərbaycan rəssamları teatr üçün dekorasiya və geyim eskizlə-
ri hazırlayıblar?
İncəsənətə dair dialoq
Xatırlayın
21
LAYİHƏ


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
95
RƏSSAM VƏ TEATR SƏNƏTİ
zifəsidir. Ssenoqrafın yaradıcılığı dizayn, memarlıq, rəngkarlıq, texno-
logiyalar, ən başlıcası, kompozisiya bilikləri tələb edir. Teatr rəssamı bir 
çox yaradıcı və peşə vəzifələrini – geyim və qrimi yaratmalı, əsərdə baş 
verən hadisələri səhnədə təcəssüm etdirməli, işığın haradan düşəcəyini 
və necə olacağını müəyyənləşdirməyi, həll etməyi bacarmalıdır.
Teatrda səhnələrin müxtəlif üslubularda tərtibatı
Azərbaycan  teatr-dekor  sənəti  zən-
gin tarixə malik dir. Teatr ilə rəssamlıq 
sənətini birləşdirən bu klassik incəsənət 
sahəsi  milli  mədəniyyətimizin  mühüm 
qaynaqlarından birini təşkil edir. 
Milli  teatr-dekor  sənətinin  təməl 
daşlarını  Əlibəy  Hüseynzadə,  Əzim 
Əzim zadə, Bəhruz Kəngərli qoymuşlar. 
1920-30-cu  illərdə  Rüstəm  Mustafa-
yev,  Qəzənfər  Xalıqov,  Nüsrət  Fətul-
layev, Sa dıq Şərifzadə,Bədurə Əfqanlı, 
İsmayıl Axundov kimi teatr rəssamlarımız səhnəqrafiyanın inkişafında xüsusi 
rol  oynamışlar.
Vaxtilə milli teatr-dekor sənətimizi Rüstəm Mustafayev, Nüsrət Fətullayev, 
Əyyub Fətəliyev, həmçinin korifey sənətkarlarımız Tahir Salahov, Mikayıl Ab-
dullayev, Toğrul Nərimanbəyov və başqaları inkişaf etdirmişlər. Bu gün Nazim 
Bəykişiyev, Tahir Tahirov kimi sənətdə öz sözünü demiş rəssamlarımız səhnə-
qrafiya sahəsində çalışırlar. 
Bu, maraqlıdır
Yaradıcılığında öz qanunlarını yeridən rəngkar-rəssamdan fərqli ola-
raq, ssenoqraf teatrın, hər şeydən əvvəl, rejissorun təklif etdiyi qayda-
larla oynamalıdır. 
Bu, o demək deyil ki, rəngkar ilə müqayisədə ssenoqrafın yaradıcılıq 
azadlığı məhduddur. Hər incəsənət sahəsinin öz çərçivəsi var.
Səhnədəki aləmə bu və ya digər predmetlər daxil ola bilər, amma o, bizi 
əhatə edən gerçəkliklə eyni olmayacaq. Səhnə aləmi şərti və obrazlıdır.
Teatrda müxtəlif profil rəssamlar: quruluşçu rəssam, rəssam-texno-
loq, işıq üzrə rəssam, geyim üzrə rəssam işləyir.
Tahir  Salahovun  bəstəkar  Fikrət  Əmirovun 
“1001 gecə” baletinə verdiyi dekorasiya eskizi
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə