Dərs vəsaitindən


FƏSİL. MARKETİNQ İNFORMASİYALARI VƏ İNFORMASİYA SİSTEMİ



Yüklə 0,79 Mb.
səhifə18/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   140
marketinq-tedqiqatlar qaralama

11 FƏSİL. MARKETİNQ İNFORMASİYALARI VƏ İNFORMASİYA SİSTEMİ


    1. Marketinq informasiyaları, onların xassələri təsnifləşdirilməsi

Müəssisənin əlverişli bazar mövqeyinin təmin olunması onun resurs potensialımn tərkib hissəsi kimi informasiya resurslarının mövcudluğundan çox asılıdır. Marketinq fəaliyyətinin həyata keçirilməsi bu fəaliyyət növü üzrə zəruri informasiyaları əldə etmədən, demək olar ki, mümkün deyil.

“İnformasiya” sözü latınca “məlumatlandırmaq, arayış vermək” mənasını ifadə edir. Marketinq informasiyası anlayışı adı altında marketinq fəaliyyətinin həyata keçirilməsi məqsədilə toplamimış bilgilərin, anlayışların, məlumatların məcmusu başa düşülür.

İstənilən müəssisə özünün istehsal-satış fəaliyyəti prosesində müxtəlif növ informasiyalan toplayıb əldə edir və yaxud generasiya edir. Belə informasiya bolluğu şəraitində müəssisənin marketinq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı informasiyalar spesifik xüsusiyyətləri ilə seçilir. Həmin xüsusiyyətlərə aşağıdakıları aid etmək olar:



  • müəssisənin marketinq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan informasiyalann (biliklər, məlumatlar və arayışlar toplusunun) həcmi kifayət qədər böyükdür, ona görə də informasiyaların sistemləşdirilməsi və onların yığılmasının adekvat qaydaları tələb edilir;

    • marketinq fəaliyyətinin həyata keçirilməsi üçün informasiyaların əldə edilməsi və çevrilməsi tsiklləri müəyyən zaman intervalmda dəfələrlə təkrar edilir; bazar situasiyası haqqında bilgilər və məlumatlar sürətlə köhnəldiyinə görə bazarı xarakterizə edən informasiyaların yenidən toplanılması və işlənilməsi lazım gəlir; informasiyanın əldə edilməsi və çevrilməsi tsikllərinin təkrarlanması, həm də elmi-texniki tərəqqinin təsiri nəticəsində informasiyamn dinamik olaraq yeniləşməsi ilə əlaqədardır;

    • informasiyaların əldə edilməsi mənbələri çoxdur, ona görə də onların yığılması çətinliklərlə müşayiət edilir, marketinq fəaliyyətini həyata keçirmək üçün informasiya mənbələrinə heç də həmişə (müntəzəm şəkildə) müraciət olunma imkanı olmur;

    • marketinq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan informasiyalar içərisində keyfiyyət xarakteristikalı informasiyaların xüsusi çəkisi kifayət qədər yüksəkdir, bu da informasiyanın zəif strukturlaşmasına dəlalət edir və həmin informasiyalann yığılması və təhlili prosesinin çətin olduğunu göstərir.

Marketinq fəaliyyətinə dair düzgün qərar qəbul etmək üçün marketinq informasiyaları bir sıra xassələrə malik olmalıdır. Onlara aşağıdakılar

aiddir: gerçəklik, aktuallıq, tamlıq, relevantlıq, müqayisə oluna bilmək imkanı, əlyetərlilik, qənaətcillik.



İnformasiya,nn 2ercdklivi dedikdə onun tədqiqat obyektini və yaxud

prosesini təhrif etmədən əks etdirməsi başa düşülür.



İnformasiyanın aktuallm onun hər bir zaman amna marketinq mühitinin vəziyyətini real əks etdirməsi ilə müəyyən edilir. İnformasiyanın bu xassəsi onun müasirlik səviyyəsini xarakterizə edir. Aktual olmayan, köhnəlmiş informasiyaların marketinq fəaliyyətinin həyata keçirilməsinə dair qərar qəbulu baxımmdan heç bir dəyəri yoxdur. Ona görə də informa- siyamn əldə olunması ilə onun istifadə olunması vaxtı arasındakı fərqin mi- nimumlaşdınlması diqqət mərkəzində saxlamimalıdır. Lakin tədqiqat obyektinin və yaxud prosesinin retrospektiv öyrənilməsi zamanı informasi- yanm əldə edilmə və istifadə müddəti arasındakı zaman intervalı böyük də ola bilər.

İnformasiyanın tamim. Marketinq informasiyası qərar qəbulu baxımından kifayət qədər tam olmalı, marketinq mühitinin vəziyyətinə və inkişafına təsir edən amilləri yaxşı əks etdirməlidir. Informasiyamn fraq- mentarlığı marketinq fəaliyyətinə dair qərar qəbulunda çətinliklərə, bəzən isə, ümumiyyətlə, qərann qəbulunun mümkün olmamasına gətirib çıxarır. Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, qərar qəbulu baxımından məlumatların həddindən artıq çox olması da müəyyən çətinliklərə gətirib çıxarır. Ona görə də marketinq informasiyasımn məzmunu zəruri səviyyədə tam olmalı, yalnız qərar qəbulu üçün nəzərə alınması lazım gələn amilləri özündə əks etdirməlidir.

Qeyd edək ki, informasiyanın tamlıq xassəsi tələb olunan qərar qəbulunun sistemlilik və komplekslilik prinsipinə riayət olunmasından irəli gəlir və həmin prinsipin əsasında formalaşır.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə