Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   145

 36
Bütün bunlara baxmayaraq, yeri gəldikcə «fiziki tərbiyə», «fiziki təhsil» və «fiziki inkişaf» anlayışları da 
ara-bir  işlənmişdir. 
              Qeyd etməliyik ki, «fiziki tərbiyə» anlayışı XIX əsrin 2-ci yarısında iki mənada «geniş» və «dar» 
mənada işlədilməyə başlamışdır. Fiziki tərbiyə  uşaq orqanizminə mütəşəkkil təsir göstərən proses kimi 
bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, fiziki qüvvələrin artmasına, 
mühitin zərərli təsirlərinin qarşısını almağa, müqavimətin artmasına və sağlamlığın möhkəmləndirilməsi 
məqsədinə yönəldilmişdir (P.F.Lesqaft, 1874, 1888; A.N.Filippov, 1900 və b.). Onun nailiyyətləri isə hər 
şeydən  əvvəl normal gigiyenik şəraitin yaradılmasına, bədənə qulluq edilməsinə  və fiziki hərəkətlərin 
tətbiqinə xidmət etməli idi. Lakin bəzi müəlliflər axırıncını  qəbul etməmiş (V.V.Qorinevski, 1913; 
D.A.Dyuperron, 1925), fiziki tərbiyənin bu cür dar mənada anlayışını – «fiziki inkişaf» yönəmi 
adlandırmışlar. 
              Fiziki tərbiyə nisbətən geniş mənada anlayış kimi Qərbi Avropa və ABŞ ölkələrində daha geniş 
yayılmış  və digər anlayışlara nisbətən xeyli üstünlüyə malik olmuşdur. Göstərmək lazımdır ki, fiziki 
tərbiyə sahəsində  işləri yaxşılaşdırmaq üçün fiziki inkişafa, sağlamlığın möhkəmləndirilməsinə  və 
müəyyən hərəkətverici hazırlığa yiyələnmək başlıca  şərtlərdən biridir. Eyni zamanda bir sıra görkəmli 
alimlər axırıncını psixikaya təsirlə – intellekt, iradə, emosiya, əxlaq və s. ilə  sıx  əlaqədar olduğunu 
göstərmişlər (F.Laqrnaj, 1894; Q.Demeni, 1900, 1905, 1915 və b.). 
              Tarixə kiçik bir baxışdan göründüyü kimi, «fiziki tərbiyə» anlayışı XIX əsrdən oktyabr sosialist 
inqilabından xeyli əvvəl yaranmış və bizə gəlib çatmışdır. 1920-ci ildən isə «fiziçeskaya kultura» anlayışı 
ilə  əvəz olunmuşdur. Daha doğru desək, «fiziki tərbiyə» anlayışı  ədəbiyyatda və danışıqda az-az 
işlənməyə başlamış və onun mövqeyi tədricən zəifləmişdir. 
              Böyük  rus  anatom  və pedaqoqu P.F.Lesqaft «Məktəbyaşlı  uşaqların fiziki təhsilinə  rəhbərlik» 
adlı çox qiymətli  əsərində ilk dəfə olaraq «Fiziki təhsil» terminini işlətməklə, həm də fiziki təhsil 
nəzəriyyəsini yaratmışdır. O, fiziki təhsili, həqiqi mənada şəxsiyyətin anatomik-fizioloji xüsusiyyətləri ilə 
və  həm də  hərtərəfli inkişafın  şərtləri olan əqli,  əxlaqi və  bədən tərbiyəsi ilə bağlamışdır. Lesqaftın 
fikrincə, fiziki təhsilin son məqsədi tərbiyəli və təhsilli şəxs yetişdirməkdən ibarətdir. Lesqafta görə, fiziki 
tərbiyənin məqsədi, ayrı-ayrı hərəkətləri təlim etməyi, onları bir-biri ilə müqayisə və şüurlu idarə etməyi 
və i.a. öyrətməkdir. 
              P.F.Lesqaft məktəbyaşlı uşaqların fiziki tərbiyə sisteminə, xüsusən məktəblilərin harmonik fiziki 
inkişafını, sağlamlıqlarının möhkəmləndirilməsini, fiziki gücünün artırılmasını və s. daxil etmişdir. 
Lesqaftın fiziki təhsil nəzəriyyəsinin davametdiricisi V.V.Qorinevski (1913)  fiziki inkişafı 
yaxşılaşdırmaq və  hərəki (fiziki) keyfiyyətləri təkmilləşdirmək məqsədi ilə xüsusi olaraq mütəşəkkil 
surətdə  təşkil edilmiş orqanizmin forma və funksiyalarına təsir göstərilməsini fiziki təhsil ilə 
əlaqələndirmişdir. Eyni zamanda bunun müvəffəqiyyətlə həyata keçirilməsini yaxşı hazırlıqlı pedaqoqun 
fəaliyyəti ilə bağlamışdır. O, bütün bunlarla bərabər fiziki təhsilə  uşaqların öz hərəkətlərinə  şüurlu 
yanaşması, onların tətbiqi, hərəki vərdişlərə öyrəşmə, həmçinin iradə və  xarakterin möhkəmləndirilməsi 
kimi baxmışdır. 
 A.D.Butovski (1913) Lesqaftın ideyalarına istinad edərək yazır ki, fiziki təhsil dedikdə, hərəkət 
koordinasiyasının təkmilləşməsi və  hər bir adam üçün zəruri olan ümumi fiziki hərəkət vərdişlərinin 
qazanılması başa düşülür. Daha sonra qeyd edir ki, bu vaxt fiziki təhsil prosesi, həm də fiziki inkişafın 
düzgün getməsinə, fizioloji cəhətdən orqanizm üçün faydalı olmasına kömək göstərməli, insan 
psixikasına – əqli inkişafa, möhkəm iradənin və emosiyanın yaranmasına müsbət təsir etməlidir. 
              Lesqaftın fiziki təhsil irsi ilə müqayisədə onu məhdud və sadə  şəkildə  qəbul edən ideyalar da 
meydana gəlmişdir. Onlar fiziki təhsili hərəki bacarıq və  vərdişlərin aşılanmasının müəyyən işlənmə 
məcmui və istifadə prosesi kimi qəbul etmişlər (Bax: M.fon-Krit, 1912). 
      Q.Dyuperron (1925) fiziki təhsili yalnız fiziki tərbiyə prosesində qazanılmış «bədən keyfiyyətləri»nin 
şüurlu məqsədəuyğun istifadə edilməsinə yiyələnmək incəsənəti kimi qiymətləndirmişdir. Demək,  əgər 
P.F.Lesqaft onun arxasınca V.V.Qorinevski və A.D.Butovski fiziki təhsil fikrinə sözün geniş mənasında 
fiziki tərbiyənin bütöv bir sistemi kimi baxırlarsa, digər mənada isə onu bu sistemin tərkib hissələrindən  
biri hesab edirlər. 
              Yuxarıda söylədiyimiz kimi, oktyabr sosialist inqilabından sonra bu sahədə yeni anlayışlar 
yaranmış, «fiziki tərbiyə» anlayışı sıxışdırılıb aradan çıxarılmışdır. 


 37
              1925-ci  il  13  iyunda  RKP/b/MK  bədən tərbiyəsi haqqında xüsusi qərar qəbul etmişdir. Bu 
qərarda deyilir ki, bədən tərbiyəsinə yalnız fiziki tərbiyə, sağlamlıq, təsərrüfat mədəniyyəti və  hərbi 
hazırlıq nöqteyi-nəzərindən baxılmamalı, ona ümumi siyasi metod, kütlələrin tərbiyə mədəniyyəti, onların 
siyasi həyata cəlb olunma vasitəsi kimi baxılması  zəruridir. Bununla da ümumi xalq kütlələrini 
kommunist tərbiyəsində bədən tərbiyəsinin əhəmiyyəti və yeri müəyyənləşdirilmişdir. Qərarda, həmçinin 
göstərilir ki, bədən tərbiyəsi təkcə fiziki hərəkətlərlə məhdudlaşdırılmamalı, təbiətin təbii amilləri, rejim 
və digər gigiyenik faktorlardan istifadə olunmaqla ora əmək və məişətin gigiyenası da daxil edilməlidir. 
              V.E.İqnatyev RKP/b/MK-nın bədən tərbiyəsi barədə 1927-ci il tarixli qərarına əsaslanaraq qeyd 
edir ki, bədən tərbiyəsi fiziki hərəkətləri kifayət qədər özündə cəmləşdirə bilmədiyi halda o, gigiyena və 
sanitariyanın əsaslarını bir o qədər dərindən həyata keçirir və mənimsədir»
48

          1920-ci illərin sonuna yaxın fiziki tərbiyə anlayışına münasibət yenidən dəyişilməyə başlamışdır. 
Məsələn, A.A.Ziqmund (1926) köhnə terminlərdən istifadə edib, onları tutuşduraraq belə bir qənaətə gəlir 
ki, fiziki tərbiyə və fiziki təhsil–yəni bədən tərbiyəsi …»
49

       1930-cu illərdə isə demək olar ki, «Fiziki tərbiyə» və «Fiziki təhsil» anlayışları tamamilə unudulur. 
Tədris-tərbiyə  işlərinin təkmilləşdirilməsinə, xüsusən: 1) Gigiyenik vəzifələrin (sağlamlıq) həyata 
keçirilməsinə diqqət artırılır; 2) Təhsil vəzifələrinə xüsusi fikir verilir ki, bura isə  əsas hərəkətlərə 
yiyələnmək, ümumi koordinasiyanın inkişafı, hərəki bacarıq və  vərdişlərin formalaşdırılması  və  hərəki 
fəaliyyət üzrə zəruri biliklərin mənimsədilməsi daxildir. 
        M.N.Skatkin məktəb təhsilinin məzmununun bütöv bir sistem olduğunu şərh edərək göstərir ki, … 
bilik, bacarıq və vərdişlərə yiyələnmək məktəblilərin əqli və fiziki qabiliyyətlərinin inkişafını təmin edir. 
… dünyagörüşünün və mənəviyyatının əsaslarını, habelə müvafiq davranışları formalaşdırır, onları həyata 
və əməyə hazırlayır»
50
.  
         N.V.Savin  «Teoriya  i  metodika fiziçeskoqo vospitaniya» (T.İ.M., «Fizkultura i sport», 1967) 
dərsliyinə istinad edərək yazır ki, fiziki tərbiyə-pedaqoji proses olub, insan orqanizminin morfoloji və 
funksional təkmsilləşməsinə, həyat üçün vacib əsas hərəki 
bacarıqların, onlarla əlaqədar biliklərin formalaşmasına və yaxşılaşmasına istiqamətləndirilmişdir»
51

  Bədən tərbiyəsi 
52
ümumi mədəniyyətin bir hissəsi olub, əhalinin fiziki cəhətdən təkmilləşməsinin 
xüsusi vasitəsi və onlardan istifadə işində cəmiyyətin əlldə etmiş olduğu nailiyyətlərin məcmuidir»
53

Fiziki inkişaf – bu proses insan orqanizminin bioloji forma və funksiyalarının qurulması  və 
dəyişdirilməsində, həyat şəraitinin və tərbiyənin təsiri altında onun təkmilləşdirilməsində vacib olsa da, 
lakin o, inkişafda tək amil deyildir»
54

   V.N.Semenov yazır ki, fiziki tərbiyə – şəxsiyyətin hərtərəfli inkişafının komponenti və kommunist 
tərbiyəsinin mühüm vasitəsidir
55

              Bədən tərbiyəsi institutları üçün dərslikdə göstərilir : 
          Fiziki tərbiyə dedikdə pedaqoji proses başa düşülür ki, bunun  
mahiyyətinə insanın fiziki inkişafının və onun fiziki təhsilinin idarə  
olunması daxildir»
56
. 
  Dərslikdə daha sonra qeyd olunur ki, fiziki tərbiyə ümumpedaqoji prosesin bir hissəsidir. Onun 
təyinatı adamları fiziki cəhətdən tərbiyə etməklə yanaşı, yaşlı nəslin bədən tərbiyəsi və idman sahəsində 
toplanmış bilik, bacarıq və vərdişlərini gənc nəslə verməkdən ibarətdir»
57

                                                 
48
 В.С.Игнатйев. Основы советской системы физической културы. М., Изд-во «Работник просвешенийа», 1927. 
49
 А.А.Зигмунд. Основы советской системы физкултуры.М., изд-во «Новайа Москва», 1926. 
50
 М.Н.Скаткин. Основы содержанийа образованийу в советской школе. В кн.: Основы дидактики. Под ред. 
Б.П.Есипов, М., изд-во «Просвешенийе», 1967, с.63. 
51
 Савин Н.В. Педагоэика. М., «Просвешенийе», 1972, с. 250. 
52
 
«Физическая култура» анлайышы азярбайъан дилиндя бядян тярбийяси кими  
тяръцмя олунуб вя дилимиздя дя бу шякилдя ишлянилир. Щалбуки о, физики мядяниййят кими тяръцмя едилмяли иди. 
53
 Савин Н.В. Педагоэика. М., «Просвешенийе», 1972, с.251. 
54
 Йеня орада. Сящ.251 
55
 Г.И.Шукинанын редактяси иля. Педагогика школы. М., «Просвешенийе», 1977, с.138. 
56
 В.В.Беларусова вя И.Н.Решетенин редактяси иля. Педагогика. М., «Физкултура и спорт», 1978, с.230 
57
 Йеня орада, с. 230. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə