34
fəaliyyətində yalnız bir funksiya – verilən bilik və bacarığı mənimsəmək funksiyasını görürlər. Başqa
sözlə demiş olsaq, müəllim və şagirdlərin təlimdə funksiyaları məhdudlaşdırılır.
Üçüncüsü, təlimdə
müəllim və şagirdlərin fəaliyyəti vəhdətdə götürülmür. Dördüncüsü, müəllimin bəzi başlıca funksiyaları
təhlil etdiyimiz anlayışlara daxil edilməmişdir. Biz təlimdə şagirdlərin idrak fəaliyyətini təşkil etmək, ona
rəhbərlik və nəzarət etmək, şagirdlərin şəxsiyyətini formalaşdırmaq, onların təfəkkürünü inkişaf etdirmək
kimi funksiyaları nəzərdə tuturuq. Beşincisi, təlim prosesində dialektika mövqeyindən deyil, mexanizm
mövqeyindən yanaşılır. Altıncısı, həmin anlayışlar qabaqcıl məktəblərin və qabaqcıl
müəllimlərin iş
təcrübəsini əhatə etmir»
38
.
Təlim prosesinin mahiyyətinin şərhi son rus pedaqoji mənbələrində də diqqəti daim özünə cəlb
edir. «Pedaqogika» kitabının «Təlim və təhsil nəzəriyyəsi (didaktika)» fəslində təlim prosesi ilə əlaqədar
oxuyuruq: … Təlim prosesi–bilik almaq üçün müəllimin rəhbərliyi altında şagirdlərin hərəkətidir»
39
.
«Pedaqogikaya giriş» dərs vəsaitində isə təlimə belə tərif
verilir: «Təlim – bu iki tərəfli proses olub, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi (öyrənmə)
və bu fəaliyyətə müəllimin (tədris) rəhbərlik etməsi daxildir»
40
.
Başqa bir mənbədə təlimə münasibət belədir: «Təlim – bu planauyğun, mütəşəkkil və
məqsədəuyğun proses olub, böyümədə
olan nəslə bilik, bacarıq
və vərdişlər verməklə, onların idrak fəaliyyətinə rəhbərlik və dünyagörüşünün
yaranmasıdır. Bilik, bacarıq və vərdişlərə yaradıcı yiyələnmə və mənimsəmə, idrakın inkişafı və yaradıcı
qabiliyyətlərinin prosesidir»
41
.
«Məktəb pedaqogikası» dərs vəsaitinin «Təlim prosesinin mahiyyəti» fəslində isə təlim prosesi
anlayışı bu cür şərh olunur: «Təlim prosesi – müəllimin fəaliyyəti ilə şagirdlərin, həm də ümumi bir
məqsədə – şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandırmaq onları inkişaf etdirib tərbiyələndirmək
məqsədinə doğru yönəldilmiş olan bu fəaliyyətlərin mürəkkəb bir vəhdətidir»
42
.Azərbaycan pedaqoqları
da «Təlim» anlayışına biganə qalmamışlar. Müəlliflər kollektivinin nəşr etdirdikləri «Pedaqogika» dərs
vəsaitində təlimə belə bir tərif verilir: «Təlim müəllimin rəhbərliyi altında planlı və mütəşəkkil surətdə
həyata keçirilən təhsil prosesinə deyilir. Bu prosesdə iki qüvvə müəllim və şagird fəaliyyət göstərir.
Müəllim öyrədir (tədris edir), şagird öyrənir (mənimsəyir)
43
.
İ.R.Hacıyev göstərir ki, hər hansı bir təlimin qarşısında duran vəzifələr təlim verən və təlim alan
şəxslərin (müəllim və şagirdin) birgə səyi ilə həyata keçirilir,
başqa sözlə desək, təlim prosesi həm təlim,
həm də şagirdlərin fəaliyyətlərini əhatə edir»
44
.
B.A.Əhmədov, A.Q.Rzayev təlim prosesinin mahiyyətini belə izah edirlər: «Təlim – müəllimin
rəhbərliyi və müvafiq vasitələrin köməyi ilə şagirdin həyatı dərk etməsidir»
45
.
Digər «Pedaqogika» vəsaitində isə gənc nəslin biliklərə
yiyələnməsi məsələsinə toxunularkən qeyd edilir ki, bu iş bilavasitə müəllimin üzərinə düşür»
46
.
N.M.Kazımov təlimin mahiyyətini geniş təhlil edərək ona aşağıdakı kimi tərif verir: «… təlim
şagirdlərin fikri və əməli fəaliyyətinin müəllim tərəfindən təşkili, ona nəzarət və rəhbərlik prosesidir ki,
bu zaman şagirdlər biliklərə, bacarıq
və vərdişlərə yiyələnir, inkişaf edir və tərbiyə olunurlar»
47
.
38
Н.М.Казымов. Тялимин мащиййяти щаггында. «Азярбайъан мяктяби» журналы, 1973, №3, с.11
39
Н.В.Савун. Педагоэика. М., «Просвешенийе», 1972, с.77
40
Н.Б.Ковалев, Б.Ф.Райский, Н.А.Сорокин. Введение в педагогику. М, «Просвешенийе», 1975, с.28.
41
В.В.Белорусова вя И.Н.Решетенин цмуми редаксийасы иля. Педагоэика. М., «Физкултура и спорт», 1978, с.7.
42
.Г.И.Шукинанын редаксийасы иля «Мяктяб педагоэикасы», Бакы, «Маариф» няшриййаты, 1982, с.261
43
М.А.Мурадхановун рящбярлийи иля, Педагоэика. Бакы, Азярб.Дювлят тядрис педагожи ядябиййат няшриййаты,
1964, с.6.
44
И.Р.Щаъыйев. Тялимин нязяриййя вя тяърцбясиня даир. Бакы. «Маариф» няшриййаты, 1971, с.29.
45
Б.А.Ящмядов, А.Г.Рзайев. Педагоэикадан мцщазиря конспектляри. Бакы. «Маариф» няшриййаты, 1983, с.114.
46
Й.Р.Талыбов, Я.А.Аьайев вя б. Педагоэика. Бакы. «Маариф» няшриййаты, 1993, с.111.
47
Н.М.Казымов. Тялимин мащиййяти щаггында. «Азярбайъан мяктяби» журналы. 1973, с.1-8.
35
4.2. Xarici və Azərbaycan pedaqoqlarının bədən tərbiyəsi anlayışları barədə düşüncələri
Şagirdlərin fiziki tərbiyəsinin nəzəri və təcrübi məsələlərinin müsbət həllində mühüm
spesifik
anlayışların (bədən tərbiyəsi, fiziki tərbiyə, idman və s.) məzmun və mahiyyətinin daha da
konkretləşdirilməsi az rol oynamır. Xüsusilə, bu iş müharibə şəraitində öz suverenliyini qoruyub
saxlamaq və onu möhkəmlətmək uğrunda çətin və şərəfli mübarizə aparan müstəqil Azərbaycan
Respublikasında daha tez öz həllini tapmalı və tədqiqat obyektinə çevrilməlidir. Həmin baxımdan spesifik
anlayışların mahiyyətinin aydınlaşdırılması zəruriliyini nəzərə alaraq bu sahədəki münasibətləri nəzərdən
keçirməyi məqsədəuyğun sayırıq.
«Bədən tərbiyəsi», «Fiziki tərbiyə» və «İdman» anlayışları barədə müxtəlif mövqedən çıxış edənlərin
sayı çoxdur. Həmin mövqelərin bəziləri üst-üstə düşür, bəziləri bir-birindən müəyyən qədər fərqlənir və
ya bir-birinə uyğun gəlir, bəziləri isə bir-birindən tamamilə fərqlənir. Bu, təbii bir haldır. Çünki açıq etiraf
etməliyik ki, anlayışların arasındakı fərqləri ortaya çıxarmaq çox vacib və maraqlı, həmçinin qəliz
məsələdir.
Anlayışlar arasındakı fərqi necə başa düşməliyik? Olduqca mürəkkəb olan bu sualın cavabını
axtarıb tapmaq məqsədilə tədqiqat işləri 2 istiqamətdə aparılmışdır:
1). Elmi, pedaqoji-metodik ədəbiyyatın öyrənilməsi, təhlili
və ümumiləşdirilməsi;
2).
Sorğunun keçirilməsi, təhlili və qruplaşdırılması.
Sorğu bədən tərbiyəsi və idman mütəxəssisləri, pedaqogika,tərbiyə sahəsində çalışan ixtisasçılarla
aparılmışdır. Məlum olmuşdur ki, bu sahədəki fikirlər müxtəlifdir. Həmin fikirləri təxminən aşağıdakı
kimi qruplaşdırmaq mümkündür:
Bədən tərbiyəsi, fiziki tərbiyə və idman arasında heç bir fərq yoxdur. Bunlar eyni olub, bir-biri ilə
sinonimdir.
Bəziləri bədən tərbiyəsinə, bəziləri fiziki tərbiyəyə, bəziləri isə idmana üstünlük verir. Müvafiq
olaraq onlardan
birini geniş mənada hesab edir, digərlərini isə onun tərkibində görürlər. Yəni dar mənada
qəbul edirlər;
Bədən tərbiyəsi, fiziki tərbiyə və idman eyni miqyaslı pedaqoji prosesdir. Bunlar arasında fərq yox
dərəcəsindədir;
Bədən tərbiyəsi və ya fiziki tərbiyə pedaqoji proses kimi üstünlük təşkil edir;
Bədən tərbiyəsi pedaqoji anlayış deyildir. O, müəllim və ya məşqçinin rəhbərliyi altında
aparılmaya da bilər;
Fiziki tərbiyə sırf pedaqoji proses olmaqla, bilavasitə müəllimin nəzarəti altında aparılır;
Nəhayət, suala cavab verməkdən çəkinənlər, yəni susanlar da olmuşdur.
Bir cəhəti də qeyd etmək lazımdır ki, sorğuda iştirak edənlərin cavabı bir neçə kəlmə ilə başa
çatır, lakin hər üç anlayışın əsaslandırılmış məntiqi izahı verilmir.
Fikrimizcə, bu onunla izah olunur ki,
bəzi mütəxəssislərin, daha doğrusu bizim müsahibədə iştirak edən mütəxəssislərin bu məsələyə dair tam
dolğun təsəvvürə malik deyillər. Belə ki, həmkarlarım kifayət qədər mənə kömək göstərə bilmədilər.
Buna, həm də onların lazımi marağı və həvəsləri də olmadı. Bütün bunları nəzərə alıb, ədəbiyyata
müraciət etməli oldum.
Yaxın xarici ölkələrin pedaqogika və fiziki tərbiyə üzrə elmi, pedaqoji – metodik ədəbiyyatında
bu üç anlayış barədə müəyyən məlumatlara rast gəlmək olur. Lakin rus pedaqoji-metodiki mənbələrində
anlayışların şərhi onun mənasının izahı əsasən bir-birinə yaxın gəlməklə, həm də bir-birindən müəyyən
dərəcədə fərqlənir. Həmin baxımdan ilk növbədə, əldə etmiş olduğumuz
bəzi xarakterik ümumpedaqoji
mənbələr ilə tanış olmuş, nəticə etibarı ilə onları təhlil edir və qruplaşdırmağa çalışmış, yaxın tarixi
keçmişimizə nəzər salmışıq.
XX əsrin əvvəllərində sosializm quruculuğunun ilk illərində fiziki tərbiyə termini bədən tərbiyəsi
(fiziçeskaya kulğtura) termini ilə demək olar ki, əvəz olunmuş, bədən tərbiyəsi termini əhali arasında
daha geniş yayılmışdır. Əhali həmin illərdə bədən tərbiyəsi anlayışını daha tez-tez işlətməyə başlamışdır.