42
formalaşan ümumbəşər mədəniyyətinin əsasını təşkil etməklə həmin mədəniyyətin
tərkib hissəsinə
çevrilirdi…
Fiziki tərbiyə fiziki hərəkətlərin, təbii amillərin köməyi ilə insanın fiziki inkişaf və təlimini
idarəetmə prosesidir. Fiziki tərbiyə prosesi insanın hərəki vərdişlərinin və fiziki keyfiyyətlərinin
məqsədyönlü inkişafını və formalaşmasını təmin edir.
Fiziki hazırlıq – fiziki tərbiyənin nəticəsi olub,
insanın işgörmə qabiliyyətində öz ifadəsini tapır. İdman iki mənada: dar və geniş mənalarda işlədilir.
Dar mənada idman dedikdə şəxsi yarış fəaliyyəti nəzərə alınır. Geniş mənada idman həm yarış
fəaliyyətini, həm də yarışa xüsusi hazırlığı, həm də fəaliyyətin əsasında əmələ gələn spesifik
münasibətləri, normaları və nailiyyətləri əhatə edir
77
.
H.H.Qurbanov son dərsliyində isə bir qədər dəqiqləşdirmə apararaq yazır: «Fiziki tərbiyə
ümumbəşər mədəniyyətimizin tərkib hissəsidir. Onun başlıca qayəsi bütövlükdə əhalinin sağlamlığı,
gümrahlığıdır»
78
.
Anlayışlar haqqında göstərilənlərin ümumi cəhətlərini nəzərə alıb onları təxminən aşağıdakı kimi
qruplaşdırmaq olar. Hər hansı bir anlayışa dair söylənilən fikirlər soyadı mötərizədə göstərilən
alimlərin hamısına aid ola və ya olmaya bilər. Lakin onlar hər hansı bir və yaxud irəli sürülmüş bir neçə
fikrin tərəfdarı, eləcə də müəlliflərdən biri ola bilər.
1. Bədən tərbiyəsi anlayışı.
1)
Bədən tərbiyəsinə cəmiyyətin
mədəniyyətinin tərkib hissəsi, kütlələrin ümumi siyasi metodu
kimi baxmaqla, bura fiziki tərbiyə, sağlamlıq, hərbi hazırlıq, əmək və məişət gigiyenası və s. daxil edilir.
2)
Bədən tərbiyəsi – ümumi
mədəniyyətin bir hissəsi olub,
əhalinin fiziki cəhətdən təkmilləşməsinin xüsusi vasitəsi və onlardan istifadə də cəmiyyətin tarix boyu
qazanmış olduğu nailiyyətlərin məcmuidir (N.V.Savin, B.A.Əhmədov).
3)
«Bədən tərbiyəsi» ilə «Fiziki tərbiyə» arasında eynilik
(bərabərlik) qoymaq olmaz. Birinci anlayış ikincidən genişdir. Bədən tərbiyəsi geniş mənada insanların,
onların hərtərəfli fiziki inkişafı və mənəvi qabiliyyətlərinə qayğıdır (İ.A.Kryaçko, B.A.Əhmədov).
4)
Bədən tərbiyəsi – ümumi mədəniyyətin tərkib hissəsi kimi və «bədən tərbiyəsi tarixi» fənni
olaraq öyrədildiyi üçün bədən tərbiyəsinin yaranması və qurulmasına xidmət edir (A.İ.Borisov).
5)
Bədən tərbiyəsi – ümumi mədəniyyətin bir hissəsi olub, cəmiyyətin nailiyyətləri kimi xalqın
fiziki cəhətdən təkmilləşməsinin xüsusi vasitələrinin yaranması və ondan istifadə kimi başa düşülür
(V.V.Stolbov, İ.Q.Çuqunov).
6)
Bədən tərbiyəsi – bütün insan mədəniyyətinin ayrılmaz tərkib hissəsi, adamlara təhsil verən,
onları əməyə və hərbi fəaliyyətə hazırlayan vasitədir (L.Kun).
7)
Bədən tərbiyəsi – məktəbdə sadəcə olaraq tədris fənninə aid edilə bilməz, bu bizim cəmiyyət
üzvlərinin bədən tərbiyəsinin bütöv mürəkkəb hissəsidir (V.A.Kunanev).
8)
Bədən tərbiyəsi anlayışı daha
geniş olub, cəmiyyətin əldə etmiş olduğu bütün nailiyyətlərin
vasitə və metodların ümumi məcmuyu olmaqla, insanların fiziki inkişafı və təhsilinə təsir göstərir
(S.V.Yananis).
9) Bədən tərbiyəsi – yəni fiziki mədəniyyət pedaqoji anlayışlar sırasına daxil deyildir (B.A.Əhmədov).
II. Fiziki tərbiyə anlayışı
Fiziki tərbiyə tərbiyənin tərkib hissəsi kimi uşaq orqanizm-inə mütəşəkkil təsir göstərən pedaqoji
proses olmaqla bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, hərəki
keyfiyyətlərin artmasına, sağlamlığın möhkəmləndirilməsinə, insanların fiziki təhsilinin idarə
edilməsinə, bədən tərbiyəsi və idman sahəsində toplanmış bilik, bacarıq
və vərdişlərin gənc nəslə
mənimsədilməsi məqsədinə istiqamətləndirilmişdir (P.F.Lesqaft, A.N.Filippov, N.V.Savin, İ.A.Kryaçko,
N.M.Kazımov, B.A.Əhmədov, Y.R.Talıbov, Ə.A.Ağayev, H.N.Məmmədov, H.H.Qurbanov).
Fiziki tərbiyə – sırf psixikaya təsirlə – intellekt, iradə, emosiya, əxlaq və s. ilə sıx əlaqədardır.
(F.Lanqranj, Q.Demeni).
Fiziki tərbiyə- tərbiyənin mühüm vasitəsi və tərkib hissəsi kimi şəxsiyyətin hərtərəfli inkişafının
vasitəsidir (V.A.Semenov, B. A. Əhmədov, M.Quliyeva, A.Şükürov).
77
Y.R.Talıbov və H.H.Qurbanov. ixtisasa giriş. Bakı, 2000, s.6-9
78
H.H.Qurbanov. fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, “Adiloğlu”nəşr, 2001, s.27-28
43
Fiziki tərbiyə- insanın fiziki inkişafının vasitəsi, həm də yaşlı nəslin təcrübəsini gənclərə öyrədən
vasitədir (A.D.Novikov).
Fiziki tərbiyə- cəmiyyətin tələbatına uyğun adamların fiziki və mənəvi inkişafını təmin edir, onları
əməyə və müdafiəyə fəal hazırlayır (A.İ.Borisov).
Fiziki tərbiyə- pedaqoji proses kimi… estetik və etik
normalara cavab verə biləcək davranış və qabiliyyətlərin yaranmasına yönəldilmişdir. O, uşaqların iştirakı
ilə kollektiv pedaqoqlar və valideynlər tərəfindən həyata keçirilir (Q.N.Satirov).
Fiziki tərbiyənin bir-biri ilə əlaqəli dar və geniş mənada iki tərəfi vardır:
Fiziki tərbiyə–dar mənada sağlamlığın
möhkəmləndir-ilməsi, fiziki keyfiyyətlərin qazanılması və
təkmilləşməsi məqsədilə fiziki inkişafa təsir göstərmək başa düşülür.
Fiziki tərbiyə- geniş mənada isə fiziki təhsil mənasında başa düşülür. Fiziki təhsil isə tərbiyə
olunanların bilik, bacarıq və vərdişlərlə silahlanmasıdır (A.D.Novikov).
III. Fiziki təhsil anlayışı
Fiziki təhsil – şəxsiyyətin anatomik-fizioloji xüsusiyyətləri ilə sıx bağlı olub, hərtərəfli inkişafın
şərtləri olan əqli və əxlaqi tərbiyənin bədən tərbiyəsi ilə əlaqəli həyata keçirilməsidir ki, bunun da son
məqsədi tərbiyəli-təhsilli şəxs yetişdirilməsidir (P.F.Lesqaft)
Fiziki təhsilə – fiziki inkişafı yaxşılaşdırmaq və fiziki
keyfiyyətləri təkmilləşdirmək üçün xüsusi olaraq mütəşəkkil surətdə təşkil
edilmiş orqanizmin forma və
funksiyalarına təsir göstərmək, bunun müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə yaxşı hazırlıqlı
pedaqoqun fəaliyyəti ilə əlaqələndirmək, nəticə etibarı ilə isə iradə və xarakterin möhkəmləndirilməsidir
(V.V.Qorinevski).
Fiziki təhsil- hərəkət koordinasiyasının təkmilləşdirilməsi, ümumi fiziki hazırlığın qazanılması,
fiziki inkişafın düzgün getməsi, fizioloji cəhətdən orqanizm üçün daha faydalı olması, xüsusən insan
psixikasına – əqli inkişafa, iradi keyfiyyətlərə və emosiyanın yaranmasına
müsbət təsir göstərməkdir
(A.D.Butovski).
Fiziki təhsil – fiziki tərbiyə prosesində hərəki bacarıq və vərdişlərin aşılanmasının müəyyən
işlənmə məcmui, qazanılmış «bədən keyfiyyətləri»nin şüurlu və məqsədəuyğun prosesi, habelə ondan
intensiv istifadə edilməsidir (Q.Dyuperron).
Fiziki təhsil – bu tədris-pedaqoji proses kimi bir qayda olaraq mütəxəssis müəllimlər tərəfindən,
əsasən məktəb dərs formasında həyata keçirilməsidir (Q.N.Satirov).
Bütün bunlardan aydın olur ki, P.F.Lesqaft və b. fiziki təhsil
fikrinə sözün geniş mənasında fiziki tərbiyə prosesinin bütöv bir sistemi kimi baxılarsa, Q.Dyuperron və
b. isə fiziki təhsili həmin sistemin bir hissəsi kimi qəbul edirlər.
IV. Fiziki inkişaf anlayışı
Fiziki inkişaf – bu proses həyat şəraitinin və tərbiyənin təsiri altında insan orqanizminin bioloji
baxımdan forma və funksiyasının qurulması və dəyişdirilməsi, orqanizmin artması və təkmilləşdirilməsi,
eləcə də fiziki keyfiyyətlərin və qabiliyyətlərin formalaşması prosesidir (N.V.Savin, İ.A.Kryaçko,
B.A.Əhmədov).
V. İdman anlayışı
İdman hərəki
fəaliyyətin elə bir növüdür ki, insanın həmin fəaliyyət sahəsində yüksək göstəricilər
(rekord göstəriciləri) əldə etməsinə xidmət göstərir. İdman fiziki mədəniyyətin tərkibinə daxildir,
fiziki
tərbiyənin isə ən mühüm vasitələrindən biridir (B.A.Əhmədov, Y.R.Talıbov, H.H.Qurbanov).
VI. Fiziki kamillik anlayışı
Fiziki kamillik – şəxsiyyətin fəaliyyətə (əməyə, təlimə və
s.) fiziki cəhətdən hazır olması zəruriliyi ilə şərtləndirilən fiziki inkişaf səviyyəsini əks etdirir, fiziki
mədəniyyətlə şəxsiyyətin bu mədəniyyətə optimal yiyələnməsi arasındakı nisbəti ifadə edir
(B.A.Əhmədov, F.İ.İsmayılov, M.Quliyeva, A.Şükürov və b.).