Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   145

 26
              İkinci qrup mövqedə olan alimlər isə  təhsili  şagirdlərin zəruri bilik, bacarıq və  vərdişlərlə 
silahlandırılması, qabiliyyətlərin inikişafı, dünyagörüşünün formalaşması prosesi kimi nəzərdə tuturlar 
(İ.A.Kairov, 1948, İ.T.Oqorodnikov, 1950,1954, İ.M.Duxovski, 1951). 
              Üçüncü qrup mövqedə olanlar isə  təhsili bilik, bacarıq və  vərdişləri  əldə edib onu 
mənimsəməklə, dünyagörüşünün yaranması prosesi, konkret desək, bütün bunları  şagirdlərin fəal 
yiyələnməsi prosesi kimi qiymətləndirirlər (P.P.Qruzdev, 1940, 1949, RSFSR PEA kolektiv əməkdaşları, 
Ş.İ.Qaneli və B.P.Esipov, 1967). 
              Dördüncü qrup mövqedə isə  təhsilə idrak qabiliyyətinin inkişafı sayəsində qazanılmış 
nailiyyətə, inandırmaya və s. əsaslanan tədris prosesinin nəticəsi və  əvvəllər mənimsənilmiş biliklərin 
məcmusu kimi baxırlar (B.P.Esipov, N.K.Qonçarov, 1946, V.E.Semenov və E.A.Xodkova, 1966) 
              Maraqlıdır ki, anlayışları birləşdirici mövqelərdə mövcuddur. A.A.Qorsevski (1963), 
E.İ.Monoszon (1966) həmin fikirdə olan pedaqoqlardandır. Onlar təhsil və proses anlayışlarına bilik, 
bacarıq və vərdişlər sisteminin mənimsənilməsinin nəticəsi kimi mövqedən yanaşırlar. 
              Göründüyü kimi, birinci qrupda təhsilin məzmunu nisbətən olsa da açılmışdır. İkinci və üçüncü 
qrup mövqelərdə isə təhsil anlayışı təlim anlayışına xeyli yaxınlaşdırılmışdır. Halbuki, onlar axırıncı ilə 
iki tərəfli və eyni zamanda qarşılıqlı surətdə əlaqədardır. Yalnız dördüncü qrupa daxil edilən alimlər digər 
qruplara nisbətən demək olar ki, qarışıq anlayışlardan bir qədər uzaq mövqedə durmuşdular. Fikrimizcə, 
birinci qrupdan başqa yerdə qalan bütün qrup mövqelərdə göstərilənlər həqiqətə uyğun gəlir. Onlar təhsil 
fəaliyyəti prosesində onun imkanlarını  əks etdirmiş  və  təhsillə  əlaqədar aşağıdakı mövqedə durmuşlar: 
təhsilə müəllim və  şagirdlərin fəaliyyətlərinin təsiri altında müəyyən məqsədə doğru yönəlmiş  və 
onun təşəkkülündə real pedaqoji proses kimi bu fəaliyyətlərin nəticəsində  şagirdlərin bilik əldə 
etməsindən ibarətdir. 
              Pedaqoqika  elminin  bütün  nümayəndələri  «Təhsilin məzmunu»  anlayışı üzrə demək olar ki, 
yekdil fikirdədirlər. Onlar təhsilin məzmunu dedikdə  bəşəriyyətin ümumiləşdirilmiş  təcrübəsinin  əsası 
olan müəyyən bilik, bacarıq və  vərdişlər sisteminə yiyələnmək və bu zəmində  şəxsiyyətin hərtərəfli 
inkişafının təmini, müasir mədəniyyətin mənimsənilməsi və müxtəlif növ ictimai faydalı fəaliyyətə fəal 
qoşulmasını nəzərdə tuturlar. Görkəmli alimlərin əksəriyyəti təhsilin məzmununa, həm də bilik, bacarıq 
və vərdişlərin mənimsənilməsi şərtlərini, idrakın və yaradıcı qabiliyyətlərin inkişafının, dünya görüşlərin 
və inamın formalaşması  və sairəni, bir sıra müəlliflər isə  mədəni davranışların yaranmasını da təhsilin 
məzmununa daxil edirlər (B.P.Esipov və N.K.Qonçarov, 1946; İ.A.Kairov, 1948; P.P.Qruzdev, 1949 və 
i.a.). 
              Bəzən müəlliflər təhsilin məzmununna qəti fikirlərini bildirmir, ona bilik, bacarıq və  vərdişlər 
sistemi kimi baxırlar. Bundan əlavə, onlar qeyd edirlər ki, bilik, bacarıq və  vərdişlər qabiliyyətlərin 
inkişafının və dünyagörüşün formalaşmasının  əsasıdır (İ.M.Duxovski, 1951; E.İ.Monoszon, 1961; 
M.N.Skatkin, 1967). 
              Son illərdə rus pedaqoji mənbələrində «təhsil» anlayışına bir mənalı baxırlar. Bəzi pedaqoqların 
bu cəhətdən mövqeləri üst-üstə düşsə  də bir qrup alimlərin isə «təhsil anlayışı» üzrə baxışlarında fikir 
ayrılığı mövcuddur. 
              N.E.Kovalev  və başqaları  təhsili  əsas pedaqoji anlayış hesab edərək yazırlar: «Təhsil bilik, 
bacarıq və vərdişlər sisteminin məcmuui kimi başa düşülür»
4
. Daha sonra müəlliflər göstərirlər ki, bəzi 
pedaqoqlar, «təhsil» anlayışına bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesində daxil edirlər ki, bu isə 
təlimin mahiyyətini təşkil edir. Bunların kifayət qədər əsası yoxdur. Təlim, təhsilalmanın başlıca yoludur, 
təhsil isə təlimin nəticəsidir. 
              V.V.Belorusova və İ.N.Reşetenin ümumi redaktəsi ilə nəşr olunmuş bədən tərbiyəsi institutları 
üçün dərslikdə  təhsilə verilən tərif belədir: «təhsil–bu elmi biliklərin, qazanılmış bacarıq və  vərdişlərin 
sisteminə yiələnmək, cəmiyyət, insan təfəkkürünü və təbiət haqqında bəşəriyyətin toplamış olduğu, elmi 
cəhətdən ümumiləşdirilmiş ictimai-tarixi təcrübəni mənimsəməkdir»
5
. Orada daha sonra qeyd olunur ki, 
təhsil istər təlim prosesində və istərsə də özünütəhsil prosesində qazanılmış biliklərin və adamın tərbiyə 
olunması səviyyəsinin göstəricisinə deyilir. 
                                                 
4
 
Н.Е.Ковалев, Б.Ф.Райски, Н.А.Сорокин. Введение в педагогику. М., «Просвешение», 1975, с.29. 
5
 В.В.Белорусова вя И.Н.Решетенинин цмуми редактяси иля. Педагогика. М., «Физкултура и спорт», 1978, 
с.6. 


 27
              Həmin dərslikdə  məqsədin təhsilin məzmunu vasitəsilə  həyata keçirilməsi də qeyd olunur. 
«Təhsilin məzmunu» bilik, bacarıq və  vərdişlər sistemindən ibarət olduğu göstərilir. Bunların da 
şagirdlərin hərtərəfli inkişafı, materialist dünyagörüşünün formalaşması, idrak maraqlarını inkişafı və s. 
üçün əsas olması bildirilir. 
              M.A.Verb  təhsilin məzmununun ictimai həyat  şəraitindən müəyyən dərəcə asılı olduğunu 
göstərmişdir. O, məzmununa münasibətini belə bildirmişdir: «Təhsilin məzmunu dedikdə, insanın təlim 
prosesində yiyələnmiş olduğu bilik, bacarıq və vərdişlərin həcmi və xarakteri başa düşülür
6

              Ümumiyyətlə, hər üç mövqelər üst-üstə düşürlər. Lakin məsəlnin ciddiləşməsinə bir az diqqət 
yetirmiş olsaq fikrimizcə müəlliflər tərəfindən «təhsil» anlayışının açıqlanmasında ona verilən təriflərdə 
də müəyyən fərqlər müşahidə olunur. Əgər N.E.Kovalev və b. «təhsil» anlayışına qısa və konkret tərif 
verirsə, V.V.Belorusova və  İ.E.Reşetenin redaktəsi ilə  çıxan dərslikdə isə elmi biliklərin, qazanılmış 
bacarıq və  vərdişlərin sisteminə yiyələnməyin və onun əsas mənbələrinin mənimsəmə yollarının  şərhi 
verilmişdir. Bundan əlavə, çox düzgün olaraq təhsili hər iki prosesdə  əldə edilmiş bilklərin və  tərbiyə 
olunmanın səviyyəsini göstərici adlandırmışdır. 
              M.A.Verb  isə «təhsil» anlayışına deyil, yalnız, «təhsilin məzmunu» anlayışına öz fikrini 
bildirmişdir. O, «təhsilin məzmunu»nu bilik, bacarıq və  vərdişlərin həcmi və xarakterindən ibarət 
olduğunu göstərmişdir. 
              N.E.Kovalev  və b. dərs vəsaitində «təhsilin məzmunu» anlayışına toxunulmayıb, «təhsil» 
anlayışının  şərhi verilməklə kifayətlənilmişdir. Digər vəsaitdə «Təhsilin məzmunu» bilik, bacarıq və 
vərdişlər sistemi kimi qəbul olunur və ounun mahiyyəti göstərilir. 
              Deyilənlərdən məlum olur ki, ayrı-ayrı dərs vəsaitlərində pedaqoji anlayışların hamısına deyil, bu 
və ya digərinə münasibət bildirilir. Anlayışlar bir-biri ilə tam qarşılıqlı  əlaqədə olduğu nəzərə alınıb 
onların hamısının əlaqəli şəkildə izah olunması daha faydalı olardı. 
              Bir məsələyə də toxunmaq istərdim ki, anlayışlara konkret tərif verməklə işi bitmiş hesab etmək 
olmaz, konkret təriflə  bərabər, onun həyata keçirilməsi yolları, mənbələri və mahiyyətlərinin və i.a. 
kompleks izahının verilməsi daha məqsədə müvafiqdir. Həmin baxımdan müəlliflərin «təhsil anlayışı» 
haqqında mövqelərindən birləşdirici ümumi bir fikrə gəlmək mümkündür. 
              Fikrimizcə  təhsilə  aşağıdakı kimi də  tərif vermək olar: Təhsil cəmiyyət, insan təfəkkürü və 
təbiət haqqında bəşəriyyətin toplamış olduğu, elmi cəhətdən ümumiləşdirilmiş ictimai-tarixi 
təcrübəni mənimsəmə yolu ilə elmi biliklərə yiyələnmək, bacarıq və vərdişlər əldə etməkdən ibarət 
olub təlim və özünütəhsil prosesinin nəticəsi kimi qazanılmış bilklərin, tərbiyə olunmanın və inkişaf 
səviyyəsinin göstəricisidir. 
              «Təhsil» anlayışı Azərbaycan pedaqoqlarının da daim diqqət mərkəzində olmuşdur. Azərbaycan 
dilində  nəşr edilmiş pedaqoji ədəbiyyatda «təhsil» anlayışına dair mövqelər rus mənbələrində olan 
fikirlərlə əsasən eynilik təşkil etsə də burada «təhsilə» verilən tərif onun mahiyyətinə bir daha dəlalət edir 
və mühüm xüsusiyyətlərini özündə birləşdirir. 
              Ə.Ş.Həşimov «Pedaqoqikanın mövzusu, vəzifələri və üsulları» adlı əsərində təhsil nədir? sualına 
«təhsil uşaqlıran bilik, bacarıq və  vərdişlər sisteminə yiyələnməsi və bu zəmin üzərində onlarda 
dünyagörüşünün yaranmasıdır»
7
 deyə cavab vermişdir. Müəllif bundan sonra işin mahiyyəti və nəticəsi 
olaraq bildirir  ki, elmi biliklərə, bacarıq və vərdişlərə yiyələnməklə, insan, təbiət və təfəkkür sahəsində 
bəşəriyyətin ümumiləşdirilmiş  təcrübəsini mənimsəyir və beləliklə  də öz dövrünün qabaqcıl 
mədəniyyətinə qoşulur. 
              A.N.Kərimov «Sovet məktəbində  təhsilin vəzifələri və  məzmunu» adlı  əsərində isə  təhsilin 
vəzifələri və məzmunu haqqında ümumi anlayış belə izah olunur: «Təhsilin məzmunu təlim prosesində 
şagirdlərə verilən bilik, bacarıq və vərdişlər sisteminin məcmuundan ibarətdir»
8
. Sonra isə orada təhsilin 
məzmununun müəyyən edilmə istiqamətləri göstərilir. 
              B.A.Əhmədov və A.Q.Rzayev pedaqoji ali məktəblər üçün dərs vəsaitində pedaqoqikanın 
anlayışlar sistemini şərh edərək təhsil nədir? sualına cavab verirlər: «Təhsil insanın bilik, bacarıq və 
                                                 
6
 Г.И.Шукинанын редактяси иля. Мяктяб педагогикасы. Бакы, «Маариф» няшриййаты, 1982, с,261. 
7
 М.А.Мурадхановун рящбярлийи иля. Педагогика. Бакы, «Азярбайъан Дювлят тядрис-педагожи 
ядябиййаты» няшриййаты, 1964, с.6. 
8
 Йеня орда, с.126. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə