Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   145

 17
9.Hansı ölkələrlə iqtisadi-siyasi əlaqələrin mövcudluğu ölkəmizdə fiziki tərbiyə sisteminin 
yaranmasına müsbət təsir göstərmişdir? 
10.Orta  əsrlərdə  İslam dininin geniş yayılması  nəticəsində fiziki tərbiyəyə deyil hansı  tərbiyəyə 
üstünlük verilirdi? 
11.XI-XII  əsrlərdə Azərbaycanın iri şəhərlərində  bədən tərbiyəsi və idman sahəsində  nə kimi işlər 
görülür və hansı oyunlar təşkil olunurdu? 
12.Orta əsr mütəfəkkirlərindən hansının əsərlərində xalq oyunlarından bəhs olunur? 
13.Azərbaycanda fiziki tərbiyənin inkişafına diqqət yetirən şah və sərkərdələrin soyadını söyləyin. 
14.«Zorxanalar» nə vaxt və ilk olaraq hansı şəhərlərdə təşkil olunmuşdur? 
15.Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış görkəmli filosof, yazıçı və şairlər 
bir çox tədqiqatlarını fiziki tərbiyəyə  və milli-xalq oyunlarının tarixinə  həsr etmişlər. Bunlar 
kimlərdir? 
16.XIX  əsrin sonu XX əsrin  əvvəllərində yaşamış beynəlxalq aləmdə tanınan peşəkar güləşçi-
pəhləvanların soyadını söyləyin. 
17.XX əsrin əvvəllərində Azərbaycanda idmanın inkişafına təsir göstərən amilləri sadalayın. 
18.Əhməd Məhəmməd oğlunun şəxsi-idman həyatını səciyyələndirin. 
19.Voleybolçularımız neçənci ildə SSRİ kubokunun sahibi olmuşlar? 
20.4 dəfə SSRİ çempionu olan idmançıların soyadını söyləyin. 
21.İlk dəfə olaraq Yay Olimpiya Oyunlarında gümüş medal almış idmançımızın soyadını deyin. 
22.Avropa və dünya birinciliyində qızıl medal qazanmış idmançılarımızın adını söyləyin. 
23.Sovet hakimiyyəti dövründə Yay Olimpiya Oyunlarında gümüş  və  qızıl medal almış 
idmançılarımızın soyadını söyləyin. 
24.Müstəqil Dövlətlər Birliyi dövründə (MDB) Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış 
idmançılarımızın soyadını və adını söyləyin. 
25.Müstəqillik dövründə Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında iştirakı  və 
qazandıqları müvəffəqiyyətləri sadalayın. Qızıl medalçıların soyadını söyləyin. 
26.XXIX Olimpiya oyunları harada və neçənci ildə keçirilmişdir? 
27.XXIX Yay Olimpiya Oyunlarında idmançılarımız neçə  qızıl, neçə gümüş  və neçə bürünc medal 
qazanmışdır? 
28.Qədim Olimpiya oyunları barədə bildiyinizi söyləyin. 
29.Müasir Olimpiya oyunları haqqında nələri söyləyə bilərsiniz? 
30.Olmpiya oyunlarının vətəni olan ölkənin adını söyləyin. 
31.2008-ci ildə Pekində (Çin) keçirilən paralimpiada da idmançılarımız cəmi neçə medal almışlar? 
32.Azərbaycan paralimpiada idmançıları Çində keçirilən Olimpiya oyunlarında neçə  qızıl, neçə 
gümüş və neçə bürünc medal Vətənimizə gətirmişlər? 
               


 18
Yaradıcı iş üçün təxmini mövzular: 
 
1.H.Ə.Əliyev və müstəqil Azərbaycanda Olimpiya hərəkatının inkişafında onun rolu və qayğısı. 
2.İ.H.Əliyev Azərbaycanda Olimpiya hərəkatının təşkilatçısı, inkişafetdiricisi və lideri kimi. 
3.Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı. 
4.Görkəmli Azərbaycan idmançılarının həyatı; idman fəaliyyəti və Olimpiya hərəkatının inkişafnıda 
onlar aparıcı bir qüvvə kimi. 


 19
1.3.AZƏRBAYCANDA FİZİKİ TƏRBİYƏ SİSTEMİ 
 
P L A N 
 
3.1.Azərbaycan fiziki tərbiyə sisteminin mahiyyəti. 3.2.Azərbaycan fiziki tərbiyə sisteminin əsasları. 
3.3.Ailədə uşaqların fiziki tərbiyəsi. 
3.4.Məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi. 
3.5. Ümumtəhsil məktəblərində fiziki tərbiyə. 
3.6.Peşə, orta və ali ixtisas məktəblərində fiziki tərbiyə. 
3.7.Şəhər, kənd, fabrik və zavodlarda fiziki tərbiyə 
3.8.Azərbaycan Silahlı Qüvvələrində fiziki tərbiyə 
 
Ə D Ə B İ Y Y A T 
 
1.H.H.Qurbanov. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, «Adiloğlu» nəşriyyatı, 2001-ci il. 
2.E.Acalov,  Ş.Əzizova, V.Ələkbərov. Bədən tərbiysi və idman tarixi. Bakı, «Müəllim» nəşriyyatı, 
2007-ci il. 
3.Ailə tərbiyəsi (valideynlər üçün lüğət). Bakı, «Maarif» nəşriyyatı, 1970-ci il. 
4.B.Quliyev. Ailədə, hazırlıq sinifində və bağçada altıyaşlıların fiziki cəhətdən məktəbə hazırlanması 
(bax: Altı yaşlı uşaqların məktəbə hazırlanması. Bakı, «Maarif» nəşriyyatı, 1980-ci il səh. 70-82; 
153-159; 196-205). 
5.B.Quliyev, E.Acalov, M.Nəsrullayev. Ümumtəhsil məktəblərində  bədən tərbiysi tədrisinin 
təkmilləşdirilməsi yolları. Bakı, «Maarif» nəşriyyatı, 1982-ci il. 
6.R.Baxşəliyev. Fiziki və hərbi-tətbiqi təlimlərin fizioloji əsasları. Bakı, 1997-ci il. 
7.H.Qurbanov, A.Əsgərov,  Ə.Ramazanov. Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası. Bakı, 
«Avropa» nəşriyyatı, 2006-cı il. 


 20
1.3.AZƏRBAYCANDA FİZİKİ TƏRBİYƏ SİSTEMİ 
 
3.1. Azərbaycanda fiziki tərbiyə sisteminin mahiyyəti 
 
              Məlum olduğu kimi, hər bir dövlətin onun ictimai quruluşuna və mənafeyinə uyğun olaraq fiziki 
tərbiyə sistemi də mövcuddur. 
              Azərbaycan fiziki tərbiyə sistemi o müstəqillik aldığı gündən etibarən yaranmışdır. Bu sahədə 
yeni nazirlik Azərbaycan Gənclər və  İdman Nazirliyi, Azərbaycan mədəniyyət və turizm nazirliyi 
yaradılmış, Respublika Təhsil Nazirliyi və Səhiyyə nazirliyi nəzdində təhsil ocaqlarında bədən tərbiyəsi 
və idman inkişaf etdirilmişdir. Bundan əlavə, ölkəmizdə bir sıra idman klubları, cəmiyyətləri mövcuddur 
ki, bütün bunlar da bədən tərbiyəsi, idman və turizmin inkişafına yönəldilmiş  işlər aparırlar. Onlar 
əhalinin bütün təbəqələrini  əhatə edir. 18 ildən artıqdır ki, ölkəmizdə milli Olimpiya Komitəsi 
yaradılmışdır. Buna hazırda ölkə prezidenti İlham Əliyev cənabları rəhbərlik edir. 
              Yuxarıda söylənilən nazirlik, təşkilat, cəmiyyət, klub və idman federasiyaları bir mərkəzdən 
idarə olunur. Və onlar Azərbaycanın bütövlükdə vahid fiziki tərbiyə sistemini təşkil edirlər. Bu sistem 
fiziki tərbiyənin prinsiplərini, «Vətənin müdafiəsinə hazıram»fiziki tərbiyə kompleksinin nəzəri və 
praktik normativlərini əsas götürərək müəyyən istiqamətlərə yönəldilmişdir. Bura əhalinin hərtərəfli fiziki 
tərbiyəsi, fiziki tərbiyə sisteminin ideya yönəmi, habelə xəlqilik və elmiliyin təmin olunması daxildir. 
          
3.2.Azərbaycan fiziki tərbiyə sisteminin əsasları 
              Bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi bütün yaş  təbəqələrindən ibarət olan əhalinin 
fiziki tərbiyəsindən mühüm dərəcədə asılıdır.  Əhalinin  hərtərəfli fiziki tərbiyəsi dedikdə, müasir 
cəmiyyətin quruculuq mənafeyinə xidmət, xalqı  əməyə  və ölkənin düdafiəsinə hazırlamaq, 
torpaqlarımızın erməni işğalçılarından azad edilməsi nəzərdə tutulur. 
              Azərbaycan fiziki tərbiyə sisteminin ideya əsasları isə Azərbaycan Dövlət quruculuğunun və 
fiziki tərbiyəsinin əsasları, milli adət və ənənələrimiz, islam dəyərləri təşkil edir. 
              Azərbaycan fiziki tərbiyə sisteminin ideya əsaslarını eyni zamanda Azərbaycan dövlətinin bədən 
tərbiyəsi və idmanın inkişafı ilə əlaqədar qəbul etdiyi qərar, göstəriş  və sərəncamlar təşkil edir. Həmin 
qərar, göstəriş  və tapşırıqlar milli bədən tərbiyəsi sisteminin əsaslarını müəyyən etməklə  bərabər, onun 
inkişaf etdirilməsinin göstəricisi, həm də praktik cəhətdən həyata keçirilməsini təmin edir. 
              Azərbaycan fiziki tərbiyə sisteminin xəlqiliyi dedikdə  isə  bədən tərbiyəsi hərəkatının 
kütləviliyi, bədən tərbiyəsi və idmanın xalq kütlələri arasında müvafiq və geniş yayılması, xüsusən milli 
idman və mütəhərrik oyunların inkişaf etdirilməsi kimi başa düşülür. 
              Fiziki tərbiyə sisteminin elmiliyi dedikdə  bədən tərbiyəsi və idmanın elmi cəhətdən inkişafı 
nəzərdə tutulur. Bu o deməkdir ki, bədən tərbiyəsi və idmanın inkişafı bu sahədə aparılan elmi-tədqiqat 
işlərinə əsaslanır. Bu nəzəriyyə ilə praktikanın sıx əlaqəsi nəticəsində müvəffəqiyyət qazanır. 
              Azərbaycan fiziki tərbiyə sisteminin nəzəriyyə  və metodikası, pedaqoqika, psixologiya, 
anatomiya, fiziologiya və gigiyena kimi elmi fənlərə istinad edir. 
              Fiziki tərbiyə sisteminin təbii-elmi əsasları görkəmli xarici və Azərbaycan fizioloq alimlərinin 
fiziki tərbiyə  və idman üzrə elmi-tədqiqat işlərinin nəticəsinə  əsaslanır. Həmin tədqiqat işlərinə istinad 
olunmaqla fiziki tərbiyənin metod və prinsipləri, məşq aparmanın qanunauyğunluqları, bilik, bacarıq və 
vərdişlərin formalaşdırılması, dərsin quruluşu və sxemi müəyyənləşdirilir. Bundan əlavə, bədən tərbiyəsi 
dərsinin və idman məşqlərinin təlimində yaşın, cinsi xüsusiyyətlərin və hərəki keyfiyyətlərin inkişafının 
nəzərə alınması yolları da fizioloqların idman üzrə təliminə əsaslanır. 
              Azərbaycan fiziki tərbiyə sistemi ölkə daxilində  fəaliyyət göstərən, fiziki tərbiyə  və idmanın 
inkişafına xidmət edən bütün nazirlik, onların tabeçiliyində olan idarə və müəssisələri, idman klublarını, 
təşkilat və sistemləri özündə birləşdirir, vahid sistem yaradır. Həmin sistemin rəhbərliyi bağça, məktəb, 
zavod və fabrikin fiziki tərbiyəsini təşkil etməklə yanaşı, eləcə  də ona məsuliyyət daşıyır və  nəzarət 
funksiyalarını yerinə yetirməyə borcludur. Bu sistemə 
   – Ailədə uşaqların fiziki tərbiyəsi,  
   -  Uşaq bağçasında fiziki tərbiyə; 
   – Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə