Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   145

 15
              SSRİ dövründə «Dinamo», «Spartak», «Bruvestnik», «Neftçi» kimi və b. könüllü idman 
cəmiyyətləri, həmçinin UÇİM yaradılmışdır. Bunların sayəsində Azərbaycanda böyük idman geniş vüsət 
almışdır. Respublikada O.Seyidov, S.Səfərov, M.Məcidova, L.Hacıyeva kimi güclü gimnastlar 
yetişmişdir. 
              1944-cü  ildə  ağır atletika üzrə keçirilən SSRİ çempionatı Azərbaycan idmançısı  Əhməd 
Məhəmməd oğlunun qələbəsi ilə başa çatdı. Bu igid döyüşçü və idmançı 1942-ci ildə baş vermiş 
qanqrena nəticəsində hər iki ayaq pəncəsini itirdi. Lakin o, Moiseyevin əfsanəvi igidliyini təkrar edərək, 
sevimli məşğuliyyətinə qayıtdı, yaralandıqdan sonra iştirak etdiyi birinci ölkə çempionatında ikinci yeri 
tutdu. Bir il sonra, Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25-ci ildönümünə  həsr olunmuş 
respublika yarışlarında  Əhməd Məhəmməd oğlu ümumittifaq rekordu, 1946-cı ildə isə SSRİ 
birinciliyində dünya rekordunu müəyyən etdi. 
              Müharibədən sonrakı illərdə Azərbaycan idmançıları güləş üzrə böyük nailiyyətlər əldə etdilər. 
M.Babayev, İ.Dadaşov Sərbəst güləş üzrə 4 dəfə SSRİ çempionu oldular. Gənc güləşçi R.Məmmədbəyov 
XV Olimpiya oyunlarında (Helsinki, 1952) gümüş medal qazandı. Melburn Olimpiadasında (1956) bakılı 
Y.Konovalov atletika üzrə II yeri tutub gümüş medal qazandı (4x100). 
              Voleybolçularımız isə 1957-cı ildə SSRİ kubokunun sahibi oldular. Bu yarışda fəxri qələbəni 
O.Ağayev, A.Makaqanov, Y.Abbasov, X.Zülfüqarov, H.Ələkbərov, F.Rzayev və b. əldə etdilər. 
              A.İbrahimov (Sərbəst güləş), M.Allahverdiyev (3 dəfə) və A.Niftullayev Yunan-Roma güləşi 
üzrə, N.Hüseynov, Z.Hüseynova (8 dəfə) Cüdo üzrə və b. müxtəlif illərdə dünya çempionu olmuşlar. 
 
2.5. Qədim və müasir olimpiya oyunları 
 
              Qədim Olimpiya oyunları.  Olimpiya oyunlarına aid ilkin məlumatlar eramızdan  əvvəl 776-cı 
ilə aiddir. Həmin ildən yarışların qalibləri qeydə alınmış və onun 4 ildən bir keçirilməsi qərara alınmışdır. 
Olimpiya oyunlarının vətəni Yunanıstandır. 
              Olimpiya oyunlarının keçirildiyi günlər bütün ölkədə sülh, əmin-amanlıq hökm sürür. Bu zaman 
«Müqəddəs sülh» 3 ay davam edir. Oyunlara gedən yaxud onlardan qayıdan hər kəs toxunulmaz hesab 
edilirdi. 
              Qədim dövrlərin Olimpiya oyunları qalibləri arasında məşhur xadimlər də olmuşdur. Məsələn, 
makedoniyalı Filipp (makedoniyalı  İsgəndərin atası) atçapma yarışlarında I yerə  çıxmış, riyaziyyatçı 
Pifaqor oyunların qalibi olmuşdur. 
              Qadınların, qulların qədim olimpiadalarda iştirakı qadağan edilirdi. 
              Romalılar Yunanıstan üzərində  qələbə çaldıqdan sonra oyunların  əhəmiyyəti və  iştirakçıların 
sayı azalırdı. Roma imperatoru I Feodasiy ölkədə xristianlığı məcburi qəbul etdirəndən sonra Olimpiya 
oyunlarını bütpərəstlərin mərasimi hesab edib onu eramızın 394-cü ilində qadağan etmişdir. 
              Müasir Olimpiya oyunları. Müasir olimpiadanın yaradıcısı Fransız Pyer de Kuberten 1896-cı 
ildə Olimpiya oyunlarını bərpa etdi. 
              Olimpiya rəmzi – Olimpiya hərəkatı sistemi atributlarına bunlar daxildir: Olimpiya hərəkatı 
üçün ümumi sayılan bütöv Olimpiya rəmzi, olimpiya devizi (birlikdə olimpiya emblemini təşkil edir) və 
BOK-nin  şəxsi mülkiyyəti sayılan olimpiya bayrağı (ağ qumaş parça olub, mərkəzində olimpiya rəmzi 
vardır). O, 1913-cü ildə BOK tərəfindən təsdiqlənmişdir. 
              Olimpiya devizi – beş hörülmüş halqadan ibarətdir: bir-biri ilə üç həlqə yuxarı cərgədə, ikisi 
də bir-biri ilə birləşdirilmiş halqa aşağı cərgədədir. Yuxarı cərgədə mavi, qara və qırmızı halqa (soldan 
sağa), aşağı cərgədə isə sarı və yaşıl həlqələr yerləşir. 
 
2.6. Azərbaycan idmançılarının yay Olimpiya oyunlarında 
iştirakı və nailiyyətləri 
 
          Sovet idmançıları ilk dəfə olaraq XV Olimpiya oyunlarında iştirak etmişlər (1952-ci il, Finlandiya-
Helsinki). Azərbaycan idmançıları da Sovet komandasının tərkibində ilk olaraq bu olimpiadaya qatılmış 
və ölkə idmançılarının qazandıqları nailiyyətlərdə onların da əməyi olmuşdur. Sovet idman heyətinin 
tərkibində  Rəşid Məmmədbəyov (sərbəst güləş),  İbrahimpaşa Dadaşov (sərbəst güləş) və Xandadaş 


 16
Mədətov da (yüngül atletika) var idi. Helsinkidə  ən yüksək nəticəni R.Məmmədbəyov göstərmiş  və 
Olimpiadanın gümüş medalını qazanmışdır. 
              Ümumiyyətlə, müasir Olimpiya oyunlarında (1952-2008-cü illər) 184 Azərbaycan idmançısı 
iştirak etmiş, 16 qızıl, 14 gümüş və 16 bürünc medal qazanmışlar.  
              Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında  əldə etdikləri yüksək nailiyyətlər 
bunlardır:  
              R.Məmmədbəyov. 1952-ci il XV Olimpiya oyunları, gümüş medal (Helsinki-Finlandiya – 
sərbəst güləş);          
              Y.Konovalov. 1956-cı il XVI Olimpiya oyunları- gümüş medal (Melburn-Avstraliya), 1960-cı il 
XVII Olimpiya oyunları , gümüş medal – atletika (4x100), Roma-İtaliya. 
              A.İbrahimov. 1964-cü il XVIII Olimpiya oyunları bürünc medal (Yaponiya-Tokio); 
              İ.Rıskal, V.Lantratova, 1968-ci il XIX Olimpiya oyunları, qızıl medal (Mexiko, voleybol). 
Bununla yanaşı İ.Rıskal Münhen Olimpiadasında da (XX 1972-ci il) qızıl medal, Tokio 1964-cü il XVIII 
olimpiya oyunlarında gümüş  və Monreal-Kanada Olimpiadasında isə bürünc medal qazanmışdır 
(Olimpiada-XXI, 1976-cı il); 
              R.Şabanova,  L.Şubina-1976-cı il, XXI Olimpiya oyunu qızıl medal (Monreal-Kanada, 
həndbol); 
              Moskva  (SSRİ) XXII Olimpiada, (1980-ci il) L.Savkina qızıl, B.Yakuşa, V.Pereverzev, 
Y.Kuryuçkin II yer (avar çəkmə), T.Şviqanova (ot üstə xokkey) bürünc medal; 
              İ.Məmmədov, V.Koretski (qılıncoynatma),  İ.Ponamaryov (futbol) – XXIV Olimpiada qızıl 
medal (1988-ci il Cənubi Koreya-Seul). Belə ki Seul Olimpiadasında 3 qızıl, 1 gümüş və 2 bürünc medal 
əldə edilmişdir; 
              N.Hüseynov (cüdo), İ.Belinki (gimnastika) XXV Olimpiya oyunları  qızıl medal (İspaniya-
Barselona-1992-ci il). İ.Belinki şəxsi yarışlarda isə bürünc medal qazanmışdır. 
              N.Abdullayev (sərbəst güləş), XXVI Olimpiada gümüş medal (ABŞ-Atlanta); 
              N.Abdullayev (sərbəst güləş),  Z.Meftahəddinova (güllə atıcılığı), XXVII Olimpiya oyunları- 
qızıl medal (Avstraliya-Sidney 2000-ci il); 
              F.Mənsurov (Yunan-Roma güləşi), XXVIII Olimpiya oyunları-qızıl medal (Afina-2004-cü il). 4 
idmançımız isə bürünc medal qazanmışlar (İ.Həşimova, Z.Meftahəddinova – güllə atıcılığı, Ağası 
Məmmədov, Fuad Aslanov– boks üzrə). 
               
XIX Olimpiya oyunları. Pekin (Çin), 2008-ci il. 
 
        XXIX Olimpiya oyunlarında komandamız 7 medal qazanmışdır: 1 qızıl (Elnur Məmmədli – cüdo), 2 
gümüş (Rövşən Bayramov, Vitali Rəhimov – Yunan-Roma), 3 bürünc (Mövlud Mirəliyev – cüdo, Mariya 
Stadnik – Xateq Qazimov - sərbəst güləş, Şahin İmranov – boks). 
              Paralimpiada  da  isə idmançılarımız 10 medal qazanmışdır. Onun 2-si qızıl (İlham Zəkiyev – 
cüdo, Uluxan Musayev – yadro itələmək), 3-ü gümüş və 5-i bürünc medal olmuşdur. 
 
                                 Yoxlama-test sualları: 
1.Fiziki tərbiyənin mövzusu hansı məsələləri əhatə edir? 
2.Qədim Azərbaycanda ibtidai icma quruluşunun meydana gəlməsi, sinfi cəmiyyətin yaranması nəyə 
səbəb olmuşdur? 
3.Midiya dövlətinin yarandığı dövrdə hərbi reformanın keçirilməsi ilə əlaqədar nə kimi süvari dəstələr 
yarandı? 
4.Alban dövləti qoşunların hansı hazırlığına çox diqqət yetirir? 
5.Albanlar 5 yaşından başlayaraq 24 yaşına kimi hansı hərəkət (idman) növlərini öyrənirdilər? 
6.Albanlar neçə km məsafəyə sürətli qaçışlar keçirir və bu qaçışda iştirak edən adamlar necə 
adlandırılırdı? 
7.Toy mərasimlərində, Novruz bayramında ən çox oynanılan milli oyunlar hansılardır? 
8. IX əsrdə görkəmli  şəxsiyyətlərdən kim şahmat üzrə  nəinki Azərbaycanda, hətta Qafqaz və Orta 
Asiyada ən güclü şahmatçı hesab olunurdu? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə