Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   145

 23
Yoxlama-test sualları: 
 
1.
 
Azərbaycan fiziki tərbiyə sisteminin mahiyyətini şərtləndirən başlıca amillər hansılardır?  
2.
 
Əhalinin hərtərəfli fiziki inkişafı dedikdə nələr nəzərdə tutulur? 
3.
 
Azərbaycan fiziki tərbiyə sisteminin ideya əsaslarını nə təşkil edir? 
4.
 
Azərbaycan fiziki tərbiyə sisteminin xəlqiliyi dedikdə nə başa düşülür? 
5.
 
Fiziki tərbiyə sisteminin elmiliyi dedikdə nələr nəzərdə tutulur? 
6.
 
Fiziki tərbiyənin təbii-elmi əsasları nəyə əsaslanır? 
7.
 
Azərbaycan fiziki tərbiyə sisteminə daxil olan təşkilat və müəssisələrin adlarını söyləyin. 
8.
 
Müasir ordunun fiziki tərbiyəsinin mahiyyəti nədən ibarətdir? 
9.
 
Milli ordunun hərbi-fiziki təlimində vacib rol oynayan idman növlərinin adını söyləyin. 
10.
 
İ.Əliyevin regionlarımızda fiziki tərbiyə  və idmanın inkişafı ilə  əlaqədar apardığı xoş  və 
fərəhləndirici işlər hansılardır? 
 
                       Yaradıcı iş üçün təxmini mövzular: 
 
1.
 
Ailədə məktəblilərin fiziki tərbiyəsinin təşkili. 
2.
 
Ali məktəblərdə tələbələrin fiziki tərbiyəsinin məqsədi və onun təşkili. 
3.
 
Ümumtəhsil məktəblərində şagirdlərin fiziki tərbiyəsinin vasitələri. 
 
          
 
 
 
 


 24
I.4. PEDAQOJİ VƏ BƏDƏN TƏRBİYƏSİ ÜZRƏ ƏSAS SPESİFİK ANLAYIŞLAR 
 
PLAN 
 
4.1. Anlayışlar haqqında pedaqoji fikir tarixindən. 
4.2. Xarici və Azərbaycan pedaqoqlarının bədən tərbiyəsi anlayışları barədə düşüncələri. 
 
ƏDƏBİYYAT 
 
1.N.Kazımov. Tərbiyənin elmi-pedaqoji əsasları. Bakı, «Maarif» nəşriyyatı, 1983-cü il. 
2.B.Əhmədov və A.Rzayev. Pedaqogikadan mühazirə konspektləri. Bakı, «Maarif» nəşriyyatı, 1983-
cü il. 
3.Y.Talıbov, Ə.Ağayev və b. Pedaqogika. Bakı, «Maarif» nəşriyyatı, 1993-cü il. 
4.N.Kazımov, Ə.Həşimov. Pedaqogika. Bakı, «Maarif» nəşriyyatı, 1996-cı il. 
5.N.Kazımov. Məktəb Pedaqogikası. Bakı, «Caşıoğlu» nəşriyyatı, 2002-ci il. 
6.B.Əhmədov. Üç anlayış hqqında. «Azərbaycan müəllimi» qəzeti, 12 iyun, 1974-cü il. 
7.B.Əhmədov.  Şagirdlərin fiziki tərbiyəsi haqqında. «Məktəbdə  Bədən Tərbiyəsi» məcmuəsi,  №4, 
1978-ci il. 
8.Y.Talıbov, H.Qurbanov. İxtisasa giriş. Bakı, 2000-ci il. 
9.H.Qurbanov. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, «Adiloğlu» nəşriyyatı, 2001-ci il. 
 
 
 
 
 
                       
 
I.4.
-
PEDAQOJİ VƏ BƏDƏN TƏRBİYƏSİ ÜZRƏ ƏSAS SPESİFİK ANLAYIŞLAR 
 
4.1. Anlayışlar haqqında pedaqoji fikir tarixindən 
              İctimai həyat bəzi mühüm xarakterik məsələlərlə, elmi-texniki tərəqqinin sürətlə inkişafı  və 
genişlənməsi ilə səciyyələnir. Müasir elmin inkişafı təbii bir hal hesab olunmaqla yanaşı, özü ilə müvafiq 
qanunauyğun hadisələri də meydana çıxarır. Bu özünü bir tərəfdən elmlərin differensiallaşmasında, digər 
tərəfdən inteqrasiyasında göstərir. Hər bir elmin özündə  şaxələnmə sürətlənir, bununla yanaşı, elmlərin 
bir-birinə yaxınlaşması, bir-birinin naliyyətlərindən istifadə etməsi güclənir.
1
 
              Bütün bunları tərbiyə problemləri ilə məşğul olan elmlərə, eyni zamanda pedaqoqika elminə də 
aid etmək lazımdır. Qeyd etməliyik ki, pedaqoqikanın sürətlə differensiallaşması, yəni bu sahədə yeni-
yeni tədqiqat obyektlərinin və tədqiqat istiqamətlərinin meydana çıxması onun digər elmlərlə əlaqələrini 
o, cümlədən orta ümumtəhsil məktəbi şagirdlərinin fiziki tərbiyəsi ilə əlaqələrini daha da möhkəmləndirir. 
              Fiziki  tərbiyə pedaqoji proses kimi pedaqoqika elminin bütün qanunlarından, prinsiplərindən, 
təlim metodlarından, həmçinin digər elmlərlə əlaqələrindən və i.a. əsas mənbə kimi qidalanır və bunun 
nəticəsində inkişaf edir, nəzəri və  təcrübi cəhətdən daha da təkmilləşir. Həmin baxımdan, yəni müasir 
şəraitdə pedaqoqika elminin differensiallaşması, fiziki tərbiyə prosesi ilə qarşılıqlı  əlaqəliliyinin 
genişlənməsi, onun təkmilləşməsinə  zəmin yaratması, ilk növbədə isə bu sahədə  tədqiqatın aparılması 
bəzi zəruri pedaqoji anlayışların bir daha araşdırılmasının vacibliyini irəli sürür. 
              İctimai həyatımızda baş verən yeniliklər adamlar arasında qarşılıqlı münasibətlərdə, insanların 
xarakter və  tərbiyəsində çox böyük dəyişikliklər  əmələ  gətirir. Bütün bunlar həyatımızın mühüm 
sahələrindən biri olan əhalinin, böyüməkdə olan gənc nəslin tərbiyəsindən bəhs edən pedaqoqika elminin 
məzmunu, anlayışları və s. ilə daha geniş əlaqə yaratmış və müəyyən qədər genişlənmişdir. Bundan əlavə, 
pedaqoqika elmləri üzrə müxtəlif mövzularda doktorluq və namizədlik disertasiyaları müdafiə olunmuş 
                                                 
1
 Н.М.Казымов, Педагогиканын бязи тядгигат щцдудлары щуггында. «Азярбайъан мяктяби » журналы. №11, 1974-ъц 
ил, с.51. 


 25
Azərbaycan dilində nəşr edilmişdir. Bu əsərlərdə pedaqoji anlayışlar qismən də olsa diqqət mərkəzində 
olmuş, onun məzmunu və mahiyyəti əsasən ictimai cəmiyyətə xidmət etmək baxımından izah edilmişdir. 
              Təssüf ki, hazırda bədən tərbiyəsi və idman sahəsində  işləyən mütəxəsislərin  əksəriyyəti 
pedaqoji anlayışlara köhnə  ənənəvi qaydada yanaşır, çox vaxt isə biganə qalır, onun fərqinə varmırlar. 
Lakin görkəmli pedaqoqlar pedaqoji və istərsə  də  bədən tərbiyəsi üzrə spesifik anlayışlara daim diqqət 
yetirmiş  və münasibətlərini açıqlamışlar. Çünki bədən tərbiyəsi müəlliminin tərbiyə, təhsil və  təlimin 
mahiyyətini düzgün dərk etməsi, mövzu baxımından anlayışların hər birinin konkret məqsəd və 
vəzifələrini müəyyənləşdirməsi, onları  məqsədəuyğun səviyyədə  həyata keçirməsi fiziki tərbiyə 
prosesinin optimallaşdırılmasına əsaslı zəmin yaradır.  
              Bir  cəhəti də unutmaq olmaz ki, elmi-texniki tərəqqinin inkişafı ilə  əlaqədar olaraq, təlimində 
mahiyyəti dəyişir və  təkmilləşir. Bundan əlavə, Təhsil haqqında Qanun orta ümumtəhsil məktəbinin 
işində ciddi dəyişikliklər aparılmasını tələb edir. Buna görə də bütün fənlər kimi fiziki tərbiyə fənninin 
proqramlarının məzmunu, məqsəd və vzifələri də  dəyişir, yeni iş formaları  və üsulları yaranır, mövcud 
üsullarda demokratikləşmə, həmçinin təlim-tərbiyə prosesində məsələlərə humanistcəsinə yanaşma daha 
geniş vüsət alır. Qeyd etməliyik ki, təlimin məzmunundakı  dəyişikliklər ixtisas müəllimlərinin iş 
üslubunu heç də  dəyişməmiş, onlar təlimin yeni məzmununu pedaqoji fəaliyyətlərində lazımınca 
qiymətləndirmir. Xüsusən, təlimin yeni vəzifələrini nəzərə almır, təlimin mahiyyətinin dəyişdirilməsinə 
məhəl qoymurlar. Nəticə etibarı ilə fiziki tərbiyə üzrə  şagirdəlrin bilik və bacarıqlara yiyələnməsi 
səviyyəsi o qədər də yüksək olmur, bu sahədə vərdişlər çətinliklə formalaşır. Buna görə də fiziki təlim 
zamanı anlayışlar yerində  işlədilməli, mahiyyət və  məzmun təhrif olunmamalı, necə varsa elə  də  dərk 
edilməli, təlim prosesində  məqsəd və  vəzifələr müvafiq, konkret olmalı, müəllimin və  şagirdin 
funksiyaları obyektiv qiymətləndirilməlidir. 
              Yuxarıda göstərilənləri nəzərə alsaq, pedaqoji proses kimi təhsil, tərbiyə və təlim anlayışlarının, 
o cümlədən bədən tərbiyəsi, fiziki tərbiyə, fiziki təhsil, fiziki inkişaf, fiziki hazırlıq, idman, fiziki kamillik 
və i.a. nəzərdən keçirilməsi faydalı olardı. Bir çox pedaqoji anlayışların həll edilməməsinə, bu sahədə bir 
sıra dolaşıqlığın olmasına, müəyyən pedaqoji anlayışlar üzrə  həddindən artıq böyük fikir ayrılığının 
mövcudluğuna baxmayaraq ilk növbədə üç mühüm pedaqoji anlayışa–təhsil, tərbiyə  və  təlim 
anlayışlarına və bunlar arasındakı münasibətlərə söylənilmiş fikirlərə qismən də olsa nəzər-nöqteyimizi 
bildirməyə, aydınlıq gətirməyə çalışacağıq. 
              Təhsil anlayışı. Pedaqogika alimləri təhsilə  tərif vermək məqsədilə müxtəlif mövqedən ona 
yanaşmış və hazırda da yanaşmaqdadırlar. 
              Tanınmış rus pedaqoqlarından P.P.Qruzdev (1940), N.K.Qonçarov (1947), İ.A.Kairov (1948) 
təhsili ümumi pedaqoji anlayış hesab etmiş, həmçinin onu pedaqoqikada əqli tərbiyə də adlandırmışlar. 
Lakin burada bir cəhəti də qeyd edək ki, dilimizdə işlədilən təhsil, tərbiyə, təlim və s. kimi istilalar bir çox 
hallarda dolaşıqlıq əmələ gətirdiyi üçün bəzən onları ya bir-biri ilə eyniləşdirir, ya da əsassız olaraq biri 
digərindən tamamilə  təcrid olunur. Müvafiq pedaqoji ədəbiyyatın bir hissəsində  «Əqli tərbiyə» 
anlayışının lazımi səviyyədə izah olunması, «əqli təhsil» ilə bir-birini tamamlamasının düzgün və aydın 
şərh edilməsinə baxmayaraq bəzi pedaqoqlar, nəinki «əqli tərbiyə» terminindən istifadə etmir, hətta onu 
pedaqoji anlayış kimi imtina edirlər. Lakin «əqli tərbiyə» ni yaxşı halda «əqli təhsil» adlandıran və 
bunları eyniləşdirən yazılara da rast gəlmək mümkündür. 
              İ.T.Oqorodnikov «Pedaqoqikanın predmeti və metodları» adlı əsərində «təhsil» və «tərbiyə» (dar 
mənada) anlayışlarını bir-birindən ayıraraq birinciyə bilik, bacarıq və vərdişlər sistemi, «əqli tərbiyə»yə 
isə fiziki və  əqli qabiliyyətlərin inkişafının yaranması prosesi kimi baxır
  2
. O, dünyagörüşün 
formalaşmasını, həm təhsil və həm də tərbiyə ilə əlaqələndirir. 
              Etiraf  edək ki, təhsil anlayışına rus pedaqoji ədəbiyyatında müxtəlif möqelərdən yanaşanların 
sayı çoxdur. Nisbətən fikir yaxınlığına görə həmin mövqeləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür. 
              Birinci qrup mövqedən çıxış edən pedaqoqlar təhsilə müəyyən bilik, bacarıq, dünyagörüşü tələb 
edən sistem, başqa sözlə desək,  şagirdlər üçün nəzərdə tutulan fənni və onların bütün tədris fəaliyyəti 
kimi baxırlar (kolektiv müəlliflər).
3
    
                                                 
2
  
P.N.Шimbirev.И.T.Oqorodnikov.Pedaqogika.M,,uч.pedгыz, 1954, s.8
 
3
 И.А.Каировун редактяси иля. Пдагогика. М.Учпедгиз, 1939-ъц
 ил. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə