Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə115/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   124

İlk  ifadələrin  təsiri  insanlarda yaranmış  ilkin  təəssüratı  möh­
kəmləndirir,  yaxud  dəqiqləşdirir.  İlk  ifadələrdə  maraqlı,  orijinal 
ünsürlərə  malik,  eşidildiyi  anda  diqqəti  özünə  cəlb  edən bilən  in­
formasiya toplanmalıdır.
Əsaslandırm a təsiri.  Nitq əsaslandırılmış,  inandırıcı,  məntiqli 
olmalı, eyni zamanda, informasiya üzərində düşünmək və onu dərk 
etmək istəyi yaratmalıdır.
İnform asiyanın  hissə  -  hissə  təqdim  edilm əsi  təsiri  dinləyici­
lərin  diqqətini  cəlb  edib  saxlamağın  səmərəli  ritorik üsullarından 
biridir.  Bu  təsir  yeni,  maraqlı  informasiyanın  və  dəlillərin  bütün 
nitq  boyu  səpələnməsinə  və  əvvəlcə  söylənilənlərin  interpreta­
siya  edilməsinə  (həmin  fikirlərin  başqa  sözlərlə  çatdırılmasına) 
əsaslanır.  Beləliklə,  çıxış  edən  «təzə»  informasiyanı  hissə-hissə 
ortaya ataraq dinləyicilərin diqqətini fəallaşdırır.
B ədii ifadəlilik təsiri -  bu,  cümlələrin  savadlı  qurulması,  vur­
ğudan duzgun  istifadə,  metafora,  hiperbolalann işlədilməsi və  sa­
irdir.  Volter  demişkən,  əgər  ən  gözəl  fikir  də  pis  ifadə  olunarsa, 
dəyərini itirər.
Relaksasiya  (rahatlatm a)  təsiri.  Vaxtında zarafat etməyi,  ma­
raqlı  bir söz  söyləməyi  bacaranın işi bunu etməyi  bacarmayandan 
daha yaxşı olur. Yumor insanların azca dincəlməsi üçün təbii şərait 
yaradır,  onları  yaxınlaşdırır və xeyirxah münasibət yaradır.  Lakin 
zarafatdan istifadə edərkən, vaxtilə Cəfər Cabbarlının dediyi müd­
rik  sözləri  unutmaq  olmaz:  «Nə  zaman  ki,  gülüş,  zarafatcıllıq  və 
yumor  vasitə  rolunu  oynayır,  hər  şey  öz  qaydasında  olur.  Onlar 
məqsədə çevrildikdə isə əqli pozğunluq başlayır »
Ritorikanın ilk anlayışı  natiqdir.  Onun  sözlərinin ünvanlandı­
ğı  insanlar  natiqin  auditoriyasını  (latın  dilində  audire  -   eşitmək) 
təşkil edir.  Çıxış prosesində natiq və auditoryia bir-biri ilə qarşılıq­
lı  əlaqədədirlər.
Natiq  auditoriya  qarşısında  danışarkən,  bir qayda  olaraq,  iki  ar­
zusu olur:  öz fikirlərini  bölüşmək və bu zaman hiss etdiyi  duyğulan 
çatdırmaq. Fikir və hisslərin, nitqin əqli və hissi ünsürlərinin uzlaşma­
sı natiqlik sənətinin mahiyyətini təşkil edir. Burada ziddiyyət yoxdur. 
Bu ünsürlərin hər ikisinin natiqin nitqindəki mövcudluğu hüquqidir.
352


Məsələ  bundadır  ki,  insan  təfəkkürü  iki  formada  fəaliyyət 
göstərir:  məntiqi  və  obrazlı;  onlara  da  dərketmənin  iki  m üxtəlif 
növü  -  elm  və  incəsənət  xasdır  ki,  burada  onlar  qarşılıqlı  surətdə 
bir-birini tamamlayır.
Bununla əlaqədar olaraq, natiqin nitqi  emosional -  intellektual 
yaradıcılığın canlı  sözdə təzahür edən özünəməxsus növünü təşkil 
edir:  o, eyni zamanda həm insanın hisslərinə, həm də şüuruna təsir 
göstərir.  Camaat qarşısında çıxış ustalığı da insan təfəkkürünün bu 
iki formasından bacarıqla istifadə etməkdən ibarətdir.
Sadalananlar  aşağıdakı  nəticəyə  gəlməyə  imkan  verir  ki,  na­
tiqin  nitqi  özündə təkcə insanların  düşüncəsinə yox,  həm  də  duy­
ğularına təsir göstərir,  bu  səbəbdən də emosionallıq  camaat qarşı­
sında çıxışın tamamilə təbii,  eyni zamanda,  zəruri keyfiyyəti  olub, 
onun məzmununun qavranılaraq mənimsənilməsinə kömək edir.
Yekunda  natiqlik  sənəti  üzrə  öncə  söylədiklərimizin  qısa 
xülasəsi  kimi daha ümumi məsləhətlərimizi verək:
1.  Yalnız  söyləməyə  sözünüz varsa və  nitqinizin  mühüm,  yaxud 
faydalı  olacağına əminsinizsə,  çıxış edin.
2.  Sizə  söz  verilən  kimi  çıxışa  başlamayın.  Bir  qədər  gözləyin. 
Dinləyicilərə sizə  15-20 saniyə baxmaq imkanı verin.  Sonra audi­
toriyaya baxın, gülümsəyin və «salam» - söyləyin.
3.  Əgər  nitqinizi  kağızdan  oxumaq  qərarına  gəlmisinizsə,  bunu 
sanki  qarşımzdakı  insanla  söhbət  edirmiş  kimi  edin.  Əgər  «ka- 
ğızsız»  çıxış  edirsinizsə  də,  fərqi  yoxdur,  arabir  qısa  məlumat 
və  rəqəmləri  kağızdan  oxuyun,  əgər  hətta  bu  məlumatları  əzbər 
bilsəniz  də,  onları  oxumağınız dinləyicilərdə həmin  məlumatların 
səhihliyinə aid şübhələri  aradan qaldırar.
4. Nitq müzakirə edilən məsələ ilə məhdudlaşmalı,  ciddi  şəkildə 
yoxlanmış və seçilmiş faktlara əsaslanmalıdır.
5.  Nəzərlərinizi  ayn-ayn  şəxslərin  üzərində  saxlamayın.  Yadda 
saxlayın ki,  uzunmüddətli  diqqətli  baxış xoşagəlməz hiss  oyadır.  Bu 
səbəbdən,  nəzərlərinizi  ayn-ayn  dinləyicilərin üzərindən sürüşdürün. 
Bu, dinləyicilərin diqqətini cəlb edir və onlarda hüsn-rəğbət oyadır.
6.  İfadəli danışın, çünki ifadəli nitq fikrin ən m üxtəlif çalarlannın 
böyük çoxluğunu çatdırmaq imkanına malikdir.
353


7.  Şəxsi  söz ehtiyatınızdan bütünlükdə istifadə edin. Nitqinizdən 
dəftərxana ifadələri və vulqarizmləri kənarlaşdırmağa səy göstərin. 
Həmçinin kitab üslubundan da qaçın.
8. Dinləyicilərin  diqqətini  qıcıqlandırın.  Yadda  saxlayın  ki, 
gözləmək  gözlənilməzlikdən  daha  çox  maraq  və  emosiya  oya­
dır.  Nitqinizin  əvvəlində  əsas  məsələlərin  qarşıda  olacağına  işarə 
edin  və  sonra  da  bir  neçə  dəfə  bunu  xatırladın.  Elə  ilk  sözlərdən 
dinləyiciləri maraq «qarmağına», «sürpriz» intizarına «ilişdirmək» 
lazımdır.
9.  Fasilə  etməyi  öyrənin.  Bu,  diqqətinizi  ən  mühüm  fikirlərdə 
cəmləməyə, nəticələrin gözlənilməzliyni qabartmağa, şərh olunan­
ları ümumiləşdirməyə kömək edər.
10.  Sözlərinizi  jestlərlə  birləşdirin.  Çox  zaman  ifadəli  bir jest 
sözsüz  də  anlaşılır.  Jestlər  çox  kiçik,  dəqiq  və  ifadəli  olmalıdır. 
M imikalar mülayim və xeyirxah olmalıdır.
11.  Nitqin  sürətini  dəyişdirin.  Bu,  nitqə  ifadəlilik  verər.  Nit­
qin  sürətinin  dəyişdirilməsi  qavramanın  da  sürətini  dəyişdirir  və 
dinləyicinin  fikrinin yayınmasına imkan vermir.  Səsinizin intona­
siyasını  da dəyişin -  o  gah yüksəlməli,  gah  da alçalmalıdır.  Səsin 
tonunun qəflətən dəyişməsi  sözü, yaxud ifadəni ümumi  fondan çı­
xarıb fərqləndirir.
12.  Ucadan,  aydın,  ifadəli  danışın,  lakin zəruri  ehtiyac olmadıq- 
da,  səsinizi yüksəltməyin.
13.  Təlimatverici  tondan,  səsinizdə  nəsihətamiz-öyrədici  notla­
rın olmasından çəkinməyə çalışın.
14.  Ehtiyatda  çətin  anda  köməyinizə  çata  biləcək  yumoristik 
əhvalatlar,  zarafatlar,  söhbət və lətifələr saxlayın.
15.  Həmişə çıxışınızı nə isə qeyri-adi  şəkildə başlamağa,  sonunu 
isə  parlaq  və  dolğun  etməyə  çalışın,  çünki  həmişə  çıxışın  əvvəli 
və sonu daha yaxşı yadda qalır.  Əgər hər halda nitqin əsas tezisləri 
şərhin məntiqinə görə mətnin ortasına düşürsə, o zaman çıxışın so­
nunda onları xülasə etmək lazımdır.
354


Yüklə

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə