Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə112/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   124

Yalnız  adı  ilə,  hələ Amerika tərzi  ilə  qısaldılmış(məs.  Abdul- 
laya-Abış,  Məzahirə-Məzi  və  s.)  şəkildə müraciətdən  çox istifadə 
etmək lazım  deyil.  Bizim  ölkəmizdə  əsrlərdən bəri  insana hörmət 
əlaməti olaraq adının yanma «müəllim, bəy, üsta» və s.  artırmaqla 
müraciət edirlər.  Bu bizim  ənənəmizdir.  Yalmz yaxın  iş yoldaşla­
rına adı ilə müraciət etmək olar, bu şərtlə ki,  onlar çox cavandır və 
belə müraciətə etiraz etmirlər.
Yad adama «vətəndaş», «cənab», «xaram», «xanım qız», «cavan 
oğlan»  - deyə müraciət etmək olar. Bu günkü cəmiyyətdə sabit mü­
raciət  forması  yoxdur.  (Qeyd  etmək  lazımdır ki,  son  dövrlərdə  ge­
niş yayılmış  “müəllim”  müraciəti,  xüsusən,  dükan-bazarda,  ictimai 
nəqliyyatda və s. heç də təqdir olunmalı deyil.) Razılaşmaq lazımdır 
ki, yuxanda sadalanan müraciətlərin çoxu müxtəlif şəraitlərdə yerinə 
düşmür.  Bu  şəbədən biz çox zaman yad adama şəxssiz müraciət et­
məli oluruq: «Bağışlayın...», «İcazə verin», «Zəhmət olmasa..» və s.
İşgüzar  söhbət  zamanı  həmsöhbətlər  arasındakı  məsafəni  və 
ünsiyyət  sahəsinin  həcmini  nəzərə  almaq  lazımdır.  Burada yazıl­
mamış  bir  qanun  mövcuddur:  bir metrdən  az  məsafə  intim  hesab 
edilir (bu məsafədə ünsiyyət,  adətən, yaxın adamlar və dostlar ara­
sında baş verir),
Bir metrdən  iki  metr yanm a  qədər məsafə  rəsmi  hesab  edilir. 
İnsanlar bu  «instiktiv»  sərhədləri  pozduqda biz  özümüzü  narahat 
hiss  edirik  və  belə  görüşdən  sonra  bizdə  xoşagəlməz  bir  duyğu 
qalır  (yad  adamlann  adətən  liftdə  necə  gərgin  şəkildə  susduğunu 
xatırlayın).
Üç  metr  və  daha  çox  məsafə  laqeydlik  məsafəsidir.  Bu  mə­
safədən öz tabeliyində olanlan  danlamağa hazırlaşan rəislər baca- 
nqla istifadə edirlər.  Səkkiz metrlik məsafədən yalnız əmr vermək 
mümkündür.
Buna görə,  əgər siz həmsöhbətinizlə əlaqə yaratmaq və kons­
truktiv dialoqa girmək istəyirsinizsə, təxminən  1,  5 metrlik məsafə 
saxlayın və çalışın ki,  sizinlə həmsöhbətiniz arasında nəhəng yazı 
masası kimi  maneə dayanmasın.
İşgüzar  həyatda  nəzakətliliyin  mühüm  elementi  təqdimatdır. 
Onun  köməyi  ilə  lazımlı  və  xeyirli  əlaqələr  yaratmaq  mümkün­
343


dür. Etiket nə zaman və necə təqdim etmək və təqdim olunmaq la­
zım olduğunu göstərən müəyyən normaları nəzərdə tutur və onları 
nəzərə almamaq olmaz.
Əvvəlcə yaşca kiçik olanı  böyüyə,  subayı  evliyə, vəzifəcə ki­
çiyi böyüyə,  kişini  qadına,  daha cavan qadını yaşlıya və  s.  təqdim 
etmək qəbul  edilmişdir.
Təqdimetmə  anı  çox  mühümdür.  Bu  zaman  sərbəstlikdən 
çəkinmək,  sadə, «Bu Səməddir, mənim iş yoldaşımdır», «Sizə Gü­
neli  təqdim  edirəm»  və  s.  kimi  ifadələrdən yararlanmaq  olar.  Ki­
şini  təqdim  edərkən o ayağa qalxır və yüngülcə baş  əyir,  əyləşmiş 
qadın belə hallarda ayağa qalxmır.  Yaxın  qohumu təqdim  edərkən 
belə deyirlər:  «Mənim atam», «Mənim qardaşım Vasif». Bu zaman 
soyadı  söyləmirlər.  Görüş,  yaxud  qəbula  yeni  qatılanlar  məkanı 
tərk etmək üzrə olanlara təqdim edilmirlər.
Əgər  təqdim  edilmək  ehtiyacınız  yaranıbsa,  lakin  yaxında 
bunu  edəcək  kimsə  yoxdursa,  sadəcə  əlinizi  uzatmalı  və  adınızı 
aydın şəkildə söyləməlisiniz.
Rəhbər  işçinin  öz  tabeliyində  olan  insanla işgüzar  söhbətində 
xidməti subordinasiyaya (xidmətdə böyüyün kiçiyə tabe olması, ta­
belik -  tərc) əməl  olunmalıdır,  lakin belə söhbətlərin bütün iştirak­
çıları nəzakətlilik tələbinə əməl etməlidirlər. Məsələn, tabeliyinizdə 
olan işçiyə tapşırıq vermək lazım gəldikdə,  göstərişin mahiyyətini 
əmr formasında yox, xahiş şəklində izah etmək yaxşı olardı.
Xahiş  formasında  söylənən  göstəriş  insanları  yaxınlaşdıra­
raq,  birbirinə  daha  hörmətli  münasibətin  yaranmasına yardım  edir. 
Məsələn,  «Kamal  müəllim!  Mən  tələb  edirəm  ki...»  (yaxud  daha 
yumşaq:  «Kamal  müəllim,  mən xahiş  edirəm...»)  əvəzinə,  «Kamal 
müəllim, Siz bu işi... görə bilərdinizmi?» söyləmək daha yaxşı olardı.
Tabeliyinizdə olan adama onsuz da bunun xahiş yox,  göstəriş 
olduğu aydındır, lakin müasir xidməti etiket, mümkün olduğu hal­
da,  həmişə  xiidməti  söhbətin  demokratik  formalarına  üstünlük 
verməyi tələb edir.
Belə forma rəhbər işçinin tabeliyində olanın maraqlarını nəzərə 
aldığını, lakin təcili yerinə yetirilməli iş mövcud olduğu üçün cari 
işə ara verərək, başqası ilə məşğul olmağı xahiş etdiyini göstərir.
344


!
Hər dəfə işçilərə şifahi tapşırıq verilərkən, rəhbər işçinin «mən, 
mənə»  şəxs  əvəzliklərindən  istifadə  etməsi  (mənəm-mənəmlik) 
arzuolunan  deyil.  Bu  ona  görə  lazımdır  ki,  ətrafdakılarda  rəhbər 
işçinin  öz  şəxsi  ehtiyacları  barədə  danışması  təəssüratı  yaranma­
sın. Lakin bu deyilənlər, rəhbər işçinin «düşünürəm ki», «mənə elə 
gəlir ki»  sözləri  ilə başlayan  ifadələrinə  aid  deyil.  Burada ictimai 
tələbatların  şəxsi  tələbatlarla  əvəzlənməsi  yoxdur.  Düzgün  başa 
düşülmək arzusu - hamının arzusudur.
Təcrübədə  çox  zaman  belə hala  da  rast gəlinir ki,  rəhbər işçi 
özünün  çox  məşğulluğunu  bildirmək  üçün  gözlərini  kağıza  dikir 
və  otağa  gələn  adama  baxmır.  O,  artıq  içəridədir,  lakin  rəis  hələ 
də kağızlardan ayrılmır.  Belə vəziyyətin insana qarşı hörmətsizlik 
nümayişi olduğunu söyləməyə ehtiyac varmı?
İçəriyə daxil  olan -  istər sizdən rütbəcə kiçik rəhbər işçi, istər 
sıravi  işçi  olsun,  içəriyə girdiyi ilk andan hiss etməlidir ki,  o,  yal­
nız  istifadəyə  ehtiyac  olduqda  diqqət  yetirilən  cansız  əşya  yox, 
hörmətə layiq insan hesab edilir.
Rəhbər  işçi  nə  qədər  məşğul  olsa  da,  hər  halda  söhbətin 
ləngidilməsi üçün üzr istəməli və onu gələn adamla söhbətdən ya­
yındıran işini mümkün qədər tez başa çatdırmağa çalışmalıdır.
Tabeçiliyində  olan  adamla  söhbət  edərkən,  təbii  ki,  ona  qarşı 
diqqətli  olmaq  və  məsələnin  müzakirəsi  zamanı  hər  hansı  kənar 
işlə məşğul  olmamaq zəruridir.
Məsələn,  gözlənilmədən  çalınan  zəngə  cavab  verilməsinini, 
yaxud  görüş  vaxtı  içəriyə  daxil  olmuş  şəxslə  dialoqun  müddətin 
minimuma endirmək lazımdır. Bu, xüsusilə şəxsi xarakterli telefon 
zənglərinə aiddir.
Çünki  belə  davranış  nəinki  həmsöhbətinə  lazımi  hörmətin 
göstərilməməsi,  həm  də  rəhbər  işçinin  özünün  vaxt  itkisi  ilə 
nəticələnir,  çünki  fasilələrlə  keçən  söhbət  artıq  müzakirə  edilmiş 
məsələyə yenidən  qayıdılmasına  səbəb  olur və  deməli  vaxtın  boş 
yerə sərf olunmasına səbəb  olur.
Tabeliyinizdə  olan  işçinin  dediklərinin  məzmununa  həmişə 
ciddi  və  diqqətlə  yanaşılması  zəruridir.  Təcrübə  işçi  tərəfindən 
söylənən bu və ya digər təklif haqqında yekun mülahizənin söylə-
345


Yüklə

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə