Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

72
Klassik orta əsrlər
• Səlcuq imperatorluğunun zəifləməsinin səbəbləri nə olmuşdur?
• Yeni yaranmış dövlətlərin ərazisini xəritədə göstərin.
Cavablandırın
Elm və mədəniyyət
Dünya  mədəniyyətinə  möhtəşəm 
incilər  bəxş  edən  Böyük  Səlcuq  im-
peratorluğu ərazisində elmi biliklər sü-
rətlə  inkişaf  edir  və  rəngarəng  mədə-
niyyət nümunələri meydana gəlirdi.
İslam  dininin,  elmin,  incəsənətin 
inkişafına  diqqət  yetirən  Səlcuq  sul-
tanları  gəncləri  maarifləndirmək  üçün 
mədrəsələr  açmışdılar.  Elmi  biliklərin 
coşqun  inkişafı  şəraitində  Ömər  Xəy-
yam  və  Əl-Xəzini  kimi  alimlər  yetişmişdir.  Səlcuq  memarlığına  türbələr, 
qalalar,  məscidlər,  karvansaraylar  xasdır.  Səlcuq  sultanlarından  Toğrulun, 
Səncərin qəbirüstü abidələri olan türbələr bu gün də öz varlıqlarını qoru-
yurlar.
• 1066-cı ildə Bağdadda açılan “Nizamiyyə” adlı mədrəsə 
dünyanın ilk universitetlərindən biri hesab edilir. 
• Sultan Səncər Mərkəzi Asiyaya yürüşü zamanı köçəri türkmənlər tərəfindən 
əsir götürülmüş, lakin 3 illik əsirlikdən sonra qaçaraq azad ola bilmişdir.
Axtarın
Səlcuqlar, Malazgird döyüşü, Ömər Xəyyam
Səlcuq qalası (müasir Türkiyə)
Öyrənin
parçalanmasının qarşısını ala bilmədi. 1157-ci ildə süqut edən Böyük Səlcuq 
imperatorluğunun  ərazisində  İraq,  Konya,  Suriya  Səlcuq  sultanlıqları,  o 
cümlədən, Azərbaycanda Atabəylər dövləti meydana gəldi.


73
XIII əsrdə monqolların Mərkəzi Asiyanı işğal etməsi ilə əlaqədar olaraq 
Anadolu torpaqlarına oğuzların bir hissəsinin, o cümlədən, qayıların köçü 
baş verdi. Anadolu (Konya) Səlcuq sultanı Bizansın təcavüzündən qorun-
maq üçün sərhədyanı bölgələri qayı boyuna vermişdi. Burada yarımmüstəqil 
bəylik  quran  qayılar,  Osman  bəyin  başçılığı  ilə  Konya  sultanlığına  son 
qoyaraq 1299-cu ildə Osmanlı dövlətinin əsasını qoydu.
Orxan Qazinin dövründə Bursa şəhərini gənc dövlətin paytaxtına çevirdi. 
Konstantinopolu tutmağı özlərinin ali məqsədi hesab edən Osmanlı türkləri 
XIV əsrin 30-cu illərində Bizansı məğlub edərək İznik və İzmit şəhərlərini 
tutdular və bununla Konstantinopola bir az da yaxınlaşdılar.
Hakimiyyətə  gələn  I  Murad  (1359-1389)  sultan  titulunu  qəbul  etdi. 
1361-ci ildə fəth edilən Ədirnə şəhəri yeni paytaxt oldu.
Osmanlılara qarşı qoşun toplayan serblər 1389-cu ildə baş verən Koso-
Osmanlı imperatorluğunun 
yaranması
“Konstantinopol, 
əlbəttə, fəth ediləcək. 
Onu fəth edən ordu 
nə möhtəşəm ordu-
dur. Onu fəth edən 
sərkərdə nə cəsur 
sərkərdədir...”
Məhəmməd 
peyğəmbər (Ə.S.)
1. Yuxarıdakı şəklidə gördüklərinizi şərh edin.
2. Məhəmməd peyğəmbərin (Ə.S.) bu sözləri 
haqqında nə deyə bilərsiniz?
3. Yuxarıdakı açar sözlərdən hansıları ilə tanışsınız?
Düşünün
Qayı
Osman bəy
Konstantinopol
Fateh
Topqapı
Açar sözlər
14
Osmanlı dövlətinin yaranması və ilk fəthlər
1. Anadolu hansı türk dövlətlərinin tərkibində olmuşdur?
2. Azərbaycanın ilk diplomat qadını Sara xatunun diplomatik fəaliyyəti 
haqqında nə bilirsiniz?
Yada salın


74
Klassik orta əsrlər
Bizansın Avropa səlibçilərini təhrik etməsi I İldırım Bəyazidin Konstan-
tinopolu mühasirə etməsinə səbəb oldu. Lakin Əmir Teymurun Anadoluya 
yürüşü xəbəri onu geri çəkilməyə vadar etdi. 1402-ci ildə Ankara döyüşündə 
iki  türk  ordusu  qarşılaşdı.  Anadolu  bəyliklərinin  xəyanəti  və  Teymurun 
fillərdən istifadə etməsi Osmanlı ordusunun məğlubiyyətinə yol açdı. Döyüş 
nəticəsində  osmanlıların  Balkan  yarımadasındakı  fəthlərinə  ara  verildi. 
İstanbulun fəthi gecikdi. Əmir Teymurun Anadolu bəyliklərinə müstəqillik 
verməsi və Osmanlı torpaqlarını Bəyazidin oğulları arasında bölüşdürməsi 
dövləti daha da zəiflətdi. Osmanlı tarixində “Fitret dövrü”(1402-1413) ad-
lanan bu dövr, taxt-tac mübarizəsi, qarışıqlıq dövrü kimi yadda qaldı.
Osmanlı dövləti XV əsrdə
Osman bəyin müdrik müəllimi Şeyx Ədəbalının nəsihəti:
“Ey oğul! Artıq hökmdarsan. Bundan sonra qəzəb bizə düşər, yumşaqlıq sənə. 
Küsmək bizə düşər, barışdırmaq sənə. Səbr etməyi bil, çiçək vaxtından əvvəl 
açmaz. Xalqın varlığını həmişə hiss et. Xalqa arxa çevirmə.”
Osmanlı tarixçisi Mustafa Cənabinin “Cənabi tarixi” əsəri
Müzakirə edin
Osman bəyin müəlliminin nəsihəti nə üçün faydalıdır?
vo döyüşündə darmadağın edildilər. Sultan I İldırım Bəyazid (1389-1402) 
Serbiyanın müstəqilliyinə son qoydu və Balkanlarda fəthləri davam etdirdi. 
1396-cı ildə Niqbolu döyüşündə Avropa səlibçiləri üzərində parlaq qələbə 
qazanılaraq Bolqarıstanın işğalı başa çatdırıldı. 
Sultan II Muradın döv ründə Osmanlı döv lə tinin əvvəlki qüdrəti bər pa edil-
di. XV əsrdə əra zisi ancaq Konstantinopolun ətrafından ibarət olan Bizans 
imperiyası çox zəifləmişdi. Sultan II Mehmet (1451-1481) Konstantinopo lu 
mühasirəyə aldı. Bi zans lıların Qızıl buynuz li ma nının girişini zəncirlə bağlaması 
Osmanlı gəmilərinin işini çətinləşdirsə də osmanlılar quru yolla üzərinə piy 
çəkilmiş taxtaların üzərindən gəmiləri daxi li limana saldılar. Sudan və quru-
• Səlcuq imperatorluğu ilə Osmanlı dövlətinin yaranmasının hansı oxşar 
cəhətləri var?
• Nə üçün Ankara döyüşü türk-müsəlman dünyasının faciəsi sayılır?
Cavablandırın
Osmanlı dövlətinin imperatorluğa çevrilməsi


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə