Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   69

 
216 
Bəxtiyar Vahabzadə"ġəhidlər
Qatil gülləsinə qurban gedirkən,  
Gözünü sabaha dikdi Şəhidlər. 
Üçrəngli bayrağı öz qanlarıyla,  
Vətən torpağına çəkdi Şəhidlər... 
Zalım öyünməsin zülümləriylə,  
Min bir böhtanıyla, min bir şəriylə. 
Həqiqət uğrunda ölümləriylə,  
Ölümü kamına çəkdi Şəhidlər... 
O şənbə gecəsi, o qətl günü, - 
Mümkünə döndərdik çox namümkünü,  
Xalqın qəlbindəki qorxu mülkünü,  
O gecə dağıdıb sökdü Şəhidlər... 
Tarixi yaşadıb diləyimizdə,  
Bir yumruğa döndük o gecə bizdə. 
 Yıxıb köləliyi ürəyimizdə 
Cəsarət mülkünü tikdi Şəhidlər... 
Onlar susdurulan haqqı dindirər,  
Qaraca torpağı qiymətləndirər. 
Donan vicdanları qeyrətləndirər,  
Axı, el qeyrəti çəkdi Şəhidlər... 
Bilirik, bu bəla nə ilkdi, nə son,  
Ölürkən uğrunda bu Ana yurdun. 
Quzu cildindəki o qoca qurdun,  
Doğru, düz cildini çəkdi Şəhidlər... 
 
Cəfər Cabbarlı, "ÖLKƏM" 
Şiş ucları buludlarla döyüşən 
Dağlarında buzları var ölkəmin.  
Göy otlardan ipək paltar geyinən 
Tarlaları, düzləri var ölkəmin. 
Verimli torpağı, geniş çölləri,  


 
217 
Çalışqan ərləri, igid elləri,  
Böyük gəmiləri, dəmir yolları,  
Keçidləri, rizləri var ölkəmin. 
Göllərində ördəkləri üzərlər,  
Çöllərində maralları gəzərlər,  
Güllərindən gəlinlər tac bəzərlər,  
Ceyran gözlü qızları var ölkəmin. 
Quzğun dəniz oynar ayaqlarında,  
İşıq saçar nefti torpaqlarında.  
Tarixlərin altun yarpaqlarında  
Dadlı-dadlı sözləri var ölkəmin. 
Yanar dağlarında yalov coşarmış,  
Ona tapınmaya ellər qoşarmış,  
Bir çağ varmış, ölkəm azad yaşarmış,  
Bu yollarda izləri var ölkəmin. 
İpəyindən qızlar çadra geyərlər,  
Ölkələrin azad görmək dilərlər,  
Bu yerləri bütün ellər sevərlər,  
Yalnız bizdə gözləri var ölkəmin
 
 Əhməd Cavad, Azərbaycanın Dövlət himni 
Azərbaycan! Azərbaycan! 
Ey qəhrəman övladın şanlı Vətəni! 
Səndən ötrü can verməyə cümlə hazırız! 
Səndən ötrü qan tökməyə cümlə qadiriz! 
Üçrəngli bayrağınla məsud yaşa! 
Üçrəngli bayrağınla məsud yaşa! 
Minlərlə can qurban oldu,  
Sinən hərbə meydan oldu! 
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu! 
Sən olasan gülüstan,  


 
218 
Sənə hər an can qurban! 
Sənə min bir məhəbbət 
Sinəmdə tutmuş məkan! 
Namusunu hifz etməyə,  
Bayrağını yüksəltməyə 
Namusunu hifz etməyə,  
Cümlə gənclər müştaqdır! 
Şanlı Vətən! Şanlı Vətən! 
Azərbaycan! Azərbaycan! 
Azərbaycan! Azərbaycan! 
 
Gülhüseyn Hüseynoğlu, AZƏRBAYCAN DĠLĠ (Mənsur Ģeir) 
Anamın  südündə,  vətənimin  havasında,  çörəyində,  suyunda 
səni duymuşam! 
Torpağımda-daşımda,  çölündə-çəmənimdə,  Kürümdə,  Ara-
zımda, Xəzərimdə, canımda səni görmüşəm! 
Elimdə-günümdə,  dərsimdə-kitabımda  səni  sevmişəm!  Sev-
mişəm,  a  məni  tarixin  eniş-yoxuşlarında  xalqımın  göz  bəbəyi 
kimi  qoruduğu  dilim!  Azərbaycan  dilim!  Anamın  həzin-həzin 
laylalarında, arzulu-arzulu oxşamalarında qanıma keçmisən!  
Atamın  kişi-kişiyana  söhbətlərində  ruhuma  çökmüsən!  Ba-
bamım,  nənəmin  şirin-şirin  nağıllarında,  bayatılarında  ürəyimə 
girmisən!  Əlimə  qələm  alan  gündən,  qələmin  ixtiyarına  qalan 
gündən böyüklüyünü dərk etmişəm. 
İlk  gecədə,  yuxusuz  qaldığım  ilk  gecədə,  ilk  ağır  sınaq  ge-
cəsində necə də köməyimə gəldin, qüdrətinlə ana barəsindəki dü-
şüncələrim  öz  qəlibinə  düşdü,  söz  qəlibinə  düşdü.  Səxavətini 
unutmamışam.  Heç  zaman,  heç  kəsdən  bir  kömək  ummadım. 
Təkcə  səndən  savayı!  Səndən  də  həmişə  budur  təmənnam:  əsir-
gəmə sözlərini, varını, gizləmə imkanlarını, ecazkarlığını, bir sö-
zünün  neçə-neçə  çalarını;  yuxusuz  gecələrimin  sayını  çoxaltma, 
mənsur  şeirlərimə  xəzinənin  ən  sirli,  hələ  toxunulmamış,  əl 


 
219 
dəyilməmiş  guşələrində  qidalanmağa  icazə  ver,  a  mənim  ulu 
əcdadımın  yadigarı,  nişanəsi,  nəfəsi,  doğma  dilim,  ana  dilim! 
Azərbaycan dilim! 
Sənsiz  neyləyə  bilərəm?  Nəyə  gərəyəm?  Varlığım  varlığına 
bağlıdır. Adım adınla öyünər. Sevincim, səadətim qüdrətinlə ya-
ranır,  a  mənim  günüm,  ilim,  əsrim,  qərinəm,  nəhayətsizliyim, 
Azərbaycan dilim! Azərbaycan dilim! 
 
M.P.Vaqif, "
 Durnalar

Bir zaman havada qanad saxlayın,  
Sözüm vardır mənim sizə, durnalar! 
Qatarlaşıb nə diyardan gəlirsiz,  
Bir əbər versəniz bizə, durnalar! 
Sizə müştaq durur Bağdad elləri,  
Gözləyə-gözləyə qalıb yolları,  
Asta qanad çalın, qafil elləri,  
Heyifdir salarsız düzə, durnalar! 
Xeyli vaxtdır yarın fərağındayam,  
Pərvanətək hüsnün çırağındayam,  
Bir ala gözlünün sorağındayam,  
Görünürmü görün gözə, durnalar! 
Mən sevmişəm ala gözün sürməsin,  
Bədnəzər kəsibən ziyan verməsin,  
Sağın gəzin laçın gözü görməsin,  
Qoruram səfnizi poza, durnalar! 
Nazənin-nazənin edərsiz avaz,  
Ruhlar tazələnir olur sərəfraz,  
Vaqifin də könlü çoxedər pərvaz,  
Hərdəm sizin ilə gəzə, durnalar! 
 


 
220 
Nəbi Xəzri, 

ġuĢanın yolları
 "
 
Hər yanda bir məclis qurulub gedir,  
Buz kimi bulaqlar durulub gedir,  
Dağların döşüylə burulub gedir,  
Gör necə qovuşur yollara yollar,  
Siz nə gözəlsiniz, yollar, a yollar. 
Dağın ətəyinə qədəm qoyunca 
Qarqar uğuldayır dərə boyunca,  
Durub hüsnünüzə baxım doyunca 
Baxım heyran-heyran mən sizə, yollar,  
Ilk dəfə gəlmişik üz-üzə, yollar! 
Sərin bulaqlardan ellər su içmiş,  
Dostunu düşməndən yaxşıca seçmiş,  
Burdan Vaqif ötmüş, Vidadi keçmiş,  
Gərək ki, onları tanıya yollar,  
Onların izləri hanı, a yollar?! 
Sevirəm çeşməli, sulu dağları,  
Vüqarlı dağları, ulu dağları,  
Döysə də qar, yağış, dolu dağları,  
Dolanıb aparır dağlara yollar,  
Bağçalara yollar, bağlara yollar. 
Dağların zirvəsi ağa bürünür,  
Yaşıl qüzeylərdən duman sürünür,  
Qəlbimdən bu yerə yollar görünür,  
Gör necə qovuşur yollara yollar,  
Siz nə gözəlsiniz, yollar a yollar. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə