EkologiYA



Yüklə 64,54 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü64,54 Kb.
#39333


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4                                  Təbiət elmləri seriyası                                    2014 

 

 

 

 

EKOLOGİYA

 

 

 

UOT 598. 2/9-15 

 

H

ƏR MEŞƏNİN ÖZ QUŞU VAR 

 

Ş.M.CƏFƏROVA  

Bakı Dövlət Universiteti 

shafiqamaharramova@mail.ru 

 

 Mövzunun 

ən çox önəmli problemi  ərazidə  landşaftın  və  ya hər  hansı  təbii biotopun 

antropogen d

əyişdirilməsi və  onun  quşlara  təsiridir. Biz bu problemin həllini populyasiya 

s

əviyyəsində, hətta fərd səviyyəsində  dərk etmək istərdik.  Meşənin dəyişməsi  oradakı  bio-

senozun, o cüml

ədən quşların kəmiyyətcə, sonda isə keyfiyyətcə dəyişməsi ilə müşayiət olunur. 

T

əbii  landşaftın  antropogen  dəyişdirilməsi 2 mərhələ  keçirir  –  modifikasiya və  tam trans-

formasiya (Mustafayev, 1985). Quba v

ə  Altıağac  meşələrində  bu proseslərin hər ikisi olub. 

Tam tr

ansformasiya  Altıağac  meşələrində  daha  çox  olub  (Vereşagin,  1959).  Ərazidə  bu 

d

əyişmələrin reproduktiv quşlara təsirinin araşdırılması ilk təşəbbüsdür. 

 

 Açar sözl

ər:  landşaft,  biotop,  modifikasiya,  transformasiya,  kəmiyyət, keyfiyyət, 

uy

ğunlaşma. 



 

Modifik


asiya  meşənin mal-qaraya  otarılması,  talalardan  ot  biçilməsi, 

meşədən torpaq yol keçməsi nəticəsində olur və faunada kəmiyyət dəyişmələri 

yaradır.  Quba  meşələrindəki antropogen dəyişmələrin çoxu  modifikasiya 

xarakterlidir.  Meşənin  tam  transformasiyasına  onun  qırılması,  meşə  yanğını, 

meşənin yerində seliteb biotop qrupu və təsərrüfat yaradılması, daimi döşəməli 

yol ç


əkilməsi səbəb olur (Mustafayev, 1985). Tam transformasiya xarakterli 

antropogen d

əyişmələr Altıağac meşələrində Quba meşələrinə nisbətən çoxdur.  

 

N



əticələr və onların müzakirəsi 

İndi  artıq  məktəbli də  bilir  ki,  dünyanın  müxtəlif ölkələrində  olduğu 

kimi, Az

ərbaycanda əhali qədim vaxtlardan başlayaraq meşələrdən kor-koranə 

istifad

ə edib, onu qırıb dəyişdirib və öz gələcəyinə böyük zərbə vurub. Bunu 



Quba-

Altıağac  meşələrinin müqayisəli strukturundan dərk etmək çətin deyil. 

Altıağac meşələri pozulmuş təbii landşaft kompleksi adlandırılıb (Məmmədov, 

X

əlilov, 2002. Meşənin strukturuna biz nisbi yanaşırıq ona görə ki, dünyada 2 



 

76 



adam  eyni  olmadığı  kimi,  eyni  quruluşlu  meşə, hətta  eyni  ağac  da yoxdur 

(Mustafayev, 2012).  

Quba v

ə Altıağac meşələri zoocoğrafi baxımdan Şərqi-Qafqaz meşələri 



rayonunun dağ meşələri sahəsinə daxildir (Mustafayev, 1985, 2012; Mustafa-

yev, Sadıqova və b., 2011), hər ikisi dağ meşəsinin orta qurşağında  yerləşib. 

D

əniz səviyyəsindən hündürlüyü 800-1700 m-dir.  Dağ  meşələri  torpağının  3 



əsas tipi məlumdur: qonur torpaq, çürüntülü torpaq, qəhvəyi torpaq. Çürüntülü 

– 

karbonatlı torpaqlar üstünlük təşkil edir (Əliyev, Həsənov, 1993). 



        

                                        C

ədvəl 1 

Quba-

Altıağac meşələrinin müasir landşaftları və biotopları 

 

Landşaft və biotoplar 

Quba meşəsində 

Altıağac 

meşəsində 

Çoxyaşlı palıd, vələs, fıstıq meşəsi (30 il <) 

a)

 

təbii kol yaruslu meşə 



b)

 

ot və ya xəzəl döşəməli meşə 



Cavan palıd, vələs, fıstıq meşəsi (30 il >) 

a)

 



kol qarışıqlı cavan meşə 

b)

 



kolsuz cavan meşə (pöhrəlik) 

Qarışıq kolluq 

Ağacların kol forması 

Meşə talası (otluq, seyrək kol) 

Otluq və seyrək kolluqda meşə qalığı 

Tarla arasında meşə qalığı 

Meşə yerində seliteb landşaft 

Meşə çayları, kiçik hövzə, bulaqlar                                                                                                  

Cəmi:  Az                     

Cəmi:  Çox 

Çox 

Çox 


Az 

Az 


Az 

Az 


Az 

Az 


Az 

Az 


Çox 



Az 



Az 

Çox 


Çox 

Çox 


Çox 

Çox 


Çox 

Çox 


Çox 

Az 




 

Geomorfoloji  baxımdan ərazidə  üst və  alt tabaşir  dövrünün  terrogen  və 



karbonatlı fassiyaları, qismən də orta yura dövrünün terrogen – tuf, poleogen 

dövrünün  terrogen  karbonatlı  çöküntüləri  var.  Çöküntü  materialları  üstünlük 

t

əşkil edir (Prilipko, 1970). 



Quba-

Altıağac  dağ  meşələrinin  relyefi  qabarıq  formalı  dağ  silsiləsindən 

ibar

ətdir.  Meşə  ilə  örtülü  qayalıqlar,  yarğanlar,  uçqunlar  və  sürüşgənlər biri 



dig

ərini əvəz edir. Yarğanların əmələ gəlməsinə əsas səbəb qalın qar örtüyünün 

sürüşməsi və güclü yağışlardır. Bu meşələrin yerləşdiyi relyefin əsası dördüncü 

dövrün 


əvvəlində  formalaşıb,  hələ  indi də  davam edir (Prilipko, 1970). Orta 

illik temperatur 5-6

C-

dir, yağıntı isə 800-2000 mm arasında dəyişir (Səfərov, 



Qlisayev, 1991).  Müasir dövrd

ə Quba dağ meşələrinin bitki örtüyü Altıağac 

meşələrinə nisbətən zəngindir, Azərbaycan florasından 40% təşkil edir (Əliyev, 

B

ədəlov və b., 2012). Enliyarpaq meşələrin əsasını fıstıq, vələs və palıd təşkil 



edir. Bunlar çox yerd

ə  qarışıqdır  (vələsli-fıstıq,  palıdlı-vələs,  fıstıqlı-vələs).  

Quzey  yamaclarda  fıstıq  dominantdır.  Burada  fısdığın  çətirləri birləşərək 

 

77 




gün

əşin qarşısını kəsir. Belə yerdə kol yarusu və ot döşəməsi yox səviyyəsində-

dir. Bunların əvəzində qalın xəzəl döşəməsi var. Amma güney yamaclarda fıs-

tıqlı vələs, palıd, göyrüş və ağcaqayın iştirak edir. Tək-tək və kiçik sahəli şam 

da bitir. İkinci yarus əzgil, yemişan, zoğal, itburnu və s. kollardan ibarətdir. 

Dendroflora z

əngin  olduğu  üçün  meşələrin tipoloji tərkibi müxtəlifdir. 

Ərazinin torpaq -  iqlim  rejimi  meşənin tərkibcə  müxtəlifliyinə  imkan verir. 

Ad

ətən ayrı-ayrı yamacda meşənin tərkibi mozaikdir. Şaquli istiqamətdə fıstıq 



meşəsi  palıd  və  vələs  meşəsi ilə  əlaqəlidir.  Palıd  daha  çox  hündürə  qalxır. 

Amma  orta  dağ  qurşağında  quzey və  güney  yamacların  hər ikisində  fıstıq 

meşəsi üstünlük təşkil  edir.  Bəzi hissəsində  heç bir kol və  ot yarusu bitmir. 

Burada b


əzi  fıstıq  ağacı  30-40 m hündürlüyə, 1,5 m-ə  qədər diametrə  malik 

olur. B


əzi  yamacda  fıstıq  meşəsinə  ağcaqayın  –  Acer də  qarışır.  Bəzi yerdə 

böyürtk


ən  –  Fagetum  rubosum  bitir.  Fagetum  taxosum  ikinci  yarusda  iştirak 

edir. Floranın zənginliyi quşların müxtəlifliyinə müsbət təsir edir. 

Palıd  meşəsi  arandan  subalp  qurşağına  qədər  yayılıb,  24  %  təşkil  edir 

(Prilipko, 1970). V

ələs fısdığın peyki adlanır. Onun orta yaşlı ağaclarının Azər-

baycan üzr

ə  yayılması  70  %  təşkil  edir.  Vələs  qarışıqlı  palıd  meşəsi  başlıca 

olaraq  karbonat  torpaqlı  yamaclarda  bitir.  Vələsin antropik və  antropogen 

deqradasiya yerl

ərində  kserofit ot və  kol  yayılır. Bəzi yerdə  vələs 2-ci yarus 

koluna  çevrilir. Bel

ə hallar, meşənin qırıldığı yerlərə daha çox xasdır. Vələs 

meşəsinin ot yarusu kol yarusundan yaxşı inkişaf edir. Amma palıd meşəsində 

kol yarusu daha uğurlu inkişaf edir. 

V

ələsin özünübərpa  bacarığı    palıda və  fıstığa  nisbətən yüksəkdir. Ona 



gör

ə  ki,  reproduksiyası  intensiv  və  uğurlu  gedir.  Palıd-vələs  meşəsində  tam  

qırıntı aparılması palıdın özünübərpasını çoxaldır, seçmə qırıntı aparılması isə 

v

ələsin özünü bərpa etməsinə daha çox uğur gətirir. Ona görə bizim tədqiqat 



apardığımız ərazidə vələs üstünlük təşkil edir (palıd qırılıb, vələs çoxalıb). 

Kolluq qarışıq fitosenozun həyat formasıdır, onun əsas qurucusu kollar-

dır. Ağacdan fərqli olaraq kol öz fərdi həyatının yalnız əvvəlində ümumi göv-

d

əyə malik olur, sonralar isə torpaqdan çıxdığı yerdən başlayaraq əmələ gələn 



budaqlar 

əsas gövdədən heç nə ilə  fərqlənmir (Serebryakov, 1962). Kol fito-

senozunda qaratikan (Paliurus spina) kimi t

ək-tək növlər  ayrıca  cəngəllik 

əmələ gətirir, qalanlar isə başqa növlər ilə qarışıq formasiyalar halında bitirlər 

(Prilipko, 1970). Bizim t

ədqiq  etdiyimiz  orta  dağ  meşələri  qurşağında  bitən 

kollar meşə altlığı və tala bitkiləridir. Bir sıra ağaclar pis şəraitdə dəyişib kol 

olublar (palıd, vələs, cır armud və b.). Qırılmış meşənin yerində yemişan, əzgil, 

alça, itburnu, iyd

ə və s. qarışıq kolluq formalaşıb. Qarışıq kolluq daha çox quş 

c

əlb edir. 



Quba  dağlarına  nisbətən  Altıağac  dağlarının  iqlimi  quraqlıqdır,  torpağı 

karbonatlı boz, münbitliyi zəifdir. Əsas çayı Ataçaydır, onun kiçik bir gölü var 

(adsız).  Bulaqlar  da  az  və  zəifdir. Ona görə  qırılmış  meşə  özünü çətin bərpa 

edir. Çox yerd

ə tək-tək palıd, vələs ağacları ətrafında kolluq formalaşıb. Bəzi 

yamaclar güclü eroziyaya uğrayıb, yerində çılpaq boz qayalar qalıb. Dərələrdə 

 

78 



hündür otluq v

ə çəmənlik yox kimidir. Qubanın dağ kəndlərində tək-tək palıd, 

v

ələs, hətta  fıstıq  kimi  meşə  ağacları  qalıb,  alma,  armud,  gilas  kimi  meyvə 



ağacları çox olduğu halda, Altıağac kəndləri ətrafında qarışıq kollar və kol for-

ması  almış  ağaclar  çoxluq  təşkil  edir.  Yemişan  -  Crataegus pentaqyna, Cr. 

kyrtostila, 

əzgil – Mespilus germanica dominantdır. Kolluqların deqradasiyası 

qaratikanın  –  Paliurus  spina  inkişafına  səbəb olub. Bəzi yerdə  nar kolu – 

Punica qranatun bitir, h

ətta  sumax  kolluğu  –  Rhus coriaria  əmələ  gəlib. 

Böyürtk


ən kolluğu – Rubus sanquineus və yulğun – Tamarix növləri dərələrdə 

bitir. Onların arasında kol formalı söyüd – Salix caprea və zoğal – Cotoneaster 

bitir. B

əzi yerdə  alçaq  boylu  kollar  görünür:  ağacvari  şorəngə  -  Salsola, bö-

yürtk

ən – Anabasis və s. Altıağac meşələri orta qurşağında arid yamaclarda kol 



formalı ağaclar çoxdur: vələs – Fagus orientalis, ağcaqayın – Betula pendula, 

palıd -  Quercus növləri, ardıc – Juniperus və s. Tək-tək qalmış palıd ağacları 

ətrafında yemişan – Cratacus və əzgil – Mespilus qermanica kimi ikinci yarus 

qalıqları adi haldır. 

Bel

əliklə, qarışıq kolluqlar inkişaf xarakterinə görə başlıca olaraq qırılmış 



meşənin yerində  əmələ  gəlib. Belə  kolluqda qaratikan yoxdur və  ya  azdır. 

Üstünlük t

əşkil  edənlər  yemişan,  əzgil,  itburnu,  zoğal  kimi  kollardır.  Bunlar 

meşənin işıqlı seyrək yerlərində də bitirlər. 

T

əbiidir  ki,  meşələrdə  landşaft  və  biotop dəyişmələri  quşlara  kəmiyyət, 



qism

ən də  keyfiyyət  baxımından  təsir  edir.  Yaşlı  (30  ildən  çox)  ağaclarda 

qabığın gövdədən qopub aralanması, gövdənin çatlaması, koğuş əmələ gəlməsi 

örtülü  şəraitdə  nəsil verən  bayquşları  –  Striqidae,  ağacdələnləri  –  Piccidae, 

arıquşları  –  Paridae, cilovlular –  Sittidae  kimi  quşları  cəlb edir. Həmin me-

şələrin kol yarusu sərçəkimilərin  –  Passeriformes nəsil verməsinə  yararlıdır. 

Kol qarışıqlı cavan meşələrə nisbətən kolsuz cavan meşələr quşları az cəlb edir. 

Köhn


ə  hündür  ağacların  budaqları  üzərində  leyləkkimilər  –  Ciconiformes, 

qızılquşkimilər – Falconiformes, göyərçinkimilər – Columbiformes, qarğalar – 

Corvidae v

ə qaratoyuqlar – Turdudae kimi böyük və ortaboy quşlar yuva tikir, 

yeml

ənmək üçün isə  çoxu  ətrafdakı  açıq  landşafta  uçurlar.  Qarışıq  kolluqlar 



xırda  quşların  nəsil verməsinə, gizlənməsinə  və  yemlənməsinə  yarayır  (ala-

çöhr


ələr  –  Lanidae, pöhrəçillər  -  Sylvidae, hörücülər  –  Fringillidae və  b.). 

Lakin  kol  formasına  çevrilmiş  ağaclar  quşları  az  cəlb  edir,  onları  olsa-olsa 

gizl

ədir. 


Meşə talalarında bildirçin – Coturnix və turağaylar – Alaudidae məskun-

laşıb nəsil verirlər. Açıq landşaftda qalmış seyrək kol və ağaclar dendrofil və 

kolluq quşlarının  dincəlməsinə və gizlənməsinə kömək edir. Eyni sözü tarlada 

qalmış ağaclar və kollara da aid etmək olar. Dağ meşələrinin orta qurşağında 

meşənin  tam  transformasiyası  nəticəsində  yaranmış  seliteb  landşaftda sinan-

trop


laşma prosesinin müxtəlif mərhələsində olan quşlar nəsil verirlər: muymulu 

qızılquş - Falco tinnunclus –, çöl göyərçini – Columba livia, xarabacıl bayquş – 

Athene noctua, qara oraqqanad –  Apus apus, adi k

əndqaranquşu  –  Hirundo 

 

79 



rustica, ad

i şəhərqaranquşu – Delikhon urbica, kəkilli turağay – Galerida cris-

tata, qara sığırçın – Sturnus vulqaris, dam sərçəsi – Passer domesticus və s. 

 

Meşə çayları, kiçik hövzələr və meşə bulaqları bəzi sahil quşlarını cəlb 



edirl

ər: qara leylək – Ciconia niqra, dağ titrəkquyruğu – Motacilla cinerea, ağ 

titr

əkquyruq – M.alba, adi sudaçapar – Cinclus cinclus. 



Quba v

ə  Altıağac  dağ  meşələrinin müasir vəziyyəti ilə  tanışlıq  3  əsas 

n

əticə çıxarmağa imkan verir: 



●  Quba  meşələrinin təbii  kompleksi  Altıağac  meşələrinə  nisbətən az də-

yişdirilib. Altıağac meşələri pozulmuş təbii kompleksdir. 

● Quba-Altıağac meşələrində  quşların reproduktiv populyasiyası indiyə qədər 

öyr


ənilməyib. 

●  Quba-Altıağac  meşələrinin bərpası  onun  quşlarını  və  başqa  heyvanlarını 

populyasiya s

əviyyəsində çoxparametrli öyrənməyi tələb edir. 

 

ƏDƏBİYYAT 

1.

 



Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2002, 175 s. 

2.

 



Əliyev H.Ə., Həsənov X.N. Təbiətin keşiyində. Bakı: Maarif, 1993, 310 s. 

3.

 



M

əmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycan meşələri. Bakı: Elm, 2002, 472 s. 

4.

 

Mustafayev 



Q.T.,  Sadıqova  N.A.  və  b.  Onurğalı  heyvanların  ekologiyası  (dərslik).  Bakı, 

BDU, 2011, 342 s. 

5.

 

Верещагин Н.К. Млекопитающие Кавказа. М-Л., АН СССР, 1959, 703 с. 



6.

 

Мустафаев Г.Т. Птицы наземных экосистем Азербайджана. М.: МГУ, 1985, 54 с. 



7.

 

Мустафаев Г.Т. Взаимосвязи позвоночных животных и людей. Баку: Элм, 2012, 268 с. 



8.

 

Прилипко Л.И. Растительный покров Азербайджана. Баку: Элм, 1970, 170 с. 



9.

 

Сафаров И.С., Олисаев  В.А. Леса Кавказа. Владикавказ: ИР, 1991, 270 с. 



10.

 

Серебряков И.Г. Жизненные формы высших растений и их изучение. Полевая геобо-



таника, т. ІІІ, М-Л.: Наука, 1964, 530 с. 

 

 

КАЖДОМУ ЛЕСУ СВОИ ПТИЦЫ 

 

Ш.М.ДЖАФАРОВА  

 

РЕЗЮМЕ 

 

Антропогенное  изменение  биотопов  и  его  влияние  на  птиц  составляют  основу 

данной  статьи.  Мы  пытались  решать  эти  проблемы  на  уровне  популяции.  Изменение 

природного ландшафта  проходит 2 стадии – модификация и  полная  трансформация. В 

изучаемых нами лесах имеют место и то и другое. Полная трансформация наиболее ха-

рактерна для Алтыагачских лесов. Восстановление лесов требует изучение биосеноза на 

уровне популяции. 

 

Ключевые слова: ландшафт, биотоп, модификация, трансформация, количество, 

качество, адаптация. 

 

 

80 




EVERY FOREST HAS ITS BIRDS  

 

Sh.M.JAFAROVA  

 

SUMMARY  

 

Anthropogenic changes of  biotypes and their effects on birds form the basis of this arti-

cle. We tried to solve this problem at the population level. Changing of the natural landscape 

take 2 stages: modification and transformation. Both of them occur in the studied forests. Total 

transformation is most common in Altiağac forests. 

Reforestation requires studying biosenosis at the population level. 



 

Key  words:  landscape, biotope, modification, transformation, quantity,  quality, 

adaptation. 

  

Redaksiyaya daxil oldu: 18.11.2014-cü il. 

Çapa imzalandı: 22.01.2015-ci il. 

 

81 



Document Outline

  • Результаты и обсуждение
  • 18. Guliev N.M., Babaev G.G., Bairamov Sh.M., Aliev D.A. // Russian Journal of Plant Physiology, 2003, v. 50, № 2, p. 213-219.

Yüklə 64,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə