Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   69

 
205 
bu  verilişlərdə  həmin  qaydalara  xüsusi  qayğı  və  tələbkarlıqla 
yanaşılır. Hər bir söz, söz qrupu ədəbi tələffüz normalarına uyğun, 
aydın, emosional və təsirli bir şəkildə tələffüz edilsin. 
Ədəbi  tələffüz  təkcə  səs  və  sözlərin  düzgün  deyiliş  qayda-
larından ibarət deyildir. Vurğu, ritm, tembr, pauza kimi prosodik 
ünsürlər  də  anlayışa  daxildir,  Bu  mənalı  səslənmə  vasitələrində 
düzgün  istifadə  telenitqin  gözəlliyi,  təsir  effekti  baxımından 
olduqca əhəmiyyətlidir. 
Tamaşaçılar  televiziya  verilişlərindən  etalon  səviyyəli  nitqi 
eşidir  və  əxz  edirlər.  Məktəblərimizdə  telekranda  səsləndirilən 
nitqdən,  aktyor  və  ya  diktor  oxusundan  xarakterik  parçalar  nü-
munəvi  lentə  köçürülərək  nitq  inkişafı  məqsədi  ilə  aparılan 
məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur. 
 
Əlavə materiallar:Görkəmli ictimai-siyasi xadim 
Azərbaycan xalqı yetirdiyi görkəmli dövlət xadimləri ilə fəxr 
edə  bilər.  Buna  Ş.İ.Xətaini,  Nadir  şahı,  Pənah  xanı,  Fətəli  xanı, 
M.Ə.Rəsulzadəni,  N.Nərimanovu  və  onlarca  başqalarını  misal 
göstərmək  olar.Biri  dövlət  xadimlərindən  biri  də  Azərbaycan 
Respublikasının Prezidenti olmuş Heydər Əlirza oğlu Əliyevdir. 
H.Ə.Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan 
olmuşdur. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 
1939-41-ci  illərdə  Azərbaycan  Sənaye  İnstitutunda  oxumuş, 
1942-ci  ildə  Naxçıvan  MR-ın  Xalq  Komissarlar  Sovetində 
işləmişdir.  1944-cü  ilin  mayında  H.Əliyev  dövlət  təhlükəsizliyi 
orqanlarındaişə  göndərilir  və  bu  orqanlarda  1969-cu  ilə  qədər 
məsul  vəzifələrdə  işləmiş,  Azərbaycan  Dövlət  Təhlükəsizlik 
Komitəsinin sədri olmuşdur. 
H.Əliyev 1957-ci ildə BDU-nun tarix fakültəsini bitirmişdir. 
H.Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan KP-nin birinci 
katibi  vəzifəsinə  seçilmiş  və  bu  vəzifədə  13  ilə  qədər  fəaliyyət 
göstərmiş, 1982-ci ildə daha yüksək vəzifəyə – SSRİ Nazirlər So-


 
206 
veti  sədrinin  birinci  müavini  vəzifəsinə  irəli  çəkilmişdir. 
H.Əliyev  burada  1987-ci  ilin  payızına  qədər  işləmiş  və  bundan 
sonra təqaüdə çıxmışdır.  
H.Əliyev  Moskvada  işlədiyi  illərdə  həmişə  Azərbaycanla 
maraqlanmış,  1990-cı  ilin  20  yanvarında  Bakıda  sovet  qoşun-
larının törətdiyi qanlı cinayətə öz dərin etirazını bildirmişdi. 
Respublikamızın  həyatı  üçün  bir  çox  tarixi  hadisələr  H.Əli-
yevin  yorulmaz  fəaliyyəti  ilə  bağlıdır.  1993-cü  il  iyun  ayında 
xalqın  iradəsi  ilə  yenidən  hakimiyyətə  gələn  H.Əliyev  əvvəlcə 
Azərbaycan Milli Məclisinin sədri, 1993-cü il oktyabr  ayının 3-
də  isə  Azərbaycan  Respublikasının  Prezidenti  seçilmişdir.  Xalq 
1998-ci  ilin  oktyabrın  18-də  H.Ə.Əliyevə  etimad  bəsləmiş  və  o, 
ikinci müddətə Azırbaycan Respublikasının Prezidenti olmuşdur. 
H.Ə.Əliyev  Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuş, 2 
dəfə  Sosialist  Əməyi  Qəhrəmanı,  4  dəfə  Lenin  ordeni,  Qırmızı 
Ulduz ordeni və medallarla təltif edilmişdir. 
 
Heydər Əliyev və dövlət idarəçiliyində milli dilin rolu 
Hər  bir  xalqın  milli  dili,  o  xalqın  varlığı  deməkdir.  Dil, 
xalqla  birlikdə  dünyaya  gəlir,  həyatın  sərt  qanunlarında  inkişaf 
edir, zənginləşir. 
Şah  İsmayıl  Xətai,  I-ci  Pyotr  və  Mustafa  Atatürk  kimi  öz 
xalqının  həyatına  milli  müstəqillik  tarixinə  islahatçı  kimi  daxil 
olan  rəhbərlər  öz  ana  dilinin  qorunub  saxlanmasına  böyük  səy 
göstərmişlər. 
Buna canlı misal olaraq zəmanəmizin böyük şəxsiyyəti, bütün 
canı-qanı  ilə  xalqına,  onun  mənəviyyatına  bağlı  olan  ümummili 
liderimiz  H.Ə.Əliyevin  müstəsna  xidmətlərini  sadalamaq  kifayət 
edər. O demişdir: Mənim üçün hər şeydən üstün olan mənim milli 
mənliyimdir.Biz  öz  əcdadlarımıza  daim  minnətdar  olmalıyıq.Ona 
görə ki, ən çətin vaxtlarda dilimiz itməyib, yaşayıb. Onu xalqımız 
və onun yetişdirdiyi böyük şəxsiyyətləri yaşadıbdır. 


 
207 
Bu gün Azərbaycan dilinin dövlət dili statusu almasında yal-
nız  ümummili  liderimiz  Heydər  Əliyevə  borcluyuq.O,  xalqının 
xalqımızın mənəviyyatının daha da zənginləşməsi yolunda bütün 
qüvvəsini sərf etmişdir.Onun həyata keçirdiyi bütün işlər həmişə 
diqqət mərkəzində olmuşdur. 
1993-cü  ilin  iyununda  bütün  dünyanın  diqqəti  Azərbaycana 
yönəlmişdi.Bir-birinin  ardınca  baş  verən  ağır  siyasi  proseslər, 
millətçi  separatçılıq  Azərbaycan  dövlətçiliyini  sarsıtmış,  onun 
müstəqilliyini  və  azadlığını  təhlükə  altına  qoymuşdu.Belə  bir 
vəziyyətdə  xalqın  tələbi  ilə  hakimiyyətə  dəvət  olunan,  təcrübəli 
siyasətçi  Heydər  Əliyevin  dövləti  idarəetmə  mexanizmini  və 
qanunçuluğu qısa müddətdə işə salması, ölkədə baş verən siyasi-
ictimai  hadisələri  nəzarətə  götürməsi  təbii  ki,  xalqımızın,  həm-
çinin  dünyanın  bütün  demokratik  qüvvələrinin  bu  böyük  tarixi 
şəxsiyyətə inamını bir daha artırdı. 
Heydər  Əliyevın  istər  xarici,  istərsə  də  daxili  siyasət  sahə-
sində  nail  olduğu  ən  böyük  nailiyyətlər  onun  işi,  ağlının,  dərin 
zəkasının və müdrikliyinin bəhrəsidir. 
H.Əliyevin  ardıcıl  olaraq,  Azərbaycan  dilinin  Dövlət  İda-
rəçiliyinin bütün sahələrində uğurla işləməyə çalışmış, bu işə hər 
cür qayğı göstərmişdir. 
Azərbaycan dili böyük sınaqlar, çətin imtahanlar, qarşısında 
qalanda,  dərin  böhranlar  içərisində  çırpınanda  və  özünün  xilas-
karını axtaranda onun harayına yalnız Heydər Əliyev çatmışdır. 
Hələ,  1921-1937-ci  illərdə  Konstitusiya  qəbul  edilərkən, 
1956-ci  ildə  1937-ci  ildə  qəbul  olunmuş  Konstitusiyaya  dövlət 
dili  barəsində  maddə  əlavə  olunmuşdur.Bu  da  pis  nəticə  ver-
mişdi. 
Hətta  1959-cu  ildə  Sov.İKP  MK-da  Azərbaycanda  millət-
çilərin  olması  barəsində  qərar  qəbul  edilmiş  və  bir  çox  rəhbər  iş-
çilər  cəzalandırılaraq  işlərindən  kənarlaşdırılmışdır.  1978-ci  ildə 
SSR-nin yer üzündə hökmranlıq himni oxunduğu bir dövrdə Azər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə