Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

 
196 
lubun ən qabarıq təzahürü ədəbi üslubdadır.Çünki bədii üslub hər 
bir  fərdin,  müəllifin  keçirdiyi  ovqatın,  emosiyaların  əksidir. 
Deməli,  bədii  əsərdə  fərdilik  daha  qabarıq,  daha  güclü  olur.  Bu 
mənada  ―Nizami  dili‖,  ―Nəsimi  dili‖,  ―Sabir  dili‖,  ―Füzuli  dili‖ 
―Nəbi Xəzri dili‖, ―Bəxtiyar dili‖, ―Rəsul Rza dili‖, ―Hüseyn Arif 
dili‖ ifadələri fərdi üslubu əks etdirir. 
Fərdi  üslub  digər  funksional  üslublarda  da  özünü  göstərə 
bilir.  Belə  ki,  elmi,  publisistik,  məişət  üslublarında  da  nitq  fər-
diliyi  müəyyən  qədər  olur.  Rəsmi-işgüzar  üslubda  fərdilik,  de-
mək  olar  ki,  yoxdur.  Fərdi  üslub  dövrlə  də  bağlıdır.Məsələn, 
S.Vurğunun 30-cu illərdə yazdığı əsərlərin dili ilə 50-ci illərdəki 
əsərlərinin dili, ifadə tərzi fərqlidir. 
 
Mövzu 26: Nitqin növləri və formaları 
(dialoji nitq, monoloji nitq) 
 
Dialoji  nitq.  Bu  nitq  fəaliyyətinin  bir  forması  olaraq  müəy-
yən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, 
növbələşən  canlı  ünsiyyət,  danışıqdır.  Burada  danışan,  daha 
doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, 
sonra  isə  xarici  nitqə  keçir,  demək  istədiyini  sözlə  ifadə  edir. 
Fikri  qəbul  edən  (dinləyən,  eşidən)  əvvəlcə  dinləyir,  sonra 
düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq 
cavab  verir.  Dialoji  nitqdə  həmsöhbətlərdən  birinin  ifadə  etdiyi 
fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli 
olaraq  söhbətə  öncədən  hazırlıq  görülmür.  Bu  səbəbdən  dialoji 
nitqdə tərəflər daha fəal olurlar. Dialoji nitqin bütün formalarında 
(dialoji  söhbət,  danışıq  formalarında)  onun  iştirakçıları  hadisəni 
təfərrüatı ilə danışır, onlara öz münasibətini bildirir, dediklərinin 
daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı 
söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müraciət-
lər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəh-


 
197 
dət  yaradır.  Dialoq  zamanı  leksik  təkrarlara,  suala  sualla  cavab-
vermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurul-
ması,  pauzalar  və  s.  özünü  göstərə  bilir.  Əlbəttə,  belə  ünsiyyət 
prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün norma-
larına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi 
vacib sayılmalıdır. Nitqin dialoji forması mükalimə də adlanır. O, 
danışıq  dili  üçün  səciyyəvi,  yığcam  və  ixtisar  olunmuş  nitqdir. 
Orada  ifadələr  bir  qədər  qısa,  sintaktik  quruluşlar  sadədir.  Ya-
rımçıq  cümlələrdən  daha  çox  işlədilir.  Nitqin  bu  növündə  digər 
vasitələrdən də – jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə 
olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır. 
Monoloji nitq. Dialoji nitqlə müqayisədə monoloji nitq struk-
tur  baxımından  sadədir.  Fikir  bir  nəfər  tərəfindən  geniş  və  ya 
müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın 
müsahibi  (və  ya  mühasibləri)  ilə  əks  əlaqəsi  olmur.  Monoloji 
nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təs-
diqləmə,  fikir  söyləmə,  səciyyələndirmə)  istifadə  etməklə  hər 
hansı  bir  məzmunun  başqasına  çatdırılmasıdır.  Bu,  təşkil  olun-
muş,  proqramlaşdırılmış  nitqdir.  Yəni  danışan  deyəcəklərini  əv-
vəlcədən  düşünür,  ifadə  edəcəyi  fikrin  həcmini,  xarakterini 
müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət for-
masını,  dil  materiallarını  seçir,  müsahibinin  (müsahiblərinin) 
səviyyəsini,  deyəcəklərinin  ona  (onlara)  necə  təsir  edəcəyini 
təsəvvüründə canlandırır. 
Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan 
tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil 
donu  geyindirir.  Hansı  sözlərdən,  ifadələrdən  istifadə  edəcəyini, 
nitqini  necə  başlayacağını  və  quracağını  və  s.  özü  üçün  müəy-
yənləşdirir. 
 


 
198 
Mövzu 27: Natiqlik sənətinin sahələriı. Ġctimai-siyasi nitq. 
 
İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmiş-
dir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio 
və  televiziya  vasitəsilə  edilən  çıxışlara  tez-tez  qulaq  asırıq.  Res-
publikamızın  prezidenti  möhtərəm  İ.Əliyev  cənablarının  ölkənin 
daxili və xarici vəziyyəti, ölkə daxilində gedən ictimai-siyasi hadi-
sələrə həsr olunan çıxışları siyasi natiqliyin dəyərli nümunələridir. 
İstər  respublikamızda,  istərsə  də  xarici  ölkələrdə,  ən  mötəbər 
məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox 
böyük razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və 
daxili siyasətə qiymət verir, onu düzgün yola istiqamətləndirir. 
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından 
xüsusilə səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoy-
muşdur. Dövrün bu görkəmli dövlət xadiminin natiqlik məharəti 
həm  elmlik,  həm  linqvistik,  həm  də  publisistik  cəhətdən  təhlil 
olunmalı,  öyrənilməlidir.  Ali  məktəblərdə  tədris  olunan  ―Nitq 
mədəniyyətinin  əsasları‖  fənninə  bu  barədə  ayrıca  bölmə  daxil 
edilməlidir.  Qoy  bizim  gənclər  Heydər  Əliyev  natiqliyinin  sirlə-
rinə  bələd  olsunlar,  onun  məziyyətlərini  əxz  etsinlər,  öz  ixtisas-
ları ilə yanaşı, həm də gözəl natiq, söz ustası kimi yetişsinlər. 
Prezidentin  inaqurasiya  nitqi,  siyasi  mövzularda  məruzələr, 
hər hansı toplanışda hesabat məruzəsi, mitinqlər, siyasi təbliğat-
çıların nitqi, şüarlar, qanun vericilik layihələri və sair. 
 
Mövzu 28: Diplomatik natiqlik 
 
Xarici işlər nazirlərinin çıxışları, mətbuat konfransları, döv-
lət başçılarının BMT-də çıxışları, diplomatik mübahisələr barədə 
əməli məşğələ aparmaq lazımdır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə