Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   69

 
221 
Nizami Gəncəvi, "Az danıĢmağın gözəlliyi" 
Sözün də su kimi lətafəti var,  
Hər sözü az demək daha xoş olar. 
Bir inci saflığı varsa da suda 
Artıq içiləndə dərd verir su da. 
İncitək sözlər seç, az danış, az din,  
Qoy az sözlərinlə dünya bəzənsin. 
Az sözün incitək mə'nası solmaz,  
Çox sözün kərpictək qiyməti olmaz. 
Əsli təmiz olan saf mirvarılar,  
Suya və torpağa min bəzək vurar. 
Mə'dənlə dolsa da hər xəzinə,  
Hər kiçik zərrəsi dərmandır yenə. 
Ürəyi oxşayan bir dəstə çiçək,  
Yüz xırman otundan yaxşıdır, gerçək! 
Yüz ulduz yansa da göylərdə, inan,  
Bir Günə baş əymək xoşdur onlardan. 
Göydə parlasa da nə qədər ulduz. 
Günəşdir nur verən aləmə yalnız. 
 
M. ġəhriyar, "Heydərbabaya salam" 
Heydərbaba, ildırımlar şaxanda,  
Sellər, sular şaqqıldayıb axanda,  
Qızlar ona səf bağlayıb baxanda, 
Salam olsun şövkətizə, elizə, 
Mənim də bir adım gəlsin dilizə. 
Heydər Baba, kəkliklərin uçanda, 
Göl dibindən dovşan qalxıb qaçanda, 
Bağçaların çiçəklənib açanda, 
Bizdən də bir mümkün olsa, yad elə, 
Açılmayan ürəkləri şad elə. 


 
222 
Bayram yeli çardaqları yıxanda, 
Novruzgülü, qarçiçəyi çıxanda, 
Ağ buludlar köynəklərin sıxanda, 
Bizdən də bir yad eləyən sağ olsun, 
Dərdlərimiz qoy dikəlsin dağ olsun. 
Heydər Baba, gün dalını dağlasın, 
Üzün gülsün, bulaqların ağlasın, 
Uşaqlarun bir dəstə gül bağlasın, 
Yel gələndə ver gətirsin bu yana, 
Bəlkə mənim yatmış bəxtim oyana. 
Bir çıxaydım Damqayanın daşına, 
Bir baxaydım keçmişinə, yaşına, 
Bir görəydim nələr gəlmiş başına, 
Mən də onun qarlarıyla ağlardım, 
Qış donduran ürəkləri dağlardım. 
Heydərbaba, sənin könlün şad olsun, 
Dünya varkən ağzın dolu dad olsun, 
Səndən keçən tanış olsun, yad olsun, 
Deynən mənim şair oğlum Şəhriyar, 
Bir ömürdür, qəm üstünə qəm calar. 
 
Süleyman Rüstəm, 
"
TƏBRĠZĠM
"
 
Baxdıqca hüsnünə doymayır gözüm, 
Təbrizim, Təbrizim, gözəl Təbrizim! 
Qoymaram yadları girsin qoynuna
İzin ver qolumu salım boynuna! 
Sənin bayramına, sənin toyuna 
Dili bir, qanı bir qardaşın gəlib, 
Dərdinə aşina sirdaşın gəlib. 
Sən çıxdın qarşıma duzla, çörəklə, 
Bağından dərdiyin güllə, çiçəklə, 
İkiyə bölünməz saf bir ürəklə, 


 
223 
Təbrizim, Təbrizim, aman Təbrizim, 
Yox olsun başından duman, Təbrizim! 
Qədrini ayrılıq çəkənlər bilər, 
Hicranda göz yaşı tökənlər bilər, 
Ömrünə qaranlıq çökənlər bilər
Bağından gül-çiçək dərdim, Təbrizim, 
Yenə təzələndi dərdim, Təbrizim! 
Nə qəşəngdir yol boyunca söyüdlər, 
Söyüdlərin kölgəsində igidlər 
Babalardan dinləyirlər öyüdlər, 
Coşur damarlarda qanı, Təbrizim, 
Yoxdur bu mərdlərin sanı, Təbrizim! 
Ağlasan ağlaram, gülsən gülərəm, 
Yaşasan yaşaram, ölsən ölərəm, 
Varımı səninlə yarı bölərəm, 
Gəl bir də üzündən öpüm, Təbrizim! 
Başına gül-çiçək səpim, Təbrizim! 
Nədir o, mənalı, dərin baxışlar? 
Nədir gözlərindən yağan yağışlar? 
Nədir qəlbindəki payızlar, qışlar? 
Yetimtək boynunu burma, Təbrizim! 
Məlul-məlul baxıb durma, Təbrizim! 
Sənin çiçəyinə, gülünə qurban! 
Mənə qardaş deyən dilinə qurban! 
Vətəninə qurban, elinə qurban! 
Baxdıqca hüsnünə doymayır gözüm, 
Təbrizim, Təbrizim, gözəl Təbrizim! 
 


 
224 
Xəlil Rza Ulutürk, "O sahildə, bu sahildə" 
Gürşad tökdü, tufan oldu 
Araz daşdı, ümman oldu 
Qayaları al qan oldu 
O sahildə bu sahildə 
Ölkə yandı, Vətən yandı 
Qızıl pultək xırdalandı 
Dövlət getdi, var talandı 
O sahildə bu sahildə 
Bir-birindən cida düşdük 
Diri gözlə oda düşdük 
Biz yadlara neyləmişdik 
O sahildə, bu sahildə 
Füzulim bir qəmli neydi, 
O birdəmi qara geydi? 
Yarasına kimlər dəydi 
O sahildə bu sahildə 
Ürək dustaq, vətən məhbəs 
Hanı Babək, Cavanşir bəs? 
Həyat bu cür qala bilməz 
O sahildə bu sahildə, 
Nə həsrət nə hicran olsun 
Vahid Azərbaycan olsun 
Qoy birləşsin bir can olsun 
O sahildə, bu sahildə 
 
Yunis Ġmrə, 
"
Salam olsun
"
 
Biz dünyadan gedər olduq, 
Qalanlara salam olsun! 
Bizim üçün xeyir-dua 
Qılanlara salam olsun! 


 
225 
Əcəl bükə belimizi 
Söylətməyə dilimizi 
Xəstə ikən halımızı 
Soranlara salam olsun! 
Tənim ortaya açıla, 
Yaxasız köynək biçilə
Bizi asan vəch ilə 
Yuyanlara salam olsun! 
Kimsə durmaz qəsdimizə, 
Gedər olduq dostumuza, 
Namaz üçün üstümüzə 
Duranlara salam olsun! 
Bu qaydadı, gələn gedər 
Əcəl ki var bizi güdər. 
Bizim halımızdan xəbər 
Soranlara salam olsun! 
Dərviş Yunus söylər sözü, 
Yaş doludur iki gözü 
Bilməyən nə bilsin bizi?! 
Bilənlərə salam olsun! 
 
S. Vurğunun"
Vaqif
" pyesindən bu hissəni rollar üzrə ifadəli 
söyləmək 
Qacar(heyrətlə) 
Aha, baş əyməyir hüzurumda bu! 
Şeyx.   
 
Yoxdur vicdanında qanun qorxusu. 
Qacar(Vaqifə)  
Şair, hökmdarın hüzurundasan! 
Vaqif.   
 
Bunu sizsiz belə düşünürm mən. 
Qacar.  
 
Bəs baş əymədiniz! 
Vaqif.   
 
Əymədim, bəli! 
Əyilməz vicdanın böyük heyəli. 
Qacar.  
 
Qılınclar toqquşub iş görən zaman. 
Neylər dediyiniz quru birr vicdan?  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə