Demonstration page



Yüklə 1,23 Mb.
səhifə12/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   ...   8   9   10   11   12   13   14   15   ...   104
Komputer şəbəkələri və şinləri

1946-cı il. Amerikalılar C. Ekkert və C. Mouçli ilk elektron rəqəmli «Eniac» (Electronic Numerical Integrator and Computer) kompyuterini hazırladılar. Maşın 20 min elektron lampaya və 1,5 min releyə malik idi. O, bir saniyədə 300 vurma və ya 5000 toplama yerinə yetirərək «Mark—1»-ə nisbətən min dəfə tez işləyirdi.






ENİAC kompyuteri

Kompyuterin elektron lampaları



1948-ci il. Bell Laboratories amerika firmasında fiziklər Uilyam Şokli, Uolter Bratteyn və Con Bardin tranzistor yaratdılar. Bu müvəffəqiyyət üçün onlara Nobel mükafatı verildi.
1948-ci il. Norbert Viner süni intellekt sahəsində bütün sonrakı tədqiqatlara təsir göstərmiş "Kibernetika" kitabını dərc etdirdi.
1949-cu il. İngiltərədə Moris Uilksin rəhbərliyi altında dünyada ilk dəfə proqramları yaddaşda saxlayan EDSAC kompyuteri yaradıldı.
1951-ci il. Kiyevdə kontinental Avropada 600 elektron lampaya malik ilk MESM (kiçik elektron hesablama maşını) kompyuteri yaradıldı. Yaradıcısı S.A. Lebedevdir.
1952-ci il. S.A. Lebedevin rəhbərliyi altında Moskvada BESM-1 (böyük elektron hesablama maşını) kompyuteri – o zaman üçün Avropada ən məhsuldar və dünyada ən yaxşı olan maşınlardan biri yaradıldı.
1953-cü il. Cey Forrester maqnit nüvələrində əməli yaddaşı (core memory) reallaşdırdı, hansı ki, kompyuterləri əhəmiyyətli dərəcədə ucuzlaşdırdı və onların sürətini artırdı. Maqnit nüvələrindəki yaddaş 70-ci illərin əvvəlinə qədər geniş istifadə olunurdu. Onu yarımkeçirici elementlərdə olan yaddaş əvəz etdi.
1958-ci il. Texas Instruments firmasından Cek Kilbi ilk inteqral sxemi yaratdı.



Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə