Demonstration page


Hesablama qurğularının yaranmasının tarixi



Yüklə 1,23 Mb.
səhifə10/104
tarix22.03.2024
ölçüsü1,23 Mb.
#168862
1   ...   6   7   8   9   10   11   12   13   ...   104
Komputer şəbəkələri və şinləri

Hesablama qurğularının yaranmasının tarixi


Hesab qurğularının tarixi çox əsrlərlə ölçülür. Aşağıda xronoloji qaydada bu tarixin bəzi ən əhəmiyyətli hadisələri, onların tarixləri və iştirakçılarının adları verilir.


Bizim eranın 500-cü ilinə yaxın çötkənin (abaka) – millərə düzülmüş xırda sümüklərin yığımından ibarət qurğunun ixtira olunması.
1614-cü il. Şotlandiyalı Con Neper loqarifmi kəşf etdi. Bundan bir az sonra R. Bissakar loqarifmik xətkeşi yaratdı.






Blez Paskal
1642-ci il. Fransız alimi Blez Paskal hesab maşınının – dişli çarxları, təkərləri, dərəcələrə bölünmüş dişli taxtaları və s. olan mexaniki qurğunun yaradılmasına başladı. O, ədədləri
«yadda saxlamağı» və elementar hesab əməllərini yerinə yetirməyi bacarırdı.
1804 cü il. Fransız mühəndisi Jakkar ən mürəkkəb naxışları hasil edə bilən avtomatik toxuculuq dəzgahının idarə olunması üçün perfokartları ixtira etdi. Dəzgahın işi hər biri

qayığın bir gedişini idarə edən perfokartların dəsti ilə proqramlaşdırılırdı.


1834-cü il. İngilis alimi Çarlz Bebbic "analitik" maşının layihəsini tərtib etdi. Bu maşına informasiyanın giriş və çıxış qurğuları, ədədlərin saxlanması üçün yaddaş qurğusu, hesab əməllərini yerinə yetirə bilən qurğu və maşının əməliyyatlar ardıcıllığını idarə edən qurğu daxil edilmişdi. Əmrlər perfokartların köməyilə daxil edilirdi. Layihə reallaşmadı.
1876-cı il. İngilis mühəndisi Aleksander Bell telefonu ixtira etdi.
1890-cı il. Amerika mühəndisi German Xollerit statistik tabulyator yaratdı, harada ki, perfokartlara yazılmış informasiya elektrik cərəyanı ilə deşifrə olunurdu. Tabulyator ABŞ- da əhalinin siyahıya alınma nəticələrinin emal edilməsi üçün istifadə edilmişdi.
1892-ci il. Amerika mühəndisi U.Barrouz birinci kommersiya cəmləyicisini istehsala buraxdı.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə