Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Aşağıdakı testlərdən hansı qırmızı qurd eşənəyi diaqnozunun qoyulmasında önəmli deyil?



Yüklə 2,43 Mb.
səhifə12/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

736) Aşağıdakı testlərdən hansı qırmızı qurd eşənəyi diaqnozunun qoyulmasında önəmli deyil?
A) AntiSm-anticismlər

B) C3 (komplement 3)

C) Antinuklear anticismlər

D) Anti-dsDNA

E) C reaktiv protein
Ədəbiyyat: Denklig test sınaqları N6. 2 mərhələ, 2011
737) 55-yaşlı kişi, 30 il ərzində gündə 30 siqaret çəkir; qanhayxırmaya görə həkimə gəlib. Hər səhər 5-10 ml miqdarda bəlgəmlə öskürək olur. Fizikal və rentgenoloji müayinədə patologiya aşkar olunmadı. Xəstədə qanhayxırmanın ən ehtimal edilən səbəbi nədir?
A) Bronxoektaziya

B) Xroniki bronxit (XOAX xroniki obstruktiv ağciyər xəstəliyi)

C) Bronxogen karsinoma

D) Ǎ1-antitripsin defisiti

E) Ağciyər vərəmi
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.796-17
738) 40-yaşlı özünü həmişə sağlam hiss edən qadında birdən birə döş qəfəsində ağrılar, qızdırma, və tənəffüsün qısalması əmələ gəlib. Qadın siqareti çox çəkir və heç bir dərman qəbul etmir, peroral kontraseptivlərdən başqa. Fizikal müayinədə taxipnoye və temperaturu 38,3ºC qeyd olunur; perkussiya, auskultasiya, və döş qəfəsi rentgenoqrafiyası heç bir patologiya aşkar etmir. Ən çox ehtimal edilən diaqnoz:
A) Ağciyər xərçəngi

B) Ağciyər damarlarının emboliyası

C) Atipik pnevmoniya

D) Traxeobronxit

E) Bakterial pnevmoniya
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.798-28
739) 25-yaşlı hər zaman sağlam olan qadını son həftə sarımtıl bəlgəmlə öskürək narahat edir. Qadında həmçinin burun axılntısı və boğaz ağrısı qeyd olunur. 2-yaşlı oğlu eyni simptomlarla xəstə idi. Xəstənin temperaturu normal; burun, boğaz, qulaq müayinəsi normal, ağcyərləri təmizdir. Xəstəyə uyğun hansı ifadə ən dəqiqdir?
A) Stafilokokk pnevmoniyasıdır

B) Astmanın ilkin əlamətləridir

C) Xəstədə sarımtıl bəlğəmlə öskürək olduğu üçün, ən çox bakterial infeksiya təxmin edilir

D) Fəsillə bağlı allergiyayla əlaqəlidir

E) Xəstədə çox guman ki virus infeksiyasıdır
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 19.1
740) 25-yaşlı qadının ayağında arı sancmasından sonra proqressivləşən qırmızı, isti sahə müşahidə olunur. Sancma kəskin və qısa müddətli olub, qadın arının iynəsini pinsetlə tam çıxarıb. Anamnezində sistem anafilaksiya olmayıb, allergiyası yox. Həkimə arı sancmasından 1 gün sonra gəlib-antihistamin qəbuluna və kortikosteroid kremin istifadəsinə baxmayaraq, zədələnən yer hələ böyüyür. Xəstəyə uyğun ən yaxşı müalicə hansıdır?
A) Xəstəni sakit etmək

B) Qram-pozitiv kokklara qarşı antibiotik

C) Oral prednizolon

D) Gələcəkdə ola bilən arı sancmalarına qarşı epinefrin hazır inyeksiya

E) Topik (yerli) kortikosteroidlər
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 43.2
741) İmmun sistemi təşkil edən toxuma və üzv strukturu aşağıdakılardan hansı deyil?
A) Sümük iliyi

B) Timus


C) Limfa düyünləri

D) Qara ciyər

E) Bağırsağın peyer piləkləri
Ədəbiyyat: Ədəbiyyat
742) Atopik dermatitli xəstələrdə quruluq olduqda hansı preparatlardan istifadə etmək lazımdır?
A) İslatmalar

B) Losyon

C) Məlhəmlər

D) Nəmləndirici kremlər

E) Qlükokortikoid tərkibli kremlər
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
743) A immunoqlobulini hansında iştirak edir?
A) Dərhal baş verən allergik reaksiyalarda

B) Sitotoksik reaksiyalarda

C) İmmun kompleksi şəklində baş verən allergik reaksiyalarda

D) Yerli immunitetin (sİqA) formalaşmasında

E) Ləng tipli hiperhəssaslıq reaksiyalarında
Ədəbiyyat: Ədəbiyyat
744) BA müalicəsində hansı sıra preparatlar ilk yardım vasitələrinə aiddir?
A) Bəlgəmgətiricilər, ipratropium, teofillin qrup preparatlar

B) 2 aqonistlər, ipratropium bromid, II-ci nəsil antihistaminlər

C) Qısa təsirli 2 aqonistlər, makrolid antibiotiklərr, qlukokortikoidlər

D) 2 aqonistlər, ipratropium bromid, teofillin preparatları, sistem qlükokortikoidlər

E) Qısa təsirli 2 aqonistlər, ipratropium bromid, kromonlar
Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh.103
745) Tosqun hüceyrələr tərəfindən azad olunan histamin, birindən başqa bütün əlamətləri əmələ gətirir:
A) seliyin sekresiyası

B) tənəffüs yollarının konstriksiyası

C) yüksək temperatur

D) qaşınma

E) kapillarların genişlənməsi
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/animation__ige_mediated__type_1__hypersensitivity__quiz_1_.html
746) Hansı xüsusiyyyətinə görə I nəsil antihistamin preparatları BA-ya əks göstərişdir?
A) Antixolinergik xüsusiyyətinə görə

B) Bəlğəmi qatılaşdırmasına

C) Sadalananların heç biri

D) Hava yolu selikli qişasını qurutmasına

E) Qeyd olunan xüsusiyyətlərin hamısına görə
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1535
747) Qeyd olunan hansı qlükokortikosteroidlərin inhalə forması yoxdur?
A) Metilprednizolon

B) Flunisolid

C) Flutikazon propionat

D) Budesonid

E) Mometazon furoat
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1577
748) Hansı, inhalə qlükokortikosteroidlərin yerli təsirinə aid deyil
A) Səsin xırıltılı olması hətta afoniya

B) Dişlərin kariyesi

C) Oral kandidoz

D) Səsin xırıltılı olması

E) Ağız selikli qışasının kandidozu
Ədəbiyyat: Prof. Dr.A.Fuat Kalyonçu, “Çocuk ve erişkinde astım ve allerji hastalıkları”, 2010, səh. 249
749) 2 adrenergik aqonistlərin farmokoloji aktivlikləri ilə əlaqədar yan təsirlərinə hansı aid deyil?
A) Hiperqlikemiya

B) Tremor

C) QT intervalının uzanması, aritmiya

D) Taxikardiya

E) Paradoksal bronxokonstriksiya və bronxodilatator desensitizasiya
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1494
750) Aşağıdakılardan hansı dərman allergiyasının inkişafına meyl yaradan faktorlara aid deyil?
A) Dərmanın verilmə sıxlığı

B) Dərmanların verilmə yolu (daha çox dəri altı və v/d istifadə zamanı)

C) Dərmanlardan istifadə tezliyi

D) Dərmanların istifadə vaxtı (axşamlar daha çox baş verir)

E) Qəbul edilən dərmanın yüksək molekulyar çəkiyə malik olması
Ədəbiyyat: Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.143
751) Dərman allergiyasının yaranmasında xəstənin hansı xüsusiyyəti rol oynamır?
A) Cinsiyyəti (qadınlarda daha çox)

B) Genetik meyl

C) Yanaşı gedən xəstəliklər

D) Yaş (böyüklərdə daha çox, uşaqlarda az)

E) Xəstənin bədən ölçüləri
Ədəbiyyat: A. Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.144
752) Dərmana qarşı yaranan hansı klinik əlamət Gell Kumbs təsnifatına görə I tip üzrə inkişaf edir?
A) Serum xəstəliyi

B) Trombositopeniya

C) Anafilaktik şok

D) Anemiya

E) Layella sindromu
Ədəbiyyat: Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.144
753) Atopik dermatit xəstəliyinin üçüncü dövründə əsas morfoloji element hansıdır?
A) Papula

B) Urtika

C) Vezikula

D) Hiperemiya

E) Lixenifikasiya
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.104
754) P.Cell və R.Kumbsa görə atopik dermatit hansı tiplə gedir?
A) Sitotoksik tiplə

B) İmmunkompleks tiplə

C) Ləng tipli yüksək həssaslıqla

D) Reagin tiplə

E) Yüksək həssaslığın stimuləedici tipilə
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.103
755) Övrə zamanı birincili dəri elementləri itdikdən sonra nə qalır?
A) Nekroz

B) Dəyişikliklər olmur

C) Hipopiqmentasiya

D) Lixenifikasiya

E) Hiperpiqmentasiya
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильинa «Аллергология. Клинические рекомендации» 2008г
756) Anafilaksiyada, ə/d adrenalinin yeridilməsinə baxmayaraq, xəstədə hipotenziya, ortostaz davam edirsə, ən yaxşı növbəti addım hansıdıdr?
A) Poliqlukinin venadaxili yeridilməsi

B) Laktat-Ringer venadaxili yeridilməsi

C) Fizioloji məhlulun venadaxili yeridilməsi

D) 5%-li qlükozanın venadaxili yeridilməsi

E) 40%-li qlükozanın venadaxili yeridilməsi
Ədəbiyyat: Up-to-date, 2013
757) Allergik Kvinke ödeminin reqressiyasından sonra dəridə nə qalır?
A) Hiperpiqmentasiya

B) Hipopiqmentasiya

C) Dərinin atrofiyası

D) Hər hansı bir dəyişiklik olmur

E) Lixenifikasiya.
Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008г.
758) Hansı əlamət qida allergiyasının tipik dəri ifadələrinə xas deyil?
A) Övrə

B) Dərinin quruluğu və atrofiyası

C) Dəri qızarması

D) Dəri qaşınması

E) Qızılcaya bənzər səpkilər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клинические рекомендации. Аллергология» 2006 г.
759) Allergik kontakt dermatitin diaqnostikasında hansı testlərdən istifadə olunur?
A) Göstərilən bütün testlər

B) Dəridaxili test

C) Prick-test

D) Skarifikasiya testi

E) Applikasiya testi
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е. Е. Баженов, Н. Е. Волковская. «Пробы для диагностики лекарственной аллергии» 2005 г.
760) Uşaqlarda ən güclü qida allergeni hansıdır?
A) Pomidor

B) Inək südü

C) Kələm

D) Kartof

E) Limon
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.77
761) Qida allergiyası daha tez-tez hansı yaşlarda rast gəlinir?
A) Cavan

B) Yetkin

C) Yaşlı

D) Bütün yaş dövrlərində

E) Həyatın ilk ayları və illərində
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.76
762) Neytrofillər hansında iştirak edirlər?
A) Həm anadangəlmə, həm adaptiv (qazanılmış) immunitetdə

B) Sadalananların hamısı

C) Yalnız passiv immunitetdə

D) Yalnız anadangəlmə immunitetdə

E) Yalnız adaptiv (qazanılmış) immunitetdə
Ədəbiyyat: http://highered.mcgrawhill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
763) Yalançı qida allergiyası əsil qida allergiyasından nə ilə fərqlənir?
A) Reaksiyanı yaradan qida məhsulları ilə

B) Klinik təzahürləri yaradan mediatorlarla

C) Klinik simptomların əmələgəlmə sürəti ilə

D) Klinik təzahürləri ilə

E) İnkişaf mexanizmləri ilə
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.88
764) Qida allergiyasında spesifik terapiyanın ən effektli üsulu hansıdır?
A) Tam eliminasion pəhriz

B) Peroral allergenlərlə spesifik immunterapiya

C) Natrium kromoqlikatın (nalkrom) istifadəsi

D) Parenteral allergenlərlə spesifik immunterapiya

E) Anti İgE anticisimlərin istifadəsi
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.95
765) Aspirin bronxial astması olan xəstəyə hansı dərmanı vermək olmaz?
A) Montelukast

B) Zafirlukast

C) Teofedrin

D) İntal


E) Qlükokortikosteroidlər
Ədəbiyyat: Р. М. Хаитов «Клинические рекомендации. Аллергология» 2006 г.
766) Aşağıdakılardan hansı anafilaktik şoka aiddir?
A) Anafilaktik şok sürətli tip allergik reaksiyalara aiddir

B) Anafilaktik şok zamanı qlukokortikosteroidlər ilkin seçim preparatıdır

C) Anafilaktik şok zamanı arterial təzyiqin yüksəlməsi qeyd olunur

D) Anafilaktik şok zamanı qan zərdabında -triptazanın normadan artıq yüksəlməsi qeyd olunur

E) İldırımvari anafilaktik şok ən xoşxassəli formadır
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 3
767) 44-yaşlı xəstə konservləşdirilmiş balıq yedikdən sonra subfebril hərarət, bədənində qaşınma, övrə əlamətləri, qarında gurultu hissi, diareya olmasından şikayətlənir. Qanın ümumi analizində: eoz-2% təşkil edir; ümumi Ig E miqdarı – norma daxilindədir. Anamnezində xroniki qastroduodenit qeyd olunur, allergik xəstəliklərin olmasını inkar edir. Düşündüyünüz ilkin diaqnoz:
A) Botulizm

B) Dizenteriya

C) Xroniki qastroduodenitin kəskinləşməsi

D) Anafilaktoid reaksiya

E) Qida allergiyası
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.560
768) Atopik dermatitin müalicəsi zamanı yerli istifadə olunan qlükokortikosteroid preparatlar hansı təsiri göstərmir?
A) Qaşınma əleyhinə təsir

B) Antiproliferativ təsir

C) İmmunostimulyator təsir

D) İltihab əleyhinə təsir

E) Antiallergik təsir
Ədəbiyyat: Под ред. Р. М. Хаитов Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
769) Bronxial astma fonunda qanda İgE-nin miqdarının artması (> 1000 nq/ml) və proksimal bronxoektazların əmələ gəlməsi hansı xəstəlik üçün xarakterdir?
A) Ekzogen allergik alveolit

B) Allergik bronx-ağciyər asperqillozu

C) Leffler I sindromu

D) Sarkoidoz

E) Fibrozlaşan alveolit (Xammen-Riç sindromu
Ədəbiyyat: Аллергология и иммунология национавльное руководство. Гл. ред. Акад. РАН «РАМН Р.М. Хаитов, проф. Н.И.Ильина Москва «Ботар медиа 2009 səh.596
770) Anafilaktik şok zamanı xəstəyə hansı düzgün vəziyyət verilməlidir?
A) Xəstəyə oturaq vəziyyət verilməli

B) Xəstə ayaqüstə durmalıdır Xəstə arxası üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı

C) Xəstə hərəkət etməli

D) Xəstə qarnı üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı

E) Xəstə ayaqüstə durmalıdır
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 21
771) Ekzogen allergik alveolitin kəskin dövrünün müalicəsində ən təsirlisi hansıdır?
A) Antihistaminlər vena daxilinə

B) Göbələk əleyhi dərmanlar (İtrakonazol, Amfotericin və s.)

C) Sadalananların heç birisi

D) İnhaliyasion qlükokortikosteroid

E) Sistem qlükokortikosteroidlər
Ədəbiyyat: Р.М.Xаитов национальное руководство 2009, səh.588
772) Bronxial astma diaqnozunun qoyulması zamanı bronxial obstruksiyanın kəskinliyi və geriyə dönməsini qiymətləndirmək üçün seçim üsulu nədir?
A) Qanda eozinofil kationik zülalın təyin olunması

B) Spirometriya (bronxodilatatorlarla sınaq)

C) Kompyuter tomoqrafiya

D) Bronxoskopiya

E) Pikfloumetriya
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 35
773) Bronxial astma xəstələrinin vəziyyətinə nəzarət etmək üçün nədən istifadə edilir?
A) Qanda spesifik İgE-nin dəyişməsinə nəzarət

B) Ağciyərlərin auskultasiyası

C) Pikfluometriya

D) Gündəliyin yazılması

E) Qanda ümumi İgE-nin səviyyəsinə nəzarət
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
774) Vaksinasiya yolu ilə nə əldə olunur?
A) Aktiv təbii immunitet

B) Aktiv süni immunitet

C) Passiv təbii və süni immunitet

D) Passiv təbii immunitet

E) Passiv süni immunitet
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
775) Tərkibində təbii salisilatlar olan qida hansıdır?
A) Böyürtkən

B) Ərik


C) Çiyələk

D) Şaftalı

E) Sadalananların hamısı
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 86
776) Tərkibində təbii salisilatlar olmayan qida hansıdır?
A) Yemiş

B) Portağal

C) Qarağat

D) Kişmiş

E) Sadalananların heç birisi
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 86
777) Limfa limfatik damarlarlardan axır, çünki:
A) Limfa düyünləri tərəfindən qovulur

B) Qan damarlarlarında təzyiq dəyişilir

C) Ürək yığılır

D) Ətrafdakı skelet əzələləri yığılır

E) Limfatik qapaqlar qapanır
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/review_and_comprehension_quiz.html
778) Badamcıqlar:
A) Üç qrup limfatik düyünlərdən ibarətdir

B) Böyüklərdə ölçüləri böyüyür

C) Ağız boşluğunda yerləşir

D) Burun boşluğunda yerləşir

E) Sadalananların hamısı
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/review_and_comprehension_quiz.html
779) 8-yaşlı uşaqda hərarətin artması (yüksək deyil), artrit, qarında sancılı ağrılar, ayaqlarında purpuralı səpkilər. Laborator müayinələr nəcisdə qanın nəticəsi müsbət, sidikdə proteinuriya, eritrositar silindrlər, sidikdə trombositlərin miqdarı normaldır. Ən ehtimal edilən diaqnoz hansıdır?
A) Streptokokkdansonrakı qlomerulonefrit

B) Hemorragik vaskulit

C) Dərman allergiyası

D) İdiopatik trombositopenik purpura

E) Qırmızı qurd eşənəyi
Ədəbiyyat: Ədəbiyyat
780) Anafilaktik şokun neçə klinik forması var?
A) 5

B) 2


C) 4

D) 3


E) ) 1
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh. 483
781) Aşağıda göstərilənlərdən hansı AŞ-un klinik formalarına aid deyil?
A) abdominal

B) hemodinamik

C) abortiv

D) asfiksik

E) serebral
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh. 483
782) Övrə zamanı dəri əlamətləri hansılardır?
A) Davamlı piqmentasiya

B) Qabıqlanma

C) Çapıq

D) Qabıqlanma və piqmentasiya

E) Urtikariya
Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
783) AŞ zamanı ilk seçim preparatı aşağıdakılardan hansıdır?
A) tavegil

B) deksametazon

C) dimedrol

D) salbutamol

E) adrenalin
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 157
784) Aşağıdakılardan hansı immunokompleks tip allergik reaksiyalara aid deyil?
A) zərdab xəstəliyi

B) Artyus fenomeni

C) atopik bronxial astma

D) autoimmun patologiyalar

E) qlomerulonefrit
Ədəbiyyat: Ədəbiyyat
785) Aşağıdakılardan hansı formoterolun farmakoloji xüsusiyyətlərinə aid deyil?
A) hiperkaliemiya

B) təsir müddətinin 12 saat davam etməsi

C) terapevtik dozalarda kumulasiyanın olmaması

D) təsirin qısa müddətdə inkişafı

E) qısamüddətli β2-adrenomimetiklərə qarşı antaqonistliyin olmaması
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.112
786) AŞ zamanı uşaqlar və böyüklər üçün adrenalinin birdəfəlik ə/d yeridilmə dozası?
A) uşaqlar – 0,01 mq/kq; böyüklər – 0,03-0,05 mq

B) uşaqlar – 0,001 mq/kq; böyüklər – 0,03-0,05 mq

C) uşaqlar – 0,1 mq/kq; böyüklər – 3 – 5 mq

D) uşaqlar – 0,01 mq/kq; böyüklər – 0,3-0,5 mq

E) uşaqlar – 0,03-0,05 mq/kq; böyüklər – 0,3-0,5 mq
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 198
787) AŞ zamanı inkişaf edən bronxoobstruktiv sindromu əsas seçim preparatı aradan götürməyibsə, aşağıdakılarlardan hansı istifadə edilə bilər?
A) adrenalin və ya deksametazon

B) aminofillin və ya qlükaqon

C) salbutamol və ya albuterol

D) albuterol və ya adrenalin

E) prednizolon və ya qlükaqon
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 159
788) Aşağıdakı preparatlardan hansının qəbulu fonunda dəri sınaqları aparıla bilər?
A) ranitidin

B) amitriptilin

C) ataraks (hidroksizin)

D) sistem qlükokortikosterodilər

E) topik qlükokortikoidlər (məlhəmlər)
Ədəbiyyat: Up-to-date 2013
789) Aşağıda göstərilən preparatlardan hansılarını qəbul edən şəxslərdə AŞ-un gedişatı daha ağır olur?
A) β-blokatorlar və inhalyasion qlükokortikosteroidlər

B) antibiotiklər

C) antasid preparatlar

D) AÇF inhibitorları və β-blokatorlar

E) hipotenziv preparatlar və β-blokatorlar
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.163
790) Anafilaksiyada bir aydan, bir yaşa qədər olan uşaqlarda enmiş AT hansı sayılır?
A) 80 mm Hg-dan aşağı

B) 90 mm Hg-dan aşağı

C) 70 mm Hg-dan aşağı

D) 50 mm Hg-dan aşağı

E) bir yaşına qədər körpələrdə anafilaksiyada AT-qin ölçülməsinin önəmi yoxdur
Ədəbiyyat: Up-to-date
791) 49-yaşlı qadın xəstə xəstəxanaya aşağıdakı şikayətlər ilə müraciət edib: subfebril hərarət, dəri üzərində bütün bədən boyu qızılcayabənzər səpkilər, hər iki diz oynaqlarındakı ağrılar. Aparılan müayinə zamanı generalizəolunmuş limfoadenopatiya və splenomeqaliya aşkarlandı. Anamnezindən məlum oldu ki, xəstəyə 10 gün öncə it dişləməsinə görə antirabik vaksinasiya aparılıb. Düşündüyünüz ilkin diaqnoz:
A) Toksik epidermal nekroliz

B) Zərdab xəstəliyi

C) Trombositopenik purpura

D) Leffler I sindromu

E) Çoxformalı eksudativ eritema
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.532
792) Anticismlərdən hansı zərdabda 80-85% təşkil edir, plasentadan keçə bilir, və Rh- reaksiyalara cavabdehdir?
A) İgD

B) İgG


C) İgE

D) İgA


E) İgM
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
793) Aşağıda göstərilən hansı preparatlar AŞ-un müalicəsində istifadə olunmur?
A) adrenalin

B) montelukast

C) antihistamin preparatlar

D) fizioloji məhlul

E) inhalyasion bronxoliklər
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.158
794) Layella sindromu üçün nə xarakterikdir?
A) Birincili immunodefisitlerə aiddir

B) Əsas etioloji faktor kimi qurd invaziyaları qeyd olunur

C) Stivens-Conson sindromuna nisbətən daha yüngül keçir

D) Epidermal nekrolizin dəri örtüyünün 10%-dən çoxunu təşkil etməsi

E) Sadalanların hamısı
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
795) Stivens-Conson sindromu üçün nə xarakterikdir?
A) Çoxformalı eksudativ eritemaya nisbətən daha yüngül keçir

B) Nikolski simptomunun müsbət olması

C) Epidermal nekrolizin dəri örtüyünün 10%-dən azını təşkil etməsi

D) Birincili immunodefisitlerə aiddir

E) Sadalanların hamısı
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
796) Aşağıdakılardan hansı antigen özünə qarşı olan antigendir?
A) bakterial antigen

B) virus antigeni

C) tozcuq antigeni

D) qida antigeni

E) şiş antigeni
Ədəbiyyat: http://highered.mcgraw-hill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə