Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Hansı helmintozlarda ağciyərlərdə eozinofil infiltratların inkişafı baş verir?



Yüklə 2,43 Mb.
səhifə9/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

538) Hansı helmintozlarda ağciyərlərdə eozinofil infiltratların inkişafı baş verir?
A) askaridoz

B) difillobotrioz

C) tenioz

D) sistiserkoz

E) enterobioz
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
539) Aşağıda sadalanlardan hansı portal traktın tərkib hissəsinə aid deyil?
A) öd axacağı

B) qapı venasının şaxəsi

C) limfatik damar

D) sinir ucları

E) qaraciyər arteriyası
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
540) Lipaza harada sintez olunur?
A) ağız boşluğu

B) qida borusu

C) mədəaltı vəzi

D) 12 barmaq bağırsaq

E) yoğun bağırsaq
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
541) Sağlam insanda sutkada nə qədər mədə şirəsi ifraz olunur?
A) 0, 5 l - ə qədər

B) 1, 5 - 2, 5 l qədər

C) 5, 0 l - dən çox

D) 0, 5 - 1, 5 l

E) 2, 5 - l -dən çox
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
542) Mədədə Kaslın daxili amili nə üçün lazımdır?
A) vitamin B12 sorulması üçün

B) qastrin hormonun sintez olunması üçün

C) pepsinogenin aktivləşməsi üçün

D) piylərin parçalanması üçün

E) zülalların parçalanması üçün
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
543) Qastrin hormonu hansı prosesi stimulyasiya edir?
A) Mədə şirəsinin həddən artıq sekresiyasını

B) Ağız suyunun həddən artıq sekresiyasını

C) Mədəaltı vəzi şirəsinin həddən artıq sekresiyasını

D) Bağırsaq şirəsinin həddən artıq sekresiyasını

E) Ödün həddən artıq sekresiyasını
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
544) Sağlam şəxsdə qaraciyərin çəkisi nə qədərdir?
A) 2 - 2,5 kq

B) 1 - 1,5 kq

C) 2,5 - 3 kq

D) 0,5 - 1 kq

E) 1,5 - 2 kq
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
545) Öd kisəsinin tutumu nə qədərdir?
A) 100 - 120 ml

B) 10 - 30 ml

C) 80 - 90 ml

D) 30 - 70 ml

E) 90 ml - 100 ml
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
546) Aşağıdakılardan hansı mədə dolu olduqda onun həcmini göstərir?
A) 2,1 l

B) 0,5-1 l

C) 3,3 l

D) 5 l


E) 5,5 l
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
547) Sekretin hormonu hansı şirənin sekresiyasını stimulyasiya edir?
A) Bağırsaq şirəsinin

B) Mədə şirəsinin

C) Ağız suyunun

D) Ödün


E) Mədəaltı vəzi şirəsinin
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
548) Enterokinaza hansı şirənin spesifik fermenti hesab olunur?
A) Ağız suyunun

B) Mədəaltı vəzi şirəsinin

C) Ödün

D) Bağırsağın



E) Mədə şirəsinin
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
549) Nə üçün antibiotiklərin qəbulundan sonra südturşulu məhsulların istifadəsi məsləhət görülür?
A) Antibiotiklərin təsirini zəiflədir

B) Patogen bakteriyaların təsirini gücləndirir

C) Saprofit bakteriyaların sayını azaldır

D) Bağırsaqda bakterial floranı bərpa edir

E) Antibiotiklərin təsirini gücləndirir
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
550) Peptidaza fermenti aşağıdakılardan hansının tərkibinə daxildir?
A) mədəaltı vəzi şirəsinin

B) bağırsaq şirəsinin

C) ödün

D) mədə şirəsinin



E) ağız suyunun
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
551) Mədəaltı vəzi hansı fəqərə səviyyəsində yerləşir?
A) 12 döş və 1 bel fəqərələri səviyyəsində

B) 1 - 2 bel fəqərələri səviyyəsində

C) 9 - 10 döş fəqərələri səviyyəsində

D) 3 - 4 bel fəqərələri səviyyəsində

E) 11 - 12 döş fəqərələri səviyyəsində
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
552) Mukovissidozun ən mühüm laborator – diaqnostik testi hansıdır?
A) Nəcisdə piy damlalarının miqdarı

B) Sidik sindromu

C) Tərdə olan elektrolitləri yoxlamaq

D) Qanın amilazası

E) Nəcisdə amin turşularının miqdarı
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
553) Yüngül və orta ağırlıqlı qeyri - spesifik xoralı kolit zamanı seçim dərman vasitəsi hansıdır?
A) Kortikosteroidlər

B) Levomisentin

C) Ftalazol

D) Ampisillin

E) Sulfosalazin, mesalazin
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
554) Kron xəstəliyinin patogenetik müalicəsində nədən istifadə edilir?
A) Pəhriz

B) Probiotiklər

C) Steroid hormonlar

D) Vitaminoterapiya

E) Nitrofuranlar
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
555) Xoranın perforasiyasını təsdiq edir.
A) Durmadan artan anemiya

B) Diafraqmanın sağ qübbəsi altında rentgenoloji müayinə nəticəsində müəyyən edilmiş qaz toplanması

C) Meteorizm

D) Qarnın aşağı nahiyyəsində kəskin ağrılar

E) Arterial qan təzyiqinin yüksəlməsi
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
556) Mukovissidoz zamanı ən mühüm laborator – diaqnostik test hansıdır?
A) Nəcisdə amin turşularının miqdarının təyini

B) Qanda amilazanın təyini

C) Sidik sindromunun təyini

D) Nəcisdə piy damlalarının miqdarının təyini

E) Tərdə olan elektrolitlərin təyini
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
557) Xroniki pankreatitin xarakterik klinik nişanəsi nədir?
A) Sarılıq

B) Hepatomeqaliya

C) Xarici sekresiya funksiyasının kifayət qədər olmaması (hipofermentemiya)

D) Şəkərli diabetin inkişafı

E) Aminotranferazların artması
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
558) Anadangəlmə laktoza çatışmazlığı olan şəxslərdə aşağıdakı qida maddələrinin hansının həzmi prosesində qarnın köpməsi, qaz yığılması və diareya qeydə alınır?
A) Şirniyyat

B) Kələm


C) Qara çörək

D) Yumurta

E) Süd
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
559) Kron xəstəliyi zamanı aşağıdakı daha tez-tez zədələnir:
A) Qalça bağırsaq

B) Mədə


C) Apendiks

D) Düz bağırsaq

E) Qida borusu
Ədəbiyyat: Под редакцией Ф.И.Комарова, В.Г.Кукеса, А.С.Сметнева. Внутренние болезни. Москва 2000
560) 12 barmaq bağırsaq xorasında Pevzner üzrə hansı pəhriz istifadə olunur?
A) № 5

B) № 2


C) № 9

D) № 10


E) № 1
Ədəbiyyat: ГГригорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология ,2001
561) Xolestaz sindromuna hansı əlamət aid deyil?
A) bradikardiya

B) hipertenziya

C) qanda xolesterinin çoxalması

D) qanda qələvi fosfatazanın çoxalması

E) dəridə qaşınma
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
562) Aşağıdakılardan hansı qaraciyərdə sintez olunmur?
A) fibrinogen

B) protrombin

C) albuminlər

D) estrogenlər

E) xolesterin
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
563) Qaraciyərin sirrozunu hepatitdən fərqləndirən əsas kliniki sindrom hansıdır?
A) intoksikasiya sindromu

B) sarılıq sindromu

C) portal hipertenziya sindromu

D) qaraciyər-hüceyrə çatışmazlığı sindromu

E) splenomeqaliya
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
564) Hipersplenizm sindromu üçün aşağıdakılardan hansı xarakterik deyil?
A) Splenomeqaliya

B) Leykopeniya

C) Eritrositoz

D) Anemiya

E) Trombositopeniya
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
565) Sağlam insanın yoğun bağırsağında hansı flora üstünlük təşkil edir?
A) Proteylər

B) Bifidobakteriyalar

C) Stafilokoklar

D) Bağırsaq çöpü

E) Südturşulu çöp
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
566) Xroniki pankreatitin diaqnostikası üçün hansı üsul istifadə olunmur?
A) Mədəaltı vəzin USM

B) Qanda fermentlərin təyini

C) Mədənin R - skopiyası

D) Mədəaltı vəzin kompüter tomoqrafiyası

E) Sidikdə amilazanın təyini
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
567) Qaraciyər sancısı zamanı hansı müalicəvi tədbirlər görülmür?
A) sedativ preparatların təyini

B) qeyri-narkotik analgetiklərin təyini

C) spazmolitiklərin qəbulu

D) desensibilizəolunmuş terapiya

E) xolinolitiklərin qəbulu
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство, Изд. ГЕОТАР МЕДИА, 2008
568) Yemək borusunun atoniyasında əsas simptom:
A) Qanaxma

B) Disfaqiya

C) Meteorizm

D) Öskürək

E) Boğulma
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
569) Ezofaqit nədir?
A) Boğulma

B) Kardiospazm

C) Tənəffüs yollarının iltihabi prosesi

D) Yemək borusunun iltihabi prosesi

E) Yemək borusunun daralması
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
570) Qastroptozun neçə dərəcəsi mövcuddur?
A) 2

B) 3


C) 6

D) 4


E) 5
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
571) Hepatoserebral distrofiya (Konovalov-Vilson sindromu) nə ilə xarakterizə olunur?
A) Kalsium mübadiləsinin pozulması ilə

B) Kalium elektrolitlərinin artması ilə

C) Natrium və Xlor mübadiləsinin pozulması ilə

D) Mis mübadiləsinin pozulmasi ilə

E) Dəmir çatışmamazlığı ilə
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
572) Ödün tərkibi hansı spesifik üzvi maddələrdən ibarətdir?
A) Öd turşuları və bilirubin

B) Lesitin və amilaza

C) Amilaza və öd turşuları

D) Xolesterin və pepsin

E) Bilirubin və maltoza
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
573) Qaraciyər sirrozu zamanı portal hipertenziya necə təyin edilir?
A) Kolonoskopiya

B) Ezofaqoskopiya və rentgen müayinəsilə

C) Laborator analizlər vasitasilə

D) USM


E) Biopsiya
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
574) Qaraciyər amiloidozu zamanı ən çox rast gəlinən simptom hansıdır?
A) Hepatosplenomeqaliya

B) Meteorizm

C) Sarılıq

D) Ürək nahiyəsində ağrılar

E) Qan qusma
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
575) Həzm sistemində kəskin qanaxmaların klinik simptomları hansılardır?
A) Ürək nahiyyəsində kəskin ağrılar

B) Meteorizm və qusma

C) İshal

D) Sidik ifrazının tezləşməsi

E) Qan ifrazı və damar kollapsı
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
576) Nə səbəbə görə kəskin hepatitlər zamanı nəcis açıq rəng alır?
A) Öd turşuları azaldığından

B) Maltaza və amilaza azaldığından

C) Vitamin B12 azaldığından

D) Pepsin azaldığından

E) Bilirubinin bağırsağa daxil olması pozulduğundan
Ədəbiyyat: Внутренние болезни. Под редакцией Комарова Ф.И. и др. 1990
577) Kəskin xolesistitə xas olan simptom hansıdır?
A) Brendo

B) Kurvuazye

C) Breqman

D) Qrey - Terner

E) Merfi
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
578) Kəskin pankreatitin debyutunda xəstənin məcburi vəziyyəti hansıdır?
A) Sağ böyrü üstə

B) Diz - dirsək

C) Ayaqları ayağına sıxılmış vəziyyətdə

D) Arxası üstə

E) Başı yuxarı vəziyyətdə
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
579) Mədə - bağırsaq qanaxmasında xəstə hansı vəziyyətdə hospitalizasiya edilir?
A) Sağ böyrü üstə

B) Qarnı üstə

C) Diz - dirsək vəziyyətində

D) Yarımoturaq vəzyyətdə

E) Horizontal
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
580) Mədə çıxacağının stenozunun səciyyəvi əlamətləri hansıdır?
A) “Qəhvə xıltı”şəklində qusma

B) Arıqlama, ürəkbulanma

C) “Xəncərvari” ağrı

D) Ürək bulanma, melena

E) Qusma, “lax yumurta” iyi verən gəyirmə
Ədəbiyyat: Kəskin mədə - bağirsaq qanaxmalarının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009
581) Kəskin perforativ mədə xorası üçün hansı simptomlar xarakterikdir?
A) Brünner, Berqman

B) Rizvaş, Şetki - Blümberq

C) Mondor triadası

D) Malori - Veyss, Merfi

E) Sklyarov, Qrekov
Ədəbiyyat: Mədə və onikibarmaq bağirsağin xora xəstəliyi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 28 noyabr 2008 - ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2008
582) Mədə və 12 barmaq bağırsağın perforasiyası zamanı xəstənin məcburi vəziyyəti hansıdır?
A) Arxası üstə, ayaqlarını qarnına yığır

B) Sol böyrü üstə

C) Sağ böyrü üstündə

D) Diz - dirsək

E) Qarnı üstündə
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
583) Helikobakobakter infeksiyasının birinci sıra sxemi neçə dərman kombinasiyası vasitəsi ilə aparılır?
A) 3

B) 4


C) 5

D) 6


E) 2
Ədəbiyyat: Mədə və onikibarmaq bağirsağin xora xəstəliyi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 28 noyabr 2008 - ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2008
584) Helicobacter Pylory-yə qarşı effektli olan makrolid hansıdır?
A) Spiramisin

B) Azirtomisin

C) Roksitromisin

D) Klaritromisin

E) Eritromisin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Antimikrob dərman vasitələrinin istifadəsi üzrə klinik protokol-Bakı-2009
585) İzostenuriya nədir?
A) Yalnız 1 - ci və 2 - ci porsiyalarda sidiyin xüsusi çəkisinin artması

B) Yalnız 1 - ci porsiyada sidiyin xüsusi çəkisinin artması

C) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi 1012 aşağı olması

D) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisinin aşağı (1010 -1011) olması

E) Zimnitski sınağında bütün porsiyalarda sidiyin xüsusi çəkisi 1018 aşağı olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
586) Qan zərdabında K+ - un normada miqdarı nə qədərdir?
A) 5, 0 - 7, 0 mmol/l

B) 7, 5 - 8, 5 mmol/l

C) 3, 5 - 5, 0 mmol/l

D) 0, 5 - 3, 0 mmol/l

E) 2, 5 - 4, 5 mmol/l
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
587) Hiperkaliemiyanın (K+> 7 mmol/ l) simptomlarınına hansılar uyğun deyil?
A) Əzələ hipertrofiyası

B) Parasteziyalar, ətrafların zəifləməsi

C) Əzələ zəifliyi, qıcolmalar

D) Ürəyin dayanması

E) EKQ - də sinusoidal əyrilik
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
588) Normada sidiyin xüsusi çəkisi hansı interval arasında ola bilər?
A) 1015 - 1025

B) 1002 - 1050

C) 1030 - 1060

D) 1002 - 1030

E) 1010 - 1020
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
589) Normada hansı silindrlər sidiyin ümumi analizində müəyyən edilə bilər?
A) Piyli

B) Hialin

C) Dənəli

D) Eritrositar

E) Mumabənzər
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
590) Tiazid diuretiklərin zərərli təsirləri hansılardır?
A) Hiperglikemiya

B) Sadalanların hamısı

C) Hipokaliemiya

D) Hiperurikemiya

E) İmpotensiya
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
591) Qlomerulonefritlərin müalicəsində sitostatiklərin təyininə nə zaman ehtiyac olmur?
A) Qlükokortikoid terapiyanın təyini şübhəli olduqda

B) Qlükokortikoid terapiyanın fəsadları zamanı

C) Qlükokortikoid terapiyanın təyini az effektiv olduqda

D) Hormonal terapiya effektiv olduqda

E) Hipertenzion sindromun mövcudluğu
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
592) Böyrəklərin amiloidozunun diaqnostikasında hansı laborator və instrumental müayinələr istifadə olunur?
A) Böyrəklərin biopsiyası

B) Radioizotop stintioqrafiya

C) Bütün sadalananlar

D) Sidiyin, qanın zülallarının elektrofarezi

E) Sümük iliyinin punksiyası
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
593) Böyrəyin struktur vahidi nədir?
A) Kanalcıqlar

B) Piramidlər

C) Henle ilgəyi

D) Nefron

E) Şumlyanski - Boumen kapsulası
Ədəbiyyat: Д. А. Шейман. «Патофизиология почки» 2007 г.
594) Adekvat diurezin göstəricisinə hansı aiddir?
A) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər çoxdur

B) Qəbul və xaric olunan mayelər bərabərdir

C) Qəbul olunan maye xaric olunan mayedən yarısına qədər azdır

D) Qəbul olunan maye 300 - 400 ml xaric olunan mayedən azdır

E) Qəbul olunan maye 300 - 400 ml xaric olunan mayedən çoxdur
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
595) Sutka ərzində sidiklə xaric olan qanın formalı elementlərini təyin edən sınaq hansıdır?
A) Ambürje sınağı

B) Zimnitski sınağı

C) 3 stakan sınağı

D) Kakovski - Addis sınağı

E) Neçiporenko sınağı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
596) Sutka ərzində 500 ml az sidiyin ifraz olunması necə adlanır?
A) Oliquriya

B) Normal diurez

C) Nikturiya

D) Anuriya

E) Poliuriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
597) Pollakiuriya nə deməkdir?
A) Gecə sidik ifrazının gündüz sidik ifrazından artıq olması

B) Aşağı xüsusi çəkidə sidiyin xaric olması

C) Bərabər vaxt müddətində eyni porsiyalı sidiyin ifrazı olması

D) Sidiyin miqdarının çoxalması

E) Tezləşmiş sidik ifrazı
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
598) Aşağıdakılardan hansı pielonefritin risk faktorlarına aid deyil?
A) Ginekoloji xəstəliklər

B) Sidik ifrazat traktının obstruktiv prosesləri

C) Menopauza və hamiləlik dövründə hormonal fon

D) Üçlü sinirin iltihabı

E) Qadınların sidik kanalının xüsusiyyətləri
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
599) Aşağıdakılardan hansı nefrotik sindromun diaqnostik kriteriyalarına aid deyil?
A) Hiperxolesterinemiya

B) Kreatininemiya

C) Hipoalbuminemiya

D) 3, 5 q/sut - dan çox proteinuriya

E) Hiperlipidemiya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
600) Hipertenziv nefropatiyanın müalicəsində istifadə olunan I sıra preparatları hansılardır?
A) İmidazolin reseptorlarının aqonistləri

B) Ca + antaqonistləri

C) AÇF inhibitorları yaxud angiotenzin II reseptorların antaqonistləri

D) β - blokatorlar

E) Diuretiklər, aldosteronun antaqonistləri
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006 г.
601) İzolə olunmuş sidik sindromu ilə müşayiət olunan xroniki qlomerulonefritin variantı hansıdır?
A) Hematurik

B) Latent

C) Hipertonik

D) Qarışıq

E) Nefrotik
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
602) Xroniki qlomerulonefritin hansı variantı üçün ödemlər, massiv proteinuriya, arterial hipertoniya xarakterikdir?
A) Qarışıq

B) Latent

C) Hematurik

D) Nefrotik

E) Hipertonik
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
603) Sidiyin müayinəsində hansı dəyişikliklər böyrək çatışmazlığının qiymətləndirilməsində rol oynayır?
A) Proteinuriyanın 3, 5 q / sutkadan artıq olması

B) Nəzərəçarpan silindruriyanın olması

C) Zimnitski sınağında xüsusi çəkinin 1005 olması

D) Leykosituriyanın olması

E) Makrohematuriyanın olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
604) Hərarətin 38 - 39 dərəcə qalxması, titrətmə və tərləmə, bel nahiyəsində ağrılar, piuriya kimi simptomlar hansı xəstəlik üçün xarakterikdir?
A) Kəskin sistit

B) Kəskin pielonefrit

C) Böyrək daşı xəstəliyi

D) Xroniki qlomerulonefritin kəskinləşməsi

E) Kəskin qlomerulonefrit
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
605) Obstruktiv pielonefritin müalicəsi nədən başlamalıdır?
A) Antibiotiklərin təyinindən

B) Desintoksikasion terapiyadan

C) Bitki mənşəli uroantiseptiklərdən

D) Urodinamikanın bərpasından

E) Antibakterial qrup preparatlarından
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
606) Xroniki böyrək çatışmazlığı olan xəstələrin pəhrizində birinci növbədə nə azaldılmalıdır?
A) Karbohidratlar

B) Zülallar

C) Mayenin miqdarı

D) Xörək duzu

E) Yağlar
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006
607) Sadalananlardan hansı hemodializə göstərişdir?
A) Hipermaqniemiya 1, 25 mmol / l çox

B) Hipokaliemiya 3, 5 mmol / l az

C) Hipoxloremiya 98 mmol / l az

D) Hipernatriemiya 150 mmol / l çox

E) Hiperkaliemiya 7 mmol / l çox
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Нефрология. Национальное руководство» 2009 г.
608) Aşağıdakılardan hansı oliqouriya üçün göstəricidir?
A) Sutkalıq diurez 500 ml azdır

B) Sutkalıq diurez 500 ml artıqdır

C) Sutkalıq diurez 1l artıqdır

D) Sutkalıq diurez 1l bərabərdir

E) Sutkalıq diurez 1l azdir
Ədəbiyyat: Под ред. Н. М. Шилова. «Нефрология» 2007 г.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə