Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Böyrəkdaşı xəstəliyi zamanı böyrək sancısı üçün nə xarakter deyil?



Yüklə 2,43 Mb.
səhifə14/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

861) Böyrəkdaşı xəstəliyi zamanı böyrək sancısı üçün nə xarakter deyil?
A) Perkussiya zamanı böyrəkdə ağrı

B) Xəstə sakit uzanıb

C) İntensiv tutmaşəkilli ağrı

D) Ürəkbulanma, qusma

E) Ağrı qabırğa qövsündən çəpinə istiqamətdə qarnın aşağısına, qasığa irradiasiya edir
Ədəbiyyat: Ю.Л.Шевченко « Клинические рекомендации для практикующих врачей» Издательский дом «ГЭОТАР-МЕД» 2002.
862) Mədə - bağırsaq qanaxmasında qara rəngli nəcis nəyi göstərir?
A) Yoğun bağırsağın qanaxması

B) Həzm traktının aşağı hissəsində olan ağır dərəcəli qanaxmanı

C) Həzm traktının yuxarı hissəsində olan ağır dərəcəli qanaxmanı

D) Mədənin qanaxması

E) Çənbər bağırsağın qanaxması
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
863) Qaraciyər kütlüyü nə vaxt itir?
A) Mədə və 12 barmaq bağırsaq xorasının perforasiyası zamanı

B) Kəskin xolesistitdə

C) Miokard infarktında

D) Mezenteral damarların tromboemboliyasında

E) Mədə - bağırsaq qanaxmasında
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
864) Rentgenoloji müayinədə “Kloyber kasacıqları” hansı xəstəlikdə aşkarlanır?
A) Kəskin bağırsaq keçməzliyi

B) Mezenterial arteriyanın tromboemboliyası

C) Kəskin ürək çatışmazlığı

D) “Ağciyər şoku”

E) Kəskin appendisit
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
865) Mezenterial arteriyaların tromboemboliyasında təcili yardım həkiminin taktikası necədir?
A) Aşağı ətraflara turna qoymaq

B) Yuxarı ətraflara turna qoymaq

C) Təcili hospitalizasiya

D) Qusmanın stimulyasiyası

E) İmalə etmək
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
866) Döş qəfəsində bağırsaq küylərinin eşidilməsi nəyin əlamətidir?
A) Uretrada qanın olması

B) Diafraqmanın cırılması

C) Bağırsaq keçməzliyi

D) Sidik kisəsinin cırılması

E) Assit
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
867) İntraabdominal mayeni və orqanın parçalanmasını hansı müayinə aşkar edir?
A) Ultrasəs

B) Dializ

C) Exoqrafiya

D) Plazmaferez

E) Elektronsefaloqrafiya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
868) Nitroqliserinlə infuzion terapiya zamanı baş verən hipotenziyada ilk yardım hansıdır?
A) Polyar qarışığın istifadəsi

B) İnfuziyanı dayandırmaq və xəstənin ayaqlarını yuxarı qaldıraraq uzandırmaq

C) Vazopressorların istifadəsi

D) Qlükokortikoidlərin istifadəsi

E) Adrenalinin istifadəsi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.
869) Ürəyin tamponadası üçün nə xarakterik deyil?
A) Arterial təzyiqin kəskin qalxması

B) Boyunun dərialtı venasının şişməsi

C) Taxikardiya

D) Ürəyin mütləq kütlüyünün genişlənməsi

E) Üzün və boyunun dərisinin sianozu
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
870) Ürəyin qapalı masajının aparılmasının əsas qaydalarına aid olmayan hansıdır?
A) Masajın tezliyi bir dəqiqədə 80 - 100 olmalıdır

B) Reanimatoloq xəstənin istənilən tərəfində dura bilər

C) Döş qəfəsinə edilən təzyiqin dərinliyi 4 - 6 sm olmalıdır

D) Xəstə bərk səth üzərində horizontal uzanmalıdır

E) Xəstə yumşaq səth üzərində uzanmalıdır
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
871) Hansı halda atropinin işlədilməsi əks göstərişdir?
A) Miokard infarktı

B) Qlaukoma

C) Bradikardiya

D) Bronxial astma

E) Öd daşı xəstəliyi
Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства» Медицина . Москва, 2001
872) Kəllə - beyin travmasının kəskin dövründə qlükokortikoidlər hansı məqsədlə təyin olunur?
A) Beyin ödemini azaltmaq üçün

B) Mədə - bağırsaq qanaxmalarının profilaktikası üçün

C) İmmun sistemi stimullaşdırmaq üçün

D) Hiperqlikemiyanı tənzimləmək üçün

E) İrinli fəsadların inkişafına yol verməmək üçün
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
873) Baş beyinin silkələnməsində huşun itirilməsi nə qədər davam edir?
A) 1 sutkadan çox

B) 1saatdan çox

C) Bir neçə saat

D) 10 dəqiqəyə qədər

E) 1 saata qədər
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
874) Baş beyinin silkələnməsində stasionarda qalma müddəti nə qədərdir?
A) 14 gün

B) Ambulatar müalicə

C) 1 ay

D) 7 gün


E) 3 gün
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
875) Reyno xəstəliyinin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Yuxarı ətrafların soyuq sınağı zamanı termoqrafiya

B) Nitroqliserin sınağı ilə yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

C) Yuxarı ətrafların assiloqrafiyası

D) Yuxarı ətrafların reovazoqrafiyası

E) Yuxarı ətrafların ultrasəs doppleroqrafiyası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
876) Aşağı ətraf venalarının varikoz xəstəliyinin kliniki əlamətlərinə nə aiddir?
A) Ağrı hiss etməsinə görə şikayətlənmək

B) Yerli trofiki dəyişiklik

C) Kosmetik defektə görə şikayətlənmək

D) Bütün sadalananlar

E) Dərialtlı venaların böyüməsi, günün axırında ödem və piqmentasiyanın meydana çıxması
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
877) Zenker divertikulu nədir?
A) Qida borusunun abdominal hissəsinin divertikulu

B) Mədənin fundal hissəsinin divertikulu

C) Qida borusunun traxeanın bifurkasiyasından keçən hissəsinin divertikulu

D) Udlaq - qida borusu divertikulu

E) Qida borusunun epifrenal divertikulu
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
878) Dempinq - sindrom zamanı ən informativ müayinə üsulu hansıdır?
A) PH-metriya

B) Kontrastla rentgen müayinə

C) USM

D) Angioqrafiya



E) Fibroqastroduodenoskopiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
879) Xəncərvari çıxıntının yırtığı zamanı xəstənin şikayətləri ən çox nədən olur?
A) Sağ qabırğaaltı nahiyədə ağrılardan və qusmadan

B) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin stenokardiya,xora xəstəliyi və qastritə oxşamasından

C) Göbək nahiyəsində ağrılardan və qucmadan

D) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin öddaşı və xroniki pankreatitə oxşamasından

E) Xəncərvari çıxıntının altında yerinə düzələn şişkinlik olur və ağrı olmur
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
880) Ağ xətt yırtığına ən çox hansı nahiyədə təsadüf edilir?
A) Eyni dərəcədə epiqastral və mezoqastral hahiyədə

B) Eyni dərəcədə mezoqastral və hipoqastral hahiyədə

C) Mezoqastral hahiyədə

D) Hipoqastral hahiyədə

E) Epiqastral hahiyədə
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
881) Qaraciyər exinokokkozu diaqnozunun qoyulmasında hansı müayinə daha informativdir?
A) Ultrasəs müayinəsi

B) İcmal rentgenoskopiya

C) Qanın ümumi müayinəsi

D) Peroral xolesistoqrafiya

E) Fibroqastroduodenoskopiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
882) Exinokokla xəstəni əməliyyat etmək mümkün olmazsa hansı preparat istifadə olunur?
A) Klindamisin

B) Xinin


C) Mebendazol

D) Vibramisin

E) Piperazin
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
883) Exinokok ən çox hansı orqanda inkişaf edir?
A) Qaraciyər və bağırsaqlarda

B) Qaraciyər,ağciyər və dalaqda

C) Bağırsaqda,uşaqlıqda,öd kisəsində

D) Uşaqlıq və dalaqda

E) Ağciyər və böyrəklərdə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
884) Aşağıda sadalanan hallardan hansı portal hipertenziyaya aid deyil?
A) Hepatomeqaliya

B) Assit


C) Dərialtı kollateralların inkişafı, venaların varikoz genəlməsi

D) Splenomeqaliya

E) Qida borusu venalarının genəlməsi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
885) Portal hipertenziyanın diaqnozunun qoyulmasında əsas üsul hansıdır?
A) Ezafaqoqastroduodenoskopiya

B) Portohepatoqrafiya

C) Qida borusu və mədənin rentgenskopiyası

D) Splenomanometriya

E) Hepatomanometriya
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
886) Kəskin appendisit diaqnozu ilə uzanmış uşağın yataqda vəziyyəti hansıdır?
A) Sağ böyrü üstə ayağını qarnına sıxaraq

B) Qarnı üstə

C) Arxası üstə

D) Sol böyrü üstə

E) Oturaq vəziyyətdə
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с
887) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom hansıdır?
A) Xayalığın hiperemiyası

B) Hərarətin yüksəlməsi

C) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması

D) Ümumi vəziyyətin pisləşməsi

E) Kəskin ağrı
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с
888) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olduqda ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?
A) Ginekoloji hər hansı bir xəstəlik

B) Böyrək daşı

C) Kəskin appendisit

D) Plevrit

E) Koprostaz
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с
889) Aşağı ətraf venalarının qapaq çatışmazlığını müəyyən etmək üçün aşağıda göstərilən sınaqlardan hansı ən çox informativdir?
A) Retroqrad yolla çanağın fleboqrafiyası (Valsalv sınağı)

B) Fleboqrafiya

C) Reovazoqrafiya

D) Delbe - Pertes sınağı

E) Doppleroqrafiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
890) Mədə qanaxmalarına şübhə olduqda məsləhət görülən müayinə hansıdır?
A) Qarın boşluğunun icmal rentgenskopiyası

B) Təcili fibroqastroduodenoskopiya

C) Angioqrafiya

D) Laporoskopiya

E) Mədənin rentgenskopiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
891) Qadınlarda kəskin pankreatitin inkişafının əsas səbəbləri hansılardır?
A) Hamiləlik

B) Qaraciyər sirrozu

C) Xroniki xolesistit

D) Qarının travması

E) Kortikosteroidlərin istifadəsi
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
892) Kəskin daxili qanaxmalarda ilk laborator dəyişikliklər qanın aşağıda göstərilən hansı parametrlərində olur?
A) Arterial qanın Ph və PCO2

B) Hemoqlobinin və hematokritin səviyyəsində

C) Qanın oksigenlə doyma dərəcəsində

D) Leykoformulada

E) Eritrositlərin çökmə sürətində
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
893) II qan qrupuna malik xəstəyə təcili plazma köçürülməlidir. Hansını köçürtmək olar?
A) Ancaq öz qrupunun

B) I qrup

C) IV qrup

D) İstəlinən qrup qan plazmasını

E) III qrup
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с
894) Anafilaktik şokda təxirəsalınmaz yardım kimi hansı daha çox effektivdir?
A) Adrenalin, Prednizolon

B) Aminokapron turşusu

C) Kalsium xlorid

D) Noradrenalin

E) Dimedrol
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
895) Qlükozanın izotonik məhlulu hansı hesab olunur?
A) 4, 2 %

B) 10 %


C) 3 %

D) 5 %


E) 0, 8 %
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
896) Plazma əvəzedici kimi hansı daha çox effektlidir?
A) Ringer - laktat, kristalloid

B) Fizioloji məhlul

C) Plazma, ringer - laktat

D) Dekstran, plazma

E) Jelatin, plazma
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с
897) Tromb əmələgəlmə ehtimalına nə təsir etmir?
A) Fibrinolitik aktivlik yuxarı olması, yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər

B) Fibrinolitik aktivliyin yuxarı olması

C) Yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

D) Fibrinolitik aktivliyin yuxarı olması, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi

E) Fibrinolitik aktivliyin yuxarı olması, yanıqlar, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с
898) Qida borusu zədələnməsinin daha çox rast gəlinən səbəbi hansıdır?
A) Traxeostomiya

B) Narkoz zamanı traxeyanın intubasiyası

C) Yad cisim

D) Endoskopiya

E) Spontan cırılma
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
899) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?
A) Turşu məhlulu

B) Fosfor preparatı

C) İsti su

D) Qələvi məhlulu

E) Spirt
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с
900) Normada plevral boşluqda hansı təzyiq müşahidə edilir?
A) 0 – a bərabər

B) Mənfi


C) Atmosfer təzyiqdən bir qədər aşağı təzyiq

D) Atmosfer təzyiqinə bərabər

E) Atmosfer təzyiqindən bir qədər yuxarı təzyiq
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
901) Traxeostomiyanın traxeotomiyadan fərqi nədir?
A) Traxeyanın kəsilmə üsulu

B) Həyata keçirilməsinin müddəti

C) Traxeya mənfəzinə kanyulanın yeridilməsi

D) Traxeyaya cərrahi yaxınlaşmanın həyata keçirilməsi

E) Həyata keçirilməsinə göstəriş
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
902) Qanhayxırma nədir?
A) Istənilən miqdarda təmiz və ya dəyişilmiş qanın öskürəklə xaric olması

B) Bəlğəmlə təmiz halda 50 ml - ə qədər qanın xaric olması

C) Qan qarışığı, o cümlədən mikroskopik qan qarışmış bəlğəmli öskürək simptomu

D) Sutka ərzində 300 ml - ə qədər yeni və /və ya dəyişilmiş qanın öskürəklə xaric olması

E) Bəlğəmdə yalnız yeni eritrositlərin tapılması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
903) Böyüklərdə və 8 yaşdan yuxarı uşaqlarda ürək - ağciyər reanimasiyası zamanı ürəyin qapalı masajı : ventilyasiya nisbəti necə olmalıdır?
A) 15 : 1

B) 15 : 2

C) 30 : 2

D) 10 : 1

E) 3 : 1
Ədəbiyyat: American Health Association Guidelines CPR ECC 2010
904) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?
A) Lokal ağrı

B) Distal ödem

C) Hərarətin qalxması

D) Palpasiyada kəskin ağrı

E) Dərinin hiperemiyası və vena gedişi boyu ödem
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
905) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?
A) Azan sinir

B) Dilaltı sinir

C) Diafraqmal sinir

D) Blokabənzər sinir

E) Dil - udlaq siniri
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
906) Kis - Flek sinus - qulaqcıq düyünü harda yerləşir?
A) Hamısı düzdür

B) Sağ qulaqcığın girəcəyində

C) Sağ qulaqcığın divarında epikardın altında sağ qulaqcıq və yuxarı boş vena arasında

D) Qulaqcıqarası arakəsmədə

E) Aşağı boş venanın açıldığı yerdən sola sağ qulaqcıq miokardında
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
907) Qulaqcıq - mədəcik düyünü ( Aşof - Tavar ) harada yerləşir?
A) Sağ mədəciyin miokardında

B) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində

C) Sol qulaqcığın miokardında

D) Sağ mədəcik - qulaqcıq dəliyinindən dorzal tərəfdə

E) Sol mədəciyin miokardında
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с
908) Mədənin qanaxan xorasının diaqnozunu dəqiqləşdirmək məqsədilə ilk növbədə hansı yerinə yetirilir?
A) Fibroqastroskopiya

B) Mədənin kontrast rentgenoskopiyası

C) Mədə şirəsinin gizli qan görə müayinəsi

D) Nəcisin gizli qana görə müayinəsi

E) Hemoqlobin və hematokritin təyini
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
909) Mədə və ya 12 - barmaq bağırsaq xorasının perforasiyasına hansı dəlalət edir?
A) Epiqastral güclü ağrılar

B) Leykositozun 15000 qədər yüksəlməsi

C) Bel nahiyəsində ağrı

D) Taxta qarın

E) Sklera və dəri örtüyünün yüngül sarılığı
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с
910) Kəskin pankreatitdə aktivləşmiş fermentlərin ən çox toplaşdığı maye mühit hansıdır?
A) Sidik

B) Qarın boşluğu eksudatı

C) Arterial qan

D) Limfa


E) Venoz qan
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
911) Kəskin pankreatitin kişilərdə əsas inkişaf səbəbləri hansıdır?
A) Kortikosteroidlərin istifadəsi

B) Qarnın travması

C) Xroniki xolesistit

D) Alkoqolizm

E) Qaraciyər sirrozu
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с
912) Peritonitlə xəstələrdə aparıcı müalicə üsulunu hansı təşkil edir?
A) Dezintoksikasion müalicə

B) Cərrahi müdaxilə

C) Bağırsaq parezi ilə mübarizə

D) Tənəffüs pozğunluğu səbəblərinin aradan qaldırılması

E) Rasional antibiotikoterapiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s
913) Öd daşı xəstəliyinin rasional müalicəsi hansıdır?
A) Medikamentoz

B) Dietik

C) Mineral sularla müalicə

D) Sanator - kurort

E) Cərrahi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с
914) Su - elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?
A) Paralitik bağırsaq keçməzliyində

B) Obturasion bağırsaq keçməzliyində

C) Spastik bağırsaq keçməzliyində

D) Bitişmə mənşəli bağırsaq keçməzliyində

E) Stranqulyasion bağırsaq keçməzliyində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
915) Mil sümüyünün tipik yerdə sınığı zamanı immobilizasiya məqsədilə nə istifadə olunur?
A) Bazunun aşağı 1 / 3 - nə qədər dairəvi gips sarğısı

B) Kənarı gips langeti

C) Ovuc gips langeti

D) Bayır və ovuc gips langeti

E) Dirsək oynağına qədər dairəvi gips sargısı
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
916) Hemorroidal qanaxma defekasiya aktı zamanı nə ilə xarakterizə olunur?
A) Laxtalarla birgə tünd qan ilə

B) Nəcisdə qan və selik qarışığı ilə

C) Melena ilə

D) Laxtalarla birgə al qan ilə

E) Nəcisin üstündə al qan ilə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
917) Qida borusunun xərçənginin ən xarakter əlamətləri hansıdır?
A) Ağız suyunun axması

B) Qusma


C) Döş sümüyü arxasında ağrılar

D) Ürəkbulanma

E) Disfagiya
Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с
918) Ağır kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatların effekti daha zəifdir?
A) Mannitol

B) Kontrikal

C) Albumin

D) Laziks

E) Qlükokortikoidlər
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
919) Baş beyinin silkələnməsinə nə aiddir?
A) Ağır dərəcəli kəllə - beyin travması

B) Yüngül dərəcəli kəllə - beyin travması

C) Subaraxnoidal qanaxma ilə travma

D) Orta kəllə - beyin travması

E) Kəllə sümüklərinin zədələnməsi liə travma
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с
920) Reyno xəstəliyi üçün hansı xarakterikdir?
A) Yuxarı ətrafın barmaqlarında yuxarı temperatur nəticəsində ağrı və keyimə

B) Qeyd olunanların hamısı

C) Aşağı ətrafda, əsasən barmaqlarda yeriş zamanı ağrılar

D) Aşağı ətrafda aşağı temperatur zamanı ağrılar

E) Yuxarı ətrafın barmaqlarında aşağı temperatur nəticəsində artan ağrı və keyimə
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва
921) Qida borusunun yad cismi zamanı ən informativ müayinə üsulu hansıdır?
A) USM

B) Rentgenoqrafiya

C) Fibroezofaqoqastroskopiya

D) Ezofaqomanometriya

E) PH - metriya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
922) Reflüks - ezofagitin əmələ gəlməsinə səbəb olan hansıdır?
A) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi

B) Diafraqmanın qida borusu dəliyinin daralması

C) Qida borusunun epifrenal divertikulu

D) Kardiyanın xalaziyası nəticəsində mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri

E) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
923) Reflüks - ezofagitin diaqnostikası zamanı hansı üsul informativ deyil?
A) Ezofaqomanometriya

B) Fibroezofaqoqastroduodenoskopiya

C) Kontrast rentgenqrafiya

D) USM


E) PH - metriya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
924) Diafraqmanın relaksasiyasının diaqnostikası zamanı ən informativ üsul hansıdır?
A) Fibroezofaqoqastroduodenoskopiya

B) USM


C) Ezofaqomanometriya

D) Rentgen müayinə

E) PH - metriya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с
925) Kəskin daşsız xolesistitin rasional müalicəsi hansıdır?
A) Medikamentoz

B) Cərrahi

C) Sanator - kurort

D) Dietik

E) Mineral sularla müalicə
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə