Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Qaraciyər komasının yaranma ehtimalı olduqda, pəhrizin tərkibində hansı qida növünü məhdudlaşdırmaq lazımdır?



Yüklə 2,43 Mb.
səhifə8/25
tarix22.03.2018
ölçüsü2,43 Mb.
#33142
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

471) Qaraciyər komasının yaranma ehtimalı olduqda, pəhrizin tərkibində hansı qida növünü məhdudlaşdırmaq lazımdır?
A) Karbohidratları

B) Yağları

C) Mayeni

D) Mineral duzları

E) Zülalı
Ədəbiyyat: В.И. Маколкин, С.И. Овчаренко. «Внутренние болезни» 1999г.
472) Baddi - Kiari sindromunun yaranmasının səbəbi nədir?
A) Öd kisəsində xolesterin daşlarının əmələ gəlməsi

B) Qaraciyər hüceyrələrinin iltihabı

C) Qaraciyər venalarının trombozu

D) Bilirubin mübadiləsinin pozulması

E) Qaraciyər hüceyrələrində piyin toplanması
Ədəbiyyat: Питер Р. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
473) Diaqnostik müayinələrdən hansı xolestazın olmasını təsdiq edir?
A) Leykositoz

B) ALT və AST - nın artması

C) EÇS artması

D) Trombositopeniya

E) Qələvi fosfatazanın (QF) və qamma - qlutamin - transferazanın (GGT) artması
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
474) Qadınlarda kəskin pankreatitin ən çox rast gələn səbəbi nədir?
A) Öd daşı xəstəliyi

B) Qarın travması

C) Alkoqolizm

D) Hamiləlik

E) Kortikosteroidlərin qəbulu
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
475) Kişilərdə kəskin pankreatitin ən çox səbəbi olan faktor hansıdır?
A) Qarnın travması

B) Qaraciyərin sirrozu

C) Alkoqolizm

D) Kortikosteroidlərin qəbulu

E) Xroniki xolesistit
Ədəbiyyat: П. Я. Григорьев, А. В. Яковенко. «Справочное руководство по гастроэнтерологии» 2003г.
476) Xroniki pankreatitdə ağrıkəsicilərdən hansını istifadə etmək olmaz?
A) Fentanil

B) Analgin

C) Baralgin

D) Morfi


E) Novokain
Ədəbiyyat: B. И. Маколкин, С.И.Овчаренко. «Внутренние болезни» 1999 г.
477) Kəskin pankreatitdə ilk saatlarda diaqnozu təsdiq etmək üçün spesifik marker hansıdır?
A) Tripsin

B) Lipaza

C) Ximotripsin

D) Amilaza

E) Elastaza
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
478) Aşağıdakılardan hansı xroniki pankreatitin inkişafına səbəb olmur?

A) Metil spirti ilə zəhərlənmə

B) Bəzi dərman preparatları (azatioprin, furosemid və s.)

C) Vitamin C çatışmazlığı

D) İrsi pozğunluqlar,aminoasiduriya və s.

E) Hiperlipidemiya


Ədəbiyyat: V.Ə.Əzizov " Daxili xəstəliklər" Bakı - 2011 , səh 565
479) Sadalanan simptomlardan hansı xroniki enterit üçün xarakterik deyil?
A) Həddən artıq köpüklü, açıq rəngli nəcisin ifrazı

B) Qəbizlik

C) Çəkinin azalması

D) Qanın elektrolit tərkibinin pozulması

E) Orqanizmin susuzlaşması
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000г.
480) Malabsorbsiya sindromu üçün nə səciyyəvi deyil?
A) Diareya

B) Qinekomastiya

C) Bədən çəkisinin azalması

D) Oynaq ağrıları

E) Anemiya
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000г.
481) Uzunmüddətli xroniki enterokolit üçün hansı simptomlar xarakterik deyildir?
A) Ümumi zəiflik

B) Əmək qabiliyyətinin azalması

C) Çəkinin defisiti

D) Hiperalbuminemiya

E) Hipoproteinemiya və anemiya
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
482) Kron xəstəliyinin müalicəsində əsasən hansı preparatlardan istifadə olunur?
A) Maaloks

B) Omeprozol

C) Sulfasalazin

D) De - nol

E) Penisillin
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
483) Bağırsağın qıcıqlanma sindromunu təyin edən ən dəqiq diaqnostika metodu hansıdır?
A) Kolonoskopiya

B) Kompyuter tomoqrafiyası

C) Rentgen

D) Laporaskopiya

E) Nəcisin analizi
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
484) Bağırsağın qıcıqlanma sindromunda əsas simptomlar hansılardır?
A) Ağrı, çəkinin azalması və iştahasızlıq

B) Qəbizlik və ya qanlı ishal

C) Ağrı, qızdırma, titrətmə

D) Nəcisin rənginin dəyişməsi

E) Ağrı, qəbizlik və ya ishal
Ədəbiyyat: А.С. Логинов, А.И. Парфёнов. «Болезни кишечника» 2000 г.
485) Qeyri - spesifik xoralı kolitdə müalicəni nə ilə başlamaq lazımdır?
A) Neomisinlə

B) İmuranla

C) Levomisetinlə

D) Sulfasalazinlə

E) Ampisillinlə
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко. «Справочник по гастроэнтерологии» 2003г.
486) Yoğun bağırsağın şişinə şübhə olduqda hansı yoxlamanın aparılması daha vacibdir?
A) Kolonoskopik biopsiya etmək

B) Qanın və nəcisin ümumi analizini aparmaq

C) Onkomarkerləri yoxlamaq

D) Rentgenoskopiya etmək

E) İrriqoskopiya etmək
Ədəbiyyat: O. Şirəliyev. “Endoskopiya müayinələri” 2004 il.
487) Dolixokolon nədir?
A) Bağırsağın genəlməsi

B) Bağırsağın qısalması

C) Bağırsağın deşilməsi

D) Bağırsağın uzanması

E) Bağırsağın daralması
Ədəbiyyat: А. С. Логинов, А. И. Парфёнов. «Болезни кишечника» 2000 г.
488) Qastroezofageal reflyuks xəstəliyi zamanı bronx - qida borusu sindromunun əmələgəlmə səbəbi hansıdır?
A) Mədə möhtəviyyatının tənəffüs yoluna requrqitasiyası

B) Qida borusunun spazmı

C) Xəstəliyin uzun müddət davam etməsi

D) İzafi bədən kütləsi

E) Disfagiya
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
489) Kəskin kataral ezofagit hansı ağırlaşmanı verə bilər?
A) Mikroqanaxma (diapedez)

B) Stenoz

C) Kəskin qanaxma

D) Perforasiya

E) Pnevmoniya
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
490) Qida borusunun axalaziyası zamanı kardiodilatasiya üçün göstəriş nədir?
A) Hamiləlik

B) Ağciyər ağırlaşmaları

C) Ezofagit

D) Konservativ müalicənin effektsiz olması

E) Qanaxma
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 s
491) Qida borusunun distal hissəsinin xorasının genezində aşağıdakılardan hansı daha çox aparıcı rol oynayır?
A) Regenerasiyanın pozulması

B) Mikrosirkulyasiyanın pozulması

C) Ezofagit

D) Mədə möhtəviyyatının qida borusuna reflyuksu

E) Seliyin müdafiə xüsusiyyətinin aşağı düşməsi
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
492) Kardiyanın çatmazlığı zamanı çox rast gələn ağırlaşmalar hansıdır?
A) Laringit

B) Xronik bronxit

C) Qida borusunun divertikulu

D) Ezofagit

E) Xroniki pnevmoniya
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000, 376 с
493) Vilson xəstəliyi zamanı hansı məhsullardan imtina etmək vacibdir?
A) Fosfor tərkibli məhsullardan

B) Mis tərkibli məhsullardan

C) Dəmir tərkibli məhsullardan

D) Karbohidrat tərkibli məhsullardan

E) Kalsium tərkibli məhsullardan
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
494) Vilson xəstəliyində hansı fermentin aktivliyinin azalması baş verir?
A) Qlutationperoksidazanın

B) Qələvi fosfatazanın

C) Aminotransferazanın

D) Seruloplazminin

E) Katalazanın
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
495) Badda–Kiari sindromu hansı patologiya ilə bağlıdır?
A) dalağın damarı ilə

B) mesenterial damarı ilə

C) aortanın laylanması ilə

D) qaraciyər damarı ilə

E) aortanın sıxıntısı ilə
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
496) Sadalanan fermentlərin hansı misi 90% özünə birləşdirir?
A) Katalaza

B) Tripsin

C) Seruloplazmin

D) Qlutationperoksidaza

E) Aminotransferaza
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
497) Hansı xəstəlikdə qaraciyər hüceyrələrin apoptozu sürətlənir?
A) Kron xəstəliyində

B) Xolangitdə

C) Vilson xəstəliyində

D) Hepatozda

E) Reaktiv hepatitdə
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
498) Kayser–Fleyzer sindromu hansı xəstəlikdə aşkarlanır?
A) Hemolitik anemiyada

B) Vilson xəstəliyində

C) Hemoxromatozda

D) Badda – Kiari xəstəliyində

E) Jilber xəstəliyində
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
499) Qaraciyəraltı portal hipertenziya ilə nə nəticələnə bilər?
A) Mesenterial damarların trombozu

B) Bakterial xolangit

C) Vilson xəstəliyini

D) Dalaq damarının trombozu

E) Birincili biliar sirroz
Ədəbiyyat: «Рациональная фармакотерапия в гепатологии». Под ред. В.Т.Ивашкина, М., 2009
500) Hansı patoloji vəziyyətdə qələvi fosfatazanın səviyyəsi normada qalır?
A) Bakterial angioxolitdə

B) Xolestazda

C) Qaraciyərə metastazlar

D) İnfeksion mononukleozda

E) Virus hepatiti zamanı
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
501) Parçalanmış hemoqlobinin hansı hissəsindən birləşmiş bilirubin yaranır?
A) ferritindən

B) hemin porfirin hissəsində

C) qlobindən

D) hemosiderindən

E) ikivalentli dəmirdən
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
502) Hansı ferment selendən asılıdır?
A) Superoksiddismutaza

B) Qlutationperoksidaza

C) Qlutationreduktaza

D) Qələvi fosfataza

E) Aaminotransferaza
Ədəbiyyat: Г.И.Назаренко, А.А.Кишкун. Клиническая оценка результатов лабораторных исследований. М., 2000
503) Xroniki pankreatit zamanı nəcisin xüsusiyyətləri hansılardır?
A) seliktəhər

B) yağlı, çoxlu nəcis

C) az miqdarda

D) “düyü həlimi” kimi

E) “qoyun qığı” kimi
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
504) Xroniki pankreatinin kəskinləşməsi zamanı müalicədə hansı patogenetik vasitə işlənilir?
A) immunomodulyator preparatlar

B) proteoliz inhibitoru

C) prebiotiklər

D) eubiotiklər

E) qeyri - steroid iltihaba qarşı
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
505) Hansı əlamət xolestaza aiddir?
A) “damar ulduzları”

B) tenezmlər

C) “palmar” eritema

D) “moruğlu” dil

E) ksantomalar
Ədəbiyyat: И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
506) Qastroezofaqal reflyuks xəstəliyinin inkişafında əsas əhəmiyət kəsb edən faktorlara hansı aid deyil?
A) Qida borusunun mədə reflyuktantından təmizlənmə qabiliyətinin azalması

B) Antireflyuks baryerinin azalması

C) Qida borusu klirensinin güclənməsi

D) Qida borusunun aşağı sfinkterinin boşalma epizodlarinin artması

E) Mədə daxili təzyiqin artması
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
507) Qastroezofaqal reflyuks xəstəliyinin ağır hallarında hansı preparatların kombinasiyası daha səmərəlidir?
A) Prokinetiklər və proton pompasının inhibitorları

B) Antasidlər və xolinolitiklər

C) H2 - histamin blokatorları ilə prokinetiklər

D) H2 - histamin blokatorları ilə antixelikobkter təsirlı preparatlar

E) Proton pompasının inhibitorları və antixelikobakter təsirli preparatlar
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроентерология:Рукооволство для врачей. – М.: Медицинское информационное агентсвто, 2004. – 616 с
508) Qastritlərin hansı forması genetik olaraq mədə xorası və ağır formalı pernisioz anemiya ilə əlaqəlidir?
A) Reflyuks-qastrit

B) Atrofik fundal qastrit

C) Hipertrofik qastrit

D) Səti qastrit

E) Antral qastrit
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
509) Helicobacter pylorinin (HP) hansı əsas xüsusiyyəti onu mədənin turş mühitindən qoruyur?
A) Turş mühitdə aktivliyinin artması

B) Ureaza aktivliyinə malik olması

C) Selikaltı qişada yerləşməsi

D) Metaplaziyaya məruz qalmış epiteldə yerləşməsi

E) Mədənin pilorik şöbəsində yerləşməsi
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
510) Hiperprolaktenemiya fonunda keçən qastroezofaqal reflyuks xəstəliyinin kompleksli müalicəsində hansı preparatlar qrupu əks-göstərişdir?
A) Dofamin reseptorlarının antoqonistləri

B) H2-histamin reseptorlarının blokatorları

C) Kalsium kanallarının antoqonistləri

D) Asetilxolin aqonistləri

E) Sovrulan antasidlər
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
511) Aşağıdakı prokinetikləridən hansı öd kisəsinin hərəki aktivliyini gücləndirməklə yanaşı kardiovaskulyar patologiya zamanı proaritmogen təsir göstərir?
A) Sizaprid

B) Reqlan

C) Serukal

D) Doprokin

E) Motilium
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
512) Helikobakter infeksiyasının diaqnostikasında istifadə olunan üsullardan hansı qeyri-invazivdir?
A) Sitoloji

B) Seroloji

C) Bakterioloji

D) Ureaza

E) Histoloji
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
513) Hansı qrup preparatlar xoleolitik təsirə malikdir.
A) Amantan törəmələri

B) Asetilxolin aqonistləri

C) Xoleretiklər

D) Dofamin reseptorlarının antoqonistləri

E) Dezoksixol turşusu törəmələri
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
514) Helicobacter pylori infeksiyasında istifadə olunan antibakterial preparatlara hansı aid deyil?
A) Tinidazol

B) Amoksisilin

C) Tetrasiklin

D) Klaritromisin

E) Amikasin
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
515) Oddi sfinkterinin əsas funksiyalarına hansı aid deyil?
A) Mədəaltı sekretin 12 barmaq bağırsağa axmasının tənzimlənməsi

B) Duodenoqastral reflyuksun qarşısının alınması

C) Ödün 12 barmaq bağırsağa axmasının tənzimlənməsi

D) 12 barmaq bağırsağa mötəviyatının ümumi öd axarına və pankreas axarına reflyuksu

E) Ödün öd kisəsində yığılması üçün şəraitin yaradılması
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пищеварения: Рук. для практикующих врачей. Под общей ред. В.Т. Ивашкина. – М.:Литтерра, 2003. – 1046 с
516) Ahıl yaşlarında, bağırsağın hipotoniyası səbəbindən yaranan qəbizlikdə üstünlük hansı preparata verilir?
A) Mebeverin

B) Sennade

C) Bisakodil

D) Laktuloza

E) Gənəgerçək yağı
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
517) Sadalanan preparatlardan hansı ağrı sindromunun üstünlüyü ilə keçən bağırsağın qıcıqlanma sindromunda istifadə olunmur?
A) Disetel

B) Buskopan

C) Quttalaks

D) No - şpa forte

E) Dyuspatalin
Ədəbiyyat: Дегтярева И.И. Клиническая гастроэнтерология: Руководство для врачей. – М.: Медицинское информационное агентство, 2004. – 616 с
518) Sadalananlardan hansı mədə və 12 - barmaq bağırsağın selikli qişasına sitoprotektiv təsir göstərir?
A) Sukralfat

B) Qastrosepin

C) Vikalin

D) Çaytikanı yağı

E) Solkoseril
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии(перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
519) 1-cili biliar sirrozun erkən əlamətinə aiddir:
A) Varikoz genişlənmiş venalar

B) Assit


C) Dəri qaşınması

D) Splenomeqaliya

E) Sarılıq
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
520) Mellori-Veys sindromunun inkişafına gətirib çıxara bilər:
A) Qıcıqlanmış yoğun bağırsaq sindromu

B) Qeyri-steroid iltihab əleyhinə preparatların istifadə edilməsi

C) Malabsorbsiya sindromu

D) Alkoqolla zəhərlənmə

E) Diafraqmanın qida borusu dəliyinin sürüşkən yırtığı
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
521) 22 yaşlı şəxsdə çoxlu miqdarda alkoqol qəbulundan sonra al qan qarışıqlı qusmalar baş vermişdir. Daha böyük ehtimalla diaqnoz hansıdır?
A) Mellori - Veys sindromu

B) Qanaxma ilə fəsadlaşmış kəskin eroziv qastrit

C) Qida borusunun varikoz genişlənmiş venalarından qanaxma

D) Qanaxma ilə fəsadlaşmış kəskin mədə xorası

E) Qida borusu xərçəngi, qida borusu qanaxması
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
522) Aşağıdakı simptomlardan hansı qastroezofageal reflüks xəstəliyinin əlamətlərinə aid deyil ?
A) Qıcqırma

B) Dad hissiyyatının pozulması

C) Disfagiya

D) Ürəkbulanma

E) Ağızdan xoşagəlməz qoxunun gəlməsi
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр
523) Assitin patogenizində aşağıdakılardan hansı düzgün deyil?
A) Qaraciyər sinusoidləri daxilində təzyiqin artması

B) Hipoproteinemiya

C) Hipoaldosteronemiya

D) Renin-angiotenziv sisteminin aktivləşməsi

E) Orqanizmdə Na və suyun ləngiməsi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний органов пишеварения. Москва, 2003
524) Xroniki qastritin hansı forması ilk növbədə mədənin cismi və dibini zədələyir?
A) Helikobacter Pylori mənşəli qastrit

B) Autoimmun

C) Kron xəstəliyi zamanı müşahidə edilən qastrit

D) Kriptogen

E) Kimyəvi
Ədəbiyyat: Секреты гастроэнтерологии. Москва, 2005, 131 стр
525) 45 yaşlı kişinin dərisi insolyasiya olmadığı halda bürünc rəngdə olmuşdur. Müayinə zamanı palpator olaraq sərt qaraciyər və dalaq müəyyən edilmişdir. Hiperqlikemiya, aritmiya vardır. Daha çox ehtimal olunan diaqnozunuz:
A) Badda- Kiari sindromu

B) Xroniki alkoqolizm

C) Jilber sndromu

D) Vilson xəstəliyi

E) Hemoxromatoz
Ədəbiyyat: Piter R., Mak Nelli. Секреты гастроэнтерологии (перевод с английского), 2005, 908 стр.(перевод с английского), 2005, 908 стр
526) Qaraciyər çatışmazlığı üçün aşağıdakılardan hansı xarakter deyil:
A) Hiperxolesterinemiya

B) Karbohidrat mübadiləsinin pozulması

C) Qanda aromatik amin turşularının artması

D) Hipoalbuminemiya

E) Hipokoaqulyasiya
Ədəbiyyat: Özden A., Şahin B., Yılmaz U., Soykon İ. Qastroenteroloci, Ankara, 2002
527) Aşağıdakılardan hansı xora maliqnizasiyasının tipik əlamətinə aid deyil?
A) ətə qarşı ikrah hissi

B) iştahanın azalması

C) qıcqırma

D) arıqlama

E) anemiya
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
528) Kəskin xolangitin əsas kliniki simptomları hansıdır?
A) sağ qabırğaaltı nahiyyədə ağrılar və leykopeniya

B) tündləşmiş sidik, trombositoz,ALT və AST azalması

C) sarılıq,hipertermiya, sağ qabırğaaltı nahiyyədə ağrılar

D) yağlı qida qəbulu zamanı sağ qabırğaaltı nahiyyədə ağrı və arterial hipertenziya

E) rəngsizləşmiş nəcis, qələvi fosfatazanın səviyyəsinin azalması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
529) Xroniki xolesistitdə ağrının xarakterik irradiasiyası hansıdır?
A) sol çiyinə və sol qola

B) sağ bud nahiyəsinə

C) aralığa

D) cinsi orqanlara

E) sağ çiyinə və sağ qola
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
530) Enterokolitin müalicəsində istifadə olunan prinsiplər hansıdır?
A) pəhriz 1, novokain, anesteziya

B) pəhriz 4, qısa kurs antibiotiklər, poliferment preparatlar

C) pəhriz 5, spazmolitiklər, antasidlər

D) pəhriz 5, öd qovucu, antibiotiklər

E) pəhriz 1, xolinolitiklər, antasidlər
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
531) Xroniki kolit sindromu üçün nə xarakterikdir?
A) Nəcisin az miqdarda olması

B) Koproqramda həzm olunmamış əzələ liflərinin olması

C) Meteorizm

D) Nəcisdə neytral yağların çox miqdarda olması

E) Nəcisdə qanın olması
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
532) Xroniki enteritdə nəcis nə ilə xarakterizə olunur?
A) Melenanın olması

B) Yeməkdən sonra dərhal tenezmlərin olması

C) Bərk, az miqdarda nəcisin olması

D) Nəcisdə az miqdarda seliyin olması

E) Diareyanın olması
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
533) Xroniki enterit zamanı koproqrammanın təsvirində hansı əlamət xarakterik deyil?
A) həzm olunmamış qida hissəcikləri

B) kreatoreya

C) steatoreya

D) amiloreya

E) qan
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
534) Hansı xəstəlik üçün malabsorbsiya və maldiqestiya sindromları xarakterikdir?
A) Xroniki kolit

B) Orta və ağır gedişli xroniki enterit

C) Müxtəlif gedişli xroniki enterit

D) Yüngül gedişli xroniki enterit

E) Xroniki qastrit
Ədəbiyyat: Григорьев П.Я., Яковенко А.В. Клиническая гастроэнтерология , 2001
535) Xroniki enterit üçün hansı simptom xarakterik deyil?
A) Meteorizm

B) Çox miqdarda lakin tezləşməmiş defekasiya

C) Göbək ətrafı ağrılar

D) Bədən çəkisinin azalması

E) Əsasən sol qabırğaltı nahiyyədə ağrı
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
536) Bağırsağın hansı hissəsində divardaxili həzm prosesi baş verir?
A) Nazik bağırsaq

B) Yoğun bağırsağın distal hissəsi

C) Siqmayabənzər bağırsaq

D) Yoğun bağırsağın proksimal hissəsi

E) Bütün yoğun bağırsaq
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.
537) Xroniki enterit və kolitin ən tez rast gəlinən səbəbi hansıdır?
A) kəskin və yağlı qidalanma

B) ağır metalların duzları ilə xroniki zəhərlənmə

C) disbakterioz, helmintozlar

D) qida allergiyası

E) kəskin alkoqol intoksikasiya
Ədəbiyyat: Ивашкина В.Т., Лапина Т.Л. Гастроэнтерология. Национальное руководство. Изд. ГЕОТАР МЕДИА, 2008.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə